On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə53/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

 
105 
barəsində camaatın fikrini ondan öyənmək istədi. Onların arasında belə bir 
söhbət oldu: 
Imam (ə):–Camaat bizim işimiz barədə nə deyir? 
Ənsari:–Camaat arasında iki fikir var. Bəziləri onu bəyənmiş, bəziləri isə 
bəyənməmişdir. (Quranın ifadəsi ilə desək"Onlar həmişə ixtilafdadırlar.") 
Imam (ə):–Təhlilçilər nə deyir? 
Ənsari:–Onlar deyirlər ki, Əlinin ətrafında bir dəstə adam var idi, amma 
Əli onları dağıtdı; onun möhkəm bir qalası var idi, lakin onu viran etdi. Əli 
itirdiyi adamları nə vaxt tapa bilər və dağıtdığı binanı nə vaxt düzəldə bilər?! 
Əgər  o,  döyüşü  ona  itaət  edənlərlə  birlikdə  davam  etdirsəydi,  qələbə  də 
çalsaydı,  məğlub  da  olsaydı,  onda  ağıllı  və  siyasətlə  uyğun  olan  bir  iş 
görmüş olardı. 
Imam (ə):–Mən viran etdim, yoxsa onlar (xəvariclər)?! O cəmiyyəti mən 
dağıtdım,  yoxsa  onların  özləri  ixtilaf  və  ikitirəlik  yaratdılar?!  Bəzilərinin 
mənimlə  müxalifətə  başladığı  vaxt  mənə  vəfadar  qalanlarla  döyüşü  davam 
etdirməyim  elə  bir  iş  deyildi  ki,  mən  ondan  qafil  olam.  Mən  öz  canımdan 
keçib  ölümü  gülərüzlə  qəbul  etmək  istəyirdim,  lakin  Həsənlə  Hüseynə 
baxanda gördüm  ki,  onlar şəhadət  üçün məndən qabağa keçirlər. Qorxdum 
ki, onların şəhid olması ilə Peyğəmbər (s)-in sülaləsi kəsilsin. Odur ki, bu işi 
məsləhət görmədim. Allaha and olsun, əgər şamlılarla yenidən qarşılaşsam, 
bu yolu seçərəm və bu vaxt Həsənlə Hüseyn də mənimlə olmaz.
1
 
Ənsarinin Imam (ə)-la açıq söhbətindən iki məsələ aydınlaşır:  
1)  Imam  (ə)-ın  bərqərar  etdiyi  mühitin  tamamilə  azad  bir  mühit 
olması. Belə ki, hökumət barəsində hamı özünün müxtəlif rəy və fikirlərini 
aşkar edə bilirdi. Imam (ə)-ın qarşısında həm müvafiqlər, həm də müxaliflər 
öz  əqidələrini  bildirməkdə  bərabər  idilər,  müxaliflər  silaha  əl  atmayınca, 
silahlı qiyam etməyincə tam azadlığa malik idilər.  
2)  Peyğəmbər  (s)  sülaləsinin  qorunub  saxlanması.  Quran  o  həzrətin 
sülaləsini "Kövsər"  adlandırmışdır, onu qorumaq islamda ən mühüm vacib 
əməllərdəndir.  Imam  (ə)  Müaviyə  və  sayı  çox  da  az  olmayan  daxili 
müxalifətlə mübarizəni davam etdirsəydi, bu iş Həsənlə-Hüseynin (ə) şəhid 
olmalarına,  Peyğəmbər  (s)-in  sülaləsinin  kəsilməsinə,  həmçinin  imamətin 
aradan  getməsinə  səbəb  olacaqdı.  Imam  Zaman  (ə)-ın  zühuruna  kimi 
məsumların  nəslinin  qalıb  davam  etməsinə  dair  Allahın  iradəsi  Əli  (ə)-ın 
həkəmiyyəti  qəbul  etməsini  gərəkli  edirdi.  Bu  məsələ  həkəmiyyətin  qəbul 
edilməsinin  yeganə  dəlili  deyildi,  amma  Imam  (ə)-ı  bu  işə  vadar  edən 
səbəblərdən biri sayılırdı. 
IMAM 
(Ə) 
XUBBAB 
IBNI 
ƏRRƏTIN 
QƏBRI 
QARŞISINDA 
Imam  (ə)  öz  seyrini  davam  etdirərək,  Bəni-Ovf  qəbiləsinin  evlərinin 
qabağında  dayandı.  Yolun  sağ  tərəfində  uca  bir  yerdə  yeddi-səkkiz  qəbir 
                                              
1
  "Vəqətu-Siffeyn",  səh.529-530;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.164;  "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.34 


 
106 
görünürdü. Imam (ə) orada kimlərin dəfn olunduğunu xəbər aldıqda Qüdatə 
ibni Əclan Əzdi cavab verib dedi:–Siz Siffeynə yola düşəndən sonra Xubbab 
ibni Ərrət vəfat etdi və ölməmişdən vəsiyyət etdi ki, onu uca bir yerdə dəfn 
etsinlər.  O  dəfn  olunduqdan  sonra  başqaları  da  öz  ölülərini  gətirib  burada 
dəfn etməyə başladılar. 
Imam  (ə)  Xubbaba  rəhmət  göndərəndən  sonra  onun  barəsində  belə 
buyurdu:–O,  islamı  səmimi  qəlbdən  qəbul  etmiş,  tam  meyl  və  rəğbət 
üzündən hicrət etmişdi. O, bir ömür cihad etdi, axırda cismi zəiflədi. Allah 
yaxşı əməl sahiblərinin mükafatını zay etməz. (Sonra orada dəfn edilənlərin 
ruhlarına xitabən buyurdu:) Salam olsun sizə, ey vəhşətli, susuz və ot-ələfsiz 
yerlərin  müsəlman  sakinləri!  Siz  bizdən  qabağa  keçdiniz,  biz  də  sizin 
arxanızca gələcəyik, az bir müddətdən sonra sizə qoşulacağıq. Ilahi, bizi də, 
onları da bağışla, bizim və onların  günahlarından, xətalarından keç. (Sonra 
buyurdu:)  Allaha  şükür  olsun  ki,  yeri  ölülər  və  dirilər  üçün  yığışmaq  yeri 
etdi.  Allaha  şükür  olsun  ki,  hamını  ondan  (torpaqdan)  yaratdı  və  bizi  ona 
qaytaracaq, ondan da dirildəcək. Xoş o kəslərin halına ki, axirəti yada salar, 
hesab günü üçün iş görər və kafi miqdarla qənaətlənərlər.
1
 
Imam (ə) bunu deyib yoluna davam etdi. Həmdan qəbilələrinin evlərinin 
yanından keçəndə qadınların nalə və şivən səslərini eşitdi. Onlar Siffeyndə 
öldürülən  adamlarına  ağlayırdılar.  Imam  (ə)  Şərhbili  çağırıb  dedi:–
Arvadlarınıza tövsiyə edin, özlərini ələ alsınlar. Haray-həşir salmasınlar. 
O cavab verib dedi:–Əgər bu iş  bir neçə evlə qurtarsaydı,  bu sözə əməl 
etmək mümkün idi. Lakin elə bu şaxədən yüz səksən nəfər öldürülmüşdür. 
Elə bir ev  yoxdur ki,  orada ağlaşma, şivən səsi  olmasın. Amma biz kişilər 
heç vaxt ağlamırıq, üstəlik onların şəhadətindən xoşhalıq da. 
Imam  (ə)  onların  ölənlərinə  rəhmət  göndərdi.  Şərhbil  Imam  (ə)-ı  (ata 
mindiyi halda) yola salmaq istədikdə o həzrət buyurdu:–Qayıt, çünki bu cür 
müşayiət etmək valinin qürurlanmasına, möminlərin zillətinə səbəb olar.
2
 
O həzrət Kufəyə daxil olanda həkəmiyyətə nəzarət etmək məqsədilə dörd 
yüz nəfər seçdi, Şüreyhi hərbi sərkərdə, Ibni Abbası isə onların dini rəhbəri 
təyin  etdi.  Bundan  sonra  artıq  zorla  qəbul  elətdirilən  nümayəndəsini–Əbu 
Musa Əşərini göndərməyin vaxtı gəlib çatmışdı.
3
 
Imam  (ə)  öz  xilafətinin  əvvəllərindən  Əşərinin  o  həzrətin  rəhbərliyinə 
qarşı  laqeyd  olduğunu  bilirdi.  Camaat  da  onun  sadəliyindən,  əqlinin 
zəifliyindən xəbərdar idilər. Buna  görə də o  yola düşəndə  Imam  (ə) və bir 
dəstə adam onunla söhbət etdi. O söhbətin bir hissəsini nəql edirik. 
IMAM (Ə)-IN ƏBU-MUSA ILƏ SÖHBƏTI  
Dost-düşmən Əbu Musanın  sadə və dünyagörüşsüz bir adam  olmasında 
                                              
1
  "Vəqətu-Siffeyn",səh.529-530;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.164;  "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.34 
2
  "Vəqətu-Siffeyn",  səh.531;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.164;  "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.416 
3
 "Vəqətu-Siffeyn", səh.533; "Murucuz-zəhəb", 2-ci cild, səh.406; "Tarixi-Təbəri", 
3-cü cild, 6-cı hissə, səh.37 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə