On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə55/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   51   52   53   54   55   56   57   58   ...   81

 
109 
olmağa səbəb olur.
1
 
MÜAVIYƏ VƏZIYYƏTDƏN NIGARANDIR 
Səhabələrdən və onların övladlarından bir qrupu Əli (ə)-a qoşulmadıqları 
halda, Müaviyə ilə də həmkarlıq etmədilər, müharibə dayandıqdan sonra da 
Müaviyənin  dəvəti  ilə  Şama  gəldilər.  Onlardan  Əbdüllah  ibni  Xübeyri, 
Əbdüllah  ibni  Öməri  və  Müğeyrə  ibni  Şöbəni  göstərmək  olar.  Müaviyə 
Müğeyrəyə  dedi:–Bu  işdə  mənə  kömək  et,  həkəmlərin  fikrini  mənə  xəbər 
ver. 
Müğeyrə  bu  işi  qəbul  edərək  Dumətül-cəndələ  yola  düşdü,  qazilərin 
fikirlərini  öyrənmək  üçün  onların  hər  biri  ilə  ayrılıqda  görüşdü.  Əvvəlcə 
Əbu Musaya dedi:–Bu  çəkişmələrdən və qan axıdılmasından uzaq olan bir 
adam barəsində fikrin nədir? 
Əbu  Musa  dedi:–Onlar  ən  yaxşı  adamlardır!  Onların  çiyinləri  qan 
yükündən azad, qarınları haram maldan təmizdir. 
Sonra Əmr Asla görüşdü və ondan da həmin sualı soruşdu. Əmr As belə 
cavab  verdi:–Bu  işdən  kənara  çəkilənlər  ən  pis  adamlardır;  onlar  nə  haqqı 
tanımış, nə də batili inkar etmişlər. 
Müğeyrə Şama qayıdıb Müaviyəyə dedi:–Mən hər ikisini eyni bir sözlə 
imtahan  etdim.  Əbu  Musa  Əlini  xilafətdən  çıxaracaq,  bu  hadisədə  iştirak 
etməyən Əbdüllah ibni Öməri xilafətə seçəcək. Amma Əmr As sənin qədim 
dostundur. Camaat deyir ki, o, xilafəti özü üçün istəyir və səni özündən çox 
da ləyaqətli hesab etmir.
2
 
HƏKƏMIYYƏT HIYLƏSININ SONU  
Nümayəndələrin  hərtərəfli  şəkildə  araşdıraraq  hökmünü  kitab  və 
sünnədən  çıxaracaqları,  sonra  nəticəni  Imam  (ə)-ın  və  Müaviyənin 
tərəfdarlarına xəbər verməli olduqları məsələlər aşağıdakılar idi: 
1-Osmanın qətlə yetirilməsi səbəblərinin araşdırılması; 
2-Imam (ə)-ın hökumətinin qanuni olması; 
3-Müaviyənin  Imam  (ə)-ın  qanuni  hökuməti  ilə  müxalifət  etməsinin 
səbəbi və onun haqlı olub-olmaması; 
4-Hazırkı şəraitdə sülhə zəmanət verə biləcək səbəblər. 
Amma  təəssüflər  olsun  ki,  onların  araşdırmadıqları  məsələ  elə  qeyd 
olunan  bu  dörd  məsələ  idi.  Çünki,  onların  hər  biri  xas  bir  təcrübə  ilə 
həkəmiyyət  meydanına  girişərək  öz  şəxsi  rəylərini  həyata  keçirmək 
istəyirdilər. 
Sanki,  qeyd  edilən  bu  dörd  məsələ  ümumiyyətlə  onlara  həvalə 
edilməmişdi.  Qazilərin  və  nəzarətçi  qrupların  Dumətül-cəndəldə  uzun 
müddət  qalmaları  islam  cəmiyyətinə  qorxu  və  təşvişin  hakim  olması  ilə 
nəticələndi.  Tələsənlər  və  səthi  düşünənlər  bir  cür,  dərinfikirlilər  və 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.539 
2
 "Kamil" (Ibni Əsir), 2-ci cild, səh.167; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 
2-ci cild, səh.251; "Vəqətu-Siffeyn", səh.539 


 
110 
dərrakəlilər  isə  başqa  cür  fikirləşirdilər.  Birinci  mövzu  barəsindəki 
danışıqların  mövzusu  bu  idi  ki,  üçüncü  xəlifə  və  onun  məmurlarının 
yaramaz  işləri  dəqiq  sənədlərə  istinadən  araşdırılsın,  sonra  isə  xəlifənin 
qətlində iştirak edən iraqlılar, misirlilər və səhabələr dəvət olunsun, məsələ 
diqqətlə araşdırılsın, qatillərin, yəni islam xilafət üsulunu ayaq altına salan, 
Peyğəmbər  (s)-in,  hətta  şeyxeynin  ənənəsindən  çıxanların  iddiaları  bitərəf 
şəkildə araşdırılsın. Amma bu barədə heç bir ciddi iş görülmədi. Yalnız Əmr 
As öz məqsədinə çatmaq (yəni  Imamı xilafətdən salmaq, Müaviyəni  və  ya 
öz  oğlu  Əbdüllahı  xilafət  kürsüsünə  oturtmaq)  üçün  Əbu  Musaya  dedi:–
Osmanın məzlum şəkildə öldürüldüyünü qəbul edirsənmi?
1
 
O  da  bunu  bir  növ  təsdiq  edərək  dedi:–Xəlifənin  qatilləri  onu 
tövbələtdikdən  sonra  öldürmüşlər.  Halbuki  günahkar  tövbə  etdikdə  onun 
günahları bağışlanır. 
Barəsində  ümumiyyətlə  heç  bir  söz  açılmayan  məsələ  Imam  (ə)-ın 
hakimiyyətinin  qanuni  olması  idi.  Halbuki  bu  hakimiyyət  mühacir  və 
ənsarın  yekdil  rəyi  əsasında  Əli  (ə)-a  qəbul  etdirilmişdi.  O  həzrətin  özü 
əvvəldə  onu  qəbul  etməyə  razılıq  verməmiş,  amma  mühacir  və  ənsarın  bir 
yerə  yığışıb ondan qeyrisinə rəy verməyəcəklərinə israr etdiklərini görəndə 
məsuliyyət  hiss  edərək  xilafəti  qəbul  etmişdi.  Birinci  xəlifə  bir-iki  nəfərin 
Səqifədə ona beyət  etməsi  ilə, ikinci xəlifə də Əbu Bəkrin  təyin  etməsi  ilə 
"qanuni  xəlifə"  olmuşdu,  amma  Imam  (ə)-ın  xilafəti  mühacir  və  ənsarın 
hamısının (beş nəfərdən başqa) beyət etməsi ilə tam rəsmi və qanuni idi, bu 
barədə şəkk-şübhəyə, tərəddüdə azacıq belə yer yox idi. 
Ikinci məsələdə olduğu kimi, üçüncü məsələ barəsində də əsaslı bir söz 
açılmadı,  çünki  hər  iki  həkəm  Müaviyənin  müxalifətinin  səbəbinin  Imam 
(ə)-ı,  öz  qanuni  məqamından  çıxarıb  xilafəti  ələ  keçirmək  fikrindən  başqa 
bir şey olmadığını bilirdi. Müaviyənin yaşayış tərzi, danışığı və hərəkətləri–
istər Osmanın qətlindən əvvəl, istərsə də ondan sonrakı dövrlərdə–göstərirdi 
ki, o, uzun müddət əməvi xilafəti təsis etmək, bununla da islam xilafəti adı 
ilə kəsra və qeysər üsul-idarəsini yenidən dirçəltmək fikrində idi. "Xəlifənin 
intiqamı", "qatillərdən qisas almaq" kimi məsələlər də onun qanun pozması 
və müxalifəti üçün sadəcə olaraq bir bəhanə idi. Əgər o, doğrudan da özünü 
"xəlifənin  qəyyumu"  hesab  edirdisə,  sair  müsəlmanlar  kimi  Imam  (ə)-ın 
qanuni  hökumətinə  tabe  olaraq,  dövrün  xəlifəsindən  Osmanın  qatillərindən 
qisas  almasını  tələb  etməli  idi.  Müaviyə  müxalifətə  başladığı  ilk  dövrlərdə 
Imam (ə) dəfələrlə xəlifənin müxaliflərinin əleyhinə şikayət etməyin qanuni 
yolunu  ona  göstərib  xatırlatmışdı  ki,  onun  ilk  vəzifəsi  ümmətin  vəhdətini 
qoruyub  hifz  etmək,  mühacir-ənsar  şurasına  hörmətlə  yanaşmaq,  sonra  isə 
bu  məsələni  qaldırıb  qisas  alınmasını  və  s.  kimi  işləri  tələb  etməkdir,  o, 
imamın  hökumətini  rəsmiyyətlə  qəbul  etməyincə,  bu  məsələni  qaldıra 
bilməz. 
Dördüncü  məsələ  barəsində  də  Əbu  Musa  Müaviyənin  mühacir-ənsar 
şurasında təsdiq olunan qanuni bir hökumətə qarşı qiyamını məhkum etmək, 
yaxud  Imam  (ə)-ın  xilafətinin  əvvəllərində  ona  kömək  etmədiyinə  görə 
                                              
1
 "Əl-əxbarüt-tival", səh.193 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə