On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə51/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

 
101 
Təbərinin  nəql  etdiyinə  görə  hər  iki  tərəfdən  on  nəfər  şahid  kimi 
həkəmiyyət əhdnaməsini (müqaviləsini) imzaladılar. Imam (ə)-ın tərəfindən: 
Əbdüllah Ibni Abbas, Əşəs ibni Qeys, Malik Əştər, Səid ibni Qeys Həmdani
Xəbbab ibni Ərrət, Səhl ibni Hənif, Əmr ibni Həmiq Xəzai, Imam (ə)-ın iki 
oğlu–Həsənlə (ə) Hüseyn (ə) gözə dəyirdi.
1
 Əhdnamə 37-ci ilin səfər ayının 
17-də, çərşənbə günü, axşamçağı yazıldı və tərəflər onu imzaladılar.
2
 
Hər  iki  qazi  qərara  aldı  ki,  Şamla  Hicazın  sərhəddində  yerləşən  Əzrəh 
adlı  yerə  gedib  orada  qəzavətə  başlasınlar;  həmçinin  hər  iki  tərəfdən  dörd 
yüz nəfər də onlarla getdi ki, bir nəzarətçi kimi qəzavətə nəzarət etsinlər. 
HƏKƏMIYYƏTIN 
IMAM 
(Ə)-IN 
QOŞUNUNDA 
BURAXDIĞI ƏKS-TƏSIR 
Əhdnamə tənzim olunduqdan sonra qərara alındı ki, Şam və Iraq camaatı 
müzakirənin nəticəsindən xəbərdar olsunlar. Əşəs həkəmiyyət müqaviləsini 
həm  şamlılara,  həm  də  iraqlılara  təqdim  etdi.  Şamlılarda  heç  bir 
müxalifətçilik  müşahidə  olunmadı.  Amma  iraqlıların  içindən  Ənzət  tayfası 
müxalifətə  başladı  və  o  tayfadan  olan  Midan  və  Cəd  ilk  dəfə  olaraq 
"Allahdan başqası üçün heç bir hökm (etmə haqqı) yoxdur!" şüarını verdilər, 
sonra qılınclarını siyirib şamlılara hücum etdilər və Müaviyənin xeyməsinin 
yanında  qətlə  yetirildilər.  Əhdnamə  Murad  qəbiləsinə  təqdim  olunanda 
onların rəisi Saleh ibni Şəfiq də yuxarıdakı şüarı verdi və dedi: 
"Allahdan  başqası  üçün  heç  bir  hökm  (etmə  haqqı)  yoxdur–müşriklərin 
xoşuna gəlməsə də belə!" 
Sonra bir şer oxudu, onun tərcüməsi belədir: 
"Nə oldu ki, Əli tökülən qanlar qarşısında həkəmiyyətə razı oldu?! 
Halbuki  əgər  əhzabla  (Müaviyə  və  onun  həmfikirləri  ilə)  vuruşsaydı, 
onun işində heç bir nöqsan olmazdı." 
Əşəs  Bəni-Təmimin  bayraqlarının  yanında  dayanıb  əhdnaməni  onlara 
təqdim edəndə onlardan həmin şüar eşidildi. Onların içindən Ürvə Təmimi 
dedi:–Kişiləri  Allah  dinindən  qabağa  salaraq  onları  qazi  seçirsiniz?!  Hökm 
və  qəzavət  yalnız  Allaha  məxsusdur.  Ey  Əşəs,  bəs  bizdən  öldürülənlərin 
taleyi necə oldu? (Yəni onlar haqq yolda öldürülüblər, yoxsa batil yolda?")
3
 
Bunu deyib qılıncla Əşəsə hücum etdi, lakin onun vurduğu zərbə Əşəsin 
atına  dəyib  onu  atdan  yerə  yıxdı.  Əgər  Əşəsin  köməyinə  gəlməsəydilər,  o, 
Ürvənin  əli  ilə  öldürüləcəkdi.  Əşəs  Iraq  ordusunun  arasında  sonra  gəzib 
Imam (ə)-ın hüzuruna gəldi, öz işini elə qələmə verdi ki, guya Imam (ə)-ın 
dostlarının  əksəriyyəti  həkəmiyyət  əhdnaməsinə  razıdır  və  bir-iki  qrupdan 
başqa heç kim onunla müxalifət etmir. Amma çox keçmədən hər iki tərəfdən 
"Hökm  yalnız  Allaha  məxsusdur",  "Ya  Əli,  hökm  Allahındır,  sənin  yox!" 
                                              
1
  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.162;  "Vəqətu-Siffeyn",  səh.510;  "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.30 
2
 "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.163 
3
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  2-ci  cild,  səh.237;  "Vəqətu-Siffeyn", 
səh.512 "Murucuz-zəhəb", 1-ci cild, səh.403; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.163; 
"Əl-əxbarüt-tival", səh.197 


 
102 
kimi şüarlar ucalmağa başladı. Onlar deyirdilər: "Biz kişilərin Allah dinində 
hakim olmasına (və Allahın hökmünü dəyişməsinə) heç vaxt icazə vermərik! 
Allah  fərman  vermişdir  ki,  Müaviyə  və  onun  dostları  ya  öldürülsün,  ya  da 
tutulub bizə təhvil verilsinlər. Həkəmiyyət məsələsi bizim buraxdığımız bir 
xəta  idi.  Biz  bundan  qayıdıb  tövbə  etdik.  Sən  də  tövbə  et,  əks  təqdirdə 
səndən də bezarlıq elan edəcəyik.
1
 
QƏBUL ETDIRILƏN DÖRDÜNCÜ IŞ 
Imam  (ə)-ın  nadan  "dostları"  bu  dəfə  dördüncü  bir  işi  o  həzrətə  qəbul 
etdirərək elə həmin gün həkəmiyyət müqaviləsini qüvvədən salmasını tələb 
edirdilər.  Lakin  bu  dəfə  Imam  (ə)  tam  ciddi  şəkildə  müqavimət  göstərdi, 
onların  üstünə  fəryad  edib  dedi:–Vay  olsun  sizə,  indi  də  belə  deyirsiniz?! 
Indi  ki,  razı  olub  əhdnaməni  imzaladıq,  yenidən  müharibəyə  başlayaq?! 
Məgər  Allah-Taala  "Ilahi  əhd-peymanlara,  onları  bağladığınız  vaxt  vəfa 
edin  və  andları  möhkəmlədəndən  sonra  sındırmayın,  halbuki,  Allahı  öz 
işlərinizə  zamin  seçirsiniz.  Allah  gördüyünüz  işlərdən  agahdır."  -  deyə 
buyurmamışdırmı?!
2
 
Amma  Imam  (ə)-ın  sözləri  onlara  təsir  qoymadı,  o  həzrətə  itaət 
etməkdən  boyun  qaçırdılar,  həkəmiyyəti  zəlalət  və  azğınlıq  sayaraq  Imam 
(ə)-dan bezarlıq elan etdilər və tarixdə islam tayfaları arasında ən təhlükəli 
firqə  olan  "xəvaric"  adı  ilə  məşhurlaşdılar.  Bunlar  tarix  boyu  heç  bir 
hökumətlə  razılaşmamış,  özlərinə  məxsus  olan  bir  yol  seçmişlər.  Biz 
"mariqin"  fəslində  onların  ideoloji  səhvlərini  ətraflı  şəkildə  açıqlayıb  qeyd 
edəcəyik  ki,  həkəmiyyət  dedikdə  məqsəd  "kişilərin  Allah  dinində 
hakimiyyəti"  deyil,  tərəflərin  ixtilaflı  olduğu  məsələdə  Quranın  və 
Peyğəmbər  (s)  sünnəsinin  hökm  etməsi  idi.  Bu  hökm,  o  cür  böhranlı  bir 
şəraitdə  Əmr  As  tərəfindən  irəli  sürülməsinə,  hiylə  və  məkrlə  yanaşı 
olmasına  baxmayaraq,  çox  düzgün  və  məntiqi  bir  iş  idi.  Imam  (ə)  özü  bu 
barədə  buyururdu:  "Biz  Allah  dinində  adamları  deyil,  Quranı  hakim 
etmişik. Bu Quran da iki cildin arasında yerləşən, dil açıb söz danışmayan 
bir  xətdir.  Onu  bəyan  edən  bir  nəfər  hökmən  lazımdır.  Bəyan  edənlər 
ondan söz açırlar. Şamlılar bizə "Gəlin Quranı hakim seçək" deyəndə, biz 
ondan  üz  çevirmədik.  Çünki,  Allah-Taala  Quranda  buyurur:  "Əgər  bir 
şeydə  ixtilafınız  olsa,  Allaha  və  Onun  Peyğəmbərinə  müraciət  edin." 
Allaha  müraciət  etmək  Qurana,  Peyğəmbərə  müraciət  etmək  isə  onun 
sünnəsinə qayıtmaq deməkdir." 
Imam  (ə)-ın  bu  xütbədə  diqqət  yetiriləsi  bir  cümləsi  vardır.  O  həzrət 
buyurmuşdu:  "Əgər  həqiqətdə  Allahın  Kitabı  əsasında  hökm  olunsa, 
ümmət  içində  biz  ona  qarşı  ən  ləyaqətli  adamlarıq;  əgər  Peyğəmbərin 
sünnəsi  əsasında  qəzavət  olunsa,  yenə  də  biz  ona  qarşı  ən  səlahiyyətli 
adamıq." 
Beləliklə Siffeyn döyüşü belə bir gündə, Imam (ə)-ın və onun dostlarının 
                                              
1
  "Vəqətu-Siffeyn",  səh.513;  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  2-ci  cild, 
səh.237 
2
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid),2-ci cild, səh.238 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə