On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə8/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   4   5   6   7   8   9   10   11   ...   81

 
15 
razılığını  əldə  edə  bilsin.  O,  Şamın  ətraf  məntəqələrinə  təbliğatçı  dəstələr 
göndərməklə Əli (ə)-ı camaata pis bir insan kimi tanıtdırdı, onların xilafətə 
və  Rəsuli-Əkrəm  (s)-in  canişininə  bəslədikləri  məhəbbətdən  öz  şəxsi 
mənafeyi  üçün  istifadə  etdi.  Bununla  da  kifayətlənməyib  Şamın  xalq 
kütlələri  arasında  zahid  kimi  tanınan  və  xüsusi  nüfuza  malik  olan  Şərhbili 
Imam  (ə)-ın  müxalif  cəbhəsinə  keçirtdi.  Bu  aldanmış  zahid  Əli  (ə)-la 
müharibə  etmək  üçün  elə  ciddi-cəhdlə  çalışırdı  ki,  hətta  əgər  Müaviyə  geri 
çəkilsəydi  belə,  o  sadəlövh  Şam  camaatını  Imam  (ə)-a  qarşı  səfərbər  edə 
bilərdi. 
Müaviyə bu şeytani sövdələşmələri ona görə həyata keçirə bildi ki, Imam 
(ə)-ın  nümayəndəsi  Cərir  öz  vəzifəsini  yerinə  yetirən  zaman  Müaviyənin 
sözlərinə aldandı və Imam (ə)-ın fəsadın kökünü kəsmək üçün hər hansı bir 
qərara  gəlməsini  təxirə  saldı.  O,  Imam  (ə)-ın  yanına  qayıdanda  artıq 
Müaviyə islam ölkələrinin böyük bir hissəsini Imam (ə)-ın əleyhinə səfərbər 
etmişdi, Osmanın qatillərindən intiqam almaq hissi onların vücudlarında yer 
açmışdı. Belə ki, onların nəzərində Əli (ə) qatillərin başçısı idi. 
MÜAVIYƏNIN AXIRINCI TƏDBIRI 
Müaviyə  son  fürsətlərdə  Imam  (ə)-ı  sınamaq,  yəni  Imam  (ə)-ın 
doğrudanmı  onu  (Müaviyəni)  vəzifədən  azad  etmək  qərarına  gəlib-
gəlmədiyini bilmək istəyirdi. Buna  görə də Cəririn  evinə gedib  dedi:–Təzə 
bir  fikrim  var:  dostuna  yaz  ki,  Şam  hökumətini  və  Misrin  vergisini  mənə 
versin  və  əcəlimin  vaxtı  gəlib  çatanda  heç  kimə  beyət  etməyi  mənim 
boynuma  qoymasın.  Bu  halda  mən  ona  təslim  olar  və  onun  hökumətini 
yazılı şəkildə təsdiq edərəm.
1
 
Imam (ə)-ın nümayəndəsi dedi:–Sən məktubunu yaz, mən də onu təsdiq 
edərəm. 
Məktublar  yazıldı  və  bir  qasid  hər  iki  məktubu  Kufəyə  apardı. 
Müaviyənin  məktubu  ərəb  qəbilələri  arasında  tanınmışdı.  Onun  bu  cür 
məktubları  yazdığı  üçün  Vəlid  ibni  Üqbə  kimi  həmfikirlərindən  bir  qrupu 
onu tənqid etdi. Vəlid Müaviyəyə bir şerdə belə yazdı: 
"Əlidən elə bir şey istədin ki, heç vaxt ona nail olmayacaqsan. 
Nail olsan da, bir neçə gecədən artıq sənin əlində qalmayacaq."
2
 
Vəlid ibni Üqbə bu şerin ilk misrasında düz fikir söyləmişdi, çünki Əli 
(ə) heç vaxt batil əsasında rəftar edib, onunla barışıq etməzdi. Lakin şerinin 
ikinci  misrası  tamamilə  səhvdir,  çünki,  qeyri-mümkün  bir  fərzlə,  əgər  Əli 
(ə)-ın sülh yolunu seçməsi məsləhət olsaydı, heç vaxt onu pozmazdı. Bunun 
nümunəsini "həkəmeyn" məsələsində, Imam (ə) öz əhdinə sadiq qalacağını 
aşkar şəkildə söylədiyi vaxt aydın şəkildə görmək olar. 
Müaviyə  Əli  (ə)-ı  Vəliddən  yaxşı  tanıyır  və  bilirdi  ki,  hər  iki  halda 
                                              
1
  1  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.84;  "Vəqətu 
Siffeyn", səh.52 
2
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.84; "Vəqətu Siffeyn", 
səh.53 


 
16 
hadisənin gedişi onun xeyrinədir. Çünki əgər Əli (ə) hökuməti ona versəydi, 
davamlı  və  qəm-qüssəsiz  bir  hökumət  ona  nəsib  olacaqdı.  Əgər  belə 
etməsəydi, Müaviyə Hicaz və Iraqın ayağa qalxmış əhalisinin qanını tökmək 
üçün ciddi hazırlaşacaqdı. 
Buna görə də, məsələni yubatmaq və Imam (ə)-ın nümayəndəsini Şamda 
gecikdirməyin  özü  bir  növ  Müaviyənin  xeyrinə  tamam  olurdu,  çünki,  o öz 
döyüşçü  qüvvələrini  artırıb  Əli  (ə)-la  döyüşmək  üçün  daha  çox  hazırlıq 
aparırdı. 
IMAM (Ə)-IN ÖZ NÜMAYƏNDƏSINƏ CAVABI 
"...Müaviyənin  məqsədi  budur  ki,  mənə  beyət  etməsin,  nəticədə  öz 
istədiyi yolu seçsin. O səni gecikdirib Şam əhalisinin müharibəyə hazır olub-
olmamasını  yoxlamaq  istəyir.  Mənim  Mədinədə  olduğum  ilk  günlərdə 
Müğeyrə ibni Şöbə belə bir təklif irəli sürmüş və demişdi ki, Müaviyəni öz 
vəzifəsində  saxlayım,  lakin  mən  qəbul  etmədim.  Allah  mənə  elə  bir  günü 
göstərməsin  ki,  yolunu  azmış  şəxsləri  köməyə  götürəm.  Əgər  beyət  etsə 
(onda heç), əks halda mənim yanıma qayıt."
1
 
Imam (ə) bu məktubda Müaviyənin məqsədlərindən birinə işarə etmişdir, 
belə  ki,  o,  bu  təklifi  irəli  sürməklə  "vaxtı  dayandırmaq"  siyasətini  icra 
etməyə  təşəbbüs  göstərmiş,  məktubun  göndərilib  cavabının  gəldiyi 
müddətdə  öz  döyüş  hazırlığını  artırmaq  istəmişdir  ki,  əgər  Imam  (ə)-ın 
cavabı  mənfi  olsa,  (elə  belə  də  olmalı  idi)  daha  böyük  bir  qüvvə  ilə 
müharibəyə girişsin. 
CƏRIR  MÜAVIYƏ  ILƏ  SAZIŞ  BAĞLAMAQDA 
TƏQSIRLƏNDIRILIR 
Cəririn  Şamda  yubanmasına  görə  Iraq  camaatı  onu  düşmənlə 
sazişkarlıqda müttəhim etməyə başladı. Camaat arasında yaranan söz-söhbət 
Imam (ə)-a çatdıqda, buyurdu: "Yenidən bir məktub yazıram və onun Şamda 
qalmasına  son  qoyuram.  Əgər  bundan  sonra  da  Şamda  qalsa,  onda  ya 
aldanmış, ya da bizim fərmanımıza etina etməyib müxalifətə başlamışdır." 
Imam (ə)-ın Cərirə yazdığı məktub belə idi: 
"...  Mənim  məktubum  sənə  çatan  kimi  Müaviyəni  qəti  bir  fikir 
söyləməyə  vadar  et,  onu  köç  etdirən  və  döyüşçülərin  sərgərdan  qalmasına 
səbəb olan bir müharibə və xaredici təslim olmaqdan ibarət olan iki yoldan 
birini  seçməkdə  ixtiyarlı  et.  Əgər  müharibəni  seçsə,  mövcud  olan  hər  növ 
əhd-peymanı və amanı ondan götür, əks halda isə ondan beyət al."
2
 
Cərir  Imam  (ə)-ın  məktubunu  alan  kimi  onu  Müaviyəyə  oxudu,  sonra 
dedi:–Bir adamın qəlbi günahın çoxluğu nəticəsində qapanıb bərkisə, tövbə 
etməklə  açılar.  Mən  də  sənin  qəlbinin  bağlandığını  fikirləşirəm.  Haqq  ilə 
batil  arasında  qərar  tutmusan  və  başqasının  əlində  olan  bir  şeyə  göz 
                                              
1
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.84; "Vəqətu Siffeyn", 
səh.52. 
2
 "Vəqətu Siffeyn", səh.55; "Nəhcül-bəlağə", 8-ci məktub 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə