On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə32/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   28   29   30   31   32   33   34   35   ...   81

 
63 
əməllərinə  görə  mükafatlandırsın.  Agah  olun  və  bilin  ki,  Allahın  istəyi  ilə 
sabah  düşmənlə  qarşılaşacaqsınız.  Belə  isə,  bu  gecə  daha  çox  namaz  qılıb 
Quran  oxuyun,  Allahdan  qələbə  istəyin.  Sabah  isə  onlarla  ciddiyyətlə  və 
ehtiyatla qarşılaşın və öz işinizdə doğruçu olun."
1
 
Imam  (ə)  getdikdən  sonra  əsgərlər  öz  silahlarını  hazırlamağa  və  döyüş 
üçün  lazım  olan  şeyləri  yerbəyer  etməyə  başladılar.  Imam  (ə)  səfər  ayının 
səkkizində,  çərşənbə  günü  fərman  verdi  ki,  bir  nəfər  şamlıların  qarşısında 
dayanıb onlarla döyüşə hazır olduqlarını elan etsin. 
Müaviyə  də  Imam  (ə)  kimi,  öz  qoşununu  tərtibə  salaraq  müxtəlif 
dəstələrə  böldü.  Həms,  Ordon,  Qənsər  əhalisi  onun  qoşununun  müxtəlif 
cinahlarını  təşkil  edirdi.  Zəhhak  ibni  Qeys  Fərhi  başda  olmaqla  şamlılar 
Müaviyəni  qorumağı  öhdəsinə  aldılar  və  onu  əhatə  etdilər  ki,  düşmənin 
mərkəzə  (Müaviyənin  qərargahı  olan  yerə)  nüfuz  etməsinin  qarşısını 
alsınlar. Qoşunun bu şəkildə nizama salınması Əmr Asın xoşuna gəlmədi və 
bu işdə Müaviyəyə kömək etmək istədi. Buna görə də birlikdə bağladıqları 
əhd-peymanı  (yəni  qələbə  çalacaqları  təqdirdə  Misrin  hakimiyyətinin  Əmr 
Asa  verilməsini)  Müaviyəyə  xatırlatdı  və  dedi:–Həms  qəbiləsinin 
sərkərdəliyini mənə ver və Əbül-Əvəri bu işdən götür. 
Müaviyə bu təklifdən sevinib xoşhal oldu və dərhal Əbül-Əvərin yanına 
bir adam  göndərdi ki,  ona belə desin:  "Əmr Asın müharibə işlərində  yaxşı 
təcrübəsi vardır, amma bu təcrübə məndə və səndə yoxdur. Mən onu süvari 
qoşun bölmələrinin sərkərdəsi seçmişəm. Sən başqa bir yerə get." 
Əmr  As  Misrə  hakim  olmaq  ümidi  ilə  iki  oğlunu–Əbdüllahı  və 
Məhəmmədi  çağırdı, öz  təcrübəsi  və  fikri  əsasında bir qoşun nizama saldı, 
göstəriş  verdi  ki,  zirehli  paltarda  olanlar  ön  cəbhədə,  zirehsizlər  isə  arxa 
cəbhədə  yerləşsinlər.  Sonra  oğlanlarına  dedi  ki,  cərgələrin  arasında 
gəzişərək  onların  nizam-intizamına  dəqiq  nəzarət  etsinlər.  Bununla  da 
kifayətlənməyib  özü  də  dəstələrin  arasında  hərəkət  etməyə,  onların  nizam-
intizamını  yoxlamağa  başladı.  Sonra  Müaviyə  kimi  qoşunun  ortasında 
minbərə  çıxdı.  Yəmənlilər  onun  mühafizəsini  öz  öhdələrinə  aldılar.  O  əmr 
vermişdi ki, hər kəsin minbərə yaxınlaşdığını hiss etsəniz, dərhal öldürün.
2
 
Bir  adamın  müharibə  etməkdə  məqsədi  qüdrətə  və  rəhbərliyə  çatmaq 
olsa,  onda  özünü  mühafizə  etmək  üçün  çoxlu  adam  təyin  etməlidir.  Lakin 
əgər məqsədi ali-insani məqamlara, mənəvi kamallara çatmaq olsa, onda öz 
məram və məqsədi  yolunda ölümdən heç bir qorxusu olmaz. Buna görə də 
Imam  (ə)-ı  heç  bir  kəs  mühafizə  etmirdi,  üstəlik  o  həzrət  öz  atına  minib 
fərman verir, qoşuna rəhbərlik edir, qorxulu nərələri ilə Şam pəhləvanlarının 
canına vəlvələ salır və iti qılıncı ilə onları biçib-tökürdü. 
Rəhbərlik üslubunda mövcud olan fərqlər məqsədlərdəki fərqlərdən irəli 
gəlir.  Şəhadət  arzusu  ilə  olan  bir  mədəniyyət  axirətə  olan  etiqaddan  və 
özünün haqq olmasına inamlı olmaqdan doğur. Amma ölümdən qorxmaq, öz 
                                              
1
 "Tarixi-Təbəri", 3-cü cild, səh.. "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 5-ci 
cild, səh.182; "Vəqətu-Siffeyn", səh.225; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.150 
2
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.182;  "Vəqətu-Siffeyn", 
səh.226 


 
64 
canını  qorumaq  üçün  başqalarını  qurban  etmək  dünya  həyatına  bağlılıqdan 
və qeyb aləmini inkar etməkdən irəli gəlir. 
Maraqlıdır  ki,  Əmr  Asın  oğlu  bu  həqiqəti  etiraf  edərək  Imam  (ə) 
barəsində  belə  demişdi:  "Bunlar  ilahi  bir  məqsədlə  meydana  gəlmişlər  və 
şəhadətdən əsla qorxuları yoxdur." 
Əmr  Asın  Müaviyəyə  xeyirxahlıq  göstərməsi  ona  məhəbbətdən  və  ya 
onun  qələbə  çalmasına  çalışmaq  üçün  deyildi.  O  yalnız  öz  mənafeyini 
nəzərə alaraq onun qələbə çalmasını istəyir və Müaviyə ilə məşvərət edib öz 
rəyini  söyləyərkən  həmişə  onu  vurğulayırdı.  Onların  aşağıda  qeyd  olunan 
söhbətlərində bu həqiqət aydın olur: 
Müaviyə:–Tez ol, qoşunu nizama sal! 
Əmr As:–Bu şərtlə ki, hökumətim özüm üçün olsun! 
Müaviyə,  Imam  (ə)-dan  sonra  Əmr  Asın  ona  rəqib  çıxacağından 
qorxduğu  üçün  dərhal  soruşdu:–Hansı  hökumət?!  Misrin  hökumətindən 
başqa bir şey də istəyirsənmi?! 
Əmr  As:–Məgər  Misir  cənnətin  əvəzi  ola  bilərmi?!  Məgər  Əlini 
öldürmək odu heç vaxt sönməyən cəhənnəm əzabı üçün münasib qiymət ola 
bilərmi?! 
Müaviyə  bu  sözlərin  qoşun  arasında  yayılacağından  qorxub  həyəcanla 
dedi:–Astadan danış, sözlərini bir kəs eşitməsin!" 
Əmr  As  Misrə  hakim  olmaq  arzusu  ilə  şamlılara  dedi:–"Ey  Şam 
əsgərləri!  Öz  səflərinizi  nizama  salın,  başlarınızı  öz  Allahınıza  icarə  verin. 
Allahdan kömək istəyin, həm Onun düşmənləri, həm də öz düşmənlərinizlə 
cihad edin! Onları öldürün, Allah onları öldürüb məhv etsin!"
1
 
O biri tərəfdən də Imam (ə) bir at istədi, ona ağ rəngli bir at gətirdilər ki, 
çox güclü və cəld idi, iki cilovla cilovlanırdı. Imam (ə) onun yüyənini əlinə 
alıb  bu  ayəni  tilavət  etdi:  "Pak  və  münəzzəhdir  o  Allah  ki,  minik 
heyvanlarını  bizim  üçün ram etdi, halbuki  bizdə o qüdrət və bacarıq  yox 
idi. Hamımız Ona tərəf qayıdacağıq." 
Sonra  əllərini  qaldırıb  belə  dua  etdi:  "Ilahi,  qədəmlər  Sənə  tərəf 
götürülür, bədənlər əziyyətə düşür, qəlblər ayılır, əllər göyə qalxır, gözlər 
açılır...  Ilahi,  biz  Peyğəmbərin  həyatda  olmadığı  bir  zamanda  düşmənin 
çoxluğundan, arzu və istəklərimizin pərakəndəliyindən Sənə şikayət edirik. 
Ilahi,  bizimlə  bu  tayfa  arasında  haqq  əsasında  hökm  et!  Sən  hakimlərin 
ən yaxşısısan."
2
 
Nəhayət,  səfər  ayının  səkkizində,  çərşənbə  günü  hərtərəfli  hücumlar 
başlandı.  Sübhün  əvvəlindən  gecəyə  kimi  davam  edən  bu  döyüşdə  tərəflər 
müsbət  bir  nəticə  əldə  etmədən  öz  mövqelərinə  qayıtdılar.  Cümə  axşamı 
Imam  (ə)  sübh  namazını  qaranlıqda  qıldı  və  dua  oxuyandan  sonra  özü 
hücumu başladı. Onun ətrafındakılar da hər tərəfdən döyüşə girişdilər.
3
 
                                              
1
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.189-190;  "Vəqətu-
Siffeyn", səh.237 
2
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.186;  "Vəqətu-Siffeyn", 
səh.230-231 
3
 "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.151; "Tarixi-Təbəri", 3-cü cild, səh.8 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə