113
Şüreyh ibni Hani ayağa qalxıb Əmr Asın kəlləsinə bir qamçı vurdu. Əmr
Asın oğlu da atasının köməyinə gəlib Şüreyhə bir qamçı vurdu. Nəhayət
camaat onları ayırdı. (Şüreyh ibni Hani sonralar deyirdi: "Çox peşmanam!
Nə üçün qamçı yerinə onun başına qılınc endirmədim!)
1
Ibni Abbas:–Allah Əbu Musanın üzünü qara eləsin! Mən onu Əmr Asın
hiyləsindən
agah etmişdim, amma o buna məhəl qoymadı.
Əbu Musa:–Düz deyir. Ibni Abbas mənə bu fasiqin hiyləsi barədə
xəbərdarlıq vermişdi, lakin mən ona (Əmr Asa) arxayın oldum. Heç vaxt
fikrimə gəlməzdi ki, o mənə xeyirxahlıqdan başqa bir şey desin.
Səid ibni Qeys hər iki qaziyə dedi:–Nəinki zəlalətdə fikir birliyinə
çatmağınız, heç düzgün bir fikrə gəlməyiniz belə, bizim üçün fərq etməzdi!
Sizin rəyinizi icra etmək bizim üçün vacib deyildir. Bu günkü vəziyyətimiz
elə
əvvəlki kimidir; qiyamçılarla müharibəni davam etdirəcəyik!
2
Bu hadisələrdə hamıdan çox Əbu Musa və Əşəs ibni Qeys (həkəmiyyət
səhnəsinin oyunçuları) məzəmmət olundu. Əbu Musa hey Əmr Ası söyürdü,
lakin Əşəsin dili tutulmuşdu və heç nə demirdi. Axırda Əmr Asla
Müaviyənin havadarları şələ-şülələrini yığışdırıb Şama yola düşdülər,
hadisəni ətraflı şəkildə Müaviyəyə dedilər və ona, müsəlmanların xəlifəsi
ünvanı ilə salam verdilər. Ibni Abbas və Şüreyh ibni Hani də Kufəyə
qayıdaraq hadisəni nəql etdilər. Əbu Musa da yol verdiyi xətaya görə
qorxudan qaçıb Məkkəyə sığındı.
3
Nəhayət Siffeyn müharibəsi və həkəmiyyət hadisəsi 45 min nəfər (başqa
bir rəvayətə görə 90 min) nəfər şamlının və 20-25 min iraqlının öldürülməsi
ilə 38-ci ilin şəban ayında sona çatdı.
4
Bu hadisə Əmirəl-möminin (ə)-ın
hökuməti və islam xilafəti üçün çoxlu çətinliklər yaratdı ki, bunların çoxu
hal-hazırda da davam etməkdədir.
5
İYİRMİ İKİNCİ FƏSİL
NƏHRƏVAN MÜHARIBƏSI, YAXUD QURANLARIN
NIZƏYƏ VURULMASI SIYASƏTININ ÖZ ARDINCA
GƏTIRDIYI XOŞAGƏLMƏZ NƏTICƏLƏR
Müaviyə və onun "ayrılmış əqli" olan Əmr Asın namərdcəsinə və alçaq
siyasətləri çox acı nəticələr verdi. Bu siyasəti tökən elə ilk gündən onun
dəhşətli nəticəsini bilirdi və həkəmiyyətdə qələbə çalacağına tam əmin idi.
Bu siyasəti qiymətləndirməkdə yalnız bunu bilmək kifayətdir ki, məhz onun
sayəsində düşmən öz qədim arzularına çataraq bəzi nəticələr əldə etdi ki,
1
"Vəqətu-Siffeyn", səh.546; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.168; "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.40
2
"Vəqətu-Siffeyn", səh.547
3
"Əl-imamətu vəs-siyasət, 1-ci cild, səh.118; "Təcaribus-sələf", səh.49; "Kamil"
(Ibni Əsir), 3-cü cild, səh.168; "Əl-əxbarüt-tival", səh.200
4
"Murucuz-zəhəb", 2-ci cild, səh.404
5
"Murucuz-zəhəb", 2-ci cild, səh.406; "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.40
(Təbəri bunu Vaqididən nəql etmişdir); "Təcaribus-sələf", səh.50
114
onlardan bir neçəsini qeyd etmək olar:
1-Müaviyənin Şama hakimliyi təsbit olundu və o əyalətin ətraf
məntəqələrindəki bütün valilər ona itaət etməyi səmimi-qəlbdən qəbul
etdilər, bəzi səbəblərə görə Əli (ə)-a azacıq meyilli olanlar da ondan
tamamilə ayrılıb Müaviyəyə qoşuldular.
2-Imam qələbənin bir addımlığında ola-ola qələbədən kilometrlərlə
uzaqlaşdı və onu yenidən qazanmaq o qədər də asan deyildi. Çünki, o
həzrətin ordusunda cihad ruhiyyəsi tamamilə sönmüşdü, onlarda əvvəlki
kimi cihada qarşı şövq və şəhadət arzusundan heç bir əsər-əlamət yox idi.
3-Müaviyənin süqut etməkdə olan ordusu yenidən təşəkkül taparaq, necə
deyərlər, "ikinci nəfəs" əldə etdi və Iraq əhalisinin ruhiyyəsini zəiflətmək
üçün kütləvi şəkildə qarətçiliyə, soyğunçuluğa başladı ki, bununla da
məntəqənin təhlükəsizliyini aradan aparıb mərkəzi hökuməti ölkə
təhlükəsizliyini təmin etməyə qadir olmamaqda müttəhim etsin.
4-Hər şeydən də pisi Iraq ordusunda ikitirəliyin yaranması idi: bəziləri
həkəmiyyəti qəbul etdi, bəziləri isə onu küfr və günah hesab edərək Imam
(ə)-ın tövbə etməsinin vacib olduğunu, əks halda ona itaət etməkdən boyun
qaçırıb onunla–Müaviyəyə qarşı olduğu kimi–mübarizəyə qalxacaqlarını
dedilər.
5-Məhz bu tərzi-təfəkkür sayəsində Imam (ə) Kufəyə gələndən sonra,
həkəmiyyətlə müxalif olanlar (o dövrün hökumətinin müxalifləri kimi) bu
şəhəri tərk edərək Kufədən iki mil məsafədə bir yerə yığışdılar. (Halbuki
əvvəldə özləri həkəmiyyətin tərəfdarı idilər və Imam (ə) da onların təzyiqi
altında, həmçinin öz batini əqidə və meylinin əksinə olaraq ona rəy
vermişdi.)
Hələ Siffeyn müharibəsinin ağır yaraları sağalmamış "Nəhrəvan" adlı
digər bir fitnəli müharibə başladı. Bu qrupun zahirdə darmadağın edilməsinə
baxmayaraq, onun tör-töküntüləri ara-sıra qiyamlara əl atırdılar. Bu
təhriklərin nəticəsində 40-cı ilin Ramazan ayının 19-cu gecəsində Əli (ə)
xəvaricin hiyləsinin qurbanı oldu və ibadət mehrabında şəhid edildi.
Beləliklə, Imam (ə) öz xilafəti dövründə üç böyük və dəhşətli müharibə ilə
qarşılaşdı.
Birinci müharibədə əks-tərəf Təlhə və Zübeyr kimi əhd-peyman pozanlar
idi. Onlar Ümmül-möminin Ayişənin heysiyyətini (və əslində Peyğəmbərin
heysiyyətini) oyun-oyuncağa çevirərək qanlı bir müharibə törətdilər, axırda
da darmadağın edildilər. Ikinci müharibədə əks-tərəf Müaviyə idi. O da
Osmanın intiqamını almağı bəhanə edərək Imam (ə)-ın itaətindən çıxdı və
mühacirlə ənsarın seçdiyi mərkəzi hökumətə qarşı qiyam edərək haqq-ədalət
yolundan azdı. Üçüncü müharibədə əks-tərəf Imam (ə)-ın qədim dostları
idilər. Belə ki, onların alınları çoxlu ibadət etməkdən qabar bağlamışdı,
Quran tilavəti səsləri hər yerə yayılırdı. Bu qrupla aparılan müharibə əvvəlki
iki müharibədən qat-qat çətin idi. Lakin Imam (ə) aylarla səbir etdikdən,
çıxış edib müzakirə üçün tanınmış şəxsiyyətləri göndərdikdən sonra onların
islah olunmalarından ümidini tamamilə kəsdi və onlarla müharibəyə başladı,
o
həzrətin öz ifadəsi ilə desək, "Fitnənin gözünü hədəqədən çıxartdı."
Müqəddəslik donu geyən bu insanlarla müharibə etmək qüdrəti Imam