On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə23/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

 
45 
Sübhanəllah! Siz buraya Iraq qoşunundan tez çatdığınıza görə suyu onların 
üzünə  bağlamayın!  Allaha  and  olsun,  əgər  onlar  sizdən  əvvəl  buraya 
gəlsəydilər, sizə mane olmazdılar. Bu işinizlə yalnız onları müvəqqəti olaraq 
sudan məhrum edirsiniz, lakin onların başqa bir fürsətdə sizi elə bu şəkildə 
cəzalandıracaqları  üçün  hazır  olun.  Axı  onların  içində  zəif  və  günahsız 
adamlar,  qul,  kəniz,  qulluqçular  var!  Allaha  and  olsun,  sizin  bu  işiniz  ilk 
zülmdür. Ey Müaviyə, sən bu çirkin işlə qorxaq adamların gözünü açmısan, 
səninlə vuruşmaq istəməyənləri özünə qarşı cürətləndirmisən.
1
 
Müaviyənin  tənqid  olunma  məqamında  adətən  səbirlə  rəftar  etməsinə 
baxmayaraq,  Həmdan  zahidinə  həmlə  edərək  ondan  Əmr  Asa  şikayət  etdi. 
Əmr Asın oğlu da onunla dost olduğuna görə zahidin üstünə qışqırdı. Lakin 
o,  Müaviyənin  ordusunun  axır-aqibətini  çox  müəmmalı,  anlaşılmaz  və 
zülmətdə gördüyündən gecə yarısı Imam (ə)-ın ordusuna qoşuldu. 
HÜCUM  ƏMRININ  VERILMƏSI  VƏ  MANEƏNIN 
ARADAN QALDIRILMASI 
Susuzluq  Imam  (ə)-ın  əsgərlərini  əldən  salır,  taqətlərini  üzürdü.  Imam 
(ə)-ı  qəm-qüssə  bürümüşdü.  Məzhic  qəbiləsindən  olan  əsgərlərin  yanına 
gəldikdə  onların  uca  fəryadlarını  eşitdi.  Onlar  belə  bir  qəsidə  oxuyurdular: 
"Biz  nizə  ilə  yaraqlanıb  zirehli  paltar  geydiyimiz  halda  şamlılar  bizi  Fərat 
suyuna həsrət qoyurlar?!"
2
 
Kində  qəbiləsinə  tərəf  getdikdə  əsgərlərin  öz  sərkərdələri  Əşəs  ibni 
Qeysin xeyməsinin yanında belə bir şer oxuduqlarını gördü: "Əgər Əşəs bu 
gün  əzab-əziyyət  içində  qovrulan  insanların  ölüm  təhlükəsini  aradan 
qaldırmasa, biz onun qılıncı ilə Fəratın suyundan içəcəyik. Ey Əşəs! Yaxşı 
olar ki, ölüm ayağında olanları bizim ixtiyarımıza verəsən." 
Imam (ə) bu iki qəbilə əsgərlərinin öz xeymələrində uca səslə oxuduqları 
şerləri eşitdikdən sonra xeyməsinə qayıtdı. Əşəs gəlib dedi:–Şamlıların bizi 
Fəratın  suyundan  məhrum  etmələri  düz  işdirmi?!  Halbuki  sən  bizim 
içimizdəsən,  qılınclarımız  da  özümüzlədir.  Icazə  ver,  ya  Fəratın  yolunu 
açım,  ya  da  bu  yolda  ölüm.  Əştərə  də  fərman  ver,  öz  əsgərləri  ilə  birlikdə 
harda desən, orda dayansın. 
Imam (ə) buyurdu:–Ixtiyar sahibisiniz. 
Sonra  isə  Imam  (ə)  Əştərin  öz  qoşunu  ilə  əlverişli  mövqe  tuta  biləcəyi 
yeri müəyyənləşdirdi və qoşunu arasında qısa bir xütbə oxudu. Bu xütbə elə 
həyəcanlı  idi  ki,  Imam  (ə)-ın  qoşununu  həyəcana  gətirdi,  əsgərlər  ildırım 
sürəti  ilə  hərəkət  edib  Müaviyənin  qoşununu  qovdu  və  çayı  öz  ixtiyarına 
keçirtdi. O xütbənin məzmunu belə idi: "Müaviyənin qoşunu bu əməli ilə (su 
yolunu  bağlamaqla)  sizi  döyüşə  dəvət  etmişdir.  Indi  iki  yol  ayrıcındasınız: 
Ya  zəlil  olub  öz  yerinizdə  oturun,  ya  da  qılınclarınızı  (onların  qanı  ilə) 
doyurub,  susuzluğunuzu  aradan  qaldırın.  Ölüm  sizin  məğlubiyyətlə  yanaşı 
olan həyatınızda, həyat isə qələbə çaldığınız halda olan ölümünüzdür. Agah 
                                              
1
  "Tarixi-Yəqubi",  2-ci  cild,  səh.188;  "Əl-imamətu  vəs-siyasət",  1-ci  cild,  səh.94; 
"Vəqətu-Siffeyn" səh.160; "Tarixi-Təbəri", 3-cü cild, səh.240 
2
 "Vəqətu-Siffeyn", səh.164-166; "Murucuz-zəhəb", 2-ci cild, səh.385 


 
46 
olun, Müaviyə özü ilə bir dəstə xəbərsiz və azğın adamı gətirmiş, haqqı bər-
bəzək  pərdəsi  altında  onlardan  gizlətmişdir  ki,  özlərini  (xəbərsiz  olaraq) 
qılınc və oxların qurbanı etsinlər."
1
 
Əşəs  də  həmin  gecə  öz  tabeçiliyində  olan  əsgərlərə  xəbərdarlıq  edib, 
dedi:–Hər  kəs  su,  yaxud  ölüm  istəyirsə,  bizim  onunla  görüşümüz  sübh 
vaxtıdır.
2
 
Bir tərəfdən susuzluğun göstərdiyi təzyiq, digər tərəfdən də Imam (ə)-ın 
həyəcanlı  xütbəsi  və  əsgərlərin  ilhamverici  şerləri  nəticəsində  Fəratı  ələ 
keçirmək  üçün  on  iki  min  nəfər  öz  hazırlığını  bildirdilər.  Əşəs  və  Əştər 
özlərinin ixtiyarında olan qoşun dəstələri ilə hücum edib suyun qarşısını alan 
və  onlardan  iki  qat  gücü  olan  qoşunu  qovdular.  Bu  hücum  zamanı  yeddi 
nəfər  Əştərin,  beş  nəfər  də  Əşəsin  əli  ilə  öldürüldü.  Bundan  sonra 
müharibənin  müvazinəti  Imam  (ə)-ın  xeyrinə  dəyişdi.  Fərat  Imam  (ə)-ın 
qoşununun  ixtiyarına  keçdi.  Elə  bu  vaxt  Əmr  As  Müaviyəyə  dedi:–Nə 
fikirləşirsən,  əgər  Əli  əvəz  çıxıb  suyu  sənin  qoşununun  üzünə  bağlasa  nə 
edəcəksən? 
Əli  (ə)-ın  islami  əxlaqından  və  insani  ruhiyyəsindən,  əzəmət  və 
alicənablığından  agah  olan  Müaviyə  dedi:–Məncə,  o,  suyu  bizim  üzümüzə 
bağlamaz. Çünki o başqa bir məqsəd üçün gəlmişdir.
3
 
QÜDRƏTIN  SON  HƏDDINDƏ  QANUNA  RIAYƏT 
ETMƏK 
Imam (ə)-ın əsgərlərinin Fəratı ələ keçirmək üçün etdiyi hücumlar xüsusi 
bir hərbi taktika əsasında baş verib sona çatdı, Müaviyənin  əsgərləri  ordan 
qovuldu  və  susuz,  otsuz,  uca  bir  yerdə  dayandılar.  Şamlıların  belə  yerdə 
qalması mümkün deyildi. Bir azdan onların suları tükənməyə başladı, naçar 
qalıb bu üç yoldan birini seçməli idilər: 
1-  Hücum  edib  çayı  yenidən  ələ  keçirmək;  Lakin  özlərində  belə  bir 
cəsarət görmürdülər. 
2- Susuzluqdan ölüb Siffeyni özləri üçün qəbiristanlığa çevirmək. 
3- Qaçıb, Şamda və onun ətrafında bir yerə sığınmaq. 
Amma  Fəratın  ələ  keçirilməsi  Şam  qoşunlarının  başçılarında,  xüsusilə 
Müaviyədə  o  qədər  qorxu  hissi  yaratmamışdı.  Çünki  onlar  Imam  (ə)-ın 
mərdlik,  alicənablıq,  islami  və  əxlaqi  üsullara  tam  riayət  etməsindən 
xəbərdar  olduqları  üçün  bilirdilər  ki,  o  həzrət  haqqı  heç  vaxt  tapdalamaz. 
Çünki  onun nəzərində məram  və məqsəd müqəddəs olsa da, ona çatmaqda 
bəzi insani və islami qanunları pozmaq olmaz. 
Əxlaqi  normalara  və  yüksək  insani  dəyərlərə  riayət  etmək  hər  bir 
alicənab insanın yüksək düşüncəsindən irəli gəlir. Bu qanun bütün hallarda 
və  şəraitlərdə–həm  sülh,  həm  də  müharibə  şəraitində–cərəyan  edib  insanın 
həyatında sair insanlarla olan əlaqələrinə aiddir. Belə ki, insani qanunlar heç 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.244;  "Nəhcül-
bəlağə", 51-ci xütbə 
2
 "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.94; "Vəqətu-Siffeyn", səh.166 
3
 "Murucuz-zəhəb", 2-ci cild, səh.368-387 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə