On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə7/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   2   3   4   5   6   7   8   9   10   ...   81

 
13 
aradan  qaldırmaq  üçün  bir  qrup  adamı  məcbur  etdi  ki,  müntəzəm  surətdə 
Şərhbillə  təmasda  olub  Osmanın  Əli  (ə)  tərəfindən  öldürülməsini  onun 
fikrində  qəti  və  danılmaz  bir  məsələ  kimi  qələmə  versinlər,  bu  barədə 
yalandan  şəhadət  versinlər,  ona  saxta  məktublar  yazsınlar.  Onlar  çox 
çalışdıqdan  sonra  ikinci  dəfə  olaraq  onu  aldada  bildilər  və  o  öz  əzmində 
möhkəm dayandı.
1
 
Yəmənin  digər  qəbilə  başçıları  Şərhbilin  fikrindən  və  onun 
aldanmasından  xəbərdar  olduqda  çıxış  yolunu  yalnız  bunda  gördülər  ki, 
onun bacıoğlusunu göndərsinlər, o da dayısı ilə söhbət edib onu ayıltsın. (O, 
Şam  əhalisi  içərisində  Əli  (ə)-la  beyət  edən  bir  neçə  nəfərdən  biri  idi  və 
Şamın  zahid  və  abid  şəxsiyyətlərindən  sayılırdı.)  O  bir  qəsidə  deyərək 
Müaviyənin hiyləgər məqsədlərini ifşa etdi və ona bildirdi ki, bu şahidlər və 
məktublar  oyunbazlıqdan  başqa  bir  şey  deyildir  və  heç  birinin  etibarı 
yoxdur.  Şərhbil  bu  şerin  məzmunundan  agah  olduqda  dedi:–Bunu  şeytan 
göndərmişdir. Allaha and olsun ki, onu tutsam Şamdan çıxaracağam!"
2
 
Müaviyə öz məmurlarının vasitəsi  ilə Şərhbilin fikirlərini dəqiq  şəkildə 
izləyirdi. Onun öz fikrində ciddi olduğunu gördükdə belə bir xəbər göndərdi: 
"Haqqa  müsbət  cavab  verdiyinə  görə  Allah  sənə  əcr  versin!  Bilirsən  ki, 
cəmiyyətin  saleh  və  təqvalı  şəxsləri  sənin  fikrini  qəbul  etmişlər,  lakin 
bunların razılığı və xəbərdarlığı Əli ilə mübarizə üçün kafi deyildir. Əli ilə 
cihad  etmək  üçün  xalq  kütlələrinin  razılığını  cəlb  etmək  lazımdır.  Çıxış 
yolunu yalnız bunda görürəm: sən Şamın şəhərlərinə səfər edərək elan et ki, 
Osmanı Əli öldürmüşdür, müsəlmanlar gərək onun intiqamını alsınlar." 
O, səfərə çıxdı, əvvəlcə Həmsə getdi, orada bir xütbə söyləyib dedi:–Ey 
camaat! Bilin ki, Osmanı Əli öldürmüş, bütün islam məmləkətlərinə hakim 
olmuşdur. Yalnız Şam qalmışdır. O, qılıncını belinə asmışdır və əgər Allah 
tərəfindən  bir  hadisə  qarşıya  çıxmasa,  sizin  də  növbəniz  gəlib  çatacaqdır. 
Onun  qarşısını  almaq  üçün  Müaviyədən  qüdrətli  bir  şəxs  yoxdur.  Ayağa 
qalxın və hərəkət edin! 
Aldanmış  abidin  sözləri  ona  qarşı  xüsusi  hörmət  bəsləyən  Həms 
əhalisinə  çox  təsir  etdi.  Onun  səhv  etdiyini  söyləyən  abid  və  zahidlərdən 
başqa, hamı bir nəfər kimi onun çağırışına müsbət cavab verdi. Sonra Şamın 
digər şəhərlərinə getdi və camaatı Əliyə qarşı cihadda iştirak etməyə çağırdı, 
hamı da razı olub müsbət cavab verdi. 
Daha  sonra  Dəməşqə  qayıtdı  və  öz  qələbələrindən  xoşhal  halda 
Müaviyənin yanına gəldi, özünün keçmiş sözünü yenidən təkrar edib dedi:–
Əgər sən Osmanın qatilləri və Əli ilə cihad etsən, biz ya intiqam alacağıq, ya 
da  öz  məqsədimiz  yolunda  canımızdan  keçəcəyik!  Bu  halda  sən  öz 
vəzifəndə  qalacaqsan.  Əks  halda  isə  səni  işdən  götürüb  başqasını  sənin 
yerinə  seçərik,  onun  əmri  ilə  cihad  edib,  ya  Əlidən  Osmanın  intiqamını 
                                              
1
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.81 "Vəqətu Siffeyn", 
səh.49 
2
 "Vəqətu Siffeyn", səh.49-50 


 
14 
alarıq, ya da ki, öldürülərik!
1
 
Müaviyə  onun  alovlu  sözlərini  eşitdikdən  sonra  sevincdən  yerə-göyə 
sığmırdı. 
CƏRIR HÖCCƏTI TAMAM EDIR 
Cərir  heç  vaxt  gözləmədiyi  bu  hadisədən  bərk  narahat  oldu  və  köhnə 
dostu  və  öz  qəbiləsinin  zahidi  ilə  bir  daha  əlaqə  yaradaraq  onu  bu  qərarın 
dəhşətli  nəticələrindən  xəbərdar  edərək  dedi:–Allah  islam  ümmətini  qan 
axıdılmasından  saxlamış,  ikitirəliliyi  aradan  qaldırmışdır.  Islam 
məmləkətlərinin rahat həyata və asayişə qədəm qoymasına az qalıb. Məbada 
cəmiyyətin  daxilində  fitnə-fəsad  yaradasan!  Öz  fikrini  heç  kimə  açıqlama, 
çünki elə bir vəziyyət yarana bilər ki, artıq onun qarşısını ala bilməzsən. 
Şərhbil dedi:–Əsla! Mən heç vaxt öz fikrimi gizlətmərəm. 
Sonra  ümumi  bir  yığıncaqda  söhbət  etdi.  Camaat  da  onun  keçmişdəki 
ibadətlərini nəzərə alaraq fikrini təsdiq etdilər. Həmin vaxt orada olan Imam 
(ə)-ın nümayəndəsi tam ümidsiz oldu və nə edəcəyini bilmədi.
2
 
IMAM 
(Ə)-IN 
NÜMAYƏNDƏSININ 
ŞAMDAKI 
MÜVƏFFƏQIYYƏTSIZLIYININ SƏBƏBLƏRI 
Şübhəsiz,  Cərir  Əmirəl-möminin  Əli  (ə)-ın  nümayəndəsi  kimi,  beyət 
almaq  üçün  Şama  göndərilmişdi  və  ona  tapşırılmış  vəzifəni  yerinə  yetirib 
müvəffəqiyyət  əldə  edə  bilmədi.  Üstəlik  o,  Imam  (ə)-ı  Müaviyənin  son 
qərarından  agah  edəndə  artıq  iş  işdən  keçmişdi.  Çünki  Müaviyə  Şam 
əhalisini  Imam (ə)-la vuruşmaq üçün səfərbər etmişdi.  Cərir Şama gələndə 
Müaviyənin  "bu  gün-sabah"  edərək  verdiyi  vədlərinə  aldandı.  Müaviyə 
özünün əməvi məkrləri ilə hər hansı bir fikir söyləməkdən çəkinmiş, Imam 
(ə)-ın  nümayəndəsini  qorxu  ilə  ümid  arasında  saxlamışdı.  Cərir  də 
Müaviyəni beyətə vadar etmək və ixtilafı aradan qaldırmaq ümidi ilə orada 
qalmağı məsləhət görür və daim Müaviyənin qəti fikrini bilmək istəyirdi. Ilk 
günlərdə  Müaviyənin  öz  fikrini  qəti  şəkildə  söyləməsi  onun  məsləhətinə 
deyildi.  Əlbəttə,  Cəririn  gəldiyi  ilk  günlərdən  etibarən  Müaviyənin  fikri 
mərkəzi xilafətlə müxalifət etmək, fərmanlardan boyun qaçırmaq idi. Amma 
əgər  elə  ilk  günlərdə  bu  fikrini  aşkar  etsəydi  Imam  (ə)-ın  nümayəndəsi 
Kufəyə  qayıdar  və  o  həzrəti  Müaviyənin  müxalif  cəbhədə  dayanaraq  əks-
mövqe tutmasından xəbərdar edərdi. Təbiidir ki, belə olan təqdirdə Imam (ə) 
da  haqqın  əleyhinə  qiyam  edənləri  məhv  etmək  üçün  bir  an  belə, 
yubanmayacaq,  böyük  bir  ordu  ilə  onun  başının  üstünü  alıb  qarışıqlığın 
kökünü kəsəcəkdi. 
Buna görə də Müaviyə Imam (ə)-ın nümayəndəsini müxtəlif bəhanələrlə 
yubatdı  ki,  mərkəzi  hökumətə  qarşı  döyüşdə  Əmr  Asın  həmkarlıq  üçün 
                                              
1
  "Vəqətu  Siffeyn",  səh.50-52;  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü 
cild, səh.82-83 
2
 "Vəqətu Siffeyn", səh.52; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, 
səh.84 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə