On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə38/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   34   35   36   37   38   39   40   41   ...   81

 
75 
Ibni  Müzahim  isə  belə  yazır:  "Müaviyə  Xalidə  xəbər  göndərmişdi  ki, 
əgər  o,  bu  döyüşdə  qələbə  çalarsa,  Xorasanın  hakimiyyəti  onundur.  Xalid 
Müaviyəyə aldandı, lakin öz arzusuna çatmadı. Çünki Müaviyə hakimiyyətə 
gələndə onu bir hakim kimi Xorasana göndərdi, lakin o, Xorasana çatmamış 
yarı yolda həlak oldu."
1
 
Şam  ordusunun  əsgərləri  Übeydullah  ibni  Ömərlə  fəxr  edib  deyirdilər: 
"Pakizənin pakizə oğlu bizimlədir!" Iraqlılar isə Məhəmməd ibni Əbi Bəkrlə 
fəxr edib onu Təyyib (pakizə) ibni Təyyib adlandırırdılar.  
Hümeyr  və  Rəbirə  arasında  olan  şiddətli  döyüşlərdə  hər  iki  tərəf  çoxlu 
insan tələfatı verdi. Bu döyüşün ən az tələfatı bundan ibarət idi: Imam (ə)-ın 
qoşunundan  beş  yüz  nəfər  tam  yaraqlı  halda  meydana  daxil  oldu  və  Şam 
ordusundan da elə həmin sayda olan qoşunla qarşılaşdı. Onların arasında baş 
verən şiddətli  döyüşdən  sonra bir nəfər belə sağ  qayıtmadı və hamısı  qətlə 
yetirildi, orada cəsədlərdən ibarət bir "təpə" yaranmışdı. Bu təpəyə "Təllül-
cəmacim" (başlar təpəsi) adı vermişdilər. Bu döyüşdə Müaviyənin ən böyük 
arxası  sayılan  və  Hümeyr  qəbiləsini  onun  mühafizəsi  üçün  səfərbər  edən 
Zulkəla  Xəndəfin  əli  ilə  öldürüldü.  Bundan  sonra  Hümeyr  qəbiləsinin 
arasına qəribə bir çaxnaşma düşdü.
2
 
2-Übeydullah  ibni  Ömər  döyüşün  ən  qızğın  çağlarında  fitnə  və  ixtilaf 
yaratmaq  üçün  bir  nəfəri  həzrət  Müctəba  (ə)-ın  yanına  göndərib  onunla 
görüşmək istədiyini bildirdi. Həzrət Müctəba (ə) atasının icazəsi ilə onunla 
görüşdü. Söhbət əsasında Übeydullah həzrət Müctəba (ə)-a dedi:–Sənin atan 
həm  keçmişdə,  həm  də  hal-hazırda  Qüreyşin  qanını  axıdıb.  Sən  onun 
canişini  olmağa  hazırsanmı?  Bu  halda  səni  "müsəlmanların  xəlifəsi"  kimi 
təqdim edərik! 
Həzrət  Müctəba (ə) qəzəblənib onun təklifini rədd etdi və imamət  elmi 
vasitəsi ilə onun müsibətli aqibətindən xəbər verib dedi:–Səni bu gün-sabah 
öldürülmüş halda görürəm. Agah ol ki, şeytan sənin çirkin işlərini nəzərində 
gözəl cilvələndirmişdir." 
Ravi  yazır:  "Übeydullah  o  gün,  yaxud  onun  sabahı  yaşıl  geyimli  dörd 
min  nəfərlik  bir  qoşunla  meydana  çıxdı  və  elə  həmin  gün  Həmdan 
qəbiləsindən olan Hani ibni Xəttabın əli ilə cəhənnəmə vasil edildi."
3
 
3-Müaviyə fəsahətli və gözəl danışığı olan qardaşı Ütbə ibni Əbi Süfyanı 
çağırıb dedi:–Əşəs ibni Qeyslə görüş və onu sazişə dəvət et." O, Imam (ə)-ın 
qoşununa  yaxınlaşıb  uca  səslə  Əşəsi  çağırdı.  Əşəsə  xəbər  verdilər  ki, 
Müaviyənin  qoşunundan  bir  nəfər  onunla  görüşmək  istəyir.  Əşəs  dedi  ki, 
adını soruşun. Ona "Əbu Süfyanın oğludur" - deyə xəbər verdilər, o dedi:–
"O, əyyaş və əhli-kef bir cavandır. Onunla görüşmək lazımdır." 
Danışıqlarda  Ütbə  Əşəsə  dedi:–Əgər  Müaviyə  Əlidən  savayı,  başqa  bir 
adamla  görüşmək  istəsəydi  səninlə  görüşərdi.  Çünki  sən  iraqlıların  başçısı, 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.306 
2
  "Vəqətü  Siffeyn",  səh.297;  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild, 
səh.233 
3
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.233;  "Vəqətu-Siffeyn", 
səh.297 


 
76 
yəmənlilərin böyüyüsən. Sən Osmanın kürəkəni və onun təyin etdiyi hakim 
idin,  özünü  Əlinin  başqa  sərkərdələri  ilə  müqayisə  etmə!  Əştər  Osmanı 
öldürmüş,  Ədi  ibni  Hatəm  də  onu  qətlə  yetirmək  üçün  camaatı  təhrik 
etmişdir.  Səid  ibni  Qeys  həmin  adamdır  ki,  Əli  onun  diyəsini  boynuna 
almışdı. Şüreyh və Zəhr ibni Qeys həvayi-nəfsdən başqa bir şey tanımırlar. 
Sən  duz-çörək  haqqını  tanıyan  bir  adam  kimi  iraqlıları  müdafiə  etdin, 
təəssüb  üzündən şamlılarla mübarizəyə qalxdın.  Allaha and olsun, işimizin 
hara gəlib çıxdığını özün yaxşı bilirsən. Demirəm Əlidən ayrılıb Müaviyəyə 
kömək et. Biz, hər ikimizin xeyrinə olacağı halda səni orada qalmağa dəvət 
edirik." 
Ravi  iddia  edir  ki,  Əşəs  gizlində  Müaviyə  ilə  əlaqə  yaratmışdı  və 
müharibənin  müvazinətini  Müaviyənin  xeyrinə  dəyişmək  üçün  fürsət 
gözləyirdi. O cavab verərkən əvvəldə Əli (ə)-ı təriflədi və Ütbənin sözlərini 
bircə-bircə  rədd  etdi,  lakin  axırda  müharibəni  dayandırmaq  üçün  öz 
razılığını  işarə  ilə  bildirdi  və  dedi:–"Sizin  sağ  qalıb  yaşamağa  olan 
ehtiyacınız  bizimkindən  çox  deyildir.  Mən  bu  iş  barəsində  fikirləşirəm  və 
inşallah, öz fikrimi bildirəcəyəm." 
Ütbə  geri  qayıdıb  hadisəni  Müaviyəyə  xəbər  verdi.  Müaviyə  sevinərək 
dedi:–"O, sülh üçün öz razılığını bildirmişdir!"
1
 
4-Müaviyə  Əmr  Asa  dedi:–Əlidən  sonra  adlı-sanlı  adam  Ibni  Abbasdır. 
Əgər  o  bir  söz  desə,  Əli  onunla  müxalifət  etməz.  Tez  ol,  bir  çarə  fikirləş. 
Müharibə  bizim  amanımızı  kəsdi!  Biz  yalnız  şamlılar  tamamilə  qırılıb 
qurtarandan  sonra  Iraqa  çata  bilərik!"  Əmr  As  dedi:–"Ibni  Abbas  heç  vaxt 
aldanmaz. Əgər onu aldatmaq mümkün olsaydı, Əlini də aldatmaq mümkün 
olardı." 
Müaviyənin israrından sonra o, Ibni Abbasa bir məktub yazdı, məktubun 
axırında  onun  barəsində  bir  şer  də  qoşdu.  Əmr  As  məktubla  yazdığı  şeri 
Müaviyəyə göstərəndə o dedi:–"Sənin məktubun bu gözəl şerlə əsla uyğun 
deyil." 
Fırıldaqçı  və  hiyləgər  qoca–Əmr  As  bu  məktubda  və  şerdə  Abbası  və 
onun  övladlarını  tərifləmiş,  Maliki  məzəmmət  etmiş,  axırda  da  ona  yağlı 
vədə verərək demişdi ki, əgər müharibə sona çatsa, Ibni Abbas şuranın üzvü 
olacaq, bu şura vasitəsilə də əmir təyin olunacaqdır. 
Məktub  Ibni  Abbasa  çatanda  onu  Imam  (ə)-a  göstərdi,  həzrət  buyurdu: 
"Allah  Əmr  Ası  öldürsün!  Necə  də  aldadıcı  bir  məktubdur!  Tez  ol,  bunun 
cavabını yaz, şerin də cavabını bacarıqlı şair olan qardaşın yazsın." 
Ibni Abbas cavabda belə yazdı: "Mən ərəblər arasında sənin kimi həyasız 
bir  adam  görməmişəm!  Öz  dinini  çox  ucuz  bir  qiymətə  satdın.  Sən 
günahkarlar kimi dünyanı böyük sayır, riyakarcasına zahidlik edirsən. Əgər 
Allahı razı etmək istəyirsənsə, onda əvvəlcə Misir sevdasını başından çıxart 
və  öz  evinə  qayıt...  Nə  Əli  Müaviyə  ilə  bərabərdir,  nə  də  Iraq  əhalisi  də 
şamlılarla. Mən Allahı istəyirəm, sən isə Misrə hakim olmağı." 
Sonra isə öz qardaşı Fəzlin Əmr Asın yazdığı şer vəznində qoşduğu bir 
şeri məktubun axırında yazıb Imam (ə)-a göstərdi. Imam (ə) buyurdu: "Əgər 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.408  


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə