On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə35/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   31   32   33   34   35   36   37   38   ...   81

 
69 
Imam  (ə)  Müzər  qəbiləsinin  sağ  cinahda  möhkəm  dayanmamasından 
xəbərdar olduqda dərhal Maliki çağırıb ona fərman verdi ki, islami inzibatı 
itirən  bu  qəbiləyə  belə  desin:  "Nə  üçün  qarşılaşmağı  bacarmadığınız 
ölümdən müvəqqəti həyata qaçırsınız?!" 
Malik məğlubiyyətə uğramış sağ cinahın qarşısında dayanıb Imam (ə)-ın 
sözünü  onlara  çatdırdı  və  çox  həyəcanlı  bir  çıxışda  dedi:–"Cihad 
meydanından  qaçmaq  izzətin  və  başıucalığın  əldən  getməsinə,  beytül-
malın  tələf  olmasına,  həyatda  zillətə,  dünya  və  axirətdə  rüsvayçılığa, 
Allahın  qəzəbinə  və  Onun  dərdli  əzabına  səbəb  olacaq.  Dişlərinizi  bir-
birinə bərk-bərk sıxın və düşmənin qarşısına öz başlarınızla çıxın!" 
Bunu  deyib  sağ  cinahı  nizama  saldı,  hücumu  özü  başladı,  Müaviyənin 
qoşununun (Imam (ə)-ın qoşununun sol cinahı ilə üzbəüz olan) sol cinahını 
geriyə oturtdu və Müaviyənin mərkəzi cinahına çatdı.
1
 
Imam  (ə)  sağ  cinahın  məğlubiyyətdən  sonra  yenidən  nizama 
salınmasından xoşhal oldu, onlara buyurdu: "Indi səbirli olun ki, sizə Allah 
tərəfindən sabitlik və rahatlıq nazil oldu və Allah sizi yəqinlə möhkəmlətdi. 
Məğlub olanlar (döyüş meydanında möhkəm dayanmayanlar) bilsinlər ki, 
özlərini  ilahi  qəzəb  və  bəla  qarşısında  qoymuşlar.  Cihaddan  qaçmaq 
həmişə Allahın qəzəbi və zillətlə yanaşıdır."
2
 
ÖZÜN ÖLDÜRÜRSƏN, ÖZÜN DƏ MATƏM TUTURSAN! 
Sənanın  şimal  şərqində  yerləşən  Məarib  şəhəri  onda  olan  böyük  bir 
səddə görə məşhurlaşmışdı (bu sədd 542-570-ci illər arasında dağıdılmışdır). 
Yəmən qəbilələri bu səddin bərəkətindən inkişaf etmiş və güclü əkinçilikdən 
bəhrələnmişlər. Bu sədd "Ərm" adı ilə məşhur olan sel nəticəsində dağılmış, 
şəhər  əhalisi  də  Ərəbistanın  digər  məntəqələrinə  səpələnmiş,  əksəriyyəti 
Şam,  Iordoniya, Fələstin və Iraqda məskunlaşmışdılar. Onlar dağınıq halda 
olmalarına baxmayaraq, öz əsil-nəsəblərini tamamilə qoruyub saxlamışdılar. 
Buna görə də Əzd, Müzər, Kində, Xüzaə və Rəbiə qəbilələrinin bəzi şaxələri 
Iraqda, bəziləri isə Şam, Iordoniya və Fələstində yaşayırdılar.
3
 
Imam (ə)-ın ordunu tərtib etməkdə seçdiyi yol bu idi ki, Iraqda yaşayan 
hər  qəbilənin  üzvləri  həmin  qəbilənin  başqa  yerlərdə  yaşayan  üzvləri  ilə 
qarşı-qarşıya dursunlar. Çünki bu cür qarşıdurmalar insani duyğuların təhrik 
olunmasına səbəb olur, nəticədə şiddətli qan axıdılmasının qarşısı alınırdı.
4
 
Bir  gün  Xəsəmi  qəbiləsinin  Şamda  yaşayanlarının  başçısı  Əbdüllah 
həmin  qəbilənin  Iraqda  yaşayanlarının  başçısı  ilə  görüşmək  istədi.  Çox 
çəkmədən  bu  görüş  baş  tutdu.  Şamlı  qəbilə  başçısı  təklif  etdi  ki,  hər  ikisi 
müharibəni  saxlayıb  nəticəni  gözləsinlər,  hansı  tərəf  qələbə  çalsa,  onunla 
beyət etsinlər. Lakin onların müzakirəsi heç bir fayda vermədi. Çünki iraqlı 
qəbilə  başçısı  bu  təklifi  heç  cür  qəbul  etmədi  və  Imam  (ə)-dan  ayrılmaq 
                                              
1
 "Tarixi-Təbəri", 3-cü cild, səh.14 
2
  "Tarixi-Təbəri",  3-cü  cild,  səh.12  "Vəqətu-Siffeyn",  səh.250;  "Şərhi-Nəhcül-
bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.197-198 
3
 "Tarixi-Təbəri", 3-cü cild, səh.14  
4
 "Möcəmül-büldan", 5-ci cild, səh.34-35 


 
70 
istəmədi.  Sonra  bu  iki  qəbilənin  arasında  təkbətək  döyüş  başlandı.  Iraqlı 
qəbilədən olan Vəhəb ibni Məsud Xəsəmi şamlılardan olan öz rəqibini yerə 
sərdi. Bu zaman şamlı qəbilədən bir nəfər hücum edərək iraqlı xəsəmilərin 
rəisini–Əbu Kəbi öldürdü, sonra onun cənazəsinə baxıb ağlaya-ağlaya dedi:–
"Mən  Müaviyəyə  itaət  etdiyim  üçün  səni  öldürdüm,  halbuki  mənim  yaxın 
qohumum  idin  və  səni  onlardan  çox  istəyirdim.  Allaha  and  olsun,  nə 
deyəcəyimi bilmirəm. Yalnız bunu deyə bilərəm ki, şeytan bizi azdırmışdır. 
Qüreyş bizi öz əllərində bir alətə döndərmişdir!" 
Qəbilələr  arasındakı  təkbətək  döyüşlər  hər  iki  tərfdən  səksən  nəfərin 
öldürülməsi ilə sona çatdı.
1
 
TARIX TƏKRAR OLUNUR 
Siffeyn  müharibəsində  bu  hadisənin  oxşarı  az-çox  baş  vermişdir  ki, 
onların bəzilərini qeyd edirik: 
1-Iraqlılardan  Nəim  ibni  Süheyb  Bəcli  öldürülmüşdü.  Onun  əmioğlusu 
Nəim ibni Haris Bəcli Şam ordusunda idi və Müaviyədən israrla tələb edirdi 
ki,  öz  əmioğlusunun  cəsədini  dəfn  etsin.  Müaviyə  bu  işə  icazə  vermir  və 
bəhanə gətirərək deyirdi ki, Osman bunların qorxusundan gecə dəfn olundu. 
Lakin  o  dedi:–"Ya  gərək  bu  işi  görəsən,  ya  da  gedib  Əliyə  qoşulacağam!" 
Nəhayət  Müaviyə  ona,  öz  əmioğlusunun  cənazəsini  dəfn  etməyə  icazə 
verdi.
2
 
2-Əzd  qəbiləsinin  iki  şaxəsi  qarşı-qarşıya  dayandı.  Onlardan  birinin 
başçısı  dedi:–"Böyük  bəlalardan  biri  budur  ki,  bir  qəbilədən  olan  iki  şaxə 
bir-birinə qarşı dayansın. Allaha and olsun ki, biz bu müharibədə öz əlimizlə 
özümüzün əl-ayağımızı kəsib-doğramaqdan başqa bir iş görmürük. Əgər bu 
işi görməsək, öz qəbiləmizə və başçımıza kömək etməmiş olarıq, görsək də 
öz izzətimizi puça çıxarar, həyat işığımızı söndürmüş olarıq."
3
 
3-Şamlılardan  bir  nəfər  meydana  girib  mübariz  istədi.  Iraqlılardan  biri 
onun  qabağına  çıxdı,  aralarında  şiddətli  döyüş  başlandı,  nəhayət  iraqlı 
şamlının boynundan tutub zərbə ilə yerə vurdu və sinəsinin üstündə oturdu. 
Onun  dəbilqəsini  çıxarıb  niqabını  üzündən  götürdükdə  öz  doğma  qardaşı 
olduğunu  gördü.  O,  Imam  (ə)-ın  dostlarından  istədi  ki,  Imam  (ə)  onun 
vəzifəsini  aydınlaşdırsın.  Imam  (ə)  buyurdu  ki,  onu  azad  etsinlər.  Onu 
buraxdılar, o da yenidən Müaviyəyə qoşuldu.
4
 
4-Müaviyənin qoşunundan Süveyd adlı bir nəfər meydana gəlib mübariz 
çağırdı.  Imam  (ə)-ın  qoşunundan  Qeys  onun  qarşısına  çıxdı.  Yaxınlaşanda 
bir-birini tanıdılar, hər biri digərini öz rəhbərinə qoşulmağa dəvət etdi. Qeys 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.204-205;  "Vəqətu-
Siffeyn", səh.252-258 
2
  "Tarixi-Təbəri",  3-cü  cild, səh.14;  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid), 
5-ci cild, səh.207; "Vəqətu-Siffeyn", səh.259; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.154 
3
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 5-ci cild, səh.209; "Tarixi-Təbəri", 
3-cü cild, səh.15; "Vəqətu-Siffeyn", səh.262 
4
 "Nəhcül-əblğənin şərhi" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.215; "Vəqətu-Siffeyn", 
səh.272 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə