On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə40/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   36   37   38   39   40   41   42   43   ...   81

 
79 
cəzalandırırsa, bax gör sənin niyyətin nədir! 
Sonra Əli (ə)-ın köməkçiləri onun ətrafını tutmuş halda dedi:–Ilahi! Sən 
bilirsən  ki,  əgər  Sənin  razılığın  özümü  bu  dəryaya  atmağımda  olsa,  onda 
özümü  ora  ataram.  Əgər  bilsəm  ki,  Sənin  razılığın  qılıncın  ucunu  qarnıma 
dayandırıb, onun üstündə iki qat olmağımda və kürəyimdən çıxmağındadır, 
onda elə belə də edəcəyəm. Ilahi, mən bilirəm və Sən də məni agah etmisən 
ki, bu gün Səni hər şeydən artıq razı salan şey yalnız bu qoşuna qarşı cihad 
etməkdir.  Əgər  bundan  başqa  da  bir  iş  Sənin  razılığına  səbəb  olsaydı,  elə 
onu da edərdim.
1
 
ƏMMARIN  IMAM  (Ə)-IN  QOŞUNUNDA  OLMASININ 
DÜŞMƏN TƏRƏFƏ QOYDUĞU TƏSIRI 
Əmmarın  şəxsiyyəti  və  inqilabi  xidmətləri  şamlılara  gizli  deyildi. 
Peyğəmbər  (s)-in  onun  barəsində  buyurduğu  sözlər  hər  yerə  yayılmışdı. 
Şamlılar  üçün  müəyyən  qədər  gizli  qalan  şey  Əmmarın  Imam  (ə)-ın 
qoşununda  olub-olmaması  idi.  Onun  Imam  (ə)-ın  qoşununda  iştirak  etməsi 
xəbəri  Şam  ordusunun  içərisində  yayıldıqda  Müaviyənin  zəhərli 
təbliğatlarına  aldananlar  bu  məsələni  araşdırmağı  qərara  aldılar.  Bu  fikrə 
düşənlərdən  biri  Yəmənin  tanınmış  şəxsiyyəti  Zulkəla  idi  ki,  Hümeyr 
qəbilələrini  Müaviyənin  qoşununa  səfərbər  etməkdə  böyük  rol  oynamışdı. 
Amma indi haqqın nuru onun qəlbinə saçılmışdı, həqiqəti tapmaq istəyirdi. 
O,  bu  məqsədlə  Hümeyr  qəbiləsinin  başçılarından  biri  və  Kufədə  yaşayan 
Əbu  Nuh  ilə  əlaqə  yaratmağı  qərara  aldı  (o,  Imam  (ə)-ın  qoşununda  idi). 
Zülkəla  özünü  cəbhənin  ön  sıralarına  yetirdi  və  uca  səslə  dedi:–Hümeyr 
qəbiləsinin Kəla şaxəsindən olan Əbu Nuh ilə danışmaq istəyirəm! 
Əbu  Nuh  bu  sözləri  eşidib  irəli  çıxdı  və  dedi:–Sən  kimsən?  Özünü 
təqdim et! 
Zülkəla:–Mən Zulkəlayam. Xahiş edirəm ki, mənim yanıma gələsən. 
Əbu  Nuh:–Sizə  tərəf  təklikdə  gəlməkdən  Allaha  sığınıram,  amma  öz 
dəstəmlə gələ bilərəm. 
Zulkəla:–Sən Allahın və Onun Rəsulunun pənahındasan, Zulkəla da sənə 
aman  vermişdir!  Mən  mühüm  bir  məsələ  barəsində  səninlə  danışmaq 
istəyirəm. Gəl, iki qoşunun arasında danışaq. 
Onların hər biri öz qoşunundan ayrılıb ortada müzakirəyə başladılar. 
Zulkəla:–Mən  keçmişdə  (Ömər  ibni  Xəttabın  hakimiyyəti  dövründə) 
Əmr Asdan bir hədis eşitdiyimə görə səni çağırdım. 
Əbu Nuh:–Hansı hədisi? 
Zulkəla:–Əmr  As  o  vaxt  demişdi  ki,  Rəsulullahın  belə  buyurduğunu 
eşitdim:  "Şam  və  Iraq  əhli  bir-biri  ilə  vuruşacaqdır,  haqq  rəhbərlik  və 
hidayət bir tərəfdədir, Əmmar da elə onlarla birlikdə, həmin tərəfdədir." 
Əbu Nuh:–Allaha and olsun ki, Əmmar bizimlədir! 
Zulkəla:–Bizimlə vuruşmaqda tam ciddidirmi? 
                                              
1
  "Vəqətu-Siffeyn",  səh.320;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.157;  "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.21 


 
80 
Əbu  Nuh:–Bəli!  Kəbənin  Rəbbinə  and  olsun  ki,  o,  sizinlə  müharibəyə 
məndən də ciddi və qətiyyətlidir. Mən arzu edirəm ki, kaş sizin hamınız bir 
nəfər  olaydınız  və  hamınızın  başını  da  birdəfəyə  kəsəydim,  əmioğlum 
olduğun halda hamıdan əvvəl səndən başlayaydım! 
Zulkəla:–Nə  üçün  belə  arzu  edirsən,  halbuki  mən  qohumluq  əlaqələrini 
kəsməmişəm!  Səni  öz  yaxın  qohumum  hesab  edir  və  səni  öldürmək 
istəmirəm. 
Əbu  Nuh:–Allah  islam  sayəsində  bir  sıra  qohumluq  əlaqələrini  kəsmiş, 
pərakəndə  olan  bəzi  adamları  bir-birinə  qohum  etmişdir.  Sən  və  sənin 
yoldaşların bizimlə olan mənəvi bağlılıqlarınızı qırmısınız. Biz haqq, siz isə 
batilsiniz, çünki küfr və azğınların başçısına kömək edirsiniz. 
Zulkəla:–Istəyirsənsə,  birlikdə  şamlıların  içinə  gedək.  Mən  sənə  aman 
verir və əmin edirəm ki, nə öldürüləcəksən, nə səndən bir şey əskiləcək, nə 
də beyət etməli olacaqsan. Əmmarın Əli (ə)-ın qoşununda olmasını Əmr Asa 
de, bəlkə Allah bu iki qoşunun arasında sülh bərqərar edə. 
Əbu Nuh:–Mən sənin və dostlarının məkrli hiyləsindən qorxuram! 
Zulkəla:–Mən öz sözlərimə zəmanət verirəm. 
Əbu  Nuh  üzünü  göyə  tutub  dedi:–Ilahi,  Sən  bilirsən  ki,  Zulkəla  mənə 
necə  aman  verdi.  Sən  mənim  qəlbimdə  olanlardan  xəbərdarsan.  Məni  hifz 
et! 
Bunu  deyib  Zulkəla  ilə  Müaviyənin  qoşununa  tərəf  yola  düşdü. 
Müaviyənin  və  Əmr  Asın  qərargahına  yaxınlaşanda  gördü  ki,  hər  ikisi 
camaatı müharibəyə təhrik  edirlər.  Zülkəla Əmr  Asa dedi:–Istəyirsənmi ki, 
Əmmar Yasirin barəsində ağıllı və doğruçu bir adamla müzakirə edəsən? 
Əmr As:–Dediyin o adam kimdir? 
Zulkəla Əbu Nuhu göstərib dedi:–O, mənim əmioğlumdur, özü də Kufə 
əhlidir. 
Əmr As üzünü Əbu Nuha tutub dedi:–Mən sənin üzündə Əbu Turabdan 
(Həzrət Əlinin ləqəbidir) bir nişanə görürəm! 
Əbu  Nuh:–Mənim  üzümdə  Məhəmməd  (s)  və  onun  dostlarının,  sənin 
üzündə isə Əbu Cəhlin və Fironun nişanəsi var. 
Bu  vaxt  Müaviyənin  sərkərdələrindən  biri–Əbül-Əvər  qılıncını  siyirib 
dedi:–Üzündə  Əbu  Turabın  nişanəsi  olan  bu  yalançını  gərək  öldürüm!  O 
qədər cürətlənib ki, bizim içimizdə bizi söyür! 
Zulkəla  dedi:–Allaha  and  olsun,  əgər  ona  toxunmaq  istəsən,  burnunu 
qılıncla  kəsərəm!  Bu  mənim  əmioğlumdur  və  mənim  zəmanətimlə  buraya 
gəlmişdir.  Onu  gətirmişəm  ki,  sizə  Əmmardan  xəbər  versin,  çünki  siz 
həmişə onun barəsində mübahisə edirsiniz. 
Əmr As:–Səni and verirəm Allaha, düzünü de görək Əmmar Yasir sizin 
içinizdədirmi? 
Əbu  Nuh:–Bu  sualı  nə  üçün  verməyini  bilməsəm,  cavab  vermərəm. 
Halbuki Peyğəmbər (s)-in səhabələrindən bir qrupu bizimlədir və hamısı da 
sizinlə vuruşmaq barədə qəti qərara gəlmişlər. 
Əmr  As:–Peyğəmbər  (s)-in  belə  buyurduğunu  eşitmişəm:  "Əmmarı 
zalımlar  öldürəcək.  Əmmarın  haqdan  ayrılması  mümkün  deyildir, 
cəhənnəm odu ona haramdır." 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə