On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə56/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   52   53   54   55   56   57   58   59   ...   81

 
111 
özünü  təqsirləndirmək  əvəzinə,  tərəflərin  hər  ikisini  xətakar  hesab  edərək, 
yalnız  "ikinci  xəlifənin  oğlu"  olmaq  iftixarına  nail  olan  və  bu 
münaqişələrdən  uzaqda  qalan  bir  adamı–Ömərin  oğlu  Əbdüllahı  xilafətə 
seçmək istəyirdi. Halbuki o, tədbir və işləri idarə etmək nöqteyi-nəzərindən 
o qədər zəif idi ki, hətta atası onun barəsində "oğlum o qədər huşsuzdur ki, 
hətta öz arvadına talaq verməkdən belə, acizdir" - deyirdi. 
Əslində qazilər qeyd olunan dörd məsələ ətrafında bitərəf şəkildə danışıq 
aparmalı  idilər.  Təkcə  Imam  (ə)-ın  hökumətinin  qanuni  olması  və 
Müaviyənin  mərkəzi  hökumətə  qarşı  qiyam  etməsi  kimi  məsələlərə  diqqət 
yetirmək başqa işlər barəsində də düzgün qərar çıxarılmasına kifayət idi. 
Əmr  As  Dumətül-cəndələ  gəldiyi  ilk  gündən  Əbu  Musaya  həm 
Peyğəmbər  (s)-in  səhabəsi,  həm  də  özündən  böyük  bir  adam  kimi  hörmət 
göstərir, danışmaq lazım gəldikdə onu irəli salırdı. Onlar Əlini və Müaviyəni 
xilafətdən  götürmək  barədə  razılığa  gələndə  də  Əmr  As  onu,  öz  rəyini 
bildirmək  və  öz  rəhbərini  işdən  salmaq  üçün  irəli  saldı.  Buna  görə  də 
əvvəlcə Əbu Musa Əli (ə)-ı xilafətdən çıxartdı və işin əvvəlində dostlarının 
tövsiyələrinin  heç  birinə  əhəmiyyət  vermədi,  lakin  Əmr  As  dərhal 
Müaviyəni  xilafətə  seçdi.  Əbu  Musanın  nadanlığı  və  sadəliyi  bir  daha 
bərpaolunmaz və böyük xəsarətlər vurdu. 
Burada onların danışıqlarını əks etdiririk ki, "Həkəmiyyət oyunu"nun nə 
ilə  nəticələnməsi  və  Imam  (ə)-ın  sadəlövh  dostlarının  inadkarlıqlarının 
islama necə ziyanlar vurması bir daha aydın olsun: 
Əmr As:–Osmanın məzlumcasına öldürülməsini bilirsənmi? 
Əbu Musa:–Bəli! 
Əmr  As:–Camaat!  Siz  şahid  olun,  Əlinin  nümayəndəsi  xəlifənin 
məzlumcasına  öldürülməsini  etiraf  etdi.  (Sonra  üzünü  Əbu  Musaya  tutub 
dedi:)  Müaviyə  Osmanın  qəyyumu  olduğu  halda,  nə  üçün  ondan  üz 
döndərirsən?!  Halbuki  o,  Qüreyşdəndir.  Əgər  camaatın  "nə  üçün  islamda 
heç  bir  xidməti  olmayan  bir  adamı  xilafətə  seçdin?!"  -  deyə  etiraz 
edəcəklərindən  qorxursansa,  onlara  belə  cavab  verə  bilərsən  ki,  o,  məzlum 
xəlifənin  qəyyumudur  və  onun  intiqamını  almağa  qadirdir,  tədbir  və 
siyasətdə də nümunə bir adamdır. Peyğəmbərlə qohumluğuna gəldikdə isə, 
o,  Peyğəmbərin  zövcəsinin  (Ümmü  Həbibənin)  qardaşıdır.  Bunlardan  da 
əlavə,  əgər  o,  xəlifə  olsa,  heç  kim  sənin  qədər  ehtirama  layiq 
görülməyəcəkdir. 
Əbu Musa:–Allahdan qorx! Xilafət dindarlara və fəzilətlilərə məxsusdur. 
Əgər  xilafət  üçün  ailə  şərafəti  əsas  götürülsə,  onda  Qüreyşdə  ən  şərafətli 
adam  Əlidir.  Mən  heç  vaxt  ilk  mühacirləri  buraxıb  Müaviyəni  xilafətə 
seçmərəm!  Hətta  əgər  Müaviyə  mənim  xeyrimə  olaraq  xilafətdən  geri 
çəkilsə,  yenə  də  onun  xilafətinə  rəy  vermərəm.  Əgər  Ömər  ibni  Xəttabın 
adını dirçəltmək istəyirsənsə, onda gəl, Əbdüllah ibni Öməri xilafətə seçək. 
Əmr  As:–Əgər  Əbdüllah  ibni  Ömərin  xilafətini  istəyirsənsə,  onda  nə 
üçün mənim oğlum Əbdüllaha rəy vermirsən? Halbuki mənim oğlumun heç 
nəyi ondan əskik deyildir və fəziləti, doğruçuluğu da gün kimi aydındır. 
Əbu Musa:–Öz atası kimi, onun da bu fitnədə əli olmuşdur, daha xilafətə 
layiq ola bilməz! 


 
112 
Əmr As:–Xilafətdə elə bir qətiyyətli şəxs olmalıdır ki, o həm yesin, həm 
də yedizdirsin. Ömərin oğlunda belə bir bacarıq yoxdur. Indi ki, bu adamlar 
barəsində  razılaşma  hasil  olmadı,  gərək  başqa  bir  nəzər  verəsən,  bəlkə  o 
təklif ətrafında razılığa gələ bilək. 
Bu  vaxt  gizli  şəkildə  məsləhətləşərək  razılığa  gəldilər.  O  razılaşmanı 
qeyd edirik: 
Əbu  Musa:–Mənim  fikrim  budur  ki,  həm  Əlini,  həm  də  Müaviyəni 
xilafətdən  götürək,  xilafət  məsələsini  müsəlmanların  şurasına  həvalə  edək, 
onlar kimi istəsələr, onu da xəlifə seçsinlər. 
Əmr As:–Razıyam. Gərək öz rəyimizi rəsmi şəkildə bildirək. 
Nəzarətçilər  və  qazilərin  rəyini  gözləyənlər  onların  sözlərinə  qulaq 
asmaq  üçün  bir  yerə  yığışmışdılar.  Bu  vaxt  Əmr  As  Əbu  Musanın 
sadəlövhlüyündən və nadanlığından istifadə edərək onu qabağa saldı ki, sözə 
başlayıb  öz  rəyini  bildirsin.  Əbu  Musa  da  öz  çıxışından  sonra  Əmr  Asın 
məxfi  şəkildə  razılaşdıqları  sözü  təsdiq  etməkdən  boyun  qaçıracağına 
ehtimal vermədən sözə başlayıb dedi:–Mən və Əmr As bir məsələ barəsində 
eyni fikrə gəlmişik, ümidvarıq ki, müsəlmanların məsləhəti onda olsun. 
Əmr As:–Düzdür, öz sözünü davam etdir. 
Bu vaxt  Ibni  Abbas özünü Əbu Musaya çatdırıb dedi:–Əgər bir məsələ 
barəsində  razılığa  gəlmisinizsə,  qoy  əvvəlcə  Əmr  As  danışsın,  sonra  sən 
danış. Çünki, onun razılaşdığınızın əksinə danışması ehtimalı var. 
Amma Əbu Musa onun etdiyi  xəbərdarlığa əhəmiyyət  vermədən dedi:–
Əmin  ol,  hər  ikimiz  xilafət  məsələsində  bir  fikrə  gəlmişik.  (Sonra  ayağa 
durub dedi:) Biz ümmətin vəziyyətini araşdırdıq. Ixtilafları aradan qaldırmaq 
və vəhdəti bərpa etmək üçün Əlini və Müaviyəni xilafətdən çıxarıb xilafəti 
müsəlmanların şurasına həvalə etməkdən yaxşı bir yol görmədik. Qoy onlar 
hər  kəsi  istəsələr,  xilafətə  seçsinlər.  Buna  əsasən  mən  Əlini  və  Müaviyəni 
xilafətdən götürürəm! 
Bunu deyib arxaya getdi və orada oturdu. Sonra Əmr As Əbu Musanın 
əvvəlki  yerinə  gəldi,  Allaha  həmd-səna  edib  dedi:–Camaat,  Əbu  Musanın 
sözlərini  eşitdiniz.  O  öz  imamını  xilafətdən  götürdü,  mən  də  bu  barədə 
onunla razıyam, mən də onu xilafətdən götürürəm, amma onun əksinə olaraq 
Müaviyəni xilafətdə saxlayıram. O, Osmanın qəyyumudur, onun intiqamını 
almaq istəyir. Xilafət üçün ən layiqli bir adamdır! 
Əbu Musa üzünü ona tutub qəzəblə dedi:–Səni görüm nicat tapmayasan 
(ağ  gün  görməyəsən)!  Hiylə  işlətdin  və  günah  etdin.  Sən  bir  itə  oxşayırsan 
ki, "əgər ona hücum etsələr, ağzını açıb dilini çölə çıxarar, buraxsalar da 
belə edər."
1
 
Əmr As:–Sən də "kitab yükü daşıyan bir ulağa oxşayırsan!"
2
 
Bu vaxt Əmr Asın məkrli hiyləsi aşkara çıxdı və məclis bir-birinə dəydi. 
                                              
1
 "Əraf" surəsinin 176-cı ayəsinə işarədir 
2
 "Cümə" surəsinin 5-ci ayəsinə işarədir. 
Bax: "Tarixi-Təbəri", 3-cü cild, 6-cı hissə, səh.38; "Əl-imamətu  vəs-siyasət", 1-ci 
cild,  səh.118;  "Əl-əxbarüt-tival",  səh.199;  "Murucuz-zəhəb",  2-ci  cild,  səh.408; 
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.167 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə