On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə19/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

 
37 
hər vaxt ki, gecə gəlir və dünya qaranlıqlaşır; Allaha həmd olsun hər vaxt ki, 
bir ulduz çıxır, yaxud batır; Allaha şükür olsun ki, Onun nemətlərinin sonu, 
Onun  bəxşiş  və  mükafatlarının  bərabəri  yoxdur.  Camaat!  Ön  cəbhənin 
qoşununu  əvvəlcə  göndərmişəm  və  onlara  fərman  vermişəm  ki,  mənim 
növbəti  fərmanım  çatana  qədər  Fəratın  sahilində  gözləsinlər.  Indi  çaydan 
keçib  sizdən  olan  və  Dəclə  çayının  ətrafında  yaşayan  bir  dəstə  müsəlmana 
tərəf  hərəkət  etməliyik.  Onları  da  sizinlə  birlikdə  düşmənə  tərəf  hərəkət 
etdirəcəyik  ki,  sizə  köməkçi  olsunlar.
1
  Əqəbə  ibni  Xalidi  Kufəyə  sərkərdə 
təyin etmişəm. Nə özümü, nə də sizi tərk etməmişəm (özümlə sizin aranızda 
heç  bir  fərq  qoymuram).
2
  Ehtiyatlı  olun,  bir  nəfər  belə,  hərəkətdən  geri 
qalmasın.  Malik  ibni  Həbib  Yərbuiyə  əmr  etmişəm  ki,  geri  qalanları  və 
qanunu pozanları nəzərdən qaçırmasın və hamını sizə qoşsun.
3
 
Bu vaxt Müəqqəl ibni Qeys Riyahi ayağa durub dedi: Allaha and olsun, 
qanunu yalnız şübhəli adamlar pozar, geridə yalnız münafiqlər qalar! Yaxşı 
olardı  ki,  Malik  ibni  Həbibə  əmr  edəsiniz,  qanunu  pozanların  boynunu 
vursun. 
Imam  buyurdu:–Mən  ona  lazım  olan  əmrləri  vermişəm.  O  da  Allahın 
köməyi ilə mənim əmrimdən çıxmaz. 
Başqaları  da  danışmaq  istədi,  lakin  Imam  (ə)  icazə  vermədi  və  atının 
gətirilməsini istədi. Ayağını üzəngiyə qoyanda "Bismillah" dedi və yəhərin 
üstündə oturduqdan sonra "Zuxruf" surəsinin 13-14-cü ayələrini tilavət etdi: 
"Pak  və  münəzzəhdir  o  Allah  ki,  bu  miniyi  (atı)  bizim  üçün  ram  etdi, 
halbuki  bizim  ona  gücümüz  çatmazdı.  Hamımız  Allaha  tərəf 
qayıdacağıq."  Sonra  belə  dua  etdi:  Pərvərdigara,  mən  səfərin 
məşəqqətindən,  qayıtmağın  qəm-qüssəsindən,  yəqinə  yetişəndən  sonra 
sərgərdançılıqdan,  əhli-əyal  və  mal-dövlətdə  xoşagəlməz  hallardan  Sənə 
pənah aparıram.  Ilahi, Sən səfərdə yoldaş və müsahib, ailədə canişinsən və 
bu iki şey Səndən başqasında bir yerə yığışmaz, çünki, canişin olan şəxs yol 
yoldaşı olmaz, müsahib olan şəxs isə canişin olmaz." 
Sonra  öz  atını  sürdü,  Hürr  ibni  Səhm  Rəbii  də  onun  qabağınca  hərəkət 
edib rəcəz oxuyurdu. Imam (ə)-ın keşikçi dəstələrinin rəisi Malik ibni Həbib 
o həzrətin atının  yüyəyindən tutub təəssüflə dedi: Ey  Imam,  heç rəvadırmı 
ki,  müsəlmanlarla  birlikdə  cihada  gedəsən,  onlarla  birlikdə  Allah  yolunda 
cihad savabına nail olasan, amma mənə qanun pozanları tutmaq barədə (belə 
bir sadə) iş tapşırasan? 
 Imam (ə) buyurdu: Bunlar hər nə qədər savab qazansalar, sən də onlarla 
şəriksən. Sənin burada qalmağın bizimlə getməkdən daha faydalıdır. 
Ibni Həbib dedi: Sizin əmrinizə itaət edirəm, ey Əmirəl-möminin!
4
 
Imam  (ə)  öz  ordusu  ilə  birlikdə  Kufəni  tərk  etdi.  Kufə  körpüsünü 
keçəndən  sonra  üzünü  camaata  tutub  dedi:  Müşayiət  edənlər  və  burada 
qalanlar namazlarını tamam qılacaqlar. Lakin biz müsafirik. Hər kim bizimlə 
                                              
1
 "Vəqətu-Siffeyn" səh.131; "Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 48-ci xütbə 
2
 "Murucuz-zəhəb", 2-ci cild, səh.384 
3
 "Vəqətu-Siffeyn", səh.132 
4
 "Vəqətu-Siffeyn", səh.132-134 


 
38 
olsa, vacib oruclarını tutmamalıdır, namazı da qəsrdir. 
Bunu deyib günorta namazını iki rəkət qıldı, sonra öz yoluna davam etdi. 
Kufənin iki ağaclığında olan Əbu Musa mənzilinə çatıb əsr namazını da iki 
rəkət  qıldı.  Namazdan  sonra  dua  oxuyub  dedi:  "Qüdrət  və  kərəm  sahibi 
olan  Allahdan  istəyirəm  ki,  məni  Öz  qəza-qədərinə  razı,  Öz  itaətinə 
müvəffəq və (diqqətimi) Öz fərmanına cəlb etsin. O, duaları eşidəndir." 
Sonra  yola  düşdü  və  axşam  namazını  qılmaq  üçün,  Fəratın  böyük  bir 
qolu  olan  Sərs  çayının  kənarında  dayandı,  axşam  namazını  qıldıqdan  sonra 
dua edib dedi: "Həmd-səna yalnız o Allaha məxsusdur ki, gecəni gündüzə 
və gündüzü gecəyə çevirir. Allaha şükür olsun, gecə qaranlığının hər yeri 
tutduğu vaxt. Həmd olsun Allaha, hər bir ulduz çıxanda, yaxud batanda." 
Sonra  gecəni  sübhə  kimi  orada  dincəldi,  sübh  namazını  qılandan  sonra 
yoluna davam etdi. "Qübbətü-qübbəyn" adlı bir məntəqəyə çatdı, gözü çayın 
sahilindəki  uca  xurma  ağaclarına  sataşdıqda  "Qaf"  surəsinin  10-cu  ayəsini 
oxudu: "Göydən nazil etdiyimiz suyun vasitəsi ilə münəzzəm və bir-birinə 
qarışmış çiçəkləri olan uca xurma ağaclarını göyərtdik." Öz atı ilə çaydan 
keçdi və yəhudilərə məxsus olan məbədin yanında dincəldi.
1
 
IMAM (Ə) KƏRBƏLA ÇÖLÜNDƏN KEÇIR 
Imam  (ə)  Kufə-Siffeyn  yolu  üstündə  Kərbəla  çölündən  keçdi.  Hərsəmə 
ibni  Səlim  belə  nəql  edir:  "Imam  (ə)  Kərbəla  çölündə  atdan  yerə  endi, 
bizimlə  namaz  qıldı.  Namazdan  sonra  oranın  torpağından  bir  az  götürüb 
iylədi və dedi: "Xoş sənin halına, ey Kərbəla torpağı! Bir dəstə insan səndən 
dirilib qalxacaq və sonsuz behiştə daxil olacaqlar." Sonra əli ilə o tərəfə bu 
tərəfə işarə edib dedi: "Burada və orada..." 
Səid ibni Vəhəb soruşdu:–Məqsədiniz nədir? 
Buyurdu:–Çox  əziz  bir  ailə  buraya  gələcəkdir.  Vay  olsun  sizə  onlar 
barəsində! 
Səid dedi:–Məqsədiniz nədir? 
Dedi:–Onlar barəsində vay olsun sizə ki, onları öldürəcəksiniz və onları 
öldürdüyünüzə görə də cəhənnəmə gedəcəksiniz.
2
 
Həsən  öz  atasından  nəql  edir  ki,  Imam  (ə)  Kərbəla  çölündə  dayanıb 
buyurdu:  "Bura  qəm  və  bəla  çölüdür."  Sonra  əli  ilə  bir  yeri  göstərib  dedi: 
"Bura  onların  yüklərini  yığdıqları  yer  və  atlarının  yataq  yeridir."  Sonra 
başqa bir yerə işarə edib dedi: "Bura onların qətlgahıdır." 
Hərsəmə  (ilk  rəvayətçi)  deyir:  "Siffeyn  müharibəsi  sona  çatdı,  mən  öz 
vətənimə  qayıtdım.  Imam  (ə)-ın  Kərbəla  çölündə  verdiyi  xəbəri  arvadıma 
dedim. (O, Imam (ə)-ın şiəsi idi.) Ondan soruşdum: "Imam qeyb xəbərlərini 
haradan bilir?" O dedi: "Imam (ə) haqdan başqa bir şey deməz!" 
Dövran  keçdi,  Übeydullah  ibni  Ziyad  böyük  bir  qoşunla  Hüseynlə 
vuruşmaq  üçün  hərəkət  etdi.  Mən  də  onun  qoşununda  idim.  Kərbəlaya 
çatanda Imamın sözləri yadıma düşdü və bu hadisədən çox narahat oldum. 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.135 
2
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.169-170;  "Vəqətu-
Siffeyn", səh.140-142 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə