On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə2/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   2   3   4   5   6   7   8   9   ...   81

 

söylədi.  Allaha  həmd-səna  edib,  Peyğəmbərə  salavat  göndərəndən  sonra 
belə dedi:–"Osmanın işi (onun Peyğəmbər səhabələrinin əli ilə öldürülməsi) 
nəinki  hadisədən  kənarda  olanları,  hətta  Mədinədə  hazır  olanları  belə  aciz 
etmişdi.  Camaat  Əli  ilə  beyət  etdi.  Təlhə  və  Zübeyr  də  onunla  beyət 
edənlərdən idi, lakin sonra heç bir əsaslı dəlil olmadan onu pozdular. Islam 
fitnəyə, ərəblər isə qılınca dözmür. Dünən Bəsrədə elə bir qəmli hadisə baş 
verdi ki, əgər bu bir də təkrar olunsa, daha heç kəs sağ qalmayacaq. Bilin ki, 
xalq  kütləsi  Əli  ilə  beyət  etmişdir.  Əgər  Allah  işi  bizə  həvalə  etsəydi,  biz 
ondan  başqasını  seçməzdik.  Hər  kəs  ümumi  seçki  ilə  müxalifət  etsə, 
xatircəm  olsun  ki,  xalqın  seçdiyi  rəhbəri  qəbul  etmir.  Ey  Müaviyə,  sən  də 
camaatın  gəldiyi  yola  gəl  və  Əlini  müsəlmanların  rəhbəri  kimi  qəbul  et. 
Əgər  "Osman  məni  bu  məqama  seçmişdir  və  hələ  işdən  götürməmişdir" 
desən,  onda  bu  söz  qəbul  olunsa,  Allah  üçün  din  qalmaz  və  hər  kəs  əlində 
olanı bərk-bərk saxlayar."
1
 
Cəririn sözü sona çatanda Müaviyə dedi:–Bir qədər səbir elə, mən Şam 
camaatının rəyini soruşum, sonra nəticəni elan edərəm.
2
 
IMAM 
(Ə)-IN 
BEYƏT 
ALMAQDA 
MƏQSƏDI 
MÜAVIYƏNI IŞDƏN GÖTÜRMƏK IDI 
Imam  (ə)  hakimiyyətinin  ilk  günlərindən  etibarən  kimdənsə  beyət 
almağa heç vaxt təkid etmirdi. Bəs nə üçün Müaviyədən beyət alınmasına bu 
qədər israr edirdi? 
Səbəbi bu idi ki, Imam (ə) ondan beyət almaqla onu işdən götürmək və 
onu  müsəlmanların  mal-dövlətindən  və  hüquqlarından  uzaqlaşdırmaq 
istəyirdi.  Çünki  Əli  (ə)-ı  müsəlmanların  imamı  kimi  qəbul  edənlər  onunla 
şərt kəsmişdilər ki, o, müsəlmanların vəziyyətini Peyğəmbər (s) zamanında 
olduğu hala qaytarsın, onların mənafeyinin qorunması və islami məqsədlərə 
doğru  irəliləməkdə  səhlənkarlıq  etməsin.  Müaviyə  kimiləri  bu  məqsədlərin 
həyata  keçməsi  yolunda  ən  böyük  bir  maneə  idi.  Osmanın  əleyhinə  baş 
verən  qiyamda  irəli  qoyulan  əsas  tələblər  keçmiş  hakimlər  və  rəhbərlərin 
tamamilə  işdən  çıxarılması,  sərvət  toplayanlar  və  dünyapərəstlərin 
məzlumların hüquqlarını tapdalamaqdan kənarlaşdırılması idi. 
MÜAVIYƏ MƏSƏLƏNI ŞAM ƏHALISI ILƏ MÜZAKIRƏ 
EDIR 
Bir  gün  carçı  Şam  əhalisindən  bir  qrupunu  məscidə  yığdı.  Müaviyə 
minbərə  çıxdı.  Allaha  həmd-səna  edərək  Şamı  tərifləyib  dedi  ki,  Allah 
buranı  peyğəmbərlər  və  Özünün  saleh  bəndələrinin  diyarı  yaratmışdır.  Bu 
diyarın  insanları  həmişə  Allaha  itaət  və  Onun  fərmanlarını  icra  edənlərə, 
Onun  şəriətini  müdafiə  edənlərə  itaət  və  onlara  kömək  etmişlər.  (Sonra 
camaata  dedi:)  Bilirsiniz  ki,  mən  möminlərin  əmiri  Ömər  ibni  Xəttab  və 
                                              
1
  "Vəqətu  Siffeyn",  səh.30-31;  "Əl-imamətu  vəs-siyasət",  1-ci  cild,  səh.85; 
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.76-77 
2
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.77 


 

Osman  ibni  Əffanın  nümayəndəsiyəm.  Mən  heç  kəsə  qarşı  pis  bir  iş 
görməmişəm  ki,  ondan  xəcalətli  olam.  Mən  Osmanın  qəyyumuyam.  O, 
məzlumcasına öldürülmüşdür! Allah da buyurur:  "Hər kəs məzlum olaraq 
öldürülsə, Biz onun qəyyumuna qüdrət bağışlayarıq. Lakin o, qisasda israf 
etməməlidir  ki,  öldürülən  şəxsə  Allah  tərəfindən  kömək  olunmuşdur."
1
 
Mən Osmanın qətli barəsində sizin fikrinizi bilmək istəyirəm. 
Məsciddəkilər  ayağa  qalxıb  dedilər:  Biz  Osmanın  intiqamını  almaq 
istəyirik! 
Sonra  bu  iş  barəsində  onunla  beyət  etdilər  və  mallarını  və  canlarını  bu 
yolda fəda edəcəklərinə dair təkid etdilər.
2
 
MÜAVIYƏNIN SÖZLƏRININ TƏHLILI 
1.  Müaviyə  Şamı  "peyğəmbərlər  diyarı",  oranın  əhalisini  isə 
"peyğəmbərlərin  nümayəndələrinin  köməkçiləri",  "Allah  dininin  və 
şəriətinin  müdafiəçiləri"  adlandırdı  ki,  bu  yolla  həm  özünü  ilahi  dinin 
müdafiəçisi kimi qələmə versin, həm də camaatın fikir və duyğularını təhrik 
edərək hamını qanlı bir müharibə ilə üzləşdirsin. 
2.  Öldürülən  xəlifəni  "məzlum"  bir  şəxs  kimi  tanıtdırıb  dedi  ki,  onun 
qanı  zülmkarların  əli  ilə  axıdılmışdır.  Halbuki  onun  qanı  Peyğəmbər  (s)-in 
səhabələrinin  və  tabeinlərin  əli  ilə  axıdılmışdı  və  onların  əqidəsinə  görə 
səhabələr və tabeinlər haqq yolunun ardıcılları və ədalətli şəxslərdir. 
3.  Osmanın  məzlumcasına  öldürülməsini  və  onun  qəyyumunun  qatillər 
barəsində  qərara  gəlməli  olmasını  fərz  etsək  belə,  "qan  qəyyumu"  dedikdə 
məqsəd öldürülənin mal-dövlətdə varisidir. Belə bir sual yaranır ki, görəsən 
Müaviyə  Osmanın  mal-dövlətdə  varisi  idimi,  yoxsa  öldürülənə  daha  yaxın 
bir  varisin  olması  ilə  belə,  artıq  onun  qəyyumluğuna  yer  qalmır?  Osman 
Əffanın  oğlu,  o  da  Əbil-Asın,  o  da  Üməyyənin  oğlu  idi,  Müaviyə  də  Əbu 
Süfyanın, o da Hərbin, o da Üməyyənin oğlu idi, onların hamısı Üməyyədə 
bir-birinə  çatırdılar,  lakin  öldürülənin  daha  yaxın  qəyyumları  olduğu  halda 
belə  bir  uzaq  qohumluq  Müaviyənin  özünü  Osmanın  qan  qəyyumu  kimi 
tanıtdırmasına kifayət idimi?!
3
 
Əmirəl-möminin (ə) Müaviyəyə bir məktubda belə yazır: "Sən Üməyyə 
övladlarından  olan  bir  adamsan  və  Osmanın  övladları  öz  atalarının 
intiqamını almaqda səndən daha irəli və səlahiyyətlidirlər." 
Bu  kimi  məsələlərə  cavab  verilməsi  Müaviyənin  mənfur  niyyətini  ifşa 
edir  və  göstərir  ki,  əsas  məsələ  Osmanın  intiqamının  almaq  deyil, 
hakimiyyəti  ələ  keçirmək  və  mühacirlə  ənsarın  yekdilliklə  beyət  etdikləri 
imamı xilafətdən çıxarmaq idi. Ən qəribəsi isə bu idi ki, o, camaat arasında 
"rəy  sorğusu"  keçirməklə  özünün  də  xəlifənin  intiqamını  almaq  barədəki 
qəti rəyini aşkar və bu işə daha çox təkid etdi. 
Tarixdə  qeyd  olunur  ki,  Müaviyənin  oradakılardan  müsbət  cavab 
                                              
1
 "Isra" surəsi, ayə33 
2
 "Vəqətu Siffeyn", səh.31-32; "Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü 
cild, səh.77-78 
3
 "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.91-92 səh. "Vəqətu Siffeyn", səh.58 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə