On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə18/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   14   15   16   17   18   19   20   21   ...   81

 
35 
onun oğlu həzrət Muctəba (ə) və Hüseyn (ə) Nüxeylə düşərgəsindən hərəkət 
edən  bir  vaxta  qədər  ordu  arasında  çıxış  edir,  əsgərlərin  ruhiyyələrini 
gücləndirdilər. 
Bəzən də Haşim ibni Ütbə ibni Vəqqas (Səd Vəqqasın qardaşıoğlu) kimi 
tanınmış  və  şəhadət  arzusunda  olan  şəxslər  camaatın  toplaşdığı  ümumi 
yerlərdə  nitq  söyləyib  israr  edirdilər  ki,  Imam  (ə)  tez  bir  zamanda  onları 
Qurana və onların hökmlərinə arxa çevirən, Allahın haramını halal, halalını 
haram edənlərlə müharibəyə göndərsin. O, elə hərarətlə və ürək  yanğısı ilə 
danışdı ki, Imam (ə) ona dua edib buyurdu: "Ilahi, şəhadəti ona ruzi et və 
onu Öz Peyğəmbərinlə müsahib et."
1
 
Haşim  Imam  (ə)-ın  Siffeyndə  bayraqdarı  idi.  O,  müharibənin  axır 
günlərində yüksək şəhadət məqamına nail oldu. 
YOL SEÇMƏKDƏ AZADLIQ 
Əbdüllah  ibni  Məsudun  dostlarından  bir  dəstəsi  Imam  (ə)-ın  hüzuruna 
gəlib  dedilər:  Biz  sizinlə  hərəkət  edirik.  Sizdən  bir  qədər  aralıda  düşərgə 
salacağıq  ki,  həm  sizin,  həm  də müxaliflərinizin  işlərinə nəzarət  edək. Hər 
vaxt tərəflərdən birinin qanunsuz işlərə əl atdığını, yaxud öz həddini aşdığını 
görsək, onun əleyhinə vuruşacağıq. 
Imam (ə)-ın həyat tərzi və hakimiyyət üslubu onları şübhəyə salacaq bir 
şəkildə  deyildi,  lakin  casuslar  onların  qəlblərinə  vəsvəsə  toxumu  səpmiş, 
əməlisaleh  insanları  Müaviyəyə  qarşı  vuruşub-vuruşmamaqda  tərəddüdə 
salmışdı. Buna görə də Imam (ə) onlara buyurdu:–Əhsən sizlərə! Bu söz elə 
dini başa düşmək, həqiqəti öyrənmək, Peyğəmbər sünnəsindən agah olmaq 
deməkdir. Hər kəs bu işə razı olmasa, zülmkar və xaindir.
2
 
Əbdüllah ibni Məsudun dostlarından başqa bir dəstəsi də gəlib Imam (ə)-
a  dedilər:–Biz  sənin  fəzilətlərini  etiraf  etməklə  yanaşı,  bu  müharibənin 
qanuni olub-olmamasında şəkk edirik. Indi ki, düşmənlə müharibə edəcəyik, 
onda bizi uzaq bir yerə göndər, orada din düşmənləri ilə vuruşaq. 
Imam (ə) bu cür bəhanələrdən narahat olmadan onların dörd yüz nəfərlik 
dəstəsini  Rəbi  ibni  Xəsimin  başçılığı  ilə  Reyə  göndərdi  ki,  orada  öz 
vəzifələrini  yerinə  yetirib  Xorasan  ətraflarında  gedən  islami  cihada  kömək 
etsinlər.
3
  
Bunların  özləri  müəyyən  səbəblərə  görə  cihadda  iştirak  etməyə  meyl 
göstərmirdilər,  bunun  müqabilində  Imam  (ə)  da  onunla  əlaqələrini  kəsmiş 
Bahilə qəbiləsini bu cihadda iştirak etməyə qoymadı, onların maaşını verdi 
və əmr etdi ki, Deyləm məntəqəsinə getsinlər və öz müsəlman qardaşları ilə 
birlikdə sərhədləri qorusunlar.
4
 
                                              
1
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.184 
2
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.186;  "Vəqətu-
Siffeyn", səh.115 
3
 "Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.186 
4
 "Vəqətu-Siffeyn", səh.116 


 
36 
IMAM  (Ə)-IN  ORDUSUNUN  YÜKSƏK  RÜTBƏLI 
SƏRKƏRDƏLƏRI 
Imam (ə)-ın köməkçilərinin çoxunu Kufə-Bəsrə əhalisi və bu iki böyük 
şəhərin ətrafında məskunlaşan yəmənli qəbilələr təşkil edirdi. Imam (ə) Ibni 
Abbasla birlikdə Bəsrədən Nüxeyləyə (Kufə düşərgəsinə) gələn beş qəbiləyə 
beş böyük sərkərdə təyin etdi: 
1- Bəkr ibni Vailin qəbiləsi üçün Xalid ibni Müəmmər Sədusu. 
2- Əbdül-Qeys qəbiləsi üçün Əmr ibni Mərcum Əbdini. 
3- Əzd qəbiləsi üçün Səbrət ibni Şeyman Əzdini. 
4- Təmim, Zəbbə və Rübab qəbilələrinə Əhnəf ibni Qeysi. 
5- Əhli-Aliyə qəbiləsinə Şərik ibni Əvəri. 
Bu  sərkərdələrin  hamısı  Ibni  Abbasla  birlikdə  Bəsrədən  Kufəyə 
gəlmişdilər. O, Əbül-Əsvəd Düəlini öz yerinə seçmişdi və səfərdə Imam (ə)-
ı  müşayət  edirdi.
1
  Imam  (ə)  yeddi  kufəli  qəbiləyə  də  yeddi  sərkərdə  təyin 
etdi. (Bu yeddi qəbilə Nüxeyləni lərzəyə gətirmişdi.)
2
 
ÖN CƏBHƏNIN TƏŞKIL OLUNMASI 
Sərkərdələrin  təyin  olunması  sona  çatdı.  Imam  (ə)  Ütbə  ibni  Əmr 
Ənsarini  özünə  canişin  təyin  etdi.  (Ütbə  ibni  Əmr  islamı  qəbul  etməkdə 
qabaqcıllardan idi va Peyğəmbər (s)-lə "Əqəbə"də beyət etmişdi.) 
Kufə düşərgəsi islam ordusunun əzəmətindən həyəcana gəlib titrədiyi bir 
vaxt 
Osmanın 
hökuməti 
dövründə 
hökumətə 
etiraz 
etməklə 
günahlandırılaraq  Kufəyə  sürgün  edilənlər  bir  yerə  yığışıb:  "Artıq  öz 
evlərindən  qovulanların  düşmənlə  döyüşə  hazırlaşmalarının  vaxtı  gəlib 
çatmışdır" - deyə şüar verdilər.
3
 
Əvvəlcə  Imam  (ə)  hər  biri  on  iki  min  nəfərdən  ibarət  olan  iki  ordu 
bölməsini  ön  cəbhəyə–Şam  yoluna  göndərdi.  Səkkiz  min  nəfərlik  bir 
qoşunun rəhbərliyini Ziyadın ixtiyarına verdi, dörd min nəfərlik bir qoşunu 
da  Haniyə  tapşırdı,  hər  ikisinə  də  tövsiyə  etdi  ki,  bir-birindən  ayrılmadan 
Şama  yola  düşsünlər  və  hər  yerdə  düşmənlə  qarşılaşsalar,  elə  oradaca 
düşərgə salsınlar.
4
 
ON BEŞİNCİ FƏSİL 
IMAM (Ə)-IN SIFFEYNƏ TƏRƏF HƏRƏKƏTI  
Kufənin  Nüxeylə  düşərgəsi  könüllü  mücahidlərlə  dolub,  oranı  lərzəyə 
gətirmişdi.  Hamısı  şəhid  olmağa  hazır  vəziyyətdə  hərəkət  əmrini 
gözləyirdilər.  Nəhayət  Imam  (ə)  36-cı  il  şəvval  ayının  beşində,  çərşənbə 
günü  düşərgəyə  daxil  oldu,  üzünü  qoşuna  tutub dedi:  "Allaha  həmd  olsun, 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi,  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.194;  "Vəqətu-
Siffeyn", səh.117 
2
 "Murucuz-zəhəb", 2-ci cild, səh.382; "Vəqətu-Siffeyn", səh.121 
3
 "Vəqətu-Siffeyn", səh.121 
4
 "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.144; "Tairixi Təbəri", 3-cü cild, səh.237 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə