On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə43/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   39   40   41   42   43   44   45   46   ...   81

 
85 
Imam  (ə)-ın  ordusunda  nəzərə  çarpacaq  dərəcədə  süstlük  yaranması 
gözlənilirdi, lakin onun oğlunun odlu xitabəsi vəziyyəti tamamilə dəyişdirdi 
və onun yolunu gedənlərdə daha da ciddiyyət  yaratdı.
1
 O atasının bayrağını 
əlinə  aldı,  haqq  fədailərinə  üz  tutub  dedi:–Haşim  Allah  bəndələrindən  biri 
idi, ilahi dəftərdə onun ruzisi təyin olunmuş, işləri yazılmışdı. Əcəli çatdı və 
heç  kimin  müxalifət  edə  bilməyəcəyi  Allah  onu  Öz  dərgahına  çağırdı.  O, 
Peyğəmbər (s)-in əmioğlusunun, o həzrətə ilk iman gətirən və ümmət içində 
ilahi  dini  ən  dərindən  bilən  bir  şəxsin  yolunda  cihad  etdi.  O,  Allah 
düşmənləri ilə–haramı halal hesab edənlər, cəmiyyətdə zülm ilə hökmranlıq 
edənlər və çirkin işləri şeytan tərəfindən gözəl cilvələndirilənlərlə barışmaz 
düşmən  idi.  Sizə  vacibdir  ki,  Peyğəmbər  (s)-in  qanunları  ilə  müxalifət 
edənlər, ilahi qanunları qüvvədən salanlar və Allah övliyaları ilə mübarizəyə 
qalxanlarla  cihad  edəsiniz.  Bu  cihadda  Allaha  itaət  etmək  üçün  öz  pak 
canınızı qurban verin ki, axirətdə ən yüksək məqamlara nail olasınız. Əgər 
ilahi mükafat və cəzanı, cənnət və cəhənnəmi nəzərə almasaydıq belə, yenə 
də Əli tərəfində mübarizə aparmaq, ciyər yeyənin oğlu Müaviyə ilə birlikdə 
vuruşmaqdan  yaxşıdır.  Niyə  belə  olmasın,  halbuki,  siz  öz  arzularınıza 
ümidvarsınız.
2
 
Onun  sözləri  qurtarmamış  Imam  (ə)-ın  sədaqətli  şiəsi  Əbut-Tüfeyl, 
Haşimə bir mərsiyə qoşdu. Onun ilk beyti belədir: 
"Ey  Haşim,  Peyğəmbər  sünnəsinin  düşmənləri  ilə  Allah  yolunda 
vuruşaraq Cənnəti qazandın."
3
 
TÜLKÜ ASLANIN ÇƏNGINDƏ 
Müharibənin şamlılara göstərdiyi təzyiq meydanı onlar üçün dar etmişdi. 
Müharibə  odunu  qızışdıranlar  başqalarına  təskinlik  vermək  üçün  özləri  də 
şəxsən  meydana  girməyə  məcbur  oldular  ki,  bu  yolla  müxalifləri  susdura 
bilsinlər.  Əmr  Asın  Haris  ibni  Nəsr  adlı  bir  düşməni  var  idi.  Hər  ikisinin 
eyni bir məramın ardınca getməsinə baxmayaraq bir-birinin bədxahlarından 
sayılırdılar. Haris bir şer qoşaraq Əmr Ası Əli (ə) ilə müharibəyə getməyib 
yalnız  başqalarını  meydana  göndərməsinə  görə  tənqid  etdi.  Onun  şeri Şam 
qoşunu  arasında  yayıldı  və  Əmr  As  heç  olmazsa,  bir  dəfə  Imam  (ə)-la 
döyüşmək  məcburiyyətində  qaldı.  Lakin  siyasət  meydanının  tülküsü  döyüş 
meydanında  da  hiyləgər  idi.  Imam  (ə)-la  qarşılaşanda  o  həzrət  möhlət 
vermədən nizəsi ilə onu vurub yerə sərdi. Imam (ə)-ın alicənablığından agah 
olan Əmr As dərhal yerdə soyunub övrətini açdı. Imam (ə) onu təqib etmək 
fikrindən dönüb gözlərini yumdu və geri qayıtdı.
4
 
                                              
1
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.29; "Murucuz-zəhəb", 2-
ci cild, səh.393; "Əl-əxbarüt-tival", səh.481 
2
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  8-ci  cild,  səh.29;  "Vəqətu-Siffeyn", 
səh.356 
3
 "Vəqətu-Siffeyn", səh.359 
4
  "Əyanuş-şiə",  1-ci  cild,  səh.501;  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  6-cı 
cild, səh.313; "Vəqətu-Siffeyn", səh.423  


 
86 
ƏMR ASIN MALIKLƏ QARŞILAŞMASI 
Malikin  döyüş  meydanında  göstərdiyi  rəşadət  Müaviyənin  yuxusuna 
haram  qatmışdı.  Buna  görə  də  Mərvan  ibni  Həkəmə  əmr  etdi  ki,  bir  dəstə 
qoşunla Malikin ömrünə son qoysun. Lakin o bu işi qəbul etmədi və dedi:–
Sənə ən yaxın adam Əmr Asdır ki, Misrin hökumətini ona vermisən. Yaxşı 
olardı ki, bu məsuliyyəti onun öhdəsinə qoyasan. O sənin sirdaşındır, mənim 
yox. Ona çoxlu bəxşişlər etmisən, məni isə hər şeydən məhrum etmisən. 
Müaviyə  çarəsiz  qalıb  Əmr  Asa  əmr  etdi  ki,  bir  dəstə  qoşunla  Maliklə 
döyüşməyə  getsin,  çünki  Malikin  döyüş  təcrübəsi  və  misilsiz  şücaəti 
şamlıların arasında çaxnaşma salmışdı. Əmr As Mərvanın sözlərindən agah 
idi,  amma  çarəsizlikdən  bu  işi  qəbul  etdi.  Amma  tülkü  hara,  aslanla 
qarşılaşmaq hara! Əmr As Maliklə qarşılaşanda bədəni lərzəyə düşdü, lakin 
meydandan  qaçmağı  özünə  ar  bildi.  Hər  iki  tərəf  rəcəz  oxuduqdan  sonra 
hücuma keçdilər. 
Malik  hücum  edəndə  Əmr  As  geri  çəkildi,  nizə  onun  üzünü  yaraladı. 
Əmr As canının qorxusundan üzünün yarasını bəhanə edərək bir əli ilə atın 
yüyənini,  bir  əli  ilə  də  üzünü  tutub  öz  qoşununa  tərəf  qaçdı.  Onun 
meydandan qaçmasını görən əsgərlər "nə üçün belə  yaramaz və qorxaq bir 
adamı onlara əmir seçmişdir?" - deyə Müaviyəyə etiraz etdilər.
1
 
TƏQVALI CAVAN VƏ DÜNYAPƏRƏST QOCA 
Bir gün Malik iraqlıların arasında uca səslə dedi:–Sizin aranızda bir kəs 
varmı ki, öz canını Allahın razılığı müqabilində satsın? 
Əsal ibni Hicl adlı bir cavan meydana daxil oldu. Müaviyə də Hicl adlı 
qoca bir kişini onunla döyüşə göndərdi. Onların hər ikisi nizələrini bir-birinə 
tərəf tuşlayaraq öz əsil-nəsəblərini deməyə başladılar. Bu zaman onların ata-
oğul  olduqları  məlum  oldu.  Atdan  düşüb  qucaqlaşdılar.  Ata  oğluna  dedi:–
Oğlum, dünyaya tərəf gəl! 
Oğlu  dedi:–Atacan,  axirətə  tərəf  gəl!  Mən  dünyaya  aldanıb  şamlılara 
tərəf  gəlsəydim,  sən  məni  bu  yoldan  qaytarmalı  idin.  Sən  Əli  və  sair 
möminlər barəsində nə fikirləşirsən? 
Axırda  bu  qərara  gəldilər  ki,  hər  ikisi  öz  əvvəlki  yerlərinə  qayıtsınlar.
2
 
Əsası əqidə müdafiəsindən ibarət olan bir müharibədə dini bağlılıqdan başqa 
hər növ qohumluq süst və gücsüzdür. 
ŞAM QOŞUNUNDA RUHIYYƏ ZƏIFLIYI 
Müaviyənin qoşun sərkərdələrindən olan Əbrəhə öz qoşun bölməsindən 
öldürülənlərin  çoxluğundan  çox  narahat  idi.  O  öz  gözləri  ilə  şamlıların 
Müaviyə adlı bir nəfərin həvayi-nəfsinə qurban olduqlarını, Müaviyənin də 
özünün  qəsbi  hökumətini  qoruyub  saxlamaq  üçün  belə  bir  dəhşətli 
                                              
1
  "Şəhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  8-ci  cild,  səh.79;  "Vəqətu-Siffeyn", 
səh.440-441 
2
  "Vəqətu-Siffeyn",  səh.443;  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  8-ci  cild, 
səh.82 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə