91
xidmət əməvilərə doğrudan da yenidən həyat verdi.
Şam ordusunun əsgərləri
Əmr Asın göstərişi ilə Quranları nizələrin başına keçirib öz sıralarını
Quranla bəzədilər. Böyük Dəməşq Quranını on nəfər nizə ucunda
götürmüşdü. Bu vaxt hamısı bir səslə deyirdilər: "Bizimlə sizin aranızda
hakim Allahın Kitabıdır."
Iraqlıların qulaqları bu səslərə doğru yönəldi, gözləri nizələrin başlarına
dikildi. Şam ordusundan yalnız ürəkyandıran fəryad və şüarlar eşidilirdi.
Hamılıqla deyirdilər: "Ey ərəblər, öz arvadlarınız və qızlarınız naminə
Allaha baxın! Allahı, yalnız Allahı öz dininizdə nəzərdə tutun! Şamlılardan
başqa kim onun sərhədlərinə keşik çəkəcək?! Iraq əhalisindən başqa kim
Iraqın sərhədlərini qoruyacaq? Romalılarla, türklərlə və kafirlərlə cihad
etmək üçün kim qalacaqdır?!"
1
Quranların ruhoxşayan mənzərəsi, ürəkyandıran nalələr Imam (ə)-ın
əsgərlərinin çoxunun ağlını əlindən alaraq, onları heyrətə və dəhşətə saldı.
Bir neçə dəqiqə bundan əvvəl iftixarlı qələbənin astanasında yerləşən
cəngavərlər ovsunlanmış kimi, öz yerlərində mıxlanıb qaldılar. Lakin Malik
Əştər, Ədi ibni Hatəm, Əmr ibni Həmiq kimi igidlər hiylənin mahiyyətindən
agah idilər və bilirdilər ki, düşmənin müqavimət göstərməyə qüdrəti
olmadığına və məhv olma ərəfəsində qaldıqlarına görə özlərini yalnız bu
yolla xilas etmək istəyirlər. Halbuki onlar heç vaxt Qurana baş əyməmişdilər
və əymək də istəmirdilər. Buna görə də Ədi ibni Hatəm Imam (ə)-a dedi:–
Batil ordusunun heç vaxt haqq ilə qarşılaşmaq qüdrəti yoxdur. Hər iki
tərəfdən çoxlu ölüb-yaralananlar olmuşdur. Bizdə qalanlar onlardan
qüvvətlidirlər. Şamlıların nalələrinə qulaq asma. Biz sənə tabeyik.
Malik Əştər dedi:–Müaviyənin canişini yoxdur, lakin sənin canişinin
vardır. Onun əsgərləri varsa da, sənin əsgərlərində olan səbir onlarda
yoxdur. Dəmiri dəmirlə döy və Allahdan kömək istə.
Üçüncüsü dedi:–Ya Əli, biz təəssüb üzündən deyil, Allah xatirinə sənə
kömək edirik... Hal-hazırda haqq özünün son nöqtəsinə çatmışdır. Sən olan
yerdə bizim sözümüz yoxdur.
2
Lakin özünü Imam (ə)-ın dostları cərgəsinə salan və elə ilk gündən
etibarən müəmmalı şəkildə hərəkət edən və Müaviyə ilə olan əlaqəsi
müəyyən qədər aşkar olan Əşəs ibni Qeys Imam (ə)-a dedi:–Onların sözünə
cavab ver, çünki sən onlara cavab verməkdə hamıdan layiqlisən. Camaat
yaşamaq istəyir, müharibə yox!
Imam (ə) onun mənfur niyyətindən agah idi, buyurdu:–Bu barədə
fikirləşmək lazımdır!
3
Müaviyə Imam (ə)-ın əsgərlərinin dini hislərini təhrik etmək üçün Əmr
1
"Tarixi-Təbəri", 3-cü cild, səh.26; "Murucuz-zəhəb", 2-ci cild, səh.400; "Əl-
əxbarut-tival", səh.188; "Vəqətu-Siffeyn", səh.481; "Kamil" (Ibni Əsir), 3-cü cild,
səh.160
2
"Murucuz-zəhəb", 2-ci cild, səh.401; "Əl-imamətu vəs-siyasət", 1-ci cild,
səh.108; "Vəqətu-Siffeyn", səh.482
3
"Murucuz-zəhəb", 2-ci cild, səh.401; "Əl-imamətu vəs-siyasət", 1-ci cild,
səh.109; "Vəqətu-Siffeyn", səh.482
92
Asın oğlu Əbdüllaha (o dövrdəki "müqəddəs"lərdən biri idi)
fərman verdi ki,
iki qoşunun arasında dayanıb onları Allahın Kitabının qəzavətinə dəvət
etsin. O, iki qoşunun ortasında durub dedi:–"Camaat, bu müharibə din
uğrundadırsa, onda hər iki tərəf öz müxalifinə höccəti tamam etmişdir; yox
əgər dünya üçündürsə, onda yenə də hər iki tərəf həddi keçmişdir. Biz sizi
Allahın Kitabının hökmünə dəvət edirik. Əgər siz dəvət etsəydiniz, biz
hömkən qəbul edərdik. Fürsəti qənimət sayın!"
Bu şüarlar pərakəndə şəkildə olan şamlıları və sadəlövh iraqlıları aldatdı.
Böyük bir dəstə Imam (ə)-ın yanına gəlib dedi ki, onların dəvətlərini qəbul
etsin. Imam (ə) bu həssas anlarda aldananlara haqqı başa salmaq üçün dedi:–
"Ey Allahın bəndələri! Allahın Kitabına dəvəti qəbul etməkdə mən hər
kəsdən layiqliyəm, lakin Müaviyə, Əmr As, ibni Əbu-Müeyt, Həbib ibni
Məsləmə və ibni Əbu-Sərh din əhli, Quran əhli deyildirlər. Mən onları
sizdən yaxşı tanıyıram. Mən uşaqlıqdan indiyə qədər daim onlarla
rastlaşmışam. Onlar uşaqlıqda uşaqların, böyüyəndə də kişilərin ən pisi
idilər. Allaha and olsun, onlar Quranları tanıdıqları və onlara əməl etmək
üçün qaldırmamışlar, bu iş sadəcə olaraq bir hiylə və məkrdir. Ey Allah
bəndələri, başlarınızı və qollarınızı mənim ixtiyarımda qoyun; haqq qəti
nəticəyə çatmış, zalımların kökünün kəsilməsinə bir şey qalmamışdır."
Sadiq köməkçilər Imam (ə)-ın tərəfini saxladıqları halda gözlənilmədən
zirehli paltar geymiş, alınları səcdədən qabar bağlamış və əllərində qılınc
tutmuş iyirmi min əsgər döyüş meydanını tərk edib sərkərdənin qərargahına
gəldilər.
1
Başda Müsər ibni Fədəki, Zeyd ibni Həsin və bəzi iraqlı qarilər
rəhbərlik olmaqla (onlar sonralar xəvaricin başçıları oldular) gəlib Imam (ə)-
ın qarşısında dayandılar və o həzrətə "Ya Əmirəl-möminin" deyil, "Ya Əli"
deyə xitab edərək tam ədəbsizliklə dedilər: "Onların dəvətini qəbul et, əks
halda Osman ibni Əffanı öldürdüyümüz kimi, səni də öldürəcəyik! Allaha
and olsun, əgər onların dəvətini qəbul etməsən səni öldürərik!"
Dünənə qədər qeydsiz-şərtsiz itaət olunan bir rəhbərin işi bu gün o yerə
çatmışdı ki, ona təslim olmağa və zorla sülh qəbul etməsinə dair əmr
verirdilər! Imam (ə) onlara belə cavab verdi: "Allahın Kitabına dəvət edən, o
kitabın dəvətini qəbul edən ilk şəxs mənəm. Sizi Allahın Kitabından başqa
bir şeyə dəvət etmək mənə caiz deyildir. Mən onlarla ona görə vuruşuram ki,
onlar Quranın hökmünə qulaq asmırlar. Onlar Allaha qarşı itaətsizlik etmiş,
Onun əhdini pozmuş və kitabını kənara qoymuşlar. Bilin ki, onlar sizi
aldatmışlar! Onlar Qurana əməl etmək istəmirlər."
Imam (ə)-ın məntiqi və dəlil əsasında olan sözləri onlara azacıq belə,
təsir etmədi. Zamanın keçməsi də göstərdi ki, onlar tələsən, həqiqəti dərk
etməyən və nadan adamlar idilər və şamlıların boş şüarlarına qapılmışdılar.
Imam (ə) onlara nə qədər nəsihət verirdisə də, xeyri olmurdu; onlar öz
inadkarlıqlardan əl çəkmir, israrla deyirdilər ki, gərək Malikin döyüşdən geri
qayıtmasına əmr verəsən.
Döyüş çağında bir ordu üçün ikitirəlik və ixtilafdan daha ziyanlı bir şey
1
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.161; "Murucuz-zəhəb", 2-ci cild, səh.401;
"Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.27; "Vəqətu-Siffeyn", səh.489