On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə30/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   26   27   28   29   30   31   32   33   ...   81

 
59 
Imam  (ə)-ın  sözləri  sona  çatdıqda  on  bir  cərgə  döyüşçü  ilə  birlikdə 
düşmənin  qarşısında  bayraq  qaldırdı.  Onun  qoşun  bilmələri  elə  tənzim 
olunmuşdu ki, bəziləri Iraqda, bəziləri isə Şamda yaşayan qəbilələrin üzvləri 
döyüşdə bir-birinin qarşısında qərarlaşırdılar. Ilk günlərdə döyüş çox yavaş 
gedirdi,  hələ  də  döyüşün  dayandırılması  və  barışıq  siyasəti  hər  iki  tərəfə 
ümid verirdi. Tərəflər günortaya qədər döyüşür, sonra döyüşü saxlayırdılar. 
Lakin sonralar döyüş şiddətləndikdə sübhdən gecəyə kimi, hətta gecənin bir 
vaxtına kimi davam edirdi.
1
 
DÖYÜŞÇÜLƏRIN HƏRƏKƏTI 
Səfər  ayının  birinci  günü  Imam  (ə)-ın  ordusundan  Malik  Əştər,  Şam 
ordusundan  isə  Həbib  ibni  Məsləmə  öz  əsgərləri  ilə  birlikdə  döyüş 
meydanına gəldilər, günün bir hissəsini vuruşdular. Hər iki tərəfdən ölənlər 
oldu. Sonra bir-birindən aralanıb öz düşərgələrinə qayıtdılar. 
Ikinci  gün  Imam  (ə)-ın  tərəfindən  Haşim  ibni  Ütbə  başda  olmaqla  bir 
dəstə süvari və piyada, Şam ordusu tərəfdən də Əbül-Əvər Səlmi elə həmin 
qaydada  meydana  daxil  oldular,  süvarilər  süvarilərlə,  piyadalar  da 
piyadalarla döyüşə başladılar. Üçüncü  gün  Imam (ə)-ın  tərəfindən  Əmmar, 
Müaviyə  tərəfdən  isə  Əmr  As  öz  qoşunu  ilə  meydana  girdilər  və  onların 
arasında şiddətli döyüş baş verdi. 
 Əmmar  Şam  qoşununun  qarşısında  dayanıb  uca  səslə  dedi:–Allahla, 
Peyğəmbərlə  ədavət  aparan,  müsəlmanlara  zülm  edən,  müşriklərə  kömək 
edən  bir  adamı  tanımaq  istəyirsinizmi?!  Allah  Öz  dinini  aşkar  edib 
Peyğəmbərinə kömək etmək istəyəndə belə bir şəxs dərhal  rəğbət  üzündən 
yox, qorxudan, özü də zahirdə islamı qəbul etdi. Peyğəmbər vəfat etdikdə o, 
müsəlmanların düşməni, günahkarların dostu oldu. Ey camaat, bilin və agah 
olun, dediyim bu şəxs elə Müaviyədir. Onu lənətləyin və onunla mübarizəyə 
qalxın.  O,  Allah  nurunu  söndürmək,  Allah  düşmənlərinə  kömək  etmək 
istəyir. 
Bu  vaxt  bir  nəfər  Əmmara  dedi  ki,  Rəsuli-Əkrəm  (s)  buyurub: 
"Camaatla,  islamı  qəbul  etdikləri  vaxta  qədər  vuruşun,  islamı  qəbul 
etdilərsə, onların qanı və mal-dövləti toxunulmazdır." 
Əmmar onun sözünü təsdiq edib dedi:–Əməvi hizbi elə ilk gündən islamı 
qəbul  etməmişdir;  onlar  islamı  zahirdə  qəbul  etmiş,  özlərinə  dost-tanış 
tapana kimi küfrlərini məxfi saxlamışlar.
2
 
Əmmar  bu  sözü  deyib  süvari  qoşunun  sərkərdəsinə  şamlıların 
süvarilərinə hücum etmək əmrini verdi. Hücum  əmri verildi, lakin şamlılar 
onların  qarşısında  müqavimət  göstərirdilər.  Sonra  piyadaların  sərkərdəsinə 
hücum əmri verdi. Imam (ə)-ın qoşunu ciddi bir yürüşlə düşmən qoşununu 
darmadağın  etdi,  Əmr  As  öz  yerini  dəyişdirməyə  məcbur  oldu.  Əmr  As 
Əmmarın işlətdiyi taktikaya keçdi. Əmmar əməvi hizbini və onun başçılarını 
                                              
1
  "Murucuz-zəhəb",  2-ci  cild,  səh.387-388;  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-
Hədid), 4-cü cild, səh.27; "Vəqətu-Siffeyn", səh.214-215 
2
 "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.7; "Vəqətu-Siffeyn", 
səh.215-216 


 
60 
kafir  adlandırmaqla  düşmənin  səflərini  həyəcana  gətirmişdi.  Bunun 
müqabilində  Əmr  As  da  nizənin  ucuna  qara  bir  parça  bağlayıb  yuxarı 
qaldırdı.  Bu  parçanı  nə  vaxtsa  Peyğəmbər  (s)  ona  vermişdi.  Gözlər  ona 
dikildi  və  söz-söhbət  başlandı.  Imam  (ə)  hər  hansı  bir  fitnənin  büruz 
etməsinin  qarşısını  almaq  üçün  dərhal  məsələni  öz  dostlarına 
aydınlaşdırmağa  başlayıb  dedi:  Bilirsinizmi  ki,  bu  bayrağın  sərgüzəşti 
nədir?!  Bir  gün  Peyğəmbər  (s)  bu  bayrağı  çölə  çıxatdı  və  üzünü  islam 
qoşununa tutub dedi:–Kim onu, içindəki şeylərlə birlikdə götürə bilər? 
Əmr  As  dedi:–"Onun  içində  nə  var?"  Peyğəmbər  (s)  buyurdu:–"Budur 
(onda  belə  yazılıb)  ki,  heç  bir  müsəlmanla  vuruşmasın  və  heç  bir  kafirə 
yaxınlaşmasın." Əmr As onu bu şərtlə götürdü, amma Allaha and olsun ki, 
müşriklərə  qoşulub  və  bu  gün  müsəlmanlarla  vuruşur.  Çərdəyi  yaran  və 
insanı  yaradan  Allaha  and  olsun,  bunlar  səmimi  qəlbdən  yox,  üzdə  iman 
gətirmişdilər, öz küfrlərini də gizlədirdilər. Küfrlərini aşkar etmək üçün dost 
tapdıqları zaman, öz ədavətlərini yenidən başladılar. Amma zahirdə namazı 
tərk etmədilər. 
Dördüncü  gün  Imam  (ə)-ın  tərəfindən  Məhəmməd  Hənəfiyyə,  Şam 
qoşunundan isə Übeydullah ibni Ömər bir dəstə ilə döyüşə girişdi. Şiddətli 
döyüş  başlandı.
1
  Übeydullah  Məhəmməd  Hənəfiyyəyə  xəbər  göndərdi  ki, 
gəl  təkbətək  vuruşaq.  Məhəmməd  irəli  çıxmaq  istədi,  lakin  Imam  (ə) 
hadisədən  xəbər  tutduqda  dərhal  atını  oğluna  tərəf  çapdı,  əmr  etdi  ki, 
dayansın.  Sonra  öz  atını  Übeydullaha  tərəf  sürdü  və  dedi:  Mən  səninlə 
vuruşacağam. Gəl qabağa! 
Übeydullah bu sözü eşidəndə bədəni lərzəyə düşdü və dedi:–Mən səninlə 
döyüşmək istəmirəm! 
Sonra  atını  döndərib  meydandan  uzaqlaşdı.  Bu  vaxt  hər  iki  tərəfin 
qoşunları bir-birindən aralanıb öz düşərgələrinə qayıtdılar. 
38-ci  ilin  səfər  ayının  beşində  bazar  günü  iraqlıların  sərkərdəsi  Ibni 
Abbas, şamlıların sərkərdəsi isə Vəlid ibni Ütbə olmaqla iki qoşun bölməsi 
döyüşə başladı. Ağır bir döyüşdən sonra günorta vaxtı döyüşü dayandırıb öz 
qərargahlarına  qayıtdılar.  Bu  vaxt  şamlıların  sərkərdəsi  Əbdül-Müttəlib 
övladlarını  nalayiq  sözlərlə  söyməyə  başladı.  Ibni  Abbas  onu  mübarizəyə 
çağırdı, lakin o qorxub meydanı tərk etdi. 
Şam ordusunun döyüşçüləri islam tarixi və həqiqətlər barədə kar, kor və 
ümumiyyətlə  xəbərsiz  idilər.  Əgər  belə  olmasaydı,  Quranın  aşkar  şəkildə 
fasiq adlandırdığı bir adam onlara rəhbərlik etməzdi. Belə ki, Qurani-Kərim 
Vəlidin  barəsində  buyurur:  "Əgər  fasiq  bir  adam  sizə  bir  xəbər  gətirsə 
(sözünü dərhal qəbul etməyin və) onun barəsində axtarış aparın."
2
 
Digər bir ayədə onun barəsində belə buyurulur: "Məgər mömin olan bir 
şəxs fasiq kimidirmi?! Heç vaxt bərabər deyildirlər." 
Bu  döyüşlərdə  bir  çoxları  öldürülür,  tərəflər  heç  bir  müsbət  nəticə  əldə 
etmədən  öz  yerlərinə  qayıdırdılar,  lakin  buna  baxmayaraq  Imam  (ə)-ın, 
                                              
1
 "Murucuz-zəhəb", 2-ci cild, səh.388 
2
 "Hucurat" surəsi, ayə:6 "Tarixi-Təbəri", 3-cü cild, səh.7; "Kamil" (Ibni Əsir), 3-
cü cild, səh.150; "Vəqətu-Siffeyn", səh.221-222; "Murucuz-zəhəb", səh.388 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə