117
ki, külək onun üstünə torpaq tökür.
Zərqət:–Qoy belə olsun!
Əli (ə):–Şeytan sizin ikinizi də yoldan azdırmışdır!
Hərqusun həm Peyğəmbər (s)-lə, həm də Əli (ə)-la olan həyasızcasına
mübahisələri onu adi bir müsəlman hesab etdiyimiz vaxt gözlənilməz olardı.
Halbuki islam müfəssirlərinin fikrincə, o, münafiq idi və "Tövbə" surəsinin
58-ci ayəsi onun barəsində nazil olmuşdur:
"Münafiqlərdən bəziləri
qənimətin bölüşdürülməsində sənə irad tuturlar. Əgər onlara bir pay
verilsə, razı olar, əgər məhrum olsalar, gözlənilmədən qəzəblənərlər."
1
XƏVARICIN DIGƏR BAŞÇILARI
Xəvaricin başçılarından biri də Zussədyədir. Rical kitablarında onun adı
Nafe qeyd olunur. Hədisçilərin çoxu belə təsəvvür ediblər ki, Zul-Xüveysirə
adı ilə məşhur olan Hərqus elə Zussədyədir. Amma Şəhristani özünün
"Miləl və nihəl" kitabında (1-ci cild, səh.116) bunun əksini deyərək yazır:
Onların hər ikisinin Peyğəmbər (s)-ə etirazı eyni şəkildə idi, hər ikisi
Peyğəmbər (s)-ə "ədalətli ol" demiş, həzrət də hər ikisinə eyni cavab
vermişdi.
2
Buna görə də çoxları bu iki adın bir adamın adı olduğunu təsəvvür
etmişdir. Amma Zussədyənin tarixdə gələn və Peyğəmbər (s)-in dilindən
olan vəsfi Zul-Xüvəysirədə olduğu kimi deyildir. Ibni Kəsir mariqinlər
barəsində olan rəvayətləri toplayaraq qeyd etmişdir ki, Peyğəmbər (s)
buyurmuşdur:
"Bir dəstə, kamandan atılan ox kimi dindən çıxacaq və bir
daha ona qayıtmayacaqlar. Əlamətləri də budur ki, onların arasında
qarayanız, əli naqis olan bir kişi vardır. Onun əlinin axırında arvad
döşünə oxşar uzanıb-yığılan ət parçası vardır."
3
Nəhrəvan müharibəsi qurtardıqdan sonra Imam (ə) əmr verdi ki, ölülərin
içindən Zussədyənin cəsədini tapıb onun əlinin necə olduğunu yoxlasınlar.
Onun cəsədini tapıb gətirdilər, əli eynilə Peyğəmbər (s)-in buyurduğu kimi
idi.
XƏVARIC ARASINDA ƏQIDƏ MƏKTƏBLƏRI
Xəvaric əvvəldə həkəmiyyət üstündə Imam (ə)-la müxalifətə qalxdılar və
onu Quranın əksinə təsəvvür etdilər. Bu işin başqa bir səbəbi yox idi, lakin
zamanın keçməsi ilə bu cərəyan əqidəvi bir məktəb şəklinə düşüb şaxələndi,
"mühəkkimə"dən savayı yaranan başqa məktəblər, o cümlədən, Əzariqə,
Nəcdat, Beyhəsiyyə, Ücaridə, Süalibə, Əbaziyyə, Səfriyyə aradan getdi,
onlardan Əbaziyyə firqəsi (bunlar Əbdüllah ibni Əbazın ardıcılları idilər və
Bəni-Mərvan dövlətinin axırlarında qiyam etmişdilər) mötədil olan xəvaric
hesab olunurdu. Hal-hazırda yalnız bu firqə qalmaqdadır. Onlar Əmmanda,
Fars körfəzində və Əlcəzairdə yayılmışlar. Xəvaricin tarixi Nəhrəvan
1
"Məcməul-bəyan", 3-cü cild, səh.40
2
"Kamil" (Mübərrəd), 3-cü cild, səh.919 (Hələb çapı)
3
"Əssiyrə" (Ibni Hişam), 2-ci cild, səh.496