On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə22/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

 
43 
(ə)-a bir məktub göndərdi, baş verən hadisəni şərh etdikdən sonra o həzrətin 
bu barədə əmr verməsini istədi.
1
 
Imam (ə) məktubu aldıqdan sonra dərhal Maliki çağırıb dedi: "Ziyad və 
Şüreyh belə bir məktub yazıblar. Özünü təcili olaraq onlara çatdır və hər iki 
dəstəyə  başçılığı  öhdənə  al,  lakin  düşmənlə  qarşılaşıb  sözlərini  dinlə  və 
onlar  müharibəyə  başlamamış  sən  müharibəyə  başlama.  Düşmənə  qarşı 
nifrət  və  qəzəbin  döyüşü  əvvəlcə  başlamağına  səbəb  olmasın.  Onların 
sözlərini  təkrar-təkrar  dinlə  və  höccəti  onlara  tamam  et.  (Sonra  vuruşa 
başla.)  Sonra  belə  fərman  verdi:  Ziyadı  sağ  cinaha,  Şüreyhi  sol  cinaha 
sərkərdə  təyin  et,  özün  isə  ordunun  mərkəzində  dayan.  Düşmənə  nə  çox 
yaxınlaş ki,  müharibəni  qızışdırmağını təsəvvür etsinlər, nə də çox uzaqlaş 
ki, onlardan qorxduğunu güman etsinlər. Mən sənə çatana kimi bu qaydada 
orada ol." 
Sonra  Imam  (ə)  məktuba  cavab  yazdı  və  Malik  Əştəri  belə  vəsf  etdi: 
"Hər  iki  qoşun  başçısı  bilməlidir  ki,  mən  Malikə  tam  səlahiyyət  verdim. 
Onun sözünə qulaq asın, əmrinə itaət edin. Çünki o, ağlının azlığından və 
yol azmağından qorxan adamlar kimi deyil, tələsmək lazım olanda süstlük 
etmir.  Sizə  əmr  etdiyim  şeyi  ona  da  əmr  etmişəm:  düşməni  haqqa  dəvət 
etməmiş, höccəti tamamlamamış onlarla vuruşa başlamasın." 
Malik  sürətlə  öndəki  qoşun  bölgələrinin  qarşılaşdığı  yerə  gəlib  ordunu 
nizama saldı. Sonra yalnız ordunu müdafiə edirdi. Hər vaxt şam ordusunun 
sərkərdəsi Əbül-Əvərin tərəfindən hücum olunsaydı, onu dəf edirdi.  
Malik hətta düşmən sərkərdəsinin vasitəsi ilə Müaviyəyə xəbər göndərdi 
və  dedi  ki,  əgər  müharibə  istəyirsə,  onda  özü  şəxsən  meydana  daxil  olub 
onlarla  birlikdə  vuruşsun,  başqalarının  qanının  axıdılmasına  bais  olmasın. 
Lakin Müaviyə bu təklifi heç bir vəchlə qəbul etmirdi. Nəhayət, Müaviyənin 
ordusu  bir  gecə  yarısı  Fəratın  bir  qolunun  sahilində  olan  geniş  bir  ərazidə 
düşərgə saldı və suyu Imam (ə)-ın qoşunun üzünə bağladı.
2
 
MÜAVIYƏNIN SIFFEYNƏ HƏRƏKƏTI 
Müaviyəyə xəbər çatdı ki, Əli (ə) Riqqə məntəqəsində Fəratın üstündən 
körpü salaraq ordunu çaydan keçirmişdir. Müaviyə əvvəldən Şam  əhalisini 
səfərbər  etmişdi.  Bu  xəbəri  eşidəndən  sonra  minbərə  çıxıb  Imam  (ə)-ın 
Bəsrə və Kufə cəngavərləri ilə yürüş etməsini onlara xəbər verdi, öz can və 
mallarını müdafiə etmək üçün ciddi təbliğat apardı. Onun çıxışından sonra, 
əvvəlcədən hazırlanmış  şəxslər Müaviyənin  sözlərinə qüvvət  verdilər, o  da 
döyüş qüdrəti olan bütün adamlarla birlikdə hərəkət etdi, öndə hərəkət edən 
Əbül-Əvərin  qoşununun  arxasında  düşərgə  saldı  və  oranı  özünə  qərargah 
seçdi. 
Bir rəvayətə görə Müaviyə öz ətrafına 40 min nəfər toplamışdı ki, Imam 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.211-213;  "Vəqətu-
Siffeyn",  səh.151-154;  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.144  "Tarixi-Təbəri",  3-cü 
cild, səh. 238 
2
 "Tarixi-Təbəri", 5-ci cild, səh.238; "Vəqətu-Siffeyn", səh.154 


 
44 
(ə)-ın əsgərlərini ona yaxın düşməyə qoymasınlar.
1
 
IMAM (Ə)-IN SIFFEYNƏ DAXIL OLMASI  
Imam  (ə)  böyük  bir  ordu  ilə  Siffeynə  daxil  oldu  və  Malik  Əştərin 
başçılıq etdiyi qoşuna birləşdi. Əli (ə) Siffeynə daxil olduqda artıq düşmən 
onun qoşunu ilə Fəratın arasında böyük bir ordu yerləşdirmişdi, Imam (ə)-ın 
qoşunu su götürə bilmirdi. Əbdüllah ibni Ovf deyir: "Imamın qoşunundakı 
su ehtiyatı tükənmək üzrə idi. Əbül-Əvər su yolunu süvari-piyadaların üzünə 
bağlamış,  onların  qabağında  oxçuları,  onların  ətrafında  isə  nizəliləri  və 
zirehli  paltar  geyənləri  yerləşdirmişdi.  Nəhayət,  susuzluq  Imam  (ə)-ın 
qoşununa təsir göstərdi, o həzrətə şikayət etdilər.
2
 
Hər  bir  sərkərdə  belə  bir  ağır  şəraitdə  dərhal  hücum  hökmünü  verər. 
Lakin o həzrətin elə ilk gündən etibarən məqsədi bu məsələni mümkün olan 
hər bir yolla, qan tökülmədən həll etmək idi.
3
 O özünün sirrdaşlarından biri 
olan  Səsəə  ibni  Suhanı  çağırıb  buyurdu:  Bir  səfir  kimi  Müaviyənin  yanına 
gedib ona de:  "Biz bu məntəqəyə gəlmişik  və höccəti sizə tamam etməmiş 
müharibəni  başlamaq  istəmirik.  Sən  var-qüvvən  ilə  birlikdə  Şamdan  çıxıb 
gəlmisən,  biz  səninlə  müharibəyə  başlamazdan  əvvəl  sən  müharibəyə 
başlamısan.  Bizim  fikrimizcə  sən  gərək  müharibədən  əl  çəkəsən  ki,  bizim 
dəlil  və  məntiqimizi  eşidəsən.  Bu  necə  namərdlikdir,  nə  üçün  su  yolunu 
bizim  üzümüzə  bağlamısan?!  Maneələri  aradan  qaldır  və  bizim  fikrimiz 
haqda düşün. Əgər vəziyyətin elə bu halda qalmasını, adamların su üstündə 
vuruşmasını  və  qələbə  çalan  tərəfin  sudan  istifadə  etməsini  istəyirsənsə, 
onda bizim sözümüz yoxdur." 
Səsəə Imam (ə)-ın nümayəndəsi kimi Müaviyənin xeyməsinə getdi (onun 
xeyməsi  qoşunun  lap  mərkəzində  idi)  və  Imam  (ə)-ın  sözünü  ona  çatdırdı. 
Vəlid  ibni  Üqbə  kimi  nadan  adamlar  Fəratın  mühasirəsinin  davam 
etdirilməsini  istəyirdilər.  Onlar  Imam  (ə)-ın  ordusunun  susuzluqdan  can 
verməsinin  tərəfdarı  idilər.  Lakin  hiyləgər  bir  siyasətçi  olan  Əmr  As 
Ümməyyə  övladlarının  əksinə  olaraq  Müaviyəyə  dedi:  Su  yolunu  ordunun 
üzünə aç və başqa döyüş məsələləri barədə düşün! 
Başqa  bir  rəvayətə  görə  isə  belə  dedi:–Sənin  sirab,  Əlinin  isə  susuz 
qalması yaxşı iş deyildir, halbuki onun ixtiyarında elə döyüşçülər vardır ki, 
Fəratın suyuna göz dikiblər. Onlar axırda ya su yolunu ələ keçirəcəklər, ya 
da bu yolda öləcəklər. Sən bilirsən ki, Əli çox şücaətli bir adamdır, Hicaz və 
Iraq  camaatı  onunladır.  Əli  o  şəxsdir  ki,  Fatimənin  evi  hücuma  məruz 
qalanda  dedi:  "Əgər  mənimlə  qırx  nəfər  olsaydı,  intiqamımı 
təcavüzkarlardan alardım." 
Müaviyə  isə  su  yolunu  Imam  (ə)-ın  qoşununun  üzünə  bağlamağı  özü 
üçün ilk qələbə hesab edirdi. "Həmdan abidi" adı ilə məşhur olan, Əmr Asın 
dostlarından  və  bacarıqlı  söz  ustası  sayılan  bir  şəxs  Müaviyəyə  dedi:–
                                              
1
 "Vəqətu-Siffeyn", səh.156-157 
2
  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.145;  "Tarixi-Təbəri",  3-cü  cild,  səh.239;  "Əl-
imamətu vəs-siyasət", 1-ci cild, səh.94; "Tarixi-Yəqubi", 2-ci cild, səh.187 
3
 "Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.94; "Tarixi-Təbəri", 3-cü cild, səh.240 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə