On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə20/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   16   17   18   19   20   21   22   23   ...   81

 
39 
Atımı Hüseynin xeymələrinə tərəf çapdım və onun hüzuruna gəlib hadisəni 
ona dedim. Hüseyn (ə) buyurdu: "... Bizimləsən, yoxsa bizim əleyhimizə?" 
Dedim: "Heç birindən. Mən öz ailəmi Kufədə qoymuşam, ibni Ziyaddan da 
qorxuram." Buyurdu: "Elə isə tez ol bu çölü tərk et! Mühəmməd (s)-in canı 
əlində  olan  Allaha  and  olsun,  hər  kəs  bizim  kömək  dilədiyimiz 
fəryadlarımızı  eşidib  kömək  etməsə,  Allah  onu  cəhənnəmə  atacaq."  Buna 
görə də dərhal oranı tərk etdim ki, şəhadət gününü görməyəm."
1
 
IMAM (Ə) SABAT VƏ MƏDAINDƏ 
Imam (ə) Kərbəladan Sabata yola düşdü, yol üstündə Bəhr-Seyr şəhərinə 
çatdı.  Orada  Kəsradan  heç  bir  əsər-əlamət  qalmamışdı.  Bu  vaxt  Hürr  ibni 
Səhm, Əbu Cəfərin şerini oxudu: 
"Xəzan yeli onların vətəninə əsdi,  
Sanki öz vədəgahlarında qərar tutmuşlar."
2
 
Imam (ə) buyurdu: Nə üçün bu ayələri tilavət etmirsən: 
"Onlar  nə  qədər  bağları,  çeşmələri,  əkin  sahələrini,  bəhrələndikləri 
vəzifə  və  nemətləri  tərk  edib  getdilər,  beləliklə  də  başqalarını  onların 
varisləri etdik. Nə səma onlara göz yaşı axıtdı, nə də ki, yer; onlara möhlət 
də verilmədi." 
Sonra Imam (ə) buyurdu: Ikincilər də varis idilər, lakin onlar da getdilər 
və  başqaları  onların  varisləri  oldular.  Bunlar  da  əgər  nemətlərin  şükrünü 
yerinə  yetirməsələr,  buyurulana  əməl  etmədiklərinə  görə  ilahi  nemətlər 
onlardan  da  alınacaqdır.  Küfrani-nemətdən  (naşükürlükdən)  uzaq  olun  ki, 
bədbəxtlik sizi tutmasın. 
Sonra  göstəriş  verdi  ki,  ordu  uca  bir  yerdə  düşərgə  salsın.  (Imamın 
düşərgə saldığı  yer Mədainə  yaxın  idi.)  Imam (ə) Haris  Əvərə buyurdu ki, 
şəhərdə car çəkib belə desin: "Hər kəsin döyüşmək qüdrəti varsa, əsr namazı 
vaxtı  Əmirəl-mömininin  hüzuruna  gəlsin."  Əsr  namazının  vaxtı  çatanda 
oranın  cəngavərlərindən  bir  dəstəsi  Imam  (ə)-ın  hüzuruna  gəldi.  Imam 
Allaha  həmd-səna  edəndən  sonra  onlara  dedi:  Mən  sizin  cihadda  iştirak 
etməkdən  boyun  qaçırmağınızdan,  yerli  camaatdan  ayrılıb,  sitəmkar  və 
məhv olmuş bir camaatla birgə yaşamağınızdan heyrətlənirəm. Nə insanları 
yaxşılıqlara dəvət edirsiniz, nə də pisliklərdən çəkindirirsiniz.
3
 
Onlar dedilər: Biz sizin əmrinizi gözləyirik. Nə istəyirsən əmr et. 
Imam  (ə)  Ədi  ibni  Hatəmə  göstəriş  verdi  ki,  orada  qalsın  və  onlarla 
birlikdə  Siffeynə  tərəf  hərəkət  etsin.  Ədi  orada  üç  gün  qaldıqdan  sonra  üç 
yüz  nəfərlə  birlikdə  Mədaindən  çıxdı,  öz  oğlu  Yəzidə  də  dedi  ki,  orada 
qalsın  və  ikinci  dəstə  ilə  birlikdə  Imam  (ə)-a  tərəf  hərəkət  etsin.  Yəzid  də 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.169;  "Vəqətu-
Siffeyn", səh.140-141 
2
 "Vəqətu-Siffeyn", səh.142 
3
  "Vəqətu-Siffeyn",  səh.142;  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü 
cild, səh.202-203 


 
40 
dörd yüz nəfərlə birlikdə gəlib Imam (ə)-a çatdı.
1
 
ƏNBAR ƏKINÇILƏRININ IMAM (Ə)-I QARŞILAMASI 
Imam (ə) Mədaindən Ənbara doğru yola düşdü. Ənbar əhalisi Imam (ə)-
ın  oradan  keçəcəyindən  xəbər  tutduqda  onu  qarşılamağa  çıxdılar.  Onlar 
Imam (ə)-a yaxınlaşdıqda atlarından düşdülər və o həzrətin qarşısında atılıb-
düşməyə, baş əyməyə başladılar. Imam (ə) buyurdu:–Bu nə hərəkətdir? Bu 
heyvanları nə üçün gətirmisiniz? 
Dedilər:–Bu bizim böyüklərə təzim etmək üçün adətimizdir (Iran şahları 
dövründən  qalma  bir  adətdir).  Bu  heyvanları  da  sizə  hədiyyə  gətirmişik. 
Əsgərləriniz üçün yemək, atlarınız üçün də ot-ələf gətirmişik. 
Imam (ə) buyurdu:–Allaha and olsun, böyüklərə qarşı belə adət-ənənəniz 
onların xeyrinə deyil. Siz də bu işinizlə özünüzü məşəqqətə salırsınız. Bu işi 
bir  daha  təkrar  etməyin.  Özünüzlə  gətirdiyiniz  heyvanları  bu  şərtlə  qəbul 
edərəm  ki,  onlar (şəri) vergiyə aid  edilsin.  Bizim üçün gətirdiyiniz  yeməyi 
də bu şərtlə qəbul edərəm ki, pulunu ödəyəm. 
Camaat  dedi:–Siz  qəbul  edin.  Biz  qiymət  qoyarıq,  sonradan  pulunu 
alarıq. 
Imam  (ə)  buyurdu:–Belə  olduqda  həqiqi  dəyərindən  aşağı  qiymətlə 
hesablayarsınız. 
Camaat  dedi:–Ey  Imam,  bizim  ərəb  qəbilələri  arasında  dost-tanışımız 
vardır.  Bizim  onlara  hədiyyə  verməyimizi,  onları  da  bizim  hədiyyələrimizi 
qəbul etməsini qadağan edirsinizmi?! 
Imam (ə) buyurdu:–Bütün ərəblər sizin dostlarınızdır, lakin hər kəs sizin 
böyük  hədiyyələrinizi  qəbul  etməyə  layiq  deyil.  Əgər  ərəblərdən  bir  şəxs 
sizə qəzəblənsə, bizə xəbər verin. 
Camaat dedi:–Ey Imam, bizim hədiyyələrimizi qəbul et. Biz çox istəyirik 
ki, hədiyyələrimizi qəbul edəsən. 
Imam (ə) buyurdu:–Vay olsun sizə! Elə təsəvvür edirsiniz ki, biz onlara 
ehtiyaclıyıq?! Bilin ki, bizim sizə ehtiyacımız yoxdur. 
Bunu deyib yola düşdü, uzun illər əcəm şahlarının zülmü altında inləyən, 
əməklərinin bəhrəsi hakimlər tərəfindən mənimsənilən şəxslərə ilahi ədaləti 
göstərdi.
2
 
Imam  (ə)  yol  üstü  Əl-Cəzirəyə  çatanda  "Təğlib"  və  "Nəmir"  qəbilələri 
onu qarşılamağa çıxdılar. Imam (ə) öz sərkərdələrindən yalnız Yəzid Qeysə 
onların  duz-çörəyindən  və  suyundan  istifadə  etmək  icazəsi  verdi.  Çünki  o 
həmin qəbilədən idi. Sonra Imam (ə) Riqqəyə çatdı, Fəratın sahilində atdan 
endi. Orada bir məbəd var idi və onun içində bir rahib ibadət edirdi. Rahib 
Imam  (ə)-ın  oraya  gəlməsindən  xəbər  tutduqda  o  həzrətin  hüzuruna  gəlib 
dedi:  Bizə  ata-babalarımızdan  bir  səhifə  irs  çatmışdır.  Onu  həzrət  Məsihin 
dostları yazmışlar və mən də onu gətirmişəm ki, sizin üçün oxuyam. 
O  səhifədə  belə  yazılıb:  "Bağışlayan  və  mehriban  Allahın  adı  ilə.  O 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.203;  "Vəqətu-
Siffeyn", səh.143 
2
 "Nəhcül-bəlağə"nin şərhi 3-cü cild, səh.203; "Vəqətu-Siffeyn", səh.144 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə