76
yəmənlilərin böyüyüsən. Sən Osmanın kürəkəni və onun təyin etdiyi hakim
idin, özünü Əlinin başqa sərkərdələri ilə müqayisə etmə! Əştər Osmanı
öldürmüş, Ədi ibni Hatəm də onu qətlə yetirmək üçün camaatı təhrik
etmişdir. Səid ibni Qeys həmin adamdır ki, Əli onun diyəsini boynuna
almışdı. Şüreyh və Zəhr ibni Qeys həvayi-nəfsdən başqa bir şey tanımırlar.
Sən duz-çörək haqqını tanıyan bir adam kimi iraqlıları müdafiə etdin,
təəssüb üzündən şamlılarla mübarizəyə qalxdın. Allaha and olsun, işimizin
hara gəlib çıxdığını özün yaxşı bilirsən. Demirəm Əlidən ayrılıb Müaviyəyə
kömək et. Biz, hər ikimizin xeyrinə olacağı halda səni orada qalmağa dəvət
edirik."
Ravi iddia edir ki, Əşəs gizlində Müaviyə ilə əlaqə yaratmışdı və
müharibənin müvazinətini Müaviyənin xeyrinə dəyişmək üçün fürsət
gözləyirdi. O cavab verərkən əvvəldə Əli (ə)-ı təriflədi və Ütbənin sözlərini
bircə-bircə rədd etdi, lakin axırda müharibəni dayandırmaq üçün öz
razılığını işarə ilə bildirdi və dedi:–"Sizin sağ qalıb yaşamağa olan
ehtiyacınız bizimkindən çox deyildir. Mən bu iş barəsində fikirləşirəm və
inşallah, öz fikrimi bildirəcəyəm."
Ütbə geri qayıdıb hadisəni Müaviyəyə xəbər verdi. Müaviyə sevinərək
dedi:–"O, sülh üçün öz razılığını bildirmişdir!"
1
4-Müaviyə Əmr Asa dedi:–Əlidən sonra adlı-sanlı adam Ibni Abbasdır.
Əgər o bir söz desə, Əli onunla müxalifət etməz. Tez ol, bir çarə fikirləş.
Müharibə bizim amanımızı kəsdi! Biz yalnız şamlılar tamamilə qırılıb
qurtarandan sonra Iraqa çata bilərik!" Əmr As dedi:–"Ibni Abbas heç vaxt
aldanmaz. Əgər onu aldatmaq mümkün olsaydı, Əlini də aldatmaq mümkün
olardı."
Müaviyənin israrından sonra o, Ibni Abbasa bir məktub yazdı, məktubun
axırında onun barəsində bir şer də qoşdu. Əmr As məktubla yazdığı şeri
Müaviyəyə göstərəndə o dedi:–"Sənin məktubun bu gözəl şerlə əsla uyğun
deyil."
Fırıldaqçı və hiyləgər qoca–Əmr As bu məktubda və şerdə Abbası və
onun övladlarını tərifləmiş, Maliki məzəmmət etmiş, axırda da ona yağlı
vədə verərək demişdi ki, əgər müharibə sona çatsa, Ibni Abbas şuranın üzvü
olacaq, bu şura vasitəsilə də əmir təyin olunacaqdır.
Məktub Ibni Abbasa çatanda onu Imam (ə)-a göstərdi, həzrət buyurdu:
"Allah Əmr Ası öldürsün! Necə də aldadıcı bir məktubdur! Tez ol, bunun
cavabını yaz, şerin də cavabını bacarıqlı şair olan qardaşın yazsın."
Ibni Abbas cavabda belə yazdı: "Mən ərəblər arasında sənin kimi həyasız
bir adam görməmişəm! Öz dinini çox ucuz bir qiymətə satdın. Sən
günahkarlar kimi dünyanı böyük sayır, riyakarcasına zahidlik edirsən. Əgər
Allahı razı etmək istəyirsənsə, onda əvvəlcə Misir sevdasını başından çıxart
və öz evinə qayıt... Nə Əli Müaviyə ilə bərabərdir, nə də Iraq əhalisi də
şamlılarla. Mən Allahı
istəyirəm, sən isə Misrə hakim olmağı."
Sonra isə öz qardaşı Fəzlin Əmr Asın yazdığı şer vəznində qoşduğu bir
şeri məktubun axırında yazıb Imam (ə)-a göstərdi. Imam (ə) buyurdu: "Əgər
1
"Vəqətu-Siffeyn", səh.408