On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə29/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   25   26   27   28   29   30   31   32   ...   81

 
57 
yalnız  yığıncağı  bir-birinə  vurmaq  idi.  Bu  məsələ  barəsində  mühakimə 
yürütmək Osmanın qətlinin səbəblərini araşdırmağı gərəkli etdiyindən Imam 
(ə)  onu  təsdiq  etmədi.  Onlar  da  elə  bunu  bəhanə  edərək  çıxıb  getdilər  və 
dedilər:–"Hər  kəs  onun  məzlumcasına  öldürülməsinə  şəhadət  verməsə,  biz 
ondan bezarıq!" 
Imam  (ə)  onları  bu  ayənin  aşkar  nümunəsi  hesab  etdi:–"Sən  ölüləri  və 
karları,  arxa  çevirdikləri  vaxt  anlada  bilməzsən;  və  sən  korları 
zəlalətlərdən hidayətə gətirə bilməzsən. Sən yalnız Bizim ayələrimizə iman 
gətirən və haqqın qarşısında təslim olan kəslərə söz eşitdirə bilərsən."
1
 
ON YEDDİNCİ FƏSİL  
SIFFEYN 
MÜHARIBƏSININ 
MÜQƏDDƏRATININ 
HƏLL EDILMƏSI 
Imam (ə) səbir və mətinlik nümunəsi idi. O, Müaviyənin müxalifətçiliyi 
qarşısında  həmişə  mülayim  davranırdı.  Amma  vəzifə  və  rəyasət  sevdası 
Müaviyəni  özünə  elə  məftun  edib  aldatmışdı  ki,  nümayəndə  göndərib  ona 
öyüd-nəsihət  verməyin  nəinki  faydası  olmadı,  üstəlik  onu  daha  da  inadkar 
etdi. Imam (ə) çarəsizlikdən qərara aldı ki, məsələni müharibə ilə həll etsin, 
öz qiymətli vaxtını daha bundan artıq hədər etməsin, bu "xərçəng virusunu" 
islam cəmiyyətinin orqanizmindən qoparıb atsın.  
Islamda  cihad  qanunlarından  biri  də  budur  ki,  əgər  islam  hökuməti  bir 
qrupla dinc  yanaşı  yaşamaq barəsində müqavilə bağlasa, onda bu müqavilə 
möhtərəmdir. Əgər islam hakimi əldə olan məlumatlara əsasən, qarşı tərəfin 
müqaviləni  pozmaq  niyyətində  olduğunu  və  xəyanət  etmək  istədiyini  hiss 
etsə, onda cəld  hərəkət  edir, müqavilənin artıq ləğv olunduğunu bildirir  və 
müharibəyə  başlayır.  Qurani-Kərim  bu  məsələyə  toxunaraq  buyurur:  "Hər 
vaxt bir qövmün xəyanət edəcəyindən qorxsanız, onlarla olan müqaviləni 
ədalətli şəkildə ləğv edin, çünki Allah xainləri sevməz."
2
 
Bu  qanun  göstərir  ki,  islam  dini  ədalətin  və  əxlaq  normalarının 
qorunmasına  xüsusi  diqqət  yetirir,  düşmənin  söz-söhbət  və  rəftarından 
xəyanət  nişanələri  görünsə  belə,  xəbərdarlıq  etmədən  düşmənə  yürüş 
edilməsinə  icazə  vermir.  Imam  (ə)  Siffeyndə  bu  qanunun  göstərişindən  də 
artıq diqqət yetirirdi. Çünki onunla Müaviyə arasında "dinc yanaşı yaşamaq" 
barədə  bir  müqavilənin  bağlanmadığına,  yalnız  haram  aylarda  hərbi 
toqquşmanın  qadağan  olduğuna  və  nəticədə  sakitliyin  bir  müddət  Siffeynə 
hakim  olmasına  baxmayaraq,  şamlıların  bu  sakitliyin  Məhərrəm  ayından 
sonra da qüvvədə qalacağını güman etməsinlər deyə, Imam (ə) Mərsəd ibni 
Harisə fərman verdi ki, Məhərrəm ayının axırıncı günü günbatan çağı Şam 
ordusunun  qarşısında  dayanıb  uca  səslə  desin:–Ey  Şam  əhli,  Əmirəl-
möminin deyir: "Mən sizə möhlət verdim və müharibə işində səbir etdim ki, 
haqqa doğru qayıdasınız. Allahın Kitabından dəlil gətirib sizi ona tərəf dəvət 
etdim, lakin siz tüğyançılıqdan əl çəkmədiniz. Belə bir şəraitdə mən hər bir 
                                              
1
 "Nəml" surəsi, ayə:80-81 
2
 "Ənfal" surəsi, ayə:58 


 
58 
amanı qarşılıqlı şəkildə ardan götürdüm. Allah xainləri sevməz."
1
 
Bu xəbər Müaviyənin qoşunu üçün oxunduqda hər iki tərəfdə canlanma 
yarandı  və  döyüşən  tərəflər  ordunu  nizama  salmağa  başladılar.  Cinahların 
sərkərdələri təyin edildi. Imam (ə) öz qoşununu aşağıdakı ardıcıllıqla tənzim 
etdi:  Əmmar  Yasir  süvarilərin,  Əbdüllah  ibni  Bədil  Xəzai  piyada 
qoşunlarının baş sərkərdəsi təyin edildi, ordunun ümumi bayrağı Haşim ibni 
Ütbəyə tapşırıldı. Sonra Imam (ə) qoşunu üç hissəyə–sağ cinah, sol cinah və 
mərkəzi cinaha böldü. Yəmənliləri ordunun sağ tərəfində, Rəbiə qəbiləsinin 
müxtəlif  şaxələrini  sol  tərəfdə  və  əksəriyyəti  kufəli  və  bəsrəli  olan  Müzər 
qəbiləsinin pəhləvanlarını ordunun mərkəzində yerləşdirdi. Bu üç bölmənin 
hər  birini  süvarilərə  və  piyadalara  böldü.  Sağ  və  sol  cinahlara  Əşəs  ibni 
Qeyslə Əbdüllah Ibni Abbası, hər iki piyada qoşunu üçün də Süleyman ibni 
Sürəd  ilə  Haris  ibni  Mərrəni  təyin  etdi.  Sonra  hər  bir  qəbilənin  bayrağını 
onun  başçısına  tapşırdı.  Ibni  Müzahim  "Vəqətü-Siffeyn"  kitabında  hər  biri 
bir qəbiləyə məxsus olan iyirmi altı bayraq olduğunu qeyd edir.
2
 
Müaviyə  də  öz  qoşununu  həmin  tərtiblə  tənzim  etməyə  başladı, 
sərkərdələri  və  bayraqdarları  təyin  etdi.  Sübh  çağı  həlledici  döyüşün  baş 
verməsi  qəti  oldu.  Imam  (ə)  öz  qoşununun  içində  ayağa  qalxıb  uca  səslə 
dedi:  "Onlar  sizinlə  müharibəyə  başlamayınca  siz  döyüşə  başlamayın. 
Allaha şükürlər olsun ki, sizin bu döyüşdə dəlil və sübutunuz vardır. Onlar 
döyüşü  başlayana  kimi  sizin  başlamamağınız  əlinizdə  başqa  bir  sübutdur. 
Onları  məğlub  etdiyiniz  vaxt  sizə  arxa  çevirib  qaçanları  və  yaralıları 
öldürməyin.  Düşmənin  övrətini  açmayın,  öldürülənlərin  burun-qulağını 
kəsməyin. Onların düşərgələrinə çatdığınız vaxt pərdələri yırtmayın, mənim 
icazəm  olmadan  heç  kimin  evinə  girməyin,  döyüş  meydanında  ələ 
keçirdiyiniz  şeylərdən  başqa  düşmənin  heç  bir  mal-dövlətinə  əl  vurmayın. 
Heç bir qadına, hərçənd sizin özünüzə, sizin böyüklərinizə, ağsaqqallarınıza 
nalayiq  söz  desə  belə,  əziyyət  verməyin.  Çünki  onlar  əql  və  qüdrət 
cəhətindən zəif olurlar. Onlar müşrik olan vaxtda da bizə əmr olunmuşdu ki, 
onlara əl vurmayaq. Əgər cahiliyyət dövründə bir kişi çəlik, yaxud dəmirlə 
bir  arvada  həmlə  etsəydi,  bu  iş  onun  üçün  ar  sayılırdı  və  onların  övladları 
sonralar bu işə görə məzəmmət olunurdular."
3
 
Əmirəl-möminin  Əli  (ə)  Cəməl,  Siffeyn,  Nəhrəvan  döyüşlərində  öz 
əsgərlərinə  belə  tövsiyə  edirdi:  "Ey  Allah  bəndələri,  Allah  ilə  müxalifət 
etməkdən  qorxun!  Gözlərinizi  aşağı  salın  və  səsinizi  alçaldın,  az  danışın. 
Özünüzü düşmənlə mübarizə edib əlbəyaxa olmağa, dişlə müdafiə olunmağa 
hazır  edin.  Mətin  və  möhkəm  olun,  Allahı  yad  edin  ki,  nicat  tapasınız. 
Ixtilafdan  və  ikitirəlikdən  uzaq  olun  ki,  süstləşməyəsiniz  və  şövkətiniz, 
əzəmətiniz aradan getməsin. Səbirli olun, Allah səbir edənlərlədir." 
                                              
1
 "Kamil" (Ibni Əsir), 1-ci cild, səh.25; "Tarixi-Təbəri", 3-cü cild, səh.5; "Vəqətu-
Siffeyn", səh.202-203; "Murucuz-zəhəb", 2-ci cild, səh.387 
2
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  4-cü  cild,  səh.24-26;  "Vəqətu-
Siffeyn", səh.205 
3
 "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.149; "Tarixi-Təbəri", 3-cü cild, səh.6; "Vəqətu-
Siffeyn", səh.203-204; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild, səh.26 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə