105
barəsində camaatın fikrini ondan öyənmək istədi. Onların arasında belə bir
söhbət oldu:
Imam (ə):–Camaat bizim işimiz barədə nə deyir?
Ənsari:–Camaat arasında iki fikir var. Bəziləri onu bəyənmiş, bəziləri isə
bəyənməmişdir. (Quranın
ifadəsi ilə desək,
"Onlar həmişə ixtilafdadırlar.")
Imam (ə):–Təhlilçilər nə deyir?
Ənsari:–Onlar deyirlər ki, Əlinin ətrafında bir dəstə adam var idi, amma
Əli onları dağıtdı; onun möhkəm bir qalası var idi, lakin onu viran etdi. Əli
itirdiyi adamları nə vaxt tapa bilər və dağıtdığı binanı nə vaxt düzəldə bilər?!
Əgər o, döyüşü ona itaət edənlərlə birlikdə davam etdirsəydi, qələbə də
çalsaydı, məğlub da olsaydı, onda ağıllı və siyasətlə uyğun olan bir iş
görmüş olardı.
Imam (ə):–Mən viran etdim, yoxsa onlar (xəvariclər)?! O cəmiyyəti mən
dağıtdım, yoxsa onların özləri ixtilaf və ikitirəlik yaratdılar?! Bəzilərinin
mənimlə müxalifətə başladığı vaxt mənə vəfadar qalanlarla döyüşü davam
etdirməyim elə bir iş deyildi ki, mən ondan qafil olam. Mən öz canımdan
keçib ölümü gülərüzlə qəbul etmək istəyirdim, lakin Həsənlə Hüseynə
baxanda gördüm ki, onlar şəhadət üçün məndən qabağa keçirlər. Qorxdum
ki, onların şəhid olması ilə Peyğəmbər (s)-in sülaləsi kəsilsin. Odur ki, bu işi
məsləhət görmədim. Allaha and olsun, əgər şamlılarla yenidən qarşılaşsam,
bu yolu seçərəm və bu vaxt Həsənlə Hüseyn də mənimlə olmaz.
1
Ənsarinin Imam (ə)-la açıq söhbətindən iki məsələ aydınlaşır:
1) Imam (ə)
-ın bərqərar etdiyi mühitin tamamilə azad bir mühit
olması. Belə ki, hökumət barəsində hamı özünün müxtəlif rəy və fikirlərini
aşkar edə bilirdi. Imam (ə)-ın qarşısında həm müvafiqlər, həm də müxaliflər
öz əqidələrini bildirməkdə bərabər idilər, müxaliflər silaha əl atmayınca,
silahlı qiyam etməyincə tam azadlığa malik idilər.
2) Peyğəmbər (s)
sülaləsinin qorunub saxlanması. Quran o həzrətin
sülaləsini "Kövsər" adlandırmışdır, onu qorumaq islamda ən mühüm vacib
əməllərdəndir. Imam (ə) Müaviyə və sayı çox da az olmayan daxili
müxalifətlə mübarizəni davam etdirsəydi, bu iş Həsənlə-Hüseynin (ə) şəhid
olmalarına, Peyğəmbər (s)-in sülaləsinin kəsilməsinə, həmçinin imamətin
aradan getməsinə səbəb olacaqdı. Imam Zaman (ə)-ın zühuruna kimi
məsumların nəslinin qalıb davam etməsinə dair Allahın iradəsi Əli (ə)-ın
həkəmiyyəti qəbul etməsini gərəkli edirdi. Bu məsələ həkəmiyyətin qəbul
edilməsinin yeganə dəlili deyildi, amma Imam (ə)-ı bu işə vadar edən
səbəblərdən biri sayılırdı.
IMAM
(Ə)
XUBBAB
IBNI
ƏRRƏTIN
QƏBRI
QARŞISINDA
Imam (ə) öz seyrini davam etdirərək, Bəni-Ovf qəbiləsinin evlərinin
qabağında dayandı. Yolun sağ tərəfində uca bir yerdə yeddi-səkkiz qəbir
1
"Vəqətu-Siffeyn", səh.529-530; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.164; "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.34
106
görünürdü. Imam (ə) orada kimlərin dəfn olunduğunu xəbər aldıqda Qüdatə
ibni Əclan Əzdi cavab verib dedi:–Siz Siffeynə yola
düşəndən sonra Xubbab
ibni Ərrət vəfat etdi və ölməmişdən vəsiyyət etdi ki, onu uca bir yerdə dəfn
etsinlər. O dəfn olunduqdan sonra başqaları da öz ölülərini gətirib burada
dəfn etməyə başladılar.
Imam (ə) Xubbaba rəhmət göndərəndən sonra onun barəsində belə
buyurdu:–O, islamı səmimi qəlbdən qəbul etmiş, tam meyl və rəğbət
üzündən hicrət etmişdi. O, bir ömür cihad etdi, axırda cismi zəiflədi. Allah
yaxşı əməl sahiblərinin mükafatını zay etməz. (Sonra orada dəfn edilənlərin
ruhlarına xitabən buyurdu:) Salam olsun sizə, ey vəhşətli, susuz və ot-ələfsiz
yerlərin müsəlman sakinləri! Siz bizdən qabağa keçdiniz, biz də sizin
arxanızca gələcəyik, az bir müddətdən sonra sizə qoşulacağıq. Ilahi, bizi də,
onları da bağışla, bizim və onların günahlarından, xətalarından keç. (Sonra
buyurdu:) Allaha şükür olsun ki, yeri ölülər və dirilər üçün yığışmaq yeri
etdi. Allaha şükür olsun ki, hamını ondan (torpaqdan) yaratdı və bizi ona
qaytaracaq, ondan da dirildəcək. Xoş o kəslərin halına ki, axirəti yada salar,
hesab günü üçün iş görər və kafi miqdarla qənaətlənərlər.
1
Imam (ə) bunu deyib yoluna davam etdi. Həmdan qəbilələrinin evlərinin
yanından keçəndə qadınların nalə və şivən səslərini eşitdi. Onlar Siffeyndə
öldürülən adamlarına ağlayırdılar. Imam (ə) Şərhbili çağırıb dedi:–
Arvadlarınıza tövsiyə edin, özlərini ələ alsınlar. Haray-həşir salmasınlar.
O cavab verib dedi:–Əgər bu iş bir neçə evlə qurtarsaydı, bu sözə əməl
etmək mümkün idi. Lakin elə bu şaxədən yüz səksən nəfər öldürülmüşdür.
Elə bir ev yoxdur ki, orada ağlaşma, şivən səsi olmasın. Amma biz kişilər
heç vaxt ağlamırıq, üstəlik onların şəhadətindən xoşhalıq da.
Imam (ə) onların ölənlərinə rəhmət göndərdi. Şərhbil Imam (ə)-ı (ata
mindiyi halda) yola salmaq istədikdə o həzrət buyurdu:–Qayıt, çünki bu cür
müşayiət etmək valinin qürurlanmasına, möminlərin zillətinə səbəb olar.
2
O həzrət Kufəyə daxil olanda həkəmiyyətə nəzarət etmək məqsədilə dörd
yüz nəfər seçdi, Şüreyhi hərbi sərkərdə, Ibni Abbası isə onların dini rəhbəri
təyin etdi. Bundan sonra artıq zorla qəbul elətdirilən nümayəndəsini–Əbu
Musa Əşərini göndərməyin vaxtı gəlib çatmışdı.
3
Imam (ə) öz xilafətinin əvvəllərindən Əşərinin o həzrətin rəhbərliyinə
qarşı laqeyd olduğunu bilirdi. Camaat da onun sadəliyindən, əqlinin
zəifliyindən xəbərdar idilər. Buna görə də o yola düşəndə Imam (ə) və bir
dəstə adam onunla söhbət etdi. O söhbətin bir hissəsini nəql edirik.
IMAM (Ə)-IN ƏBU-MUSA ILƏ SÖHBƏTI
Dost-düşmən Əbu Musanın sadə və dünyagörüşsüz bir adam olmasında
1
"Vəqətu-Siffeyn",səh.529-530; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.164; "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.34
2
"Vəqətu-Siffeyn", səh.531; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.164; "Tarixi-
Təbəri", 3-cü cild, 6-cı hissə, səh.416
3
"Vəqətu-Siffeyn", səh.533; "Murucuz-zəhəb", 2-ci cild, səh.406; "Tarixi-Təbəri",
3-cü cild, 6-cı hissə, səh.37