On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə5/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   2   3   4   5   6   7   8   9   ...   81

 

Onların  hər  ikisi  hiyləgər  siyasətbaz  idilər,  dində  təqvalı  olmadıqları 
kimi, siyasi məsələlərdə də təqvaları yox idi. 
Əmr As Müaviyənin evindən çölə çıxdı, halbuki sevincindən öz dərisinə 
sığmırdı.  Onu  gözləyənlərlə  qarşılaşdıqda  aralarında  belə  bir  sual-cavab 
oldu: 
Əmr Asın oğlanları:–Ata, işin nəticəsi nə oldu? 
Əmr As:–Misrin hökumətini mənə verdilər. 
Oğlanları:–Misir ölkəsi ərəbin qüdrət və hakimiyyəti ilə müqayisədə bir 
şey deyil. 
Əmr As:–Əgər Misir sizi qane etmədisə, onda Allah heç vaxt sizi qane 
etməsin!
1
 
Əmr  Asın  qardaşıoğlu:–Indi  Qüreyşin  arasında  hansı  adla  yaşamaq 
istəyirsən?  Öz  dinini  satdın  və  başqa  bir  dünyaya  aldandın!  Misir  əhalisi 
Osmanın  qatilləridir,  Əli  də  hakimiyyətdədir,  bu  halda  onlar  oranı 
Müaviyəyə  verərlərmi?!  Tutaq  ki,  Müaviyə  ora  hakim  olacaq,  amma 
görəsən,  öz  imzasının  kənarında  yazdığını  bəhanə  edərək  Misri  sənin 
əlindən almazmı?! 
Əmr  As  bir  neçə  anlığa  fikrə  daldı,  sonra  öz  sözünə  etiqadlı  olmasına 
görə  deyil,  ərəblərin  adətinə  görə  dedi:–Iş  yalnız  Allahın  əlindədir,  nə 
Əlinin,  nə  də  Müaviyənin  əlində  deyildir.  Əgər  mən  Əli  ilə  olsaydım,  öz 
evim mənə kifayət edərdi, lakin indi Müaviyə iləyəm! 
Əmr  Asın  qardaşıoğlu:–Əgər  sən  Müaviyəni  istəməsəydin,  o  da  səni 
istəməzdi.  Sən  onun  dünyasına  göz  dikmisən,  o  isə  sənin  dininin 
müştərisidir. 
Bu  söhbət  Müaviyənin  qulağına  çatdıqda  Müaviyə  onu  (Əmr  Asın 
qardaşıoğlunu) tutmaq istədi, lakin o, Iraqa qaçdı və Imam (ə)-ın ordusuna 
qoşuldu,  o  həzrəti  bu  iki  qoca  siyasətçinin  söhbətlərindən  və 
sövdələşməsindən  xəbərdar  etdi,  nəticədə  Imam  (ə)-ın  xüsusi  hörmətini 
qazandı.
2
 
Mərvan ibni Həkəm də Müaviyə ilə Əmr Asın sövdələşməsindən xəbər 
tutduqda etiraz edib dedi:–Nə üçün bizi də Əmr As kimi satın almırlar?! (Və 
öz əməvi dininin bahasına islam ölkəsinin bir hissəsini bizə vermirlər?!) 
Müaviyə  bu  sözləri  eşidəndə  ona  təsəlli  verərək  dedi:–Əmr  As  kimi 
adamlar sənin kimilər üçün alınırlar ki, əməvi hökuməti möhkəmlənsin, sən 
də ki, onun bir hissəsisən.
3
 
ƏMR ASIN MƏKRLI HIYLƏLƏRININ ICRASI 
Iki  hiyləgər  siyasətçinin  sövdələşməsi  sona  çatdı.  Artıq  Əmr  Asın 
tədbirlərinin  icra  edilməsinin  vaxtı  çatmışdı.  Onun  Məhəmməd  ibni  Əbu 
Hüzeyfə və Qeysərin Şama hücum etməsi ilə əlaqədar irəli sürdüyü təkliflər 
dəqiq şəkildə icra olundu və hər ikisində də müvəffəqiyyət əldə edildi. 
Amma Əli (ə)-ın Şama tərəf hərəkət etməsi kimi böyük çətinlik hələ də 
                                              
1
 "Əl-imamətu vəs-siyasət", səh.87-88; "Vəqətu Siffeyn", səh.37-40 
2
 "Əl-imamətu vəs-siyasət" səh.88; "Vəqətu Siffeyn", səh.41 
3
 "Əl-imamətu vəs-siyasət", səh.88 


 
10 
qalmaqda idi. Əmr Asın Əli (ə)-la qarşılaşmaq üçün irəli sürdüyü təklif Şam 
əhalisinin əksəriyyətinin tam rəğbətlə Müaviyənin əmrinə itaət etməsinə və 
Əli (ə)-la döyüşə hazır olmalarına şərait yaratdı. Indi bu tədbirin Şam əhalisi 
kimi  rahatlıq  və  firavanlıq  axtaran  bir  cəmiyyətin  ölümü  rahat  yaşayışdan 
üstün hesab etmələrinə necə səbəb olmasını araşdırırıq. 
Deyirlər  ki,  yaşlı  bir  səhabə  Müaviyənin  yanına  getdi.  Müaviyə  onu 
hörmətlə  qarşılayıb  təzim  etdi.  O  səhabə  Müaviyə  ilə  Əmr  Asın  arasında 
oturub dedi:–Bilirsinizmi, nə üçün sizin aranızda oturdum? 
Dedilər:–Yox. 
Dedi:–Bir  gün siz Peyğəmbər (s)-in  hüzurunda bir-birinizlə gizli söhbət 
edirdiniz. Peyğəmbər buyurdu ki, Allah rəhmət eləsin o kəsə ki, o iki nəfəri 
bir-birindən  uzaqlaşdırsın,  çünki  onların  bir  yerdə  olması  xeyir 
gətirməz."
1
 
Heç  bir  amil  iman  qədər  hərəkat  yaradan  və  təhrik  edən  deyildir.  Eyni 
halda,  dini  duyğular  ikiağızlı  qılınc  kimidir:  əgər  vəzifəsindən  sui-istifadə 
edən  bir  rəhbərin  əlinə  düşsə,  onun  təxribatçılıq  və  dağıdıcılıq  qüdrəti  heç 
bir vəch ilə vəsf edilə bilməz. 
Əmr  Asın  Əli  (ə)-la  qarşılaşmaq  tədbiri  Şam  əhalisinin  dini  hislərini  o 
həzrətin əleyhinə təhrik etmək, onu xəlifənin (Osmanın) qətlə yetirilməsində 
günahlandırıb  müqəssir  saymaq  və  bu  təbliğatı  apararkən  camaatın  hörmət 
etdiyi  zahid  və  abidlərdən  öz  mənfur  niyyəti  yolunda  istifadə  etməkdən 
ibarət  idi.  Ona  görə  də  Müaviyəyə  dedi:–Şam  əhalisinin  Şərhbil  Kindiyə 
xüsusi  hörməti  vardır.  O  həm  də  öz  yerlisi  və  Əlinin  nümayəndəsi  olan 
Cəririn  düşmənidir.  Gərək  hadisəni  ona  elə  xəbər  verəsən  ki,  Əlinin 
Osmanın qatili olduğuna inansın. Hər ikinizin nəzərində hörmət sahibi olan 
şəxslərdən  Şamın  hər  yerində  bu  fikri  yaymalarını  tələb  etməlisiniz.  Əgər 
Şərhbilin beyninə bir şey yerləşsə, o fikir onun başından çox da tez çıxmaz.
2
 
MÜAVIYƏNIN ŞƏRHBILƏ MƏKTUBU 
Şərhbil o vaxt Suriyanın Həms məntəqəsində yaşayırdı. Müaviyə ona bir 
məktub yazaraq Cəririn Əli (ə) tərəfindən gəlməsini xəbər verdi və ona təklif 
etdi ki, tez bir zamanda Şama gəlsin. Sonra öz saray məmurlarının hamısına 
(bunlar  yəmənli  idilər  və  Şərhbilə  qarşı  çox  yaxşı  münasibət  bəsləyirdilər) 
əmr  etdi  ki,  Həmsə  gedib  hamısı  bir  ağızdan  Əlini  üçüncü  xəlifənin  qatili 
kimi tanıtdırsınlar. 
Məktub  Şərhbilə  çatanda  o  öz  dostlarını  bir  yerə  yığıb  müzakirə  etdi. 
Şamlıların içərisində ən ağıllı adam sayılan Əbdürrəhman ibni Qənəm Əzdi 
adlı bir nəfər ayağa qalxaraq bu işin pis nəticə verə biləcəyini zahidlərə və 
abidlərə  xəbərdarlıq  etdi,  sonra  Şərhbilə  dedi:–Küfrdən  islama  gəldiyin  ilk 
gündən  bəri  Allahın  lütfü  həmişə  sənə  şamil  olub.  Camaatın  nemətlərin 
şükrünü  yerinə  yetirməyi  davam  etdirincəyə  qədər,  Onun  neməti 
kəsilməyəcəkdir.  "Allah  insanların  vəziyyətini,  onların  özləri  öz 
                                              
1
 "Təcaribus-sələf" (Hinduşah Naxçıvani), səh.46 (Abbas Iqbalın təshihi ilə) 
2
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 2-ci cild, səh.71; "Vəqətu Siffeyn", 
səh.44 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə