84
çağırdı. Imam (ə) rəcəz oxuyandan sonra irəli çıxdı və döyüşə başladı, elə
ilk anlarda onu bir zərbə ilə iki yerə böldü. Bu xəbər Müaviyəyə çatanda
həddindən artıq təsirləndi və onu aldatdığına görə Əmr Ası məzəmmət
edərək bir şer oxudu. O şerin iki beytinin tərcüməsi belədir:
"Həris, ey məğlub olmuş qəhrəman! Məgər bilmirdin ki, Əli bütün
qəhrəmanlara qalibdir?!
Elə bir qəhrəman tapılmadı ki, Əli ilə mübarizəyə girişəndə (Əli) onu
öldürməsin."
Hərisin ölümü Müaviyənin qoşununda qəzəblə yanaşı olan qorxu dalğası
yaratdı. Əmr ibni Həsin adlı başqa bir pəhləvan Əli (ə)-dan onun intiqamını
almaq üçün meydana girdi, lakin hələ o həzrətlə qarşılaşmamış Imam (ə)-ın
ordusundan olan Səid ibni Qeysin əli ilə öldürüldü.
1
3-IMAM (Ə) MÜAVIYƏNI MÜBARIZƏYƏ ÇAĞIRIR
Bir gün Imam (ə) meydana gəlib iki qoşunun arasında dayandı, axırıncı
dəfə olaraq höccəti Müaviyəyə tamam etmək istədi. Imam (ə) buyurdu:–
Müaviyə, Müaviyə, Müaviyə!
Müaviyə özünün xüsusi məmurlarına dedi:–Qabağa gedin və onun
məqsədinin nə olduğunu öyrənin.
Məmurlar:–Nə deyirsən, ey Əbu Talibin oğlu?
Imam (ə):–Ona bir kəlmə sözüm var.
Məmurlar Müaviyəyə dedilər:–Əli sənin özünlə danışmaq istəyir.
Müaviyə Əmr Asla birlikdə meydana gəldi və Imam (ə)-ın qarşısında
dayandılar. Imam (ə) Əmr Asa məhəl qoymadan Müaviyəyə dedi:–Vay
olsun sənə! Nə üçün camaat bizə görə bir-birini qırır? Yaxşı olar ki,
meydana gələsən, bir-birimizlə vuruşaq, hansımız qələbə çalsaq, o da
rəhbərliyi əlinə alsın.
Müaviyə Əmr Asa dedi:–Bu barədə nə fikirləşirsən?
Əmr As:–Əli insafla danışır. Əgər (qorxub) qayıtsan, bu sənin özün və
nəslin üçün heç vaxt yuyulmayan bir ar olacaqdır.
Müaviyə:–Əmr As! Mən sənə heç vaxt aldanmaram. Hər kəs Əli ilə
döyüşə girişsə, sözsüz yer onun qanı ilə doyar.
Bunu deyib öz qoşunlarına tərəf qayıtdılar. Imam (ə) da gülümsəyib öz
yerinə qayıtdı. Müaviyə Əmr Asa dedi:–Sən nə qədər də axmaq adamsan!
Zənnimcə sənin
verdiyin təklif ciddi deyil, zarafatla qarışıq idi.
2
ŞƏHID ÖVLADININ ŞÜCAƏTI
Haşim Mərqal bacarıqlı və şücaətli sərkərdələrdən biri idi. Belə ki, hamı
onun islami fəthlərdəki parlaq xidmətlərini bilirdi. Onun şəhid olması ilə
1
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.215-216; "Vəqətu-
Siffeyn", səh.272-273; "Əl-əxbarüt-tival", səh.671
2
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.217-218; "Vəqətu-
Siffeyn", səh.274-275; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.158; "Tarixi-Təbəri", 3-cü
cild, 6-cı hissə, səh.23 "Əl-əxbarüt-tival", səh.176-177