On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə45/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   41   42   43   44   45   46   47   48   ...   81

 
89 
kim olmasına istinad edərək dedi:–Biz Peyğəmbər (s) zamanında düşmənin 
nizələri qarşısında haqq qələbə çalana kimi canla-başla dayanırdıq, halbuki 
kafirlər bu işdən narahat idilər. Ey Nöman, indi Müaviyənin köməkçiləri bir 
ovuc  "azad  olunmuşlar"dan,  çöldə  yaşayanlardan  və  aldadılmış 
yəmənlilərdən  başqa  heç  kəs  deyildir.  Amma  Əliyə  bax:  onun  ətrafını 
Allahın  razı  olduğu  mühacir,  ənsar  və  tabein  tutmuşdur.  Müaviyənin 
ətrafında səndən və sənin dostundan (Məsləmə ibni Müxəlləddən) başqa bir 
kəs  yoxdur.  Siz  nə  Bədrdə  olmusunuz,  nə  də  Ühüddə;  nə  islamda 
təqdirəlayiq  bir  xidmətiniz  vardır,  nə  də  sizin  barənizdə  bir  ayə  nazil 
olmuşdur.
1
 
3-Bu  görüşlərdə  məqsəd  sülh  və  saziş  üçün  şərait  yaratmaq  idi.  Lakin 
Müaviyənin  istədiyi  kimi  olmadı.  Buna  görə  də  Imam  (ə)-a  bir  məktub 
yazaraq ona itaətsizlik etdiyi ilk günlərdəki istəyini, yəni Şam hökumətini, o 
həzrətə  beyət  və  itaət  etmədən  ona  verilməsini  istədi,  sonra  əlavə  etdi: 
"Bizim  hamımız  Əbdü-Mənafın  övladlarıyıq,  öz  izzətini  və  azadlığını 
itirənlərdən başqa heç birimiz digərindən üstün deyildir." 
Imam  (ə)  öz  katibini  çağırdı,  ona  göstəriş  verdi  ki,  məktubun  cavabını 
onun  imla  etdiyi  şəkildə  yazsın.  O  həzrətin  məktubunun  mətni  "Nəhcül-
Bəlağə"də, 17-ci nömrə altında gəlmişdir.
2
 
ON DOQQUZUNCU FƏSİL 
SIFFEYN MÜHARIBƏSININ GEDIŞININ DƏYIŞILMƏSI 
Imam  (ə)  38-ci  ilin  Rəbiül-əvvəl  ayının  onunda,  çərşənbə  axşamı  günü 
sübh çağı, hələ hava qaranlıq ikən sübh namazını öz köməkçiləri ilə qıldı. O 
həzrət Şam ordusunun bacarıqsızlığından və yorğunluğundan tamamilə agah 
idi  və  bilirdi  ki,  düşmən  axırıncı  səngərlərə  tərəf  geri  çəkilmişdir  və  güclü 
bir hücum ilə Müaviyənin xeyməsini ələ keçirmək olar. Buna görə də Malik 
Əştərə  göstəriş  verdi  ki,  ordunu  nizama  salsın.  Malik  zirehli  paltarda 
qoşunun  içinə  gəldi,  öz  nizəsinə  söykənərək  fəryad  etdi:  "Öz  cərgələrinizi 
tərtibə  salın!"  Bir  azdan  hücum  başlandı  və  döyüşün  elə  ilk  anlarında 
düşmənin  məğlubiyyət  əlamətləri aşkar oldu  və  onlar meydandan qaçmağa 
başladılar.  Bu  vaxt  Şam  qoşunundan  bir  nəfər  irəli  çıxaraq  Imam  (ə)-la 
birbaşa müzakirə aparmaq istədi. Imam (ə) bu təklifi qəbul etdi, iki qoşunun 
arasında  müzakirə  başlandı.  O  kişi  dedi  ki,  hər  iki  qoşun  əvvəlki  yerlərinə 
qayıtsın, Imam da Şamı Müaviyəyə versin. Imam (ə) onun bu təklifini eşidib 
təşəkkür etdi və dedi:–"Mən bu barədə uzun müddət fikirləşmişəm və özüm 
üçün  iki  çıxış  yolu  görmüşəm:  ya  itaətsizlik  edənlərlə  mübarizə,  ya  da 
Allaha  və  Onun  Peyğəmbərinə  nazil  olanlara  qarşı  küfr  etmək!  Allah  da 
Onun mülkündə üsyankarlıq və günah edilməsinə, başqalarının da bunların 
                                              
1
  Məqsəd  səqifədəki  hadisələrdir.  Nömanın  atası  Bəşir  öz  əmioğlusu  Səd  ibni 
Übadənin xilafətə çatmaması üçün, ayağa qalxıb Əbu Bəkrlə beyət etdi və ənsarın 
birliyini  pozdu.  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  1-ci  cild,  səh.78-79;  "Əl-
imamətu vəs-siyasət", 1-ci cild, səh.97; "Vəqətu-Siffeyn", səh.448  
2
 "Əl-imamətu vəs-siyasət", səh.103-104; "Vəqətu-Siffeyn", səh.417  


 
90 
qarşısında  sükut  edərək  əmr  be  mərufdan  və  nəhy  əz  münkərdən  boyun 
qaçırmalarına  heç  vaxt  razı  olmaz.  Buna  görə  də  itaətsizlik  edənlərlə 
mübarizə etməyi zəncirlə birgə olmaqdan yaxşı bildim." 
O  kişi  Imam  (ə)-ı  qane  etməkdən  məyus  oldu  və  "Hamımız  Allaha 
məxsusuq  və  hamımız  Ona  tərəf  qayıdacağıq"  ayəsini  oxuya-oxuya  öz 
qoşununa tərəf qayıtdı.
1
 
Tərəflər arasında amansız döyüşlər başlandı. Bu döyüşdə mümkün olan 
hər  bir  vasitədən  istifadə  olunurdu:  Ox,  daş,  qılınc  və  nizə  döyüşçülərin 
başlarına  endirilirdi.  Döyüş  çərşənbə  günü  sübhə  kimi  davam  etdi. 
Müaviyənin  qoşunu  o  günün  gecəsi  ölülərin  və  yaralıların  çoxluğundan  it 
kimi  ulaşırdı.  Buna  görə  də  tarixdə  həmin  gecə  "Leylətül-hərir"  (ulaşma 
gecəsi) adlanır.  
Malik  əsgərlərin  içində  gəzişərək  deyirdi:  "Qələbəyə  bir  ox  uçuşundan 
çox qalmamışdır." (Və fəryad edirdi ki:) "Bir kəs varmı ki, öz canını Allaha 
satsın və bu yolda Əştər ilə birlikdə vuruşub ya qələbə çalsın, ya da Allaha 
qovuşsun?!"
2
 
Imam  (ə)  bu  həssas  anlarda  ordunun  sərkərdə  və  nüfuzlu  şəxsiyyətləri 
qarşısında çıxış edib buyurdu: "Ey camaat, görürsünüz ki, sizinlə düşmənin 
işi  hara  çatmışdır!  Düşmən  axır  nəfəslərini  çəkir.  Işlərin  başlanğıcı  onun 
axırı ilə müqayisə olunar. Mən onları sübh çağı ilahi məhkəməyə çəkəcək, 
onların zillətli həyatlarına son qoyacağam."
3
 
Müaviyə  o  həzrətin  sözlərinin  məzmunundan  agah  olduqa  Əmr  Asa 
dedi:–Sabah Əli müharibənin işini birdəfəlik xətm edəcəkdir. Indi nə etmək 
lazımdır? 
Əmr  As  dedi:–Sənin  əsgərlərin  nə  onun  əsgərləri  kimidir,  nə  də  özün 
onun kimisən. O, din, əqidə və məram uğrunda  vuruşur, sən isə başqa şey 
uğrunda vuruşursan. Sən yaşamaq istəyirsən, o isə şəhid olmaq. Iraq qoşunu 
sənin  qələbəni  özləri  üçün  qorxu  bilirlər.  Halbuki  Şam  ordusunun  Əlinin 
qələbə çalmasında heç bir qorxuları yoxdur. 
Müaviyə:–Bəs nə etməliyik? 
Əmr  As:–Elə  bir  təklif  irəli  sürək  ki,  qəbul  etsələr  də,  etməsələr  də 
ikitirəliyə və ixtilafa düçar olsunlar. Onları Allahın Kitabına dəvət et və de 
ki, səninlə onların arasında hökm etsin. Bu halda öz istəyinə nail olarsan. Bu 
fikir  çoxdan  mənim  başımda  dolanırdı,  vaxtı  gəlib  çatmadığı  üçün  aşkar 
etmirdim. 
Müaviyə öz həmkarının gözəl tədbirini bəyənib təşəkkür etdi, onu həyata 
keçirmək  qərarına  gəldi.  Cümə  axşamı  günü,  Rəbiül-əvvəlin  on  üçündə 
(başqa bir rəvayətə görə Səfərin on üçündə) Imam (ə)-ın ordusu tarixdə misli 
görünməmiş  bir  hiylə  ilə  qarşılaşdı.  Əmr  Asın  şamlı  tüğyançılara  etdiyi 
                                              
1
  "Əyanuş-şiə",  1-ci  cild,  səh.510;  "Vəqətu-Siffeyn",  səh.474;  "Əl-əxbarut-tival", 
səh.187 
2
  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.160;  "Vəqətu-Siffeyn",  səh.475;  "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.26 
3
  "Əl-imamətu  vəs-siyasət",  1-ci  cild,  səh.108;  "Əl-əxbarut-tival",  səh.188; 
"Vəqətu-Siffeyn", səh.476 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə