On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə21/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   17   18   19   20   21   22   23   24   ...   81

 
41 
Allah  gələcəkdə  bir  hadisənin  baş  verəcəyindən  belə  xəbər  verir:  dərs 
oxumamış  (savadsız)  bir  tayfa  arasından  bir  peyğəmbər  çıxacaq,  onlara 
kitab və hikmət öyrədəcək, onları Allah yoluna hidayət edəcək, bazarlarda 
tövhid nidasını söyləyəcəkdir. O, pisi pis şeylə cəzalandırmaz, əksinə onu 
bağışlayar.  Onun  tabeçiləri  Allaha  ibadət  edərlər,  hər  bir  uca  yerdə 
qalxıb-əyilməklə Allaha həmd-səna edərlər. Onların dilləri daim təkbir və 
təsbih  deyər.  Allah  onu  (Peyğəmbəri)  düşmənlərə  qalib  edər.  Allah  onu 
aldıqda (qəbzi-ruh etdikdə) onun ümməti əvvəlcə iki dəstəyə ayrılar, lakin 
yenidən müttəhid olar və bir müddət o vəziyyətdə qalarlar. Sonra yenidən 
iki dəstəyə ayrılarlar. Onun ümmətindən bir  nəfər bu Fəratın sahilindən 
keçəcəkdir.  O,  yaxşılıqları  müdafiə  edər,  pisliklərdən  çəkindirər,  haqq 
əsasında  qəzavət  (mühakimə)  edər.  Qəzavət  işində  muzd  və  rüşvət  qəbul 
etməz.  Dünya  onun  gözündə  güclü  küləyin  əsdiyi  yoldakı  küldən  də 
dəyərsizdir.  Ölüm  onun  üçün  susuz  adamın  su  içməsindən  də  ləzzətlidir. 
Xəlvətdə Allahdan qorxar, aşkarda Ona qarşı ixlaslı olar. Allahın əmrini 
icra  etməkdə  məzəmmətə  əhəmiyyət  verməz  və  məzəmmət  edənlərdən 
qorxmaz.  Hər  kim  onu  görsə  və  ona  iman  gətirsə,  onun  əcri  və  savabı 
Mənim  razılığım  və  cənnətdir.  Hər  kəs  bu  saleh  bəndəni  görsə  və  ona 
kömək edib onun yolunda öldürülsə, (bilin ki,) onun yolunda öldürülmək 
şəhadətdir..." 
Rahib  bu  səhifəni  oxuyub  qurtarandan  sonra  əlavə  etdi:–Mən  elə  bu 
andan  sizin  xidmətinizdəyəm  və  sizdən  ayrılmaram,  çünki  sizə  nəsib  olan 
şeylərin mənə də nəsib olmasını istəyirəm. 
Imam  (ə)  bunları  eşitdikdən  sonra  (şövqdən)  gözləri  yaşardı  və 
buyurdu:–Allaha  şükür  olsun  ki,  məni  unudulmuşlardan  qərar  vermədi. 
Allaha  həmd  olsun  ki,  məni  yaxşı  əməl  sahiblərinin  kitablarında  yad 
etmişdir. 
O  vaxtdan  etibarən  o  həmişə  Imam  (ə)-ın  önündə  idi,  nəhayət,  Siffeyn 
müharibəsində şəhadətə çatdı. Imam (ə) onun cənazəsinə namaz qıldı, dəfn 
edib sonra buyurdu: "Bu kişi bizim Əhli-beytimizdəndir." Sonralar dəfələrlə 
onun günahlarının bağışlanmasını istəmişdi.
1
 
IMAM (Ə) RIQQƏDƏ  
Imam (ə) Mədaindən çıxmazdan əvvəl Müəqqəl ibni Qeysin başçılığı ilə 
üç  min  nəfəri  Riqqəyə  göndərdi  və  əmr  etdi  ki,  əvvəlcə  Mosula,  sonra  isə 
Nəsibeynə getsinlər, Riqqəyə çatdıqda dayanıb Imamla görüşsünlər.
2
  Imam 
(ə) özü də başqa bir yolla Riqqəyə yola düşdü. Qoşunun bu yolla getməsi bu 
məntəqədə hakim dövlətin mövqeyinin bir növ möhkəmləndirilməsi idi.  
Imam  (ə)  öz  ordusuna  fərman  vermişdi  ki,  heç  kəslə  işləri  olmasın, 
yolları  üstündə  yerləşən  məntəqə  əhalisinə  ümid  versinlər,  sübh  vaxtı  və 
axşamçağı  hərəkət  etsinlər,  günün  və  gecənin  ilk  yarısını  istirahət  etsinlər. 
(Çünki  Allah  gecəni  insanların  istirahəti  üçün  xəlq  etmişdir.)  Özlərinin, 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.205-206;  "Vəqətu-
Siffeyn", səh.147-148 
2
 "Tarixi-Təbəri", 3-cü cild, səh.237; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.144 


 
42 
əsgərlərin  və  minik  heyvanlarının  rahatçılığı  və  salamatçılığına  şərait 
yaratsınlar.  Ordu  həmin  yolu  Imam  (ə)-ın  buyurduğu  kimi  ötüb  keçdi. 
Riqqəyə çatanda artıq Imam (ə) orada idi.
1
 
RIQQƏDƏN MÜAVIYƏYƏ GÖNDƏRILƏN MƏKTUB 
Imam  (ə)-ın  köməkçiləri  höccətin  Müaviyəyə  tamam  edilməsi  üçün  bir 
məktub  yazılmasını  təklif  etdilər.  Imam  (ə)  bu  təklifi  qəbul  etdi.  Çünki  o 
həzrət  öyüd-nəsihətin  məqam  və  hakimiyyət  aşiqlərinə  azacıq  belə  fayda 
verməyəcəyini  bildiyi  halda,  yenə  də  qan  tökülmədən  Müaviyənin 
itaətsizliyinin qarşısını almaq istəyirdi. Məktub Müaviyəyə çatanda o, Imam 
(ə)-ı müharibə ilə hədələyərək bir məktub yazdı. Buna görə də Imam (ə)-ın 
qərarı  daha  da  qətiləşdi  və  Riqqədən  Siffeynə  doğru  sürətlə  hərəkət  etmək 
əmrini verdi. 
IMAM (Ə) KÖRPÜ SALIB FƏRATDAN KEÇIR 
Qoşunun enli və dərin çay olan Fəratdan keçməsi çətin bir məsələ idi ki, 
körpü  salmadan,  yaxud  gəmiləri  və  qayıqları  bir-birinə  birləşdirmədən 
mümkün  deyildi.  Imam  (ə)  Riqqə  əhalisindən  xahiş  etdi  ki,  ordunun 
Fəratdan keçməsi üçün lazım olan şeyləri hazırlasınlar. Lakin Iraq əhalisinin 
əksinə olaraq buranın əhalisinin Əli (ə)-a qarşı rəğbəti olmadığından körpü 
düzəltməkdən  imtina  etdilər.  Imam  (ə)  müsəlmanların  mövlası–tam  ixtiyar 
sahibi  olmasına  baxmayaraq  onların  bu  işləri  qarşısında  heç  bir  əks-tədbir 
görmədi  və  öz  ordusu  ilə  uzaqda  yerləşən  Mənbic  körpüsündən  keçməyi 
qərara aldı. Bu vaxt Malik Əştər nərə çəkib onları, sığındıqları qalanı viran 
etməklə  hədələdi.  Riqqə  əhalisi  bir-birinə  xəbər  verib  dedilər  ki,  Malik 
həmişə dediyi sözün üstündə durur. Buna görə də dərhal körpü salmaq üçün 
hazırlıqlarını  bildirdilər.  Körpü  hazır  olduqda  Imam  (ə)  və  onun  piyada 
qoşunu öz yükləri ilə birlikdə oradan keçdilər. Oradan keçən axırıncı adam 
Malik oldu.
2
 
IMAM (Ə) ŞAMDA 
Imam  (ə)  Fərat  çayını  keçərək  Iraqı  arxada  qoydu  və  Şam  vilayətinə 
daxil  oldu.  Müaviyənin  ehtimal  verilən  yürüşü  və  şeytani  hərəkəti  ilə 
qarşılaşmaq üçün cəsur  sərkərdələrdən ikisini ordunun önündə Müaviyənin 
qoşununa  tərəf  göndərdi.  Onlar  "Sovrur-rum"  adlı  bir  yerdə  Müaviyənin 
qoşununun  ön  hissəsi  ilə  qarşılaşdılar  (onların  sərkərdəsi  Əbül-Əvəridi)  və 
düşmən  qoşununun  sərkərdəsini  dinc  yolla  Imam  (ə)-a  tabe  etməyə 
çalışdılar. Amma onların göstərdiyi səylərinin heç bir faydası olmadı. Imam 
(ə)-ın  sərkərdələri təcili  olaraq Haris ibni Cəmhan  Cöfinin vasitəsilə Imam 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.208;  "Vəqətu-
Siffeyn", səh.148 
2
  "Nəhcül-bəlağə"nin  şərhi,  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.211;  "Vəqətu-
Siffeyn",  səh.151-154;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.114;  "Tarixi-Təbəri",  3-cü 
cild, səh.238 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə