On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə39/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   35   36   37   38   39   40   41   42   ...   81

 
77 
ağıllı olsa, bir daha cavab yazmaz." 
Məktub  Əmr  Asa  çatdıqda  onu  Müaviyəyə  göstərib  dedi:–"Sən  məni 
məktub yazmağa dəvət etdin, amma bunun nə sənə xeyri oldu, nə də mənə." 
Müaviyə dedi:–"Əli ilə Ibni Abbasın qəlbi birdir, hər ikisi Əbdül-Müttəlibin 
övladlarıdır."
1
 
5-Müaviyə  Imam  (ə)-ın  əsgərləri  arasında  canlanmanın  çoxaldığını, 
mühasirə  dairəsinin  getdikcə  kiçildiyini  və  şamlıların  qərargahının  süqut 
etməsinə  az  qaldığını  hiss  edəndə,  qərara  aldı  ki,  birbaşa  Ibni  Abbasa 
məktub  yazsın,  bu  müharibənin  Bəni-Haşimlə  Bəni-Üməyyə  arasında  olan 
bir  ədavət  odu  olduğunu  bildirsin  və  onu  bu  müharibənin  pis  aqibətindən 
çəkindirsin.  O,  bu  məktubda  Ibni  Abbası  tamahlandırmaq  üçün  yazmışdı: 
"Əgər camaat  səninlə beyət  etsə, biz də beyət  etməyə  hazırıq."  Bu məktub 
Ibni Abbasa çatanda dəlil-sübut üzündən olan çox sərt bir cavab yazdı. Belə 
ki, hətta Müaviyə də bu məktubu yazdığına görə peşman oldu və dedi:–"Bu 
öz işimin nəticəsidir. Daha bir il müddətində ona məktub yazmayacağam."
2
 
ƏMMAR VƏ ITAƏTSIZLIK EDƏNLƏR 
Yasirin  ailəsi  islamda  əsil-nəsəbli  ailələrdən  biridir  və  islamın 
əvvəllərində hamılıqla Peyğəmbər (s)-ə iman  gətirib bu  yolda  çox amansız 
zülmlərə,  ağır  işkəncələrə  məruz  qaldılar.  Nəhayət  Yasir  və  onun  arvadı 
Süməyyə  canlarını  islam  yolunda  və  Əbu  Cəhl  ilə  onun  həmfikirlərinin 
işkəncələri  altında  qurban  verdilər.  Onların  cavan  oğlu  Əmmar  Məkkə 
cavanlarının vasitəçiliyi və həmçinin zahirdə islamdan bezarlıq elan etməklə 
canını  qurtara  bildi.  Allah-Taala  Əmmarın  bu  işinin  iradsız  olduğunu 
aşağıdakı ayədə elan etmişdir: "(Küfr izhar etməyə) məcbur olan, qəlbi isə 
imanla aram olanlardan başqa..." ("Nəhl", 106) Əmmarın başına gələnlər 
və  onun  zahirdə  küfr  danışması  xəbəri  Peyğəmbər  (s)-ə  çatanda  həzrət 
buyurdu: "Əsla! (O kafir olmayıb!) Əmmar başdan-ayağa imandır. Tövhid 
onun  əti-qanı  ilə  qaynayıb  qarışmışdır."  Bu  halda  Əmmar  ağlaya-ağlaya 
gəlib çatdı. Peyğəmbər (s) onun göz yaşını silib dedi ki, əgər  yenə də belə 
bir çıxılmaz vəziyyətə düşsə, bezarlıq izhar etsin.
3
 
Bu fədakar səhabə barəsində təkcə bu ayə nazil olmamış, təfsirçilər əlavə 
iki ayənin də onun barəsində nazil olduğunu qeyd etmişlər.
4
  O, Peyğəmbər 
(s)-in Mədinəyə hicrətindən sonra daim onunla birgə idi və bütün qəzvələrdə 
və  bəzi  səriyyələrdə  iştirak  etmişdi.  Peyğəmbər  (s)  vəfat  edəndən  sonra 
rəsmi  xilafətə  etiraz  etməsinə  baxmayaraq,  xəlifə  ilə  həmkarlıq  etmək  hər 
yerdə islamın xeyrinə olsaydı, əlindən gələni əsirgəməzdi. 
Peyğəmbər  (s)  Mədinəyə  gəldikdən  sonra  ilk  işi  məscid  tikmək  idi.  O 
məscidin tikilişində Əmmar hamıdan çox çalışıb zəhmət çəkir, təklikdə bir 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.410-414; "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.98-99 
2
 "Əl-imamətu vəs-siyasət",1-ci cild, səh.100; "Vəqətu-Siffeyn", səh.414-416 
3
  "Təfsiri  Təbəri",  14-cü  cild,  səh.122;  "Əsbabun-nuzul",  səh.212  və  başqa 
təfsirlər  
4
 "Əddürrül-mənsur" təfsiri, "Zümər" surəsinin 9-cu və "Ənam" surəsinin 52-ci 
ayəsinin təfsirinə bax. 


 
78 
neçə  adamın  işini  görürdü.  Onun  islama  vəfadar  və  sədaqətli  olması 
başqalarının onu öz imkan və qüdrətindən artıq işə vadar  etmələrinə səbəb 
olmuşdur.  Bir  gün  Əmmar  onlardan  Peyğəmbər  (s)-ə  şikayət  edib  dedi:–
"Bunlar  məni  öldürdülər!"  Bu  vaxt  Peyğəmbər  (s)  özünün  ürəkoxşayan 
tarixi  kəlamını  buyurdu:  "Zülmkar  və  haqdan  azmış  bir  tayfa  səni 
öldürməyincə,  sən  ölməyəcəksən.  Sənin  dünyadan  götürəcəyin  axırıncı 
azuqən bir qurtum süddür."
1
 
Bu  söz  Peyğəmbər  (s)-in  səhabələri  arasında  yayılaraq  dillərə  düşdü. 
Əmmar o  gündən xüsusi bir hörmətə layiq  görüldü. Peyğəmbər (s) də onu 
müxtəlif məclislərdə tərifləyirdi. 
Siffeyn  müharibəsində  Əmmarın  Imam  (ə)-ın  qoşununda  olması  xəbəri 
Müaviyənin  qoşunundakı  aldanan  şəxslərin  ürəyinə  qorxu  saldı,  onların 
bəziləri bu barədə axtarış aparmağa başladılar. 
ƏMMARIN ÇIXIŞI 
Əmmar meydana getmək qərarına gəldikdə Imam (ə)-ın dostlarına dedi:–
Ey  Allah  bəndələri,  ayağa  qalxın  və  özünə  zülm  edərək  Allahın  Kitabının 
əksinə  hökm  edən  bir  adamın  (Osmanın)  intiqamını  almaq  istəyənlərlə 
mübarizə  edin!  Halbuki  onu  saleh  insanlar,  yaxşı  işə  əmr,  təcavüzü  inkar 
edənlər öldürmüşlər. Lakin onun öldürülməsi ilə öz mənafelərinin təhlükəyə 
düşdüyünü  görənlər  "o  nə  üçün  öldürülmüşdür?!"  deyə  etiraz  etdilər. 
Cavabda dedik ki, o, pis və yaramaz əməllərinə görə öldürülmüşdür. Dedilər 
ki,  "axı  o,  pis  bir  iş  görməmişdir!"  Bəli,  onların  nəzərində  Osman  heç  bir 
qanunsuz iş görməmişdir. Halbuki o, beytül-malın dinarlarını onlara peşkəş 
etdi, onlar da  yeyib  dağıtdılar. Onlar Osmanın  intiqamını  almaq istəmirlər, 
sadəcə dünya ləzzətlərini dadmışlar və dünyanı sevirlər, bunu da bilirlər ki, 
əgər bizim əlimizə düşsələr, o cür ləzzətli  yeməklərdən məhrum olacaqlar. 
Üməyyə  sülaləsi  islamı  hamıdan  əvvəl  qəbul  etməmişlər  ki,  bu  cəhətdən 
hakimiyyətə  layiq  olalar.  Onlar  camaatı  aldadaraq  "Imamımız  (Osman) 
məzlumcasına öldürülmüşdür" bəhanəsini kətirərək camaata zülm ilə hakim 
olmaq istəyirlər. Bu bir hiylədir və gördüyünüz kimi, bu yolla istədiklərinə 
çatmışlar. Əgər belə bir hiyləyə əl atmasaydılar, onlarla iki nəfər belə, beyət 
etməz, onlara kömək etməzdilər."
2
 
Əmmar  bu  sözləri  deyib  meydana  yola  düşdü.  Köməkçiləri  də  onun 
arxasınca  hərəkət  etdilər.  Onun  gözü  Əmr  Asın  xeyməsinə  sataşdıqda  uca 
səslə  dedi:–"Öz  dinini  Misir  hökumətinə  satdın!  Vay  olsun  sənə!"  Sonra 
gözü  Üübeydullah  ibni  Ömərin  xeyməsinə  sataşanda  dedi:–Allah  səni 
öldürsün! Öz dinini Allahın və islamın düşməninin dünyasına satdın. 
Übeydullah dedi:–Xeyr! Mən məzlum şəhidin qisasını almaq istəyirəm! 
Əmmar  dedi:–Yalan  deyirsən!  Allaha  and  olsun,  sən  Allahın  razılığını 
əsla  istəmirsən.  Sən  əgər  bu  gün  də  öldürülməsən,  sabah  öləcəksən.  Əgər 
Allah  Öz  bəndələrini  onların  niyyətləri  əsasında  mükafatlandırıb 
                                              
1
 "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.21 
2
 "Tarixi-Təbəri", 5-ci cild, səh.21; "Vəqətu-Siffeyn", səh.319; "Kamil" (Ibni Əsir), 
3-cü cild, səh.157 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə