68
MÜHARIBƏNIN
"LEYLƏTUL-HƏRIR"Ə
QƏDƏR
DAVAM ETMƏSI
Iki qoşun arasında əsil döyüşlər 38-ci ilin səfər ayının birində başlandı və
ayın on üçündə günortaya qədər davam etdi. Tarixçilər o ayın ortancıl
gecəsini "Leylətül-hərir" adlandırırlar. "Hərir" ərəb dilində itin ulamasına
deyilir, çünki o gecə Müaviyənin əsgərləri aldıqları ağır zərbələrə görə it
kimi ulayırdılar. Müaviyənin və əməvilərin hökumətinin tamamilə məhv
edilməsinə az qalırdı, amma bu zaman Əmr As hiylə işlədərək Imam (ə)-ın
qoşununda ixtilaf yaratdı və beləliklə həlledici anlarda döyüşü dayandırdı.
Nəhayət, ayın on yeddisində, cümə günü hadisə "həkəmiyyət"lə nəticələndi
və müharibənin müvəqqəti olaraq dayandırılması elan olundu. Tarixçilər
Siffeyn hadisələrini ayın onuna kimi tərtiblə, ardıcıl yazmışlar, lakin ondan
sonrakı hadisələrin arasındakı bağlılığı itirmişlər.
1
Indi "Leylətül-Hərir" günü günortaya qədərki vaxt ərzində baş verən
hadisələri qeyd edirik.
AYIN ONUNDA BAŞ VERƏN HADISƏLƏR
Səfər ayının onu günəş üfüqü yarıb öz nurunu qan gölünə dönmüş
Siffeyn çölünə saçdı. Imam (ə)-ın vurğunları və şəhadət aşiqləri–Rəbiə
qəbiləsi o həzrəti göz bəbəyi kimi qoruyurdular. Onların sərkərdələrindən
biri ayağa durub dedi:–"Kim ölümə beyət əli verib öz canını Allaha satar?!"
Bu vaxt yeddi min nəfər ayağa qalxdı və öz sərkərdələri ilə yenidən
beyət etdilər, üstəlik dedilər ki, Müaviyənin xeyməsinə daxil olana qədər
irəliləyəcək, arxaya da baxmayacaqlar. Onların nə qədər iman aşiq
olduqlarını bilmək üçün onlardan birinin dediyi sözü qeyd etmək kifayətdir:
"Əgər sizdən axırıncı bir kişi sağ qala-qala Əliyə zərər yetişsə, ərəblər içində
üzünüz olmayacaq!"
Müaviyə onların rəşadət və şücaətini görəndə ixtiyarsız olaraq onları
tərifləməyə başladı və belə bir şer oxudu:
"Əgər desən ki, Rəbiə qəbiləsi meydana arxa çevirdi,
Gözlənilmədən onların yığcam dəstələrini dağ kimi döyüşən halda
görəcəksən."
2
SAĞ CINAHIN YENIDƏN BƏRPA EDILMƏSI
Rəbiə qəbiləsinin göstərdiyi rəşadətlə müqayisədə Müzər qəbiləsi zəiflik
göstərdi. Imam (ə)-ın ordusunun sol cinahı, onun sərkərdəsi Əbdüllah ibni
Bədilin öldürüldüyünə və Müzər qəbiləsinin meydandan qaçmasına görə
məğlubiyyətə uğradı, bundan sonra o cinahın döyüşçüləri Imam (ə)-ın
sərkərdəlik etdiyi mərkəzi cinaha qoşuldular. Imam (ə) sağ cinahı yenidən
bərpa etmək üçün Səhl ibni Hənifi ona sərkərdə təyin etdi, lakin şamlıların
Həbib ibni Məsləmənin rəhbərliyi ilə olan sel kimi hücumları təzə təyin
olunmuş sərkərdəyə mövcud vəziyyəti nizama salmaq üçün imkan vermədi.
1
"Murucuz-zəhəb", 2-ci cild, səh.387-390
2
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.4