On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə24/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   20   21   22   23   24   25   26   27   ...   81

 
47 
vaxt  məqsədə  qurban  verilməməli,  hətta  ən  çətin  anlarda  belə,  əxlaqi 
normalara riayət edilməlidir. 
Müaviyənin qoşun başçılarının çayın əldən verilməsindən çox da narahat 
olmadıqlarının səbəbini iki hiyləgər siyasətçinin–Müaviyə ilə Əmr Asın fikir 
mübadiləsindən başa düşmək olar. Əmr As Müaviyənin insanlığa zidd olan 
əməlləri ilə tam əks mövqe tutmuşdu, lakin Müaviyə özünün "ayrı düşmüş 
ağlı"nın təsdiq etdiyinin əksinə hərəkət etdi. Nəhayət vəziyyət dəyişdi, Fərat 
çayı  Imam  (ə)-ın  əsgərlərinin  əlinə  keçdi  və  Müaviyənin  ordusu  bir  neçə 
kilometr geri çəkilmək məcburiyyətində qaldı. Bu vaxt bu iki qoca siyasətçi 
öz  şeytani  danışıqlarına  başladılar.  Onların  söhbətlərinin  məzmununu  qeyd 
edirik: 
Əmr As:–Necə fikirləşirsən?! Əgər iraqlılar suyu sənin üzünə bağlasalar, 
onu açmaq üçün müharibə edəcəksənmi?  
Müaviyə:–Keçənləri unut. Əli barəsində necə fikirləşirsən? 
Əmr  As:–Məncə,  sənin  ona  rəva  gördüyün  şeyləri  o  sənə  rəva  görməz. 
Çünki o bu çayı ələ keçirmək üçün gəlməmişdir. 
Müaviyə  bir  söz  dedi  ki,  qoca  siyasətçi  Əmr  As  narahat  oldu.  O  da 
cavabında  bir  şer  oxudu  və  qeyd  etdi  ki,  vəziyyət  xarabdır.  Mümkündür, 
Təlhə və Zübeyrin başına gələnlər onların da başına gəlsin. Lakin Əmr Asın 
verdiyi  ehtimal  tamamilə  düz  çıxdı.  Imam  (ə)  Fəratı  ələ  keçirdikdən  sonra 
düşmənin  sudan istifadə etməsinə mane olmadı  və sübut  etdi ki,  o, ən qatı 
düşmənlə  müharibədə  belə,  əxlaqi  qaydalara  riayət  edir  və  Müaviyənin 
əksinə  olaraq  heç  vaxt  bir  məqsədə  çatmaq  üçün  əxlaqi  üsulları  qurban 
vermir. 
FƏRATI AZAD EDƏNDƏN SONRA 
Hər  iki  qoşun  bir-birindən  aralı  dayanıb  öz  başçılarının  əmrini 
gözləyirdi.  Lakin  Imam  (ə)  müharibə  istəmir  və  dəfələrlə  nümayəndə 
göndərib məktub yazmaqla məsələni sülh yolu ilə həll etməyə çalışırdı. 36-cı 
ilin  rəbiüs-sani  ayının son günlərində  gözlənilmədən günahsız Hürmüzanın 
qatili Übeydullah ibni Ömər Imam (ə)-ın yanına gəldi. 
Hürmüzan  iranlı  idi.  Ikinci  xəlifə  onun  müsəlmançılığını  qəbul  etmiş, 
onun  məişətinin  təmin  olunması  üçün  müəyyən  məbləğ  ayırmışdı.  Ömər, 
Əbu  Lölö  adlı  bir  nəfərin  bıçaq  zərbəsi  ilə  öldürülmüşdü  və  məmurların 
qatili  tutmaq  üçün  göstərdiyi  səylər  nəticəsiz  qalmışdı.
1
  Xəlifənin 
Übeydullah  adlı  oğlu  insani  qanunların  əksinə  olaraq  qatilin  yerinə 
Hürmüzanı  öldürmüşdü.
2
  Übeydullahdan  xəlifənin  (Osmanın)  vasitəsi  ilə 
qisas almaq üçün Imam (ə)-ın göstərdiyi səylər nəticəsiz qalmışdı. Imam (ə) 
elə o vaxt Allahla əhd bağladı ki, əgər nə vaxtsa əlinə imkan düşərsə, onun 
                                              
1
 "Tarixi Fəxr", səh.131; "Murucuz-zəhəb", 2-ci cild, səh.329; "Həbibus-seyr", 1-ci 
cild, səh.489 
2
  "Təcaribus-sələf",  səh.23;  "Futuhul-bildan",  səh.583;  "Tarixi-Yəqubi",  2-ci  cild, 
səh.161 


 
48 
barəsində Allah hökmünü icra edəcək.
1
 
Osmanın  qətlindən  və  Imam  (ə)-ın  hakimiyyətə  gəlməsindən  sonra 
Übeydullah ondan qisas alınacağından qorxub Mədinədən Şama qaçmışdı.
2
 
Belə  bir  ləkəli  və  qara  keçmişə  malik  olan  Übeydullah  Siffeyn  müharibəsi 
günlərində  Imam  (ə)-ın  yanına  gəlib  tənə  ilə  deyir:  Allaha  şükür  olsun  ki, 
səni Hürmüzanın, məni isə Osmanın intiqamını almaq istəyənlərdən etdi! 
Imam  (ə)  buyurdu:  –vAllah  mənimlə  səni  döyüş  meydanında 
qarşılaşdıracaq.
3
 
Təsadüfən  Übeydullah  döyüşün  qızğın  yerində  Imam  (ə)-ın  əsgərləri 
tərəfindən öldürüldü.
4
 
ON ALTINCI FƏSİL 
HÖCCƏTIN  AXIRINCI  DƏFƏ  OLARAQ  TAMAM 
EDILMƏSI 
Otuz  altıncı  il  Rəbiüs-sani  ayının  axır  günlərində  Imam  (ə)  islamın 
böyük  şəxsiyyətlərindən  olan  üç  nəfəri–biri  ənsardan,  digəri  Həmdan 
qəbiləsindən,  üçüncüsü  isə  Təmim  qəbiləsindən–hüzuruna  çağırıb  onlara 
buyurdu  ki,  Müaviyənin  yanına  gedib  onu  haqqa  itaət  etməyə,  islam 
ümmətinə  qoşulmağa,  Allahın  əmrlərinə  tabe  olmağa  dəvət  etsinlər. 
Təmimdən olan kişi Imam (ə)-a dedi: Əgər o beyət etməyə razı olsa, ona bir 
imtiyazın  (məsələn,  bir  yerin  hakimiyyətinin)  ona  verilməsini  məsləhət 
görürsünüzmü? 
Imam (ə) heç bir şəraitdə qanunu pozmazdı. Buna görə də buyurdu: Elə 
indi onun  yanına  gedin və onunla açıq-aşkar söhbət  edin,  görün onun fikri 
nədir. 
Onlar  Müaviyənin  yanına  gedib  müzakirə  apardılar.  Onların 
söhbətlərinin məzmunu aşağıdakı kimi idi:  
Ənsardan  olan  kişi:–Ey  Müaviyə!  Dünya  müvəqqətidir,  sən  başqa  bir 
dünyaya  gedəcəksən,  Allah  əməllərinə  görə  sənə  cəza  verəcək.  Özün  üçün 
əvvəlcədən  göndərdiyin  əməllərə  görə hesab çəkməlisən. Səni  and verirəm 
Allaha, ümmətin arasında ikitirəlik salıb onların qanını axıtma! 
Müaviyə onun sözünü kəsib dedi:–Nə üçün öz başçınıza belə məsləhətlər 
vermirsən?! 
Ənsardan  olan  kişi:–Sübhanəllah!  Mənim  başçım  sənin  kimi  deyil!  O, 
fəzilət,  dindarlıq,  islama  xidmət  və  Peyğəmbərlə  olan  qohumluğuna  görə 
camaatın ən ləyaqətlisidir. 
Müaviyə:–Sözün nədir, nə istəyirsən? 
Ənsardan  olan  kişi:–Səni  öz  əmoğlunun  dəvətini  qəbul  etməyə 
çağırıram.  Bu  işi  qəbul  edəcəyin  təqdirdə  dinin  salamat  qalar  və  axır-
                                              
1
  "Ənsabul-əşraf",  3-cü  cild,  səh.24;  "Murucuz-zəhəb",  2-ci  cild,  səh.395; 
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-hədid), 3-cü cild, səh.61 
2
 "Murucuz-zəhəb", 2-ci cild, səh.388 
3
 "Vəqətu-Siffeyn", səh.186 (Qahirə çapı); "Əl-əxbarut-tival", səh.169 
4
 "Murucuz-zəhəb", 2-ci cild, səh.395 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə