On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə33/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   29   30   31   32   33   34   35   36   ...   81

 
65 
Hücumdan  əvvəl  Imam  (ə)-ın  etdiyi  duanın  bir  hissəsi  belə  idi:  "Ilahi, 
əgər  bizi  Öz  düşməninə  qalib  etsən,  bizi  zülm  etməkdən  saxla  və 
qədəmlərimizi haqq üçün möhkəmlət. Əgər onlar bizə qələbə çalsalar, bizə 
şəhadət nəsib et, dostlarımdan sağ qalanları isə fitnələrdən saxla!
1
 
IMAM  (Ə)-IN  QOŞUNUNDAKI  SƏRKƏRDƏLƏRIN 
ALOVLU ÇIXIŞLARI 
Hər  bir  ordunun  böyük  şəxsiyyətlərinin  və  qoşun  başçılarının  çıxışları 
böyük  bir  təbliğat  sayılır.  Çox  hallarda  kiçik  bir  xitab  böyük  bir  ordunu 
həyəcana  gətirir  və  qələbəyə  zəminə  yaradır.  Buna  görə  də  səfər  ayının 
doqquzunda,  cümə  axşamı  günü  Imam  (ə)-ın  qoşunundakı  böyük 
şəxsiyyətlər  çıxış  etməyə  başladılar.  Imam  (ə)-ın  özündən  əlavə,  Əbdüllah 
ibni  Bədil,  Səid  ibni  Qeys  və  Malik  Əştər  çıxış  edərək  hər  biri  xas  bir 
məntiqlə  qoşunu  düşmənlərə  qarşı  yürüşə  təşviq  etdilər.
2
  Bu  müddətdə 
müəyyən hadisələr də baş verdi ki, onların bəzilərini qeyd edirik: 
1-KIM BU QURANI ƏLINƏ ALAR?! 
Əli  (ə)  döyüşü  başlamazdan  əvvəl  höccəti  tamam  etmək  üçün  öz 
əsgərlərinə dedi:–Kim bu Quranı əlində tutub şamlıları ona dəvət edə bilər? 
Bu vaxt Səid adlı bir cavan ayağa qalxıb öz hazırlığını bildirdi. Imam (ə) 
öz sözünü bir daha təkrar etdi. Yenə də həmin oğlan yerindən qalxıb dedi ki, 
mən  hazıram.  Əli  (ə)  Quranı  ona  verdi  və  o,  Müaviyənin  qoşununa  tərəf 
yollandı.  Qoşunun qarşısında dayanıb  onları  Allahın Kitabına əməl etməyə 
çağırdı, lakin çox keçmədən düşmən tərəfindən şəhid edildi.
3
 
2-IKI HÜCRÜN MÜHARIBƏSI 
Hücr  ibni  Ədi  Kindi  Peyğəmbərin  hüzuruna  gəlib  islamı  qəbul  etmiş, 
sonralar da Əli (ə)-ın səmimi dostları və müdafiəçilərindən biri olmuşdu. O, 
Imam  (ə)-ın  bir  neçə  sadiq  dostu  ilə  birlikdə  Müaviyənin  cəlladları 
tərəfindən  "Mərcü-Əzra"  adlı  yerdə  (Şamın  təqribən  iyirmi  kilometrliyində 
yerləşir)  qətlə  yetirildi.  Tarixdə  o,  "Hücrül-xeyr",  amma  onun  əmisi  Hücr 
ibni Yəzid "Hücrüş-şərr" adı ilə tanınır.  
Təsadüfən  belə  bir  gündə  yaxın  qohum  olmalarına  baxmayaraq,  bu  iki 
Hücr  bir-biri  ilə  qarşılaşdılar.  Əvvəlcə  Hücrüş-Şərr  onu  mübarizəyə  dəvət 
etdi. Onlar nizə ilə döyüşən zaman Müaviyənin qoşunundan Xüzeymə adlı 
bir  nəfər  Hücr  ibni  Yəzidin  köməyinə  gəldi  və  Hücr  ibni  Ədini  nizə  ilə 
vurdu.  Bu  vaxt  Hücrün  dostları  Xüzeyməyə  hücum  edib  onu  öldürdülər, 
                                              
1
 "Vəqətü Siffeyn", səh.232 
2
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.186;  "Vəqətu-Siffeyn", 
səh.234; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 5-ci cild, səh.188 
3
  "Şərhi-Nəhcül-bəlağə"  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.196;  "Vəqətu-Siffeyn", 
səh.144  


 
66 
lakin Hücr ibni Yəzid qaçıb canını qurtardı.
1
  
3-ƏBDÜLLAH  IBNI  BƏDILIN  ŞAM  ORDUSUNUN  SOL 
CINAHINA HÜCUMU 
Peyğəmbər  (s)-in  yaxın  səhabələrindən  olan  Əbdüllah  ibni  Bədil  Xəzai 
Imam  (ə)-ın  ordusunda  adlı-sanlı  sərkərdələrdən  idi.  O,  nəfsin  saflığında, 
inqilabi ruhiyyədə və şücaətdə (Malik Əştərdən sonra) dillər əzbəri idi. Sağ 
cinahın rəhbərliyi ona, sol cinahınkı isə Əbdüllah Ibni Abbasa tapşırılmışdı. 
Iraqlı  qarilər  Əmmar  Yasirin,  Qeys  ibni  Sədin  və  Əbdüllah  ibni  Bədilin 
ətrafına toplaşmışdı.
2
 
Əbdüllah  hücuma  keçməzdən  qabaq  öz  silahdaşlarına  dedi:–Müaviyə 
özünün  layiq  olmadığı  bir  məqamı  iddia  edir;  o  həmin  məqamın  həqiqi 
sahibləri ilə mübarizəyə qalxmış, batil bir məntiqlə haqla döyüşə gəlmişdir. 
O,  çöl  ərəbləri  və  müxtəlif  hizblərlə  (dəstələrlə)  birlikdə  hücuma  keçmiş, 
azğınlıq və zəlaləti onlar üçün gözəl cilvələndirmişdir. Allaha and olsun! Siz 
Allah tərəfindən olan bir nurun və aydın dəlilin sayəsindəsiniz. Tüğyançılar 
və  zülmkarlarla  mübarizə  edin,  onlardan  qorxmayın.  Sizin  əlinizdə  Allah 
tərəfindən  olan  bir  Kitab  ola-ola  onlardan  necə  qorxa  bilərsiniz?!  Halbuki 
(bu  Kitab)  aydın  və  qəbul  edilmiş  bir  Kitabdır.  Siz  Peyğəmbərlə  birlikdə 
olanda da onlarla vuruşmusunuz. Allaha and olsun, onlar indi də elə o vaxtkı 
kimidirlər.  Ayağa  qalxın  və  Allah  düşmənləri  və  öz  düşmənlərinizlə 
döyüşmək üçün hərəkət edin!
3
 
O,  sol  cinahın  rəhbərliyini  öhdəsinə  alaraq,  iki  zirehli  paltar  geydi,  hər 
əlinə  bir  qılınc  götürdü  və  hücuma  başladı.  Elə  ilk  hücumda  Müaviyənin 
qoşununu  yolun  üstündən  qovub  çıxartdı  və  Şam  ordusunun  sol  cinahının 
sərkərdəsi  olan  Həbib  ibni  Məsləməni  məğlub  etdi.  O  çalışırdı  ki,  özünü 
Müaviyənin  çadırına  yetirsin  və  fəsadın  kökünü  kəssin.  Müaviyə  ilə, 
ölüncəyə qədər onu müdafiə etmək barədə əhd-peyman bağlayan keşikçilər 
"beş  divar"  şəklində  onu  əhatə  etmişdilər.  Bu  da  Əbdüllahın  irəliləməsinə 
mane  olurdu.  Lakin  bu  "divarlar"  çox  da  çətinlik  törətmədən  bir-birinin 
ardınca  süqut  etdilər.  Əbdüllah  güclü  hücuma  keçməsinə  baxmayaraq 
Müaviyənin  xeyməsinə  çatmamış  vurulub  şəhid  edildi.  Təbəri  öz  tarixində 
bu hadisəni Ibni Müzahimin "Vəqətü-Siffeyn" kitabında
4
 yazdığına nisbətən 
daha aşkar şəkildə yazmışdır. O, belə yazır: 
Əbdüllah  düşmən  ordusunun  sol  cinahına,  Malik  Əştər  də  sağ  cinahına 
hücum  edirdi.  Malik  zirehli  paltarda  itmişdi.  Əlindəki  Yəmən  qılıncını 
endirəndə,  sanki  ondan  su  tökülür,  qaldıranda  da  parıltısı  gözləri 
qamaşdırırdı. O, sağ cinahı darma-dağın etdi və Əbdüllah ibni Bədilin sayı 
üç  yüz  nəfərdən  çox  olmayan  Quran  hafizləri  ilə  çatdığı  bir  nöqtəyə  çatdı, 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  5-ci  cild,  səh.195-196;  "Vəqətü 
Siffeyn", səh.342 
2
 "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.151 
3
 "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.151; "Tarixi-Təbəri", 3-cü cild, səh.9; "Vəqətu-
Siffeyn", səh.234 
4
 "Vəqətu-Siffeyn", səh.248 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə