115
(ə)-dan başqa heç kimdə yox idi. Lakin Əli (ə)-ın islamdakı dəyərli
xidmətləri, hicrəti, Peyğəmbər (s) dövründə döyüş meydanlarında canından
keçməsi, həyatı boyu zöhd və paklığı, dərin elm və biliyi və güclü məntiqi
ona, tam qətiyyətlə və tərəddüdə yol vermədən fəsadın kökünü kəsmək
səlahiyyəti verirdi.
Bu üç qrup islam tarixində "nakisin" (əhd-peyman pozanlar), "qasitin"
(haqq yolundan çıxanlar, zülm edənlər), "mariqin" (haqdan azanlar və
dindən çıxanlar) adı ilə tanınmışlar. Bunlara belə ad qoyulmasının səbəbi
Peyğəmbər (s)-in dövrünə qayıdır. Məhz o həzrətin özü bu üç qrupu belə
vəsf etmiş, Əli (ə)-a və başqalarına xatırlatmışdı ki, Əli (ə) bu üç qrupla
vuruşacaqdır. Peyğəmbər (s)-in bu sözləri onun qeybi xəbərlərindən biridir.
Islam mühəddisləri o həzrətin sözlərini müxtəlif kitablarda qeyd etmişlər.
Biz də nümunə olaraq onlardan birini qeyd edirik: Əli (ə) buyurur:
"Peyğəmbər (s)
mənə əmr etmişdir ki, nakisinlər, qasitinlər və
mariqinlərlə müharibə aparam."
Ibni Kəsir (774-cü h.q ilində vəfat etmişdir) özünün "Tarixi-Bağdad" adlı
kitabının 8-ci cildinin 340-cı səhifəsində bu rəvayətlərdən bir qismini
toplamış, o cümlədən qeyd etmişdir ki, Peyğəmbər (s) Ümmü Sələmənin
evinə daxil oldu. Sonradan Əli də gəldi. Peyğəmbər üzünü Ümmü Sələməyə
tutub dedi:–
"Ey Ümmü Sələmə, Allaha anda olsun ki, bu (yəni Əli)
məndən sonra nakisinlər, qasitinlər və mariqinlərlə müharibə edəcəkdir."
1
Hədis və tarix kitablarına müraciət etməklə yuxarıdakı hədisin
düzgünlüyü tamamilə isbat olunur. Buna görə də bu barədə yalnız bunu
qeyd edirik ki, böyük tədqiqatçı mərhum Əllamə Əmini "Əl-Qədir"
kitabında (3-cü cild, səh.188-195) "Minhacus-sünnə" kitabından nəqlən bu
hədisin mənbəyinin bir hissəsini cəm etmişdir.
Mariqinlərin tarixi sübut edir ki, onlar həmişə dövrün hökumətlərinə
qarşı müharibə aparmış, heç bir hökumətə tabe olmamış, nə bir hakimi, nə
də bir hökuməti rəsmiyyətlə tanımamışlar. Onların nəzərində Əli (ə) kimi
adil hakimlə Müaviyə kimi fasiq və azğın bir hakimin heç bir fərqi yox idi.
Həmçinin onlar Yəzid (lənətullah əleyh) və Mərvanla Ömər ibni Əbdül-
əzizə eyni münasibət bəsləyirdilər.
XƏVARICIN KÖKLƏRI
Xəvaricin kökü müəyyən mənada Peyğəmbər (s) dövrünə gedib çıxır.
Bunlar o həzrətin dövründə öz fikir və ideyalarını bildirir, itaətsizlik və
təslim olmamaq ruhiyyələrini göstərən müəyyən sözlər deyirdilər. Onlardan
bir neçə nümunə qeyd edirik: Peyğəmbəri Əkrəm (s) "Hüneyn"
müharibəsinin qənimətlərini müəyyən məsləhət
üzündən bölüşdürdü və uzun
illər boyu islama qarşı müharibə etdikdən sonra təzəcə müsəlman olan
müşriklərlə ülfət yaratmaq üçün onlara daha çox qənimət verdi. Bu vaxt
Hərqus ibni Züheyr etiraz edib ədəbsizliklə Peyğəmbər (s)-ə dedi:–"Ədalətlə
böl!" Onun bu sözü Peyğəmbər (s)-i narahat etdi, buyurdu: "Vay olsun sənə!
Əgər mən ədalətli olmasam, bəs kim olacaq?!" Bu vaxt Ömər onun boynunu
1
"Əlbidayətu vən-nihayə", 4-cü cild, səh.305