On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə25/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   21   22   23   24   25   26   27   28   ...   81

 
49 
aqibətin yaxşılıqla qurtarar. 
Müaviyə:–Belə  olarsa,  Osmanın  intiqamı  təxirə  düşər...  Yox!  Rəhman 
Allaha and olsun, mən heç vaxt belə bir iş görmərəm! 
Bu vaxt Həmdan qəbiləsindən olan kişi danışmaq istədi, lakin Təmimdən 
olan onu qabaqlayıb dedi:–Bu kişiyə verdiyin cavabdan sənin məqsədinin nə 
olduğu aydın oldu. Sənin məqsədin bizə gizli deyil. Sən camaatı aldatmaq və 
onların  diqqətlərini  özünə  cəlb  etmək  üçün  yalnız  bunu  əsas  tutub  deyə 
bilərsən ki, rəhbəriniz məzlumcasına öldürülüb, onun intiqamını almalısınız. 
Buna  görə  də  onların  bir  dəstəsi  sənin  çağırışına  müsbət  cavab  vermişlər. 
Halbuki özün də bilirsən ki, xəlifəyə kömək etməyi qəsdən təxirə saldın və 
hazırda  əlində  olan  bu  məqama  çatmaq  üçün  onun  qətlinə  razı  oldun. 
Çoxları  müəyyən  bir  məqama  çatmaq  istər,  lakin  Allah  onların  arzularını 
ürəyində  qoyar.  Düzdür  ki,  sən  öz  arzuna  çatmaq  istəyirsən,  lakin  sənin 
istədiklərinin  heç  birində  xeyir  yoxdur.  Əgər  öz  istədiyinə  çatmasan, 
acınacaqlı bir vəziyyətə düşəcəksən. Allahdan qorx və bu fikirləri başından 
çıxart, hökumətə layiq olan adamlarla müharibəyə qalxma! 
Bu  məntiqli  sözlər  Müaviyənin  qəzəb  dalğasını  coşdurdu.  Əvvəllər  öz 
müxalifləri ilə mülayim rəftar etdiyi halda, bu dəfə öz adətinin əksinə olaraq 
onun ruhən narahat olmasını göstərən kobud cavabı belə oldu:–Ey əclaflar, 
ey  zorakı  çölçülər!  Durun,  buradan  rədd  olun!  Mənimlə  sizin  aranızda 
qılıncdan başqa bir şey hakim ola bilməz! 
Təmimdən  olan  kişi  dedi:–Bizi  qılınclamı  hədələyirsən?!  Çox  keçməz, 
qılıncı sənə doğru qaldırarıq! 
Sonra hər üçü Imam (ə)-ın yanına qayıtdı və söhbətin nəticəsini o həzrətə 
xəbər verdilər.
1
 
 IRAQ VƏ ŞAM QARILƏRININ BIR YERƏ YIĞIŞMASI 
Islamın  əvvəllərində  Quran  qariləri  xüsusi  hörmətə  layiq  görülürdülər. 
Hətta o qədər  güclü  mövqeləri  var idi ki,  onların hər hansı  bir tərəfə meyl 
etmələri  müsəlmanların  böyük  bir  hissəsinin  həmin  tərəfə  yönəlməsinə 
səbəb olurdu.  
Sülh, razılıq və ümumiyyətlə sazişə heç bir ümid yeri olmayan şəraitdə, 
sayı  otuz  mindən  çox  olan  Iraq-Şam  qariləri  xüsusi  bir  yerdə  düşərgə 
saldılar.  Onların  nümayəndələri  Übeydə  Səlmani,  Əlqəmə  ibni  Qeys, 
Əbdüllah  ibni  Ütbə,  Amir  ibni  Əbdül-Qeys  qoşun  başçıları  arasında 
müzakirə etməyə başladılar. Əvvəlcə Müaviyənin yanına getdilər və onunla 
aşağıdakı kimi müzakirə etdilər: 
Nümayəndələr:–Nə istəyirsən? 
Müaviyə:–Osmanın intiqamını almaq! 
Nümayəndələr:–Kimdən? 
Müaviyə:–Əlidən! 
Nümayəndələr:–Məgər onu Əli öldürmüşdürmü?! 
Müaviyə:–Bəli,  Osmanı  o  öldürmüş  və  onun  qatillərinə  sığınacaq 
                                              
1
  "Kamil"  (Ibni  Əsir),  3-cü  cild,  səh.146;  "Tarixi-Təbəri",  3-cü  cild,  səh.242; 
"Vəqətu-Siffeyn", səh.187-188 


 
50 
vermişdir. 
Nümayəndələr  Imam  (ə)-ın  hüzuruna  gəlib  dedilər  ki,  Müaviyə  onu 
Osmanın  qətlində  təqsirləndirir.  Imam  (ə)  buyurdu:  Allaha  and  olsun  ki, 
bunu yalan deyir! Qəti olaraq bilin ki, onu mən öldürməmişəm. 
Nümayəndələr  Müaviyənin  yanına  qayıdıb  Imam  (ə)-ın  sözlərini  ona 
dedilər.  Müaviyə  dedi:  Düzdür,  Əli  Osmanın  qətlində  iştirak  etməmişdir, 
lakin camaata fərman verərək onu öldürməyə təşviq etmişdir. 
Imam  (ə)  Müaviyənin  sözlərindən  xəbərdar  olandan  sonra  xəlifənin 
qətlində  əli  olmasını  yenidən  təkzib  etdi.  Müaviyə  Imam  (ə)-ın  hərtərəfli 
təkzibindən xəbərdar olduqdan sonra başqa bir məsələni ortaya ataraq dedi: 
Əgər belədirsə onda  ya  Osmanın  qatillərini bizə təhvil  versin,  ya da onları 
tutmaq üçün bizim qarşımızı almasın. 
Imam  cavabda  buyurdu:–Qəsdən  olmayan  belə  bir  qətldə  qisas  hökmü 
yoxdur.  Çünki  (qiyamçılar)  Quranı  onun  qətlinin  caiz  olmasına  dəlil 
gətirmiş  və  onu  (Quranı)  təvil  etmişlər.  Xəlifə  ilə  onların  arasında  ixtilaf 
yaranmış,  xəlifə  də  qüdrətli  olduğu  halda  öldürülmüşdür.  (Əgər  işin  xəta 
olduğunu fərz etsək, belə bir qətldə qisas hökmü yoxdur.) 
Nümayəndələr  Imam  (ə)-ın  fiqhi  dəlillərini  (bu,  "qəza"  elmində,  yəni 
mühakimədə  bir  əsas  müddəa  sayılır)  Müaviyə  üçün  deyəndə  o  özünün 
günahkar  olduğunu  gördü.  Buna  görə  də  başqa  bir  məsələni  ortaya  ataraq 
dedi:  Nə  üçün  Əli  bizimlə  və  burada  olanlarla  məşvərət  etmədən  xilafəti 
əlinə keçirtdi və bizi ondan məhrum etdi? 
Imam  (ə)  cavabda  buyurdu:–Camaat  mühacir  və  ənsarın  yolu  ilə  gedir. 
Onlar başqa ölkələrdə olan müsəlmanların danışan dilidir. Özü də mənimlə 
tam rəğbətlə, razılıq və səmimiyyətlə beyət  etdilər. Mən heç vaxt Müaviyə 
kimilərin  islam  ümmətinə  hakim  olub,  onların  boynuna  minməsinə  icazə 
vermərəm.
1
 
Müaviyə  dedi:–Xəlifə  seçilən  zaman  mühacir  və  ənsarın  hamısı 
Mədinədə  deyildi,  onların  bəziləri  Şamda  yaşayırdı.  Nə  üçün  onlarla 
məşvərət olunmadı? 
Imam  (ə)  dedi:–Rəhbərin  seçilməsi  dünyanın  hər  yerinə  yayılmış 
mühacir və ənsarın hamısına aid deyil. Əks halda seçki baş tutmazdı. Seçki 
onların  bir  qisminə,  yəni  islamın  əvvəllərində  rəşadət  göstərən  və  "Bədri" 
adı ilə tanınanlara aiddir. Onların da hamısı mənimlə beyət etmişdir. 
Sonra  üzünü  qarilərə  tutub  dedi:–Ehtiyatlı  olun  ki,  Müaviyə  sizi 
aldatmasın, dininizin, canınızın puça çıxmasına səbəb olmasın. 
IZAH 
Peyğəmbər  (s)-in  vəfatından  sonra  mühacir  və  ənsar  islam 
hakimiyyətinin  genişlənməsinə  görə  digər  islam  vilayətlərinə  getdilər.  O 
zaman  kütləvi  informasiya  vasitələri  mövcud  olmadığına  görə,  onların 
hamısının  rəyini  soruşmaq  mümkün  deyildi.  Belə  bir  işi  gözləmək  isə 
hökumətin dağılmasına səbəb olardı. Buna görə də çıxış yolu yalnız Mədinə 
əhalisinin əksəriyyətini təşkil edən ənsar və mühacirin rəyinin kifayət hesab 
                                              
1
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.16; "Vəqətu-Siffeyn", 
səh.189 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə