On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə27/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   23   24   25   26   27   28   29   30   ...   81

 
53 
əvəzini çıxarıq. Sonra Malik Əştərin də iştirak etdiyi  şiddətli  bir döyüşdən 
sonra Müaviyənin qoşununu işğal olunmuş məntəqədən üç ağaclıq məsafəyə 
qədər qovdular və bu yolla da məğlubiyyətlərinə səbəb olan müxalifətlərinin 
bir  növ  əvəzini  çıxdılar.  Cəbhənin  vəziyyəti  yenidən  Imam  (ə)-ın  xeyrinə 
olaraq  dəyişdi,  Fəratdan  su  götürmək  imkanı  islam  qoşununun  ixtiyarına 
keçdi.  Amma  bu  vaxt  Imam  (ə)  öz  kəramət  və  alicənablığını  göstərdi  və 
dərhal Müaviyəyə belə bir xəbər göndərdi: "Biz heç vaxt əvəz-əvəz etmirik. 
Suya tərəf gəlin, biz də, siz də bu ilahi nemət önündə bərabərik." 
Sonra öz qoşununa üz tutub dedi:–Bizim məqsədimiz suyu ələ keçirmək 
deyildir, məqsəd bundan da yüksəkdir.
1
 
36-cı  ilin  Rəcəb  ayından  Zil-həccə  ayına  qədər  ara-sıra  müharibələr  və 
pərakəndə  hücumlar  davam  etdi.  Döyüşən  tərəflər  ordunun  dağılmasına 
səbəb  olacaq  çoxlu  insan  tələfatı  verməkdən  çəkinirdilər.  Lakin  Zil-həccə 
ayında müharibə odu daha da qızışdı. Imam (ə) bu ayda öz sərkərdələrindən 
Əştəri,  Hücr  ibni  Ədini,  Şibs  Təmimini,  Xalid  Dusini,  Ziyad  ibni  Nəzri, 
Ziyad  ibni  Cəfəri,  Səid  Həmdanini,  Müəqqəl  ibni  Qeysi,  Qeys  ibni  Sədi 
onların ixtiyarında olan əsgərlərlə birlikdə döyüş meydanına göndərdi.
2
 
Sərkərdələr  içərisində  Əştər  hamıdan  çox  rəşadət  göstərirdi.  Bəzən  bir 
gün  ərzində  iki  dəfə  hücum  baş  verir,  hər  iki  tərəfdən  öldürülənlər  olurdu. 
37-ci  ilin  Məhərrəm  ayının  əvvəllərində  hər  iki  tərəf  Məhərrəmül-həram 
ayına  ehtiram  olaraq  müharibəni  dayandırmaqla  əlaqədar  razılığa  gəldilər. 
Nəhayət, nümayəndə göndərməklə müzakirələr başlandı.
3
 
OTUZ YEDDINCI HICRI ILININ HADISƏLƏRI 
Otuz  yeddinci  ilin  məhərrəm  ayı  peyğam  və  nümayəndə  göndərmə  ayı 
idi.  Imam  (ə)  bu  ayda  Ədi  ibni  Hatəm,  Şibs  ibni  Ribi,  Yəzid  ibni  Qeys, 
Ziyad  ibni  Həfs  kimi  böyük  şəxsiyyətləri  Müaviyənin  yanına  göndərdi  ki, 
bəlkə  bu  imkandan  istifadə  edərək  müharibəyə  son  qoya  bilsin.  Onlar 
Müaviyə  ilə  belə  söhbət  apardılar:  Ədi  ibni  Hatəm  dedi:–Səni  elə  bir  şeyə 
dəvət  etmək  istəyirik  ki,  onun  sayəsində  Allah-təala  bizim  ümmətə  birlik 
bəxş edər, müsəlmanların qanını hifz edər. Biz səni insanların ən fəzilətlisi, 
ən yaxşısı və əməli saleh olan şəxsinə tərəf çağırırıq. Camaat onun ətrafına 
yığışmış,  Allah  da  onları  hidayət  etmişdir.  Səndən  və  səninlə  olanlardan 
başqa heç kim ona beyət etməkdən imtina etməmişdir. Səndən istəyirik ki, 
Cəməl  əshabının  başına  gələnlər  sənin  başına  gəlməmiş  bu  itaətsizliyə  son 
qoyasan! 
Müaviyə:–Deyəsən,  sülh  üçün  yox,  məni  hədələmək  üçün  gəlmisən! 
Istədiyin  şey  çox-çox  uzaqdır.  Mən  Hərbin  oğluyam  və  heç  vaxt  boş 
tuluqların səsindən qorxmuram. (Ərəblər dəvələri qovmaq üçün boş tuluqları 
dınqıldadardılar.)  Allaha  and  olsun,  sən  camaatı  Osmanı  qətlə  yetirməyə 
təşviq edənlərdənsən, özün də onun qatillərindənsən. Yox! Ey Ədi, mən onu 
öz güclü qollarımla tutmuşam! 
                                              
1
 "Vəqətu-Siffeyn", səh.195 
2
 "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.146; "Tarixi-Təbəri", 3-cü cild, səh.243 
3
 "Vəqətu-Siffeyn", səh.195 


 
54 
Şibs  ibni  Ribi  və  Ziyad  ibni  Həfsə  dedilər:–Biz  sülh  yaratmaq  üçün 
gəlmişik, sən isə bizim üçün məsəl çəkirsən. Lazımsız sözlərdən keç. Elə bir 
şey de ki, həm sənə, həm də bizə faydası olsun. 
Yəzid ibni Qeys dedi:–Biz peyğam çatdırmaq və bir xəbər aparmaq üçün 
gəlmişik.  Birliyə  səbəb  ola  biləcək  məsələləri  söyləməkdən,  öyüd-nəsihət 
verməkdən,  dəlil-sübut  deməkdən  əsla  çəkinmərik.  Sən  bizim  imamımızı 
tanıyırsan. Müsəlmanlar da onun fəzilətini bilirlər. Bu iş heç sənin üçün də 
gizli  deyildir.  Dindar  və  fəzilətli  şəxslər  heç  vaxt  səni  Əliyə  tay-bərabər 
hesab etməzlər. Allahdan qorx və Əli ilə müxalifət etmə! And olsun Allaha, 
Əlidən  daha  təqvalı,  zöhdlü  və  bütün  fəzilətlərə  malik  olan  bir  kəs 
tanımıram! 
Müaviyə  dedi:–Siz  məni  iki  şeyə  dəvət  etdiniz:  Əliyə  itaət  etmək  və 
birliyi  qorumaq.  Ikincini  qəbul  edirəm,  lakin  Əliyə  itaət  etməyi  heç  vaxt 
qəbul  etmərəm.  Sizin  rəhbəriniz  bizim  xəlifəni  öldürmüş,  ümmətdə  ixtilaf 
yaratmış  və  xəlifənin  qatillərinə  azadlıq  vermişdir.  Əgər  o,  xəlifəni 
öldürmədiyini  fikirləşirsə,  biz  də  onun  bu  fikrini  rədd  etmirik.  Lakin 
xəlifənin  qatillərinin  onun  dostlarından  olmasını  inkar  etmək  olarmı?!  O, 
qatilləri bizə qaytarsın ki, qisas alaq. Bundan sonra sizin dediyiniz itaət  və 
birliyə müsbət cavab verərik.
1
 
MÜAVIYƏNIN CAVABININ TƏHLILI 
Müaviyə dəlil gətirərkən vahid bir mövqe seçmir, hər dəfə şəraitə uyğun 
şəkildə  danışırdı.  Bəzən  Imam  (ə)-ın  qatil  olmasına  israr  edirdi.  Amma  bu 
dəfəki danışıqlarda Osmanın qətlində o həzrətin şərik olmadığını qəbul etdi. 
Lakin Imam (ə)-ın xəlifənin qatillərini ona təhvil verməsinə dair israr edirdi. 
Halbuki  onun  belə  bir  məsələni  (intiqam  almağı)  irəli  çəkməyə  heç  bir 
səlahiyyəti  yox  idi.  Çünki  o  nə  xəlifənin  varisi  idi,  nə  də  müsəlmanların 
hakimi.  "Qatillər  təhvil  verilməlidir"  deyə  təkid  etməkdə  məqsədi  yalnız 
Imam (ə)-ın ordusunda ikitirəlik yaratmaq idi. O bilirdi ki, xəlifənin zülmkar 
məmurlarının  əlindən  cana  gələn  və  xəlifənin  qətlindən  sonra  Əli  (ə)-la 
beyət  edən  Iraq,  Misir  və  Hicaz  inqilabçıları  elə  xəlifənin  qatilləridir.  Bu 
böyük  qrupu  tutub  təhvil  vermək  qeyri-mümkün  bir  iş  olmaqla  yanaşı, 
dövlətin süqut etməsindən, qiyamların baş qaldırmasından başqa bir nəticəsi 
də  olmayacaqdı.  Müaviyə  bu  müzakirələrdə  xəlifənin  qatillərinin  təhvil 
verilməsini  özünün  mərkəzi  hökumətə  tabe  olması  üçün  kafi  hesab  edirdi. 
Halbuki  öz  sözlərinin  birində  israr  edirdi  ki,  hakimiyyət  məsələsi  hökmən 
müxtəlif məntəqələrdə yaşayan ənsar və mühacirdən təşkil olunan şura yolu 
ilə  həll  edilməlidir.  Bu  cür  ziddiyyətli  sözlər  onun  hər  bir  şəraitə  uyğun 
olaraq öz fikrini dəyişməsinə aşkar dəlildir. 
Indi  isə  Müaviyənin  Əli  (ə)-ın  nümayəndələri  ilə  apardığı  müzakirənin 
davamını qeyd edirik. Şibs ibni Ribi dedi:–Ey Müaviyə, səni and verirəm bir 
olan  Allaha,  əgər  Əmmar  Yasiri  sənə  versələr,  onu  öldürərsənmi?  Halbuki 
Peyğəmbər (s) Əmmarın barəsində "Onu ən zülmkar qövm öldürəcəkdir"  - 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  -ci  cild,  səh.21-22;  "Vəqətu-
Siffeyn", səh.196; "Tarixi-Təbəri", -cı cild, səh.2-3 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə