On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə49/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

 
97 
Imam (ə):–Indi ki, Əbu Musa Əşəri üçün bu qədər israr edirsiniz, onda 
özünüz bilin. Nə istəyirsinizsə, onu da edin!
1
 
Əbu  Musa  Əşəri  Kufənin  valisi  olanda  Cəməl  müharibəsini  yatırtmaq 
üçün  camaatın  Imam  (ə)-a  kömək  etmələrinin  qarşısını  almışdı.  O  bəhanə 
gətirib  deyirdi  ki,  Peyğəmbər  (s)  buyurmuşdur:  "Hər  vaxt  mənim 
ümmətimin  arasında  fitnə  yaransa,  kənara  çəkilin."  Indi  isə  həkəmiyyətdə 
Imam  (ə)-ın  nümayəndəsi  olmaq  istəyir!  Şübhəsiz,  o,  sadəlövh  olmaqdan 
əlavə, Imam (ə)-la müxalif olduğuna görə onun xeyrinə rəy verməyəcəkdi.  
Imam  (ə)  təzyiq  qrupunu  öz  yanlış  və  azğın  fikirlərindən  döndərmək 
üçün  heç  nəyi  əsirgəmədi.  Buna  görə  də  bütün  sərkərdələri  bir  yerə  yığıb 
ümumi bir yığıncaqda məsələni belə aydınlaşdırdı: Agah olun! Şamlılar öz 
istədiklərini, ən yaxın adamları olanları seçdilər, siz isə xoşunuza gəlməyən 
adamlar arasında ən yaxın olanı (Əbu Musanı) həkəmiyyətə seçdiniz. Sizin 
işiniz Əbdüllah ibni Qeys (Əbu Musa Əşərinin adıdır) kimilərlədir. O dünən 
deyirdi:  "Müharibə  fitnədir;  kamanlarınızın  bəndlərini  qırın  və  qılıncları 
qınına  qoyun."  Əgər  o  doğru  danışandırsa,  nə  üçün  öz  xoşuna  döyüşdə 
iştirak etdi?! Əgər yalançıdırsa, deməli müttəhim olunur. Əmr Asın sinəsini 
Əbdüllah  Ibni  Abbasın  düyünlənmiş  yumruğu  ilə  sındırın,  möhlət 
verənlərdən istifadə edin və islam sərhədlərinin (nəzarətini) ixtiyarınıza alın. 
Məgər  görmürsünüz  ki,  şəhərləriniz  təcavüzə  məruz  qalmış,  ölkələriniz 
düşmən oxlarına hədəf olmuşdur?!
2
 
Imam (ə)-ın sözləri sərkərdələrə  yalnız bu qədər təsir qoydu ki, onlar o 
həzrətlə  təklikdə  görüşdülər.  Əhnəf  ibni  Qeys  Imam  (ə)-a  dedi:–Mən  Əbu 
Musanı  yoxlamışam,  idrak qüvvəsi  çox da güclü  deyil. Əvvəllər də islama 
qarşı vuruşmuşdur. Əgər istəyirsinizsə, həkəmiyyətə məni seçin. Əgər bunu 
məsləhət görmürsünüzsə məni ikinci, yaxud üçüncü hakim təyin edin, görün 
Əmr Asın vurduğu düyünləri necə açar, açdığı düyünləri necə bağlayaram. 
Imam  (ə)  Əhnəfin  nümayəndəliyini  irəli  sürdü,  lakin  onlar  o  qədər 
inadkar  və  azğın  idilər  ki,  Əbu  Musadan  başqasına  rəy  vermədilər.  Onun 
seçilməsi o qədər xəsarətli idi ki, şamlı bir şair öz şerində bunu belə aşkara 
çıxarmışdı: 
Əgər  Iraq  camaatının  yaxşı  bir  rəyi  olsaydı  onları  azğınlıqdan 
qurtarar, Ibni Abbası seçərdilər. 
Lakin yəmənli bir qocanı seçdilər ki, o beşlə-altını seçə bilmir. 
Haqqı deməkdə qorxusu olmayan bir nəfərin sözlərini Əliyə çatdırın: 
Əbu Musa Əşəri etimadlı adam deyildir." 
Gələcəkdə qeyd edəcəyik ki, Müaviyə ilə sülh etməyi Imam (ə)-a qəbul 
etdirən,  həkəmləri  seçməkdə  o  həzrətə  imkan  verməyənlər  elə  həkəmiyyət 
məsələsini  kəbirə  günah  sayan  ilk  şəxslər  oldular  və  əhd-peyman 
bağladıqdan sonra Imam (ə)-ı onu pozmaqda müttəhim etdilər. Amma Imam 
(ə)  heç  vaxt  peymanı  pozmaz  və  bu  "müqəddəs  insanların"  sözlərinə  bir 
                                              
1
 "Tarixi-Yəqubi", 2-ci cild, səh.189; "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.113; 
"Əl-əxbarut-tival",  səh.192;  "Murucuz-zəhəb",  2-ci  cild,  səh.402;  "Vəqətü  Siffeyn", 
səh.499 
2
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 13-cü cild, səh.309 


 
98 
daha  qulaq  asmazdı.  Indi  həkəmiyyətdə  müqavilə  sənədinin  mətninin  necə 
yazıldığını  və  Imam  (ə)-ın  üçüncü  dəfə  olaraq  təzyiq  qrupunun  rəylərinin 
təsiri altında qalıb-qalmadığını araşdırırıq. 
HƏKƏMIYYƏT 
MÜQAVILƏSININ 
QƏBUL 
ETDIRILMƏSI  
Siffeyn  müharibəsinin  sonundakı  həkəmiyyət  hadisəsi  islam  tarixində 
misli  görünməmiş  bir  məsələ  hesab  olunur.  Əmirəl-möminin  Əli  (ə) 
qələbənin  iki  addımlığında  idi,  əgər  onun  nadan  köməkçiləri  müharibəni 
saxlamasaydılar,  yaxud,  heç  olmazsa,  ona  maneçilik  törətməsəydilər,  o 
həzrət  fitnənin  kökünü  kəsər,  xəbis  əməvi  sülaləsinin  sonradan  səksən  il 
davam  edəcək  hökumətinə  son  qoyar,  nəticədə  islam  tarixini  və 
müsəlmanların  mədəniyyətini  tamamilə  dəyişdirərdi.  Amma  o,  Əmr  Asın 
hiyləgərliyi  və  özünün  qoşunundakı  nadan  əsgərlərin  çoxunun  aldanması 
nəticəsində  müharibəni  qəti  qələbəyə  qədər  davam  etdirə  bilmədi.  Belə 
nadan "dostlar"ın vurduqları ziyan ağıllı düşmənin vurduğu xəsarətdən qat-
qat  artıq  idi.  Onlar  Imam  (ə)-a  dörd  məsələni  qəbul  etdirdilər  ki,  bunun 
zərəri əvvəlcə özlərinə, sonra isə digər müsəlmanlara dəydi: 
1-Müharibəni  dayandırıb  Quranın  və  Peyğəmbər  (s)  sünnəsinin 
hakimliyini qəbul etmək. 
2-Əbu Musanı (Imam (ə) tərəfindən) nümayəndə seçmək. 
3-Həkəmiyyət  müqaviləsinin  mətnindən  "Əmirəl-möminin"  ləqəbini 
çıxartmaq. 
4-Müqavilə imzalandıqdan sonra onu pozmağa dair israr etmək. 
Yuxarıda  birinci  və  ikinci  bəndin  qəbul  etdirilməsi  aydınlaşdı.  Indi  isə 
üçüncü  və  dördüncü  bəndin  necə  qəbul  etdirilməsini  bəyan  edirik. 
Quranların  nizəyə  keçirilməsindən  sonra  döyüşün  toz-torpağı  yatdı, 
mübahisələr dayandı və qərara alındı ki, hər iki tərəfin başçıları həkəmiyyət 
müqaviləsini tənzim etsinlər. Bir tərəfdə Imam (ə) öz tərəfdarları ilə, o biri 
tərəfdə  də  Müaviyə  və  onun  "ayrılmış  əqli"  Əmr  As  öz  mühafizəçiləri  ilə 
dayandı.  Müqavilənin  yazılması  üçün  iki  sarı  vərəq  hazırlandı.  Vərəqlərin 
həm baş tərəfində, həm də axırında Imam (ə)-ın "Muhəmmədun Rəsulullah" 
yazılmış möhrü vurulmuşdu. Müqavilənin  mətnini  Əli  (ə) deyir, o həzrətin 
katibi  Übeydullah  ibni  Rafe  də  onu  yazırdı.  Imam  (ə)  öz  sözlərini  belə 
başladı: 
"Bu, Əmirəl-möminin Əli və Əbu Süfyanın oğlu Müaviyə arasında olan 
bir  müqavilədir,  onların  tabeçiləri  onun  əsasında  Allah  kitabının  və  onun 
Peyğəmbərinin qəzavət etməsini qəbul etmişlər." 
Bu  vaxt  Müaviyə  yerindən  atıldı,  dedi:–Bir  nəfəri  "Əmirəl-möminin" 
kimi qəbul edən, sonra isə onunla mübarizə edən şəxs axmaqdır! 
Əmr As dərhal Imam (ə)-ın katibinə dedi:–Əlinin adını və atasının adını 
yaz. O, sizin əmirinizdir. 
Imam (ə)-ın şücaətli sərkərdəsi Əhnəf o həzrətə dedi:–Məbada "Əmirəl-
möminin" ləqəbini öz adının yanından pozsan! Əgər pozasan, bir daha geri 
qayıtmayacağından  qorxuram.  Bu  sözü,  hətta  ölüm-dirimə  gətirib  çıxarsa 
belə, qəbul etmə! 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə