On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə37/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   33   34   35   36   37   38   39   40   ...   81

 
73 
əvvəllərində,  qələbənin  o  həzrətin  tərəfində  olacağını  qeyd  edirlər.  Çünki 
vəziyyətin  günbəgün  o  həzrətin  xeyrinə  olaraq  dəyişdiyini,  Müaviyənin 
qoşununun  isə  ölüm  və  məhv  olmaqla  təhdid  olunduğunu  öz  gözləri  ilə 
görürdülər.  Bu  qələbənin  bir  neçə  səbəbi  var  idi.  Onların  bəzilərini  qeyd 
edirik: 
1-Həzrət  Əli  (ə)-ın  layiqli  və  dahi  rəhbərliyi.  Məhz  belə  düzgün  hərbi 
rəhbərlik  nəticəsində  Müaviyənin  tərəfindən  öldürülənlər  Imam  (ə)-ın 
ordusundan öldürülənlərdən təqribən iki qat çox idi. (Siffeyn müharibəsində 
hər iki tərəfdən öldürülənlərin sayını sonda qeyd edəcəyik). 
2-Imam  (ə)-ın  misilsiz  şücaəti.  Dünyada  o  həzrətin  şücaətinin  misli 
görünməmişdir.  O  həzrətin  düşmənlərinin  birinin  dediyi  kimi,  Əli  hansı 
pəhləvanla  qarşılaşırdısa,  torpağı  onun  qanı  ilə  suvarırdı.  Bu  şücaətlər 
sayəsində böyük pəhləvanların şəri Iraq ordusunun başı üstündən götürüldü, 
düşmənin canına qorxu düşdü və onların əksəriyyəti meydandan qaçdılar. 
3-Imam  (ə)-ın əsgərlərinin o həzrətin haqq olan imamət  və xilafətinə, 
təqva və fəzilətinə olan sarsılmaz əqidə və inamları. Istər islam ümmətinin 
rəhbərliyinin  Allah  tərəfindən  təyin  olunmasını,  istərsə  də  ənsar  və 
mühacirin  seçməsini  əsas  götürən  haqq-ədalət  tərəfdarları  hamılıqla  batilə 
qarşı vuruşmaq, zülmkarlara qarşı mübarizə etmək üçün Imam (ə)-ın bayrağı 
altına  yığışmışdılar.  Halbuki  Müaviyənin  əsgərlərinin  vəziyyəti  tamamilə 
başqa  cür  idi.  Onların  bəziləri  "məzlum  xəlifə"nin  intiqamını  almaq  üçün, 
əksəriyyəti  isə  maddi  qərəzlər  və  dünyəvi  məqsədlər  üçün  Müaviyənin 
ətrafına yığışmışdılar, bəziləri isə Əli (ə)-a bəslədikləri qədim ədavətə görə 
Müaviyənin ardına düşmüşdülər. 
4-Imam  (ə)-ın  qoşununda  islam  ümmətinin  ən  sevimli  və  tanınmış 
şəxsiyyətlərinin olması. Bu kimi şəxsiyyətlər "Ühüd", "Bədr" və "Hüneyn" 
müharibələrində  Peyğəmbər  (s)-lə  birlikdə  cihad  etmiş,  həzrət  də  onların 
sədaqət  və  paklıqlarını  təsdiqləmişdi.  Onlardan  Əmmar  Yasir,  Əbu  Əyyub 
Ənsari,  Qeys  ibni  Səd,  Hücr  ibni  Ədi,  Əbdüllah  ibni  Bədil  və  s.  kimiləri 
göstərmək  olar.  Onların  Imam  (ə)-ın  qoşununda  iştirak  etməsi  Müaviyənin 
ordusunda olan çoxlu qərəzsiz, lakin sadə əsgərlərin qəlbinə şəkk-şübhə və 
tərəddüd salmışdı. 
Bu və bu kimi digər amillər nəticəsində Müaviyə və (onun ayrılmış əqli 
olan)  Əmr  As  labüd  olan  məğlubiyyətin  qarşısını  almaq  üçün  gizli 
fəaliyyətlərə  başlayaraq  Imam  (ə)-ın  ordusunun  qələbəsini  məğlubiyyətlə 
nəticələndirmək  istədilər.  Məsələn,  Imam  (ə)-ın  sərkərdələri  ilə  gizli 
məktublaşmaq, onların diqqətini cəlb etmək, o həzrətin ordusunda təfriqə və 
ikitirəlik yaratmaq və s. kimi işlərə əl atırdılar. 
Siffeyn  müharibəsində  Imam  (ə)-a  ən  çox  vəfadar  qalan  Rəbiə  qəbiləsi 
idi.  Müzər  qəbiləsində  müəyyən  qədər  zəiflik  müşahidə  olunurdu,  amma 
Rəbiə  qəbiləsi  öz  yerində  dağ  kimi  dayanmışdı.  Imam  (ə)-ın  gözü  onların 
bayrağına  sataşanda  soruşdu:  "Bu  bayraqlar  kimindir?"  Dedilər  ki,  Rəbiə 
qəbiləsinindir.  Buyurdu:  "Bunlar  Allah  bayraqlarıdır.  Allah  onların 


 
74 
sahiblərini qorusun, onları mətin və sabit qədəm etsin."
1
 
Imam (ə)-a xəbər verdilər ki, bu qəbilənin başçılarından olan Xalid ibni 
Müəmmər Müaviyə ilə gizli əlaqə yaratmış və onların arasında məktublaşma 
başlanmışdır.  Imam  (ə)  dərhal  onu  və  Rəbiə  qəbiləsinin  sair  başçılarını 
çağırıb dedi:–"E Rəbiə qəbiləsi! Siz mənim dəvətimə "ləbbeyk" deyənlər və 
mənim  köməkçilərimsiniz.  Mənə  xəbər  çatıb  ki,  sizin  dostlarınızdan  biri 
Müaviyə  ilə  məktublaşir.  (Sonra  üzünü  Xalidə  tutub  dedi:)  Sənin  barəndə 
eşitdiyim söz düz olsa, səni  bağışlayıb aman verirəm,  bu şərtlə ki,  Hicaza, 
Iraqa, yaxud Müaviyənin hakimiyyət dairəsində olmayan hər hansı bir yerə 
gedib  orada  yaşayasan.  Əgər  sənin  barəndə  deyilənlər  yalan  olsa,  bizim 
yanar qəlblərimizi, arxayınlıq verən andlarınla sərinləşdir." 
O  elə  oradaca  and  içərək  heç  vaxt  belə  bir  işin  olmadığını  dedi.  Onun 
dostları dedilər ki, əgər bu xəbər düz olsa, səni öldürəcəyik. Onların içində 
Ziyad  ibni  Həfsə  Imam  (ə)-a  dedi:–"Xalidin  and  içdiyinə  görə  onun 
etimadını ələ gətir ki, sənə xəyanət etməsin."
2
 
Mövcud  məlumatlar  göstərir  ki,  o,  Müaviyənin  Əli  (ə)-ın  ordusundakı 
casuslarından  idi.  Qələbənin  yaxın  olduğu,  hətta  Müaviyənin  özünün  belə, 
ələ keçəcəyi anlarda Xalid geri çəkilmək əmri verir, sonra isə öz əməlinə bir 
bəhanə gətirirdi. Bu barədə aşağıdakı hadisəni qeyd edirik: 
Imam  (ə)-ın  qoşununun  sol  cinahını  təşkil  edən  Rəbiə  qəbiləsinin 
sərkərdəsi Əbdüllah Ibni Abbas idi. Bu cinah Şam ordusunun sağ cinahı ilə 
qarşı-qarşıya idi. (Şam ordusunun sağ cinahına Şamın ən nüfuzlu  adamları 
olan Zulkəla Hümeyri və Übeydullah ibni Ömər rəhbərlik edirdi.) Zulkəla və 
Übeydullahın  rəhbərlik  etdiyi  Hümeyr  qəbiləsinin  süvariləri  və  piyada 
qoşunu  Imam  (ə)-ın  ordusunun  sol  cinahına  hücuma  keçdi,  lakin  irəliləyə 
bilmədilər.  Ikinci  hücumdan  əvvəl  Übeydullah  ibni  Ömər  qoşunun 
qarşısında dayanıb dedi:–"Osmanı bax bu iraqlılar öldürmüşdür! Əgər onları 
məğlub etsəniz, onun intiqamını alar, Əlini məhv edərsiniz!" 
Bu hücumda da Rəbiə qəbiləsi xas bir təmkinlə müdafiə olundular, bir-
iki  zəif  adamdan  başqa  heç  kəs  geri  çəkilmədi.  Imam  (ə)-ın  ordusunda 
itibaxışlı adamlar dedilər ki, Xalid əsgərlərin bəzilərini geri çəkilməyə vadar 
etmək  istəyirdi,  lakin  onların  təmkin  və  müqavimətini  gördükdə  dərhal 
onlara  tərəf  qayıtdı  və  öz  əməlinə  bəhanə  gətirməyə  başlayıb  dedi:–"Geri 
qayıtmaqda məqsədim bu idi ki, fərariləri sizə tərəf qaytaram."
3
 
Ibni  Əbil-Hədid  yazır:  "Kəlbi  və  Vaqidi  kimi  tarixçilər  inanırlar  ki,  o 
ikinci hücumda qəsdən geri çəkilməyə dair fərman vermişdi ki, Imamın sol 
cinahdakı  qoşununu  məğlubiyyətə  düçar  etsin.  Çünki  Müaviyə  Xalidə  söz 
vermişdi  ki,  əgər  Imama  qalib  gəlsə,  Xorasanın  hakimiyyətini  ona 
verəcəkdir."
4
 
                                              
1
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.225-226; "Tarixi-Təbəri", 
3-cü cild, səh.18-19 
2
Yenə orada 
3
  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.156;  "Tarixi-Təbəri",  3-cü  cild,  6-cı  hissə, 
səh.19 
4
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.228 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə