On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə48/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

 
95 
həyasızlıqla Imam (ə)-ı təqvaya, Qurana dəvət etdi! 
IMAM (Ə)-IN BU MƏKTUBA CAVABI  
"Zülm və yalançılıq insanın din və dünyasını puç edər, onun xəta işlərini 
və  qanunsuz  əməllərini  eyb  axtaranlara  aşkar  edər.  Sən  bilirsən  ki,  öz 
keçmişini bərpa etməyə qadir deyilsən. Bir dəstə insan əhd-peymanı pozaraq 
nahaq  yerə  müxalifətə  başladılar,  Allahın  aşkar  əmrini  dəyişdirdilər,  Allah 
da onların yalanlarını ifşa etdi. Elə bir gündən qorx ki, o gündə işinin aqibəti 
yaxşı olanlar sevinəcək, öz rəhbəri ilə müxalifət edənlər peşman olacaqlar: 
bunlar  dünyaya  aldanaraq  ona  ürək  bağlamışdır.  Bizi  Quranın  hökmünə 
dəvət  edirsən,  halbuki  özün  onun  əhli  deyilsən.  Biz  sənə  cavab  vermədik, 
lakin Quranın hakim olmasını qəbul etdik."
1
 
Əşəs  ibni  Qeys  elə  ilk  günlərdən  Müaviyə  ilə  gizli  əlaqə  yaratmaqda 
müttəhim olunmuşdu, müharibənin gedişində də bu əlaqələr müəyyən qədər 
hiss  olunurdu.  O,  bu  dəfə  israr  etdi  ki,  Müaviyənin  yanına  gedib  onun 
Quranları qaldırmaqda məqsədinin nə olduğunu öyrənsin.
2
 
Əşəs elə ilk gündən etibarən Imam (ə)-a sədaqətli deyildi və Müaviyənin 
qardaşı  Ütbə  ilə  müzakirə  apardıqdan  sonra  sülh  fikrinə  düşmüşdü.  O, 
"Leylətül-hərir"də  müharibənin  davam  etdirilməsini  hər  iki  tərəfin  məhv 
olması  hesab  etdi.  Quranların  nizəyə  vurulması  fitnəsində  də  Əli  (ə)-ın 
şamlıların  dəvətinə  müsbət  cavab  verməsinə  israr  edir,  həm  də  qoşunun 
yorğunluğundan  söz  açırdı.  Bu  dəfə  Müaviyə  ilə  əlaqə  yaratmaq  və  sülh 
barəsində  son  qərara  gəlməsi  üçün,  vaxt  verilməsini  tələb  edirdi.  (Sonra 
qeyd edəcəyik ki, o, Imam (ə)-ın nümayəndə təyin etməsinə imkan vermədi 
və  o  həzrətin  təyin  etdiyi  nümayəndəni  bir  bəhanə  ilə  kənarlaşdırdıqdan 
sonra öz seçdiyi nümayəndəni qəbul elətdirdi. Bu da iraqlıların tam zərərinə 
idi.)  
Əşəs  Müaviyə  ilə  görüşdükdən  sonra  təzə  bir  söz  gətirmədi,  sadəcə 
olaraq  Müaviyənin  məktubunun  sözlərini  yenidən  təkrar  etdi.  Silahlı 
qiyamçıların  göstərdiyi  təzyiq  Imam  (ə)-ı,  Quranın  hakim  olmasını  qəbul 
etməyə vadar etdi. Buna görə də hər iki tərəfin qariləri iki qoşunun ortasında 
toplaşıb  Qurana  baxdılar  və  onun  hökmünü  dirçəltmək  qərarına  gəldilər, 
sonra  öz  yerlərinə  qayıtdılar.  Hər  iki  tərəfdən  "biz  Quranın  hökmünə 
razıyıq" - səsləri ucaldı.
3
 
IKI QAZININ (HƏKƏMEYNIN) SEÇILMƏSI 
Aydındır  ki,  Quranın  özü  danışmır  və  Quranı  dərk  edənlər  onu  nitqə 
gətirməli, ona baxıb Allahın hökmünü çıxarmalıdırlar ki, düşmənçiliyə son 
qoyulsun. Bu məqsədlə qərara alındı ki, bir neçə nəfər şamlılardan, bir neçə 
nəfər də iraqlılardan seçilsin. Şamlılar Müaviyəyə qeydsiz-şərtsiz tabe idilər. 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.493-494 
2
 "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.161; "Tarixi-Təbəri", 6-cı cild, səh.28 
3
  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.161;  "Tarixi-Təbəri",  3-cü  cild,  6-cı  hissə, 
səh.28 


 
96 
O hər kəsi seçsəydi, ona rəy verəcəkdilər. Hamı da bilirdi ki, o bu fitnənin 
əsasını  qoyan  Əmr  Asdan  başqa  heç  kimi  seçməyəcək.  Yaxşı  deyiblər  ki, 
şamlılar məxluqa itaət etməkdə hamıdan müti, Xaliqə asi olmaqda hamıdan 
irəli idilər. 
Amma  sonralar  "xəvaric"  adlanan  "təzyiq  qrupu"  Imam  (ə)-a  iki  şeyi 
qəbul  etdirdilər  (onlar  sonradan  həkəmiyyəti  kəbirə  günah  sayır  və  onu 
qəbul  etdiklərinə  görə  tövbə  edirdilər,  üstəlik  Əli  (ə)-dan  da  "tövbə 
etməsini" tələb edirdilər): 
1-Həkəmiyyəti  qəbul  etmək  (yəni  münaqişəni,  hər  iki  tərəfdən  hakim 
seçməklə həll etmək); 
2-Imam (ə)-ın rəy verdiyi adamları yox, öz istədiklərini seçmək. 
Tarixin başdan-başa ibrət dərsi olan bu hissəsini aşağıda qeyd edirik: 
Təzyiq qrupu:–Biz həkəmiyyətə Əbu Musanı seçirik. 
Imam  (ə):–Mən  heç  vaxt  bu  işə  razı  olmaram  və  ona  belə  bir  haqq 
vermərəm! 
Təzyiq  qrupu:–Biz  də  ondan  qeyrisinə  rəy  vermirik.  Çünki  ilk  gündən 
bizi müharibədən saxlayaraq onu böyük fitnə hesab edən yalnız o idi. 
Imam  (ə):–Əbu  Musa  xilafətimin  ilk  çağlarında  məndən  ayrıldı  və 
camaatın  mənə  kömək  etməsinə  mane  oldu,  cəzalandırılmaqdan  qorxduğu 
üçün  də  qaçdı.  Nəhayət  ona  aman  verdim,  o  da  mənə  tərəf  qayıtdı.  Mən 
həkəmiyyətə Ibni Abbası seçirəm. 
Təzyiq qrupu:–Biz səninlə Ibni Abbasın arasında heç bir fərq görmürük. 
Elə bir adamı seç ki, sənə və Müaviyəyə qarşı eyni fikirdə olsun. 
Imam (ə):–Malik Əştəri bu işə seçirəm. 
Təzyiq qrupu:–Malik müharibə odunu qızışdırmışdır. Biz də məhz onun 
hökmünə ! görə məhkum olunmuşuq. 
Imam (ə):–Malikin hökmü nədir ki? 
Təzyiq  qrupu:–O,  camaatı  bir-birinin  canına  salaraq  səninlə  özünün 
istədiyini yeritmək istəyir. 
Imam  (ə):–Əgər  Müaviyə  özünə  hakim  seçməkdə  tam  azaddırsa,  onda 
Qüreyşdən olan bir nəfər (Əmr As) qarşısında Qüreyşdən olan bir nəfərdən 
(Ibni  Abbasdan)  başqası  münasib  deyildir.  Siz  də  onun  müqabilində 
Əbdüllah  Ibni  Abbası  seçin,  çünki  Əmr As işə nə qədər düyün vursa,  Ibni 
Abbas onları açar və o nə qədər düyün açsa, Ibni Abbas onu bağlayar. Ibni 
Abbas onun möhkəmlətdiyi işi süstləşdirər, süstləşdirdiyi işi möhkəmlədər. 
Əşəs:–Əmr  Asla  Əbdüllah  Ibni  Abbas  hər  ikisi  Müzər  qəbiləsindəndir. 
Müzərdən  olan  iki  nəfər  bir-biri  ilə  qəzavət  etməməlidirlər.  Əgər  biri 
Müzərdən olsa, (Məsələn, Əmr As) ikincisi hökmən yəmənli olmalıdır (Əbu 
Musa Əşəri)! 
(Heç kəs Əşəsdən bu qanunu haradan çıxardığını soruşmur.) 
Imam  (ə):–Qorxuram  ki,  sizin  seçdiyiniz  yəmənli  aldansın,  çünki  Əmr 
As elə bir adamdır ki, öz məqsədinə çatmaqda heç nədən çəkinmir. 
Əşəs:–Allaha  and  olsun,  əgər  o  iki  həkəmdən  biri  yəmənli  olsa,  hətta 
bizim istəyimizin  əksinə  qəzavət  etsə  belə,  bizim  üçün  daha  yaxşıdır;  əgər 
hər ikisi Müzər qəbiləsindən olsa, bizim istəyimiz kimi qəzavət etsə də belə, 
bizim üçün xoşagəlməzdir. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə