29
gözəl təsir qoyacaqdı. Eyni halda Imam (ə)-ın ordusunun əksəriyyətini
aralarında qəbilə başçıları olan iraqlılar təşkil etdiyindən onların
vəfadarlıqları olmadan yüz min nəfərlik bir ordu yaratmaq mümkün deyildi.
Amma Imam (ə) əvvəlcə mühacir və ənsarla ona görə məşvərət etmişdi ki, o
həzrətin hökumətinin bünövrəsini qoyanlar məhz onlar sayılırdı və bütün
müsəlmanların diqqət mərkəzində idilər. Onların nəzərlərini cəlb etmədən
iraqlıları da cəlb etmək mümkün olmayacaqdı.
IMAM (Ə)-IN NITQI
Imam (ə) Səhlin irəli sürdüyü təklifdən sonra xüsusi müşavirəni böyük
bir iclasa döndərdi, camaatın əksəriyyətinin iştirak etdiyi həmin iclasda
minbərə çıxdı və uca səslə buyurdu:–Allah düşmənlərinə tərəf hərəkət edin!
Quran və sünnə düşmənlərinə tərəf, "Əhzab"ın tör-töküntülərinə, mühacir və
ənsarın qatillərinə tərəf hərəkət edin!
Bəni-Fəzar qəbiləsindən Ərbəd adlı bir nəfər ayağa qalxıb dedi:–Bizi öz
din qardaşlarımızla döyüşmək üçün Şama göndərmək istəyirsən? Elə bundan
qabaq bizi Bəsrəyə göndərdin və bəsrəli qardaşlarımızla vuruşduq. Allaha
and olsun, bu dəfə belə bir işə girişməyəcəyik!
Bu vaxt Malik Əştər ayağa qalxıb dedi:–Bu kimdir?
Söz onun ağzından çıxan kimi hamının baxışları o kişiyə dikildi. O,
camaatın hücum etməsindən qorxub qaçmağa başladı və bazarda gizləndi.
Qəzəblənmiş camaat onu təqib etməyə başladı. Onu tapıb ölənə qədər
döydülər. Onun ölüm xəbəri Əli (ə)-a çatanda çox narahat oldu, çünki, onun
cəzası faciəli şəkildə öldürülmək deyildi. Islamın ədalət qanunları onun
qatilinin tapılmasını tələb edirdi. Nəhayət məlum oldu ki, onu "Həmdan"
qəbiləsinin adamları ilə bir dəstə başqa adam öldürmüşdür, müəyyən bir
şəxs onun qatili deyil. Imam (ə) buyurdu:
"Bu "kor" qətldir və qatili
məlum deyildir. Onun diyəsi beytül-maldan verilməlidir."
1
MALIK ƏŞTƏRIN ÇIXIŞI
Bu gözlənilməz hadisə Imam (ə)-ı bərk narahat etdi. Onun qan bahasının
ödənilməsinə dair göstəriş verməsinə baxmayaraq, narahatçılıq izləri yenə
də onun üzündə görünürdü. Buna görə də Imam (ə)-ın səmimi dostu Malik
Əştər ayağa qalxıb Allaha həmd-səna etdi və dedi: "Bu bədbəxt və xainin
dediyi sözlər səni məyus etməsin. Gördüyün bu böyük dəstə sənin yolunu
gedənlərdir. Onlar səndən başqa heç nə istəmirlər. Əgər bizi düşmənə tərəf
göndərmək istəyirsənsə, göndər. Allaha and olsun, hər kəs ölümdən qorxsa,
ondan nicat tapmaz. Heç kəs, əcəli çatmamış ölməz. Allahın, Quranın,
sünnənin düşmənləri və ənsarla mühacirin qatilləri adlandırdığın adamlarla
necə vuruşmaya bilərik?! Halbuki onların bir dəstəsi dünən (Bəsrədə baş
verən
hadisəyə
işarədir)
müsəlmanlara
qarşı
çıxaraq,
Allahı
qəzəbləndirmişlər. Yer üzü onların yaramaz əməlləri ilə zülmətə dönmüşdür.
Onlar axirətdə onlara nəsib olacaq şeyləri bu dünyanın cüzi mal-dövlətinə
1
"Vəqətu-Siffeyn", səh.94-95