On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə47/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   43   44   45   46   47   48   49   50   ...   81

 
93 
yoxdur.  Bundan  da  zərərli  şey  sadəlövh  və  siyasi  məsələləri  dərk  etməyən 
adamların  öz  dərrakəli  və  bacarıqlı  sərkərdələrinə  qarşı  qiyam  etmələridir. 
Imam  (ə)  özünü  qələbə  astanasında  görür,  düşmənin  bu  hiyləsinin  nə 
olduğunu bilirdi. Lakin təəssüflər olsun ki, bu ixtilaf Imam (ə)-ın qoşununun 
vəhdətini  pozurdu.  Imam  (ə)  səcdədən  qabar  bağlamış,  başdan-ayağa 
silahlanmış  iyirmi  min  "müqəddəs"in  qarşısında  müqavimət  göstərməyi 
məsləhət  görmədi,  öz  yaxın  səhabələrindən  olan  Yəzid  ibni  Hanini  çağırıb 
dedi:–Özünü Malikə çatdır və de ki, döyüşü dayandırıb təcili olaraq mənim 
yanıma gəlsin. 
Yəzid ibni Hani özünü ön cəbhəyə çatdırdı, Malikə dedi:–Imam əmr edir 
ki, müharibəni dayandırıb mənim yanıma gəlsin. 
Malik  dedi:–Mənim  salamımı  Imama  çatdır  və  de  ki,  indi  məni 
meydandan  geri  çağırmağın  vaxtı  deyil.  Inşallah,  tezliklə  qələbə  islam 
ordusuna nəsib olacaq. 
Hani  geri  qayıdıb  dedi:–Malik  geri  qayıtmağı  məsləhətə  uyğun  görmür 
və deyir ki, qələbənin bir addımlığındadır. 
Qiyamçılar  Imam  (ə)-a  dedilər:  Malik  sənin  əmrinlə  bu  işdən  boyun 
qaçırır. Ona sən demisən ki, döyüş meydanında müqavimət göstərsin! 
Əli  (ə)  təmkinlə  buyurdu:  Mən  heç  vaxt  öz  məmurlarımla  məxfi 
danışmamışam.  Nə  demişəmsə,  hamısını  eşitmisiniz.  Nə  cürətlə  məni 
aşkarda dediyimin əksi ilə müttəhim edirsiniz? 
Qiyamçılar: Tez ol, Malikə xəbər göndər, meydandan geri dönsün! Əks 
halda  səni  ya  Osman  kimi  öldürəcəyik,  ya  da  tutub  Müaviyəyə  təhvil 
verəcəyik! 
Imam (ə) Haniyə dedi:–Gördüklərini Malikə çatdır. 
Malik Imam (ə)-ın sözündən agah olub dedi:–Bu fitnə Quranların nizəyə 
vurulmasından  irəli  gəlmişdir.  Bunların  hamısı  Əmr  Asın  hoqqalarıdır. 
Qələbəni görmürsən?! Heç rəvadırmı ki, belə bir şəraitdə döyüşü saxlayım?! 
Hani: Heç rəvadırmı ki, sən burada olasan, Əmirəl-möminin də öldürülə, 
yaxud tutulub Müaviyəyə təhvil verilə?! 
Malik  bu  sözləri  eşidəndə  bədəni  əsdi,  dərhal  döyüşü  saxlayıb  özünü 
Imam  (ə)-a  çatdırdı.  Gözü  qiyamçıların  bədbəxt  üzlərinə  sataşanda  dedi:–
Düşmənə  üstünlük  qazanıb  qələbənin  bir  addımlığında  olan  bir  vaxtda 
onlara  aldandınızmı?!  Allaha  and  olsun  ki,  onlar  Allahın  əmr  və 
fərmanlarından  boyun  qaçırmış,  Peyğəmbərin  sünnəsini  tərk  etmişlər. 
Onlarla razılaşmayın və mənə azacıq möhlət verin, işi xətm edim. 
Qiyamçılar:–Səninlə razılaşmaq, sənin törətdiyin xətada şərik olmaqdır. 
Malik:–Çox  heyf  olsun  ki,  sizin  igidləriniz  öldürülmüş,  alçaq  və 
yaramazlarınız  isə  sağ  qalmışdır.  Deyin  görüm  siz  nə  vaxt  haqlı 
olmusunuz?! Döyüşən vaxtda haqq idiniz, döyüşdən əl çəkdiyiniz vaxt batil, 
yoxsa döyüşəndə batil, döyüşdən əl çəkdiyiniz vaxt haqq?! Əgər belə güman 
edirsinizsə,  onda  sizin  ölüləriniz  imanlarını,  təqvalarını  və  ixlaslarını  etiraf 
etdiyiniz halda, gərək cəhənnəmdə olsunlar! 
Qiyamçılar:–Allah  yolunda  vuruşduq,  Allaha  görə  də  döyüşdən  əl 
çəkirik. Biz sənə qulaq asmırıq, bizdən uzaq ol! 
Malik:–Aldanmış və döyüşü saxlamağa dəvət olunmusunuz. Ey üzüqara, 


 
94 
alınları  qabar  bağlayanlar!  Mən  sizin  namazlarınızı  zahidliyin  və  şəhadətə 
eşq  bəslədiyinizin  nişanəsi  hesab  edirdim.  Indi  məlum  oldu  ki,  sizin 
məqsədiniz  ölümdən  qaçmaq,  dünyaya  bağlanmaqdır.  Vay  olsun  sizə!  Ey 
nəcis  yeyən  heyvanlara  oxşayanlar!  Heç  vaxt  izzət  və  şərafət  üzü 
görməyəcəksiniz! Zalımlar rədd olduğu kimi, siz də rədd olun! 
Bundan sonra qiyamçılar bir tərəfdən, Malik isə digər tərəfdən bir-birinə 
nalayiq sözlər deməyə, atlarının başlarına qamçı vurmağa başladılar. Imam 
(ə)-ın  gözü  qarşısında  baş  verən  bu  xoşagəlməz  mənzərə  çox  əzablı  idi. 
Həzrət əmr etdi ki, bir-birindən aralansınlar. Elə bu zaman qiyamçılar Imam 
(ə)-ın  gözləri  önündə o  həzrətin Quranın  hakim  olmasına razılıq  verməsini 
tələb  etməyə  başladılar.  Imam  (ə)  sükut  edərək  fikir  dəryasına  qərq 
olmuşdu.
1
 
İYİRMİNCİ FƏSİL 
HƏKƏMIYYƏT MƏSƏLƏSI VƏ TƏZYIQ QRUPU 
Əmr  Asın  irəli  sürdüyü  təklif  müsbət  nəticə  verdi,  Imam  (ə)-ın 
qoşununda  qəribə  bir  ixtilaf  və  ikitirəlik  yaratdı.  Ixtilaf  yaradanların  və  bu 
fitnəyə  uyanların  əksəriyyəti  sadəlövh  adamlar  idi.  Onlar  Müaviyənin 
hiyləgərliklərinə  aldanaraq  Imam  (ə)-ın  icazəsi  olmadan  onun  tərəfindən 
şüar verib deyirdilər ki, Əli Quranın hökm etməsinə razıdır. Halbuki o həzrət 
mütləq şəkildə sükut edərək islamın gələcəyi barəsində fikirləşirdi.
2
 
MÜAVIYƏNIN IMAM (Ə)-A MƏKTUBU 
Belə  bir  böhranlı  şəraitdə  Müaviyə  Əli  (ə)-a  belə  bir  məktub  yazdı: 
"Bizim  aramızdakı  çəkişmələr  çox  uzandı,  hər  birimiz  qarşı  tərəfdən  tələb 
etdiyi şeydə özünü haqlı bilir, amma tərəflərdən heç biri digərinə tabe olmaq 
istəmir.  Hər  iki  tərəfdən  çoxlu  adam  öldürülmüşdür.  Mən  qorxuram  ki, 
gələcək  keçmişdən  daha  pis  olsun.  Bu  müharibənin  məsuliyyəti  ikimizin 
boynundadır və bizdən başqa heç kim onun məsuliyyətçisi deyildir. Mən elə 
bir təklif irəli sürürəm ki, ümmətin xeyri və həyatı ondadır, onların özlərinin 
salamat qalması, dini barışıq, kinlərin aradan qaldırılması da ona bağlıdır. O 
təklif  budur  ki,  razı  olduğumuz  iki  nəfər:  biri  mənim,  biri  isə  sənin 
tərəfindən  bizim  aramızda  Quran  əsasında  mühakimə  yürütsün.  Bu  iş  həm 
sənin  üçün,  həm  də  mənim  üçün  yaxşı  olar,  fitnəni  aradan  qaldırar.  Bu 
barədə Allahdan qorx, əgər Quran əhlisənsə Quranın hökmünə razılıq ver!"
3
 
Quranı  nizələrin  ucuna  sancıb  qaldırmaq  ixtilaf  yaradan  bir  fitnədən 
başqa  bir  şey  deyildi.  Bu  üsul  Quranın  qəzavət  etməsi  yolunu  əsla 
öyrətmirdi.  Lakin  Müaviyə  bu  məktubda  bu  şübhəni  dəf  edərək  hər  iki 
tərəfdən  bir  nəfər  seçilməsini  ortaya  atdı.  O,  məktubun  axırında  tam 
                                              
1
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  səh.216-219;  "Vəqətu-Siffeyn", 
səh.489 
2
 "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.104 
3
 "Vəqətu-Siffeyn", səh.493; "Əl-əxbarut-tival", səh.191 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə