On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə52/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

 
103 
qiymətli  vaxtını  aylarla  tutandan  sonra  sona  çatdı.  Bundan  sonra  qoşunlar 
bir-birindən aralanıb öz yerlərinə qayıtdılar. (Imam (ə)-ın ordusundan 20-21 
min nəfər şəhid edilmişdi, şamlılardan isə 40-50 min, başqa rəvayətə görə 90 
min nəfər öldürülmüşdü.) 
ƏSIRLƏRIN AZAD OLUNMASI 
Müqavilə  sənədinin  kağızları  yazılıb  imza  edildikdən  və  hamıya 
paylandıqdan sonra Əmirəl-möminin Əli (ə) düşmən tərəfdən tutulan bütün 
əsirləri  birtərəfli  olaraq  azad  etdi.  Halbuki  şamlı  əsirlər  azad  olunmazdan 
qabaq Əmr As, Müaviyənin Imam (ə) tərəfdən tutulan əsirləri edam etməsini 
israr edirdi. Müaviyə Imam (ə)-ın bu alicənablığını görəndə bədəni əsməyə 
başladı,  Əmr  Asa  dedi:–Əgər  biz  əsirləri  öldürsəydik,  dost-düşmən  içində 
rüsvay olardıq. 
Müharibə boyu Imam (ə)-ın əsirlərlə olan rəftarı belə idi: əgər bir nəfər 
heç  kəsi  öldürmədən  əsir  düşsəydi,  onu  azad  edirdi,  lakin  əsir  düşən  şəxs 
adam  öldürmüş  olsaydı,  ondan  qisas  alınır  və  öldürülürdü.  Əgər  azad 
olunmuş  əsir  yenidən  əsir  düşsəydi,  sorğu-sualsız  edam  olunurdu.  Çünki 
düşmən ordusuna qayıtması onun mənfur niyyətini göstərirdi.
1
 
IMAM 
(Ə) 
HƏKƏMIYYƏTIN 
VƏZIYYƏTINƏ 
NƏZARƏT EDIR 
Imam (ə) Siffeyndən Kufəyə qayıtdıqdan sonra da həkəmiyyətdən qafil 
qalmır,  müntəzəm  surətdə  Ibni  Abbasa  lazım  olan  tövsiyələri  edirdi.  (Ibni 
Abbas 400 nəfərə başçılıq edərək o məntəqəyə göndərilmişdi).  
Müaviyə də oraya 400 nəfər göndərmişdi. 
Imam (ə)-ın dostları ilə Müaviyənin adamları arasında olan fərq bu idi ki
şamlılar  öz  başçılarına  kor-koranə  və  qeydsiz-şərtsiz  itaət  edirdilər, 
Müaviyədən  bir  məktub  gələndə  heç  vaxt  "Müaviyə  nə  yazıb?"  -  deyə 
soruşmazdılar.  Halbuki  Imam  (ə)-dan  Ibni  Abbasa  bir  məktub  gəldikdə, 
hamının  nəzər-diqqəti  ona  yönəlirdi  ki,  görsünlər  Imam  (ə)  ona  nə 
göstərişlər  verir.  Buna  görə  də  Ibni  Abbas  onları  danlayıb  dedi:–"Nə  vaxt 
Imamdan  bir  xəbər  çatsa,  soruşursunuz  ki,  nə  yazmışdır.  Əgər  gizlətsəm, 
deyəcəksiniz ki, nə üçün gizlətdin; açıb desəm də sirrimiz açılar, heç bir şey 
gizli qalmaz."
2
 
İYİRMİ BİRİNCİ FƏSİL 
IMAM (Ə)-IN SIFFEYNDƏN KUFƏYƏ QAYITMASI 
Bütün  çıxış  yolları  bağlandıqdan  sonra  məcburiyyət  qarşısında  qalan 
Imam  (ə)  ikrah  üzündən  həkəmiyyəti  qəbul  etdi.  Çünki  əgər  müqavimət 
göstərsəydi, daxili müxaliflər Müaviyənin ordusu ilə əlbir olub Imam (ə)-la 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.518 
2
  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.167;  "Tarixi-Təbəri",  3-cü  cild,  6-cı  hissə, 
səh.37; "Vəqətu-Siffeyn", səh.533 "Əl-əxbarüt-tival", səh.198 


 
104 
müharibəyə qalxacaqdı. Bunun da nəticəsi o həzrətin özünün və onun sadiq 
dostlarının  qətlə  yetirilməsindən  başqa  bir  şey  olmayacaqdı.  Buna  görə  də 
həkəmiyyət  sona  çatandan  sonra  Imam  (ə)  məsələnin  həll  olunması  üçün 
Kufəyə  qayıtdı  ki,  nümayəndələr  və  bir  nəzarətçi  heyət  göndərsin.  O, 
hərəkətə başlayanda Peyğəmbər (s)-dən də nəql olunan bu duanı oxuyurdu: 
 "Ilahi,  səfərin  məşəqqətindən,  qayıtmaq  qəmindən,  malın  və  əhl-
əyalın düçar olacağı bəladan Sənə pənah aparıram!" 
Imam  (ə)  bu  duanı  oxuya-oxuya  Kufəyə  yola  düşmək  üçün  Fəratın 
sahilinə  çıxdı.  Səndəvda  şəhərinə  çatanda  Bəni-Səid  qəbiləsi  o  həzrətin 
pişvazına çıxıb xahiş etdilər ki, onlara qonaq olsun, lakin Imam (ə) onların 
dəvətlərini  qəbul  etmədi.
1
  Kufə  xurmalıqlarına  yaxınlaşanda  evinin 
kölgəsində oturan qoca bir kişi ilə qarşılaşdı. Üzündə xəstəliyin əsər-əlaməti 
görünürdü. Imam (ə)-la o qoca arasında belə bir söhbət oldu: 
Imam (ə):–Rəngin niyə qaçıb? Xəstəsənmi? 
Qoca kişi:–Bəli. 
Imam (ə):–Xəstəliyi xoşlamırdınmı? 
Qoca kişi:–Xeyr, xəstə olmaq istəmirəm. 
Imam (ə):–Belə xəstəliklər Allah yanında xeyir bir iş hesab olunmurmu? 
Qoca kişi: Bəli. 
Imam (ə):–Müjdə olsun ki, Haqqın rəhməti sənə şamil olmuş, günahların 
bağışlanmışdır! Adın nədir? 
Qoca  kişi:–Adım  Saleh,  atamın  adı  Səlimdir.  Səlman  ibni  Təyy 
qəbiləsindənəm. Biz Səlim ibni Mənsur qəbiləsi ilə həmpeymanıq. 
Imam (ə): – Həm sənin öz adın, həm atanın adı, həm də  
həmpeymanınızın adı necə də gözəldir! Bu müharibədə bizim tərəfdə iştirak 
edirdinmi? 
Qoca kişi:–Xeyr, iştirak etməmişəm, amma çox arzu edirdim. Gördüyün 
kimi, zəifliyim məni bu işdən saxlamışdır. 
Imam  (ə):–Allahın  kəlamını  eşit:  "Zəiflərə,  xəstələrə,  cihad  yolunda 
xərcləməyə  mal-dövləti  olmayanlara  Allah  və  Onun  Peyğəmbərinə  xatir 
xeyirxahlıq  istəmələrinin  maneçiliyi  yoxdur.  Allah  bağışlayan  və 
rəhimlidir." 
Imam (ə):–Camaat bizim şamlılarla olan bu işimiz barədə nə deyir? 
Qoca  kişi:–Sənə  qarşı  bədxah  olanlar  sənin  bu  işindən  sevinirlər,  lakin 
sənin həqiqi dostların qəzəblənmiş və çox təsirlənmişlər. 
Imam  (ə):–Düz  deyirsən.  Allah  sənin  xəstəliyini  günahlarının 
bağışlanmasına  bir  səbəb  etsin.  Çünki  xəstəlikdə  heç  bir  mükafat  yoxdur, 
lakin günahların bağışlanmasına səbəb olar. Mükafat əmələ, danışığa aiddir, 
lakin  eyni  halda  gərək  hüsnü-niyyətdən  qafil  olmayasan.  Çünki,  Allah 
çoxlarını xeyir niyyətlərinə görə behiştə aparacaq.
2
 
Imam  (ə)  bu  sözləri  deyib  yoluna  davam  etdi.  Bir  qədər  yol  gedəndən 
sonra  Əbdüllah  ibni  Vədiə  Ənsari  ilə  rastlaşdı,  Müaviyə  ilə  olan  əhdnamə 
                                              
1
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  2-ci  cild,  səh.86  "Vəqətu-Siffeyn", 
səh.528 
2
 "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.33; "Vəqətu-Siffeyn", səh.528 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə