On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə44/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   40   41   42   43   44   45   46   47   ...   81

 
87 
müharibəyə  əl  atdığını  görürdü.  Buna  görə  də  Şamda  sakin  olan 
yəmənlilərin  arasında uca səslə dedi:–"Vay olsun sizə, ey Yəmən əhli! Siz 
fani  olmaq  istəyirsiniz!  Bu  iki  nəfəri  (Əli  və  Müaviyəni)  boşlayın,  qoyun 
bir-biri ilə vuruşsunlar. Hansı qalib gəlsə, biz ona tabe olaq." 
Imam  (ə)  onun  sözlərini  eşidəndə  buyurdu:–Çox  gözəl  söz  dedin!  Mən 
Şama daxil olduğum gündən belə gözəl bir söz eşitməmişdim. 
Bu xəbərin yayılması Müaviyəni bərk qorxuya saldı, özünü qoşunun lap 
axır tərəfinə yetirib ətrafındakılara dedi:–Əbrəhə ağlını itirmişdir! 
Amma yəmənlilər bir ağızdan deyirdilər ki, Əbrəhə dindarlıq, şücaət və 
əql  cəhətindən  onların  ən  yaxşısıdır.  Belə  bir  şəraitdə  Ürvə  Dəməşqi  Şam 
qoşununun  abır-heysiyyətini  və  ruhiyyəsini  qoruyub  saxlamaq  üçün 
meydana  atılıb  dedi:–"Əgər  Müaviyə  Əli  ilə  mübarizə  etməkdən  boyun 
qaçırdısa, ey Əli, mənimlə mübarizəyə hazır ol!" 
Onun  qarşısını  almaq  istədilər,  lakin  Imam  (ə)  qəbul  etmədi  və  dedi:–
"Mənim nəzərimdə Müaviyə ilə Ürvənin heç bir fərqi yoxdur." 
Imam (ə) bunu deyib hücum etdi, bir zərbə ilə onu iki yerə böldü: yarısı 
bir tərəfə, yarısı isə o biri tərəfə düşdü. Hər iki qoşunda olanlar Əli (ə)-ın bu 
zərbəsindən heyrətə gəldilər. Imam (ə) onun iki yerə bölünmüş cəsədinə belə 
xitab  etdi:  "Peyğəmbəri  nübüvvətə  seçən  Allaha  and  olsun,  indi  cəhənnəm 
odunu görüb peşman olmusan!" 
Bu  vaxt  Ürvənin  əmioğlusu  onun  intiqamını  almaq  üçün  Əli  (ə)-la 
döyüşmək istədi, o da Imam (ə)-ın bir qılınc zərbəsi ilə Ürvəyə qovuşdu.
1
 
TARIX TƏKRAR OLUNUR 
Imam  (ə)-ın  döyüş  meydanındakı  misilsiz  şücaətləri  şamlıların  ürəyinə 
dəhşətli  bir  qorxu  salmışdı.  Uca  bir  təpənin  üstündən  vəziyyəti  müşahidə 
edən  Müaviyə  ixtiyarsız  olaraq  şamlıları  danlayıb  dedi:–Ölüm  olsun  sizə! 
Içinizdə  bir  kişi  yoxdurmu  ki,  Əbəl-Həsənə  (Əliyə)  sui-qəsd  etsin,  yaxud 
döyüş vaxtı, yaxud da iki qoşun bir-birinə qarışıb toz-torpaq qalxdıqda onu 
öldürsün?! 
Vəlid  ibni  Ütbə  Müaviyənin  yanında  durmuşdu,  ona  dedi:–Bu  iş  üçün 
sən hamıdan irəlidəsən. 
Müaviyə dedi:–Əli məni bir dəfə mübarizəyə dəvət etdi, lakin mən heç 
vaxt onun qarşısına çıxmaram. Çünki ordu öz rəhbərini qorumaq üçündür. 
Axırda Busr ibni Ərtatı Imam (ə) ilə mübarizəyə təşviq edib dedi:–Toz-
torpaq qalxan vaxt onunla vuruş. 
Busrun  Hicazdan  yenicə  Şama  gəlmiş  əmioğlusu  onun  bu  işinə  mane 
olmaq  istədi,  lakin  Busr  Müaviyəyə  söz  verdiyinə  görə  meydana  getdi.  O, 
başdan-ayağa  zirehli  paltar  geymiş  halda  Əli  (ə)-ı  mübarizəyə  dəvət  etdi. 
Imam  (ə)-ın  nizə  zərbəsi  onu  yerə  sərdikdə  o  da  Əmr  As  kimi  öz  övrətini 
açdı, Imam daha onu təqib etmədi.
2
 
                                              
1
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  8-ci  cild,  səh.94;  "Vəqətu-Siffeyn", 
səh.433 
2
 "Vəqətu-Siffeyn", səh.459 


 
88 
MÜAVIYƏNIN SÜLHƏ ISRARI 
Siffeyn müharibəsinin həddindən artıq uzun sürdüyünə və şamlıların ağır 
tələfat  verdiyinə  görə  Müaviyə  məcburiyyət  qarşısında  qalaraq  hansı  yolla 
olursa olsun, Imam (ə)-ı sülhə, sazişə vadar etmək və müharibəni saxlatdırıb 
qoşunları əvvəlki yerlərinə qaytarmaq fikrinə düşdü. Bu işə o, bir neçə yolla 
başladı. Onların ümdəsi aşağıdakılar idi: 
1-Əşəs ibni Qeyslə müzakirə
2-Qeys ibni Sədlə müzakirə
3-Imam (ə)-a məktub yazmaq. 
Amma  Imam  (ə)-ın  qoşununda  olan  yüksək  ruhiyyə  nəticəsində  bu 
tədbirlərin hamısı heçə çıxırdı. Nəhayət "Leylətül-Hərir" hadisəsi baş verdi, 
bu  zaman  Müaviyənin  hərbi  təşkilatının  bütünlüklə  dağılmasına  az  qalırdı. 
Amma Müaviyənin məkrli hiylələri, iraqlıların sadəlövhlükləri, Müaviyənin 
casuslarının Imam (ə)-ın qoşunu içərisində geniş fəaliyyət göstərməsi və s. 
kimi işlər hadisələrin gedişini şamlıların xeyrinə olaraq dəyişdi. Indi isə bu 
müzakirələri ətraflı şəkildə qeyd edirik: 
1-Müaviyə  öz  qardaşı  və  söz  ustası  olan  Ütbə  ibni  Əbi  Süfyanı  çağırıb 
ona  dedi  ki,  Imam  (ə)-ın  ordusunda  böyük  nüfuza  malik  olan  Əşəs  ibni 
Qeyslə  görüşsün  və  ondan,  hər  iki  qoşundan  sağ  qalanlara  rəhm  etməsini 
xahiş etsin. Ütbə özünü ön cəbhəyə yetirdi və elə oradan özünü təqdim edib 
Əşəsi  çağırdı  ki,  Müaviyənin  sözünü  ona  desin.  Əşəs  onu  tanıyıb  dedi:–
"Israfçı  və  əyyaş  bir  adamdır,  onunla  görüşmək  lazımdır."  Ütbənin 
sözlərinin  xülasəsi  bu  idi:  "Müaviyə  Əlidən  başqa  birisi  ilə  görüşməli 
olsaydı, onda səninlə görüşərdi. Çünki, sən, iraqlıların rəisi, Yəmən əhlinin 
böyüyü  və  Osmanın  kürəkənisən.  Səni  Osman  vəzifəyə  qoymuşdur.  Sən 
Malikdən və Ədi ibni Hatəmdən tam ayrı bir adamsan. Malik Osmanı qətlə 
yetirdi, Ədi də camaatı bu işə təhrik edirdi. Mən demirəm ki, Əlidən ayrıl və 
Müaviyəyə  kömək  et;  mən  səni,  sağ  qalanların  canını  qoruyub  saxlamağa 
dəvət edirəm. Mənim və sənin xeyrin elə bundadır." 
Əşəsin  cavabda  Əli  (ə)-ı  hörmət  və  əzəmətlə  yad  edərək  "Iraqın  və 
Yəmənin  böyüyü  Əlidir"  deməsinə  baxmayaraq,  axırda  bir  diplomat  kimi 
sülh  təklifini  qəbul  etdi  və  dedi:–"Sağ  qalanları  hifz  etməkdə  sizin 
ehtiyacınız  bizimkindən  çox  deyildir."  Ütbə  Əşəsin  sözlərini  Müaviyəyə 
deyəndə Müaviyə sevinib dedi:–"Sülhə meyl etmişdir." 
2-Peyğəmbər (s)-in ənsar və mühacirdən ibarət olan səhabələri Imam (ə)-
ın ətrafına yığışmışdı, amma ənsardan yalnız Nöman ibni Bəşir və Məsləmə 
ibni Müxəlləd Müaviyəyə qoşulmuşdu. Müaviyə Nömana dedi ki, Imam (ə)-
ın  şücaətli  sərkərdəsi  olan Qeys ibni Səd ilə görüşsün,  onun razılığını cəlb 
etməklə  sülhün  müqəddiməsini  hazırlasın.  O,  Qeys  ilə  görüşəndə  hər  iki 
qoşuna  dəyən  zərərləri  irəli  çəkərək  dedi:–"Müharibə  bizə  də,  sizə  də 
gördüyünüz  tələfatları  və  xəsarətləri  vurmuşdur.  Belə  isə,  sağ  qalanlar 
barəsində Allahdan qorxun və bir çıxış yolu fikirləşin!"
1
 
Qeys  Nömana  cavab  verəndə  Müaviyənin  və  Əli  (ə)-ın  ətrafındakıların 
                                              
1
 "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.102; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-
Hədid), 8-ci cild, səh.61; "Vəqətu-Siffeyn", səh.408; "Əyanuş-şiə", 1-ci cild, səh.804 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə