On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə54/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   50   51   52   53   54   55   56   57   ...   81

 
107 
yekdil  fikirdə  olaraq  onu  "küt  və  dəstəksiz  bıçaq",  "hövsələsiz  adam" 
adlandırırdılar.  Amma  Əli  (ə)  nə  edə  bilərdi?!  Çünki  onun  sadəlövh  və 
nadan  dostlarının  əksəriyyəti  elə  Əbu  Musa  kimi  idilər  və  o  həzrətə  iki 
məsələni:  həm  həkəmiyyəti,  həm  də  həkəmi  (qazini)  qəbul  etdirdilər.  Əbu 
Musa  Dumətul-cəndələ  yola  düşəndə  Imam  (ə)  ona  dedi:–Allahın  Kitabı 
(Quran) əsasında qəzavət et və onun həddini keçmə. 
Sonra ətrafındakılara buyurdu:–Bilirəm ki, o bu işdə aldanacaq. 
Übeydullah:–Əgər aldanacaqsa, nə üçün onu göndərirsən? 
Imam  (ə):–Əgər  Allah-Taala  bəndələri  ilə  Öz  elmi  əsasında  rəftar 
etsəydi,  daha  onlar  üçün  peyğəmbərlər  göndərməz  və  onların  vasitəsi  ilə 
bəndələrə dəlil gətirməzdi.
1
 
IMAM  (Ə)-IN  HƏRBI  SƏRKƏRDƏSININ  ƏBU-MUSA 
ILƏ SÖHBƏTI 
Imam  (ə)  öz  sərkərdəsi  Şüreyh  ibni  Hanini  dörd  yüz  nəfərlə  birlikdə 
Dümətül-Cəndələ  göndərdi.  O,  Əbu  Musanın  əlindən  tutub  dedi:–Sən  çox 
ağır bir məsuliyyətin altına girmisən. Bu elə bir işdir ki, xəsarət dəysə, heç 
vaxt bərpa olunmaz. Əgər Müaviyə Iraqa hakim olsa, artıq yer üzündə Iraq 
adlı  bir  yer  mövcud  olmayacaqdır.  Amma  əgər  Əli  Şama  hakim  olsa, 
şamlılar  üçün  heç  bir  çətinlik  qarşıya  çıxmaz.  Sən  Imam  (ə)-ın  xilafətinin 
əvvəllərindən  ona  qarşı  laqeydlik  göstərmisən.  Əgər  yenə  də  belə  bir  iş 
görsən, güman yəqinə, ümid məyusluğa dönəcək. 
Əbu  Musa  cavabda  dedi:–Mənə  töhmət  vuranlara  yaraşmaz  ki,  məni 
qəzavət işinə seçələr, mən də batili onlardan dəf edib haqqı bərqərar edəm.
2
 
Imam  (ə)-ın  qoşunundakı  tanınmış  şair  və  Əbu  Musanın  qədim  dostu 
Nəcaşi bir şer qoşaraq onu haqq-ədalət əsasında əməl etməyə çağırdı. O şeri 
Əbu  Musaya  oxuduqdan  sonra  Əbu  Musa  dedi:–Allahdan  istəyirəm  ki, 
üfüqlər  aydınlaşsın  və  mən  də  öz  vəzifəmi  Allahın  razılığı  əsasında  yerinə 
yetirəm.
3
 
ƏHNƏFIN ƏBU MUSA ILƏ SÖHBƏTI 
Əbu  Musa  ilə  vidalaşan  axırıncı  adam  Əhnəf  idi.  O,  Əbu  Musanın 
əlindən  tutub  dedi:–Bu  işin  əhəmiyyətini  dərk  et  və  bil  ki,  iş  davam  edir. 
Əgər  Iraqı  zay  etsən,  daha  ondan  bir  şey  qalmayacaq.  Allah  ilə  müxalifət 
etməkdən  qorx.  Əgər  sabah  Əmr  Asla  qarşılaşsan,  əvvəl  sən  salam  vermə. 
Salam  verməkdə  qabağa  düşməyin  yaxşı  iş  olmasına  baxmayaraq,  o  buna 
layiq deyildir. Onunla əlbəəl görüşmə, çünki sənin əlin ümmətin əmanətidir. 
Olmaya  səni  məclisin  baş  tərəfində  oturda;  çünki  bu  iş  hiylə  və  məkrdir. 
Səninlə bir otaqda təklikdə danışmasına imkan vermə, çünki bir neçə nəfəri 
                                              
1
 "Əl-Mənaqib" (Ibni Şəhraşub), 2-ci cild, səh.261 
2
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  2-ci  cild,  səh.245;  "Əl-imamətu  vəs-
siyasət", 1-ci cild, səh.115 
3
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  2-ci  cild,  səh.247;  "Vəqətü  Siffeyn", 
səh.534 


 
108 
şahid  kimi  gizlətməsi,  onların  da  sənin  əleyhinə  şəhadət  vermələri 
mümkündür. 
Sonra onun Imam (ə)-a sadiq olub-olmamasını yoxlamaq üçün ona belə 
təklif etdi:–Əgər  Imam (ə)-ın barəsində Əmr Asla razılığa gələ bilməsəniz, 
ona  de  ki,  iraqlılar  Şamda  yaşayan  Qüreyşli  bir  nəfəri  xəlifə  seçə  bilərlər. 
Əgər bunu da qəbul etməsə, başqa bir şey təklif et. Məsələn, de ki, şamlılar 
Iraqda yaşayan Qüreyş tayfasından bir nəfəri xəlifə seçə bilərlər.
1
 
(Bu sözlərin  mənası  Imam  (ə)-ın  işdən  götürülməsi,  başqa bir xəlifənin 
təyin  edilməsi  idi.)  Əbu  Musa  bu  sözləri  eşitdi,  lakin  heç  bir  əksül-əməl 
göstərmədi. Əhnəf dərhal  Imam (ə)-ın  yanına qayıtdı və hadisəni o həzrətə 
dedi,  sonra  da  qeyd  etdi  ki,  biz  öz  haqqımızı  almaq  üçün  elə  bir  adamı 
göndəririk ki, onun üçün sənin xilafətdən çıxarılıb-çıxarılmamağının heç bir 
fərqi yoxdur. Imam (ə) buyurdu:–Həqiqətən Allah Öz işində qalibdir. 
Əhnəf dedi ki, bu iş bizim narahatçılığımıza səbəb olacaq.
2
 
SƏD VƏQQAS VƏ ONUN OĞLU ÖMƏR 
Səd  Vəqqas  Imam  (ə)-la  beyət  etməyənlərdən  biri  idi,  lakin  özünü 
münaqişələrdən uzaqda saxlamışdı. Siffeyn müharibəsi sona çatdıqdan sonra 
Bəni-Səlim  tayfasının  olduğu  yerə  gələrək  xəbərləri  müntəzəm  surətdə 
izləyirdi.  Elə  bu  zaman  uzaqdan  bir  atlının  ona  tərəf  gəldiyini  gördü. 
Yaxınlaşanda məlum oldu ki, öz oğlu Ömərdir. (O, Kərbəlada Imam Hüseyn 
(ə) və onun dostlarını qətlə yetirmişdi.) Atası vəziyyəti soruşduqda, o, qəbul 
etdirilən  həkəmiyyəti  və  qazilərin  Dumətül-cəndələ  getməsini  xəbər  verdi. 
O, atasına dedi ki, özünü oraya çatdırsın, bəlkə islamdakı xidmətlərinə görə 
xilafəti  ələ  keçirə  bildi.  Atası  dedi:–Oğlum,  sakit  ol.  Mən  Peyğəmbərdən 
eşitmişəm  ki,  ondan  sonra  bir  fitnə  qalxacaqdır.  Ən  yaxşı  adam  odur  ki,  o 
fitnədən  uzaq  olsun.  Mən  elə  əvvəldən  xilafət  məsələsinə  baş  qoşmadım, 
bundan sonra da baş qoşmaram. Əgər o işə qarışmalı olsam, Əli ilə birlikdə 
qarışaram.  Camaat  məni  iti  qılınclarla  hədələdi,  lakin  mən  onu  cəhənnəm 
odundan irəli bildim.
3
 
Səd  Vəqqas  hər  iki  tərəfə  kömək  etməyi  fitnə  qarışıq  bir  kömək,  onun 
sonunu  da  cəhənnəm  odu  hesab  edirdi.  Amma  eyni  halda  Əli  (ə)-ın 
Müaviyəyə  nisbətən  mövqeyini  tam  üstün  tuturdu.  O  elə  həmin  gecə 
oxuduğu (oğlunun da eşitdiyi) şerdə Əli (ə)-ı təriflədi, Müaviyəni isə pislədi. 
Onun məzmunu belə idi: 
"Əgər bir gün bu işə girişməli olsam
Əliyə tabe olar, o hara meyl etsə, ora gedərəm." 
Onun nə qədər cahil olmasında bunu bilmək kifayətdir ki, rəhbərliyi və 
imaməti Qədir Xumda hamıya aydın olan, Osmanın qətlindən sonra mühacir 
və  ənsarın  beyət  etdiyi  bir  imama  tabe  olmağı  "fitnəyə  daxil  olmaq"  kimi 
təsəvvür edirdi. Halbuki belə bir imamdan üz döndərmək cəhənnəmə daxil 
                                              
1
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  2-ci  cild,  səh.249;  "Vəqətu-Siffeyn", 
səh.536; "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.116 
2
 "Vəqətu-Siffeyn", səh.537 
3
 "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 2-ci cild, səh.249 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə