On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə17/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

 
33 
olmağınızı  istəmirəm,  söyüş  söyməyin  və  bezarlıq  elan  etməyin.  Əgər  bu 
işin  yerinə  onların  pis  əməllərini  açıb  desəniz,  daha  təsirli  və  daha  yaxşı 
olar. Lənətləmək və bezarlıq elan etmək yerinə onlara dua edib belə deyin: 
"Ilahi,  bizim  də,  onların  da  qanını  qoru,  bizimlə  onların  arasında  sülh 
bərqərar  et.  Onları  bu  zəlalətdən  düz  yola  hidayət  et  ki,  bizim  haqqımızı 
tanımayanlar haqqımızı tanısın." Belə desəniz, mənim üçün daha xoş, sizin 
üçün daha yaxşı olacaq.
1
 
Onlar Imam (ə)-ın nəsihətini qəbul etdilər. Əmr ibni Həmiq Imam (ə)-a 
qarşı  olan  məhəbbətinin  səbəbini  belə  izah  etdi:  Mən  səninlə  qohum 
olduğuma  görə,  yaxud  mal-dövlətə  və  vəzifəyə  olan  tamah  üzündən  beyət 
etməmişəm. Mən sənə ona görə beyət etişəm ki, səndə beş gözəl sifət vardır 
və  bunlar  sənin  məhəbbətini  mənim  qəlbimə  salmışdır:  Sən  Peyğəmbərin 
əmioğlusu, ona iman gətirən ilk şəxs, bu ümmətin ən fəzilətli qadınının əri, 
Allah  Rəsulunun  sülaləsinin  atasısan  və  cihadda  mühacirlər  içərisində  ən 
böyük  pay  səninkidir.  Allaha  and  olsun,  əgər  nə  vaxtsa  sənin  dostlarına 
kömək,  düşmənlərini  məhv  etmək  üçün  uca  dağları  yerindən  qoparmaq, 
tufanlı dənizlərin suyunu çəkib kənara tökmək mənə əmr olunsa və mən bu 
işləri  görsəm,  yenə  də  sənin  mənim  üzərimdə  olan  haqqını  əda  edə 
bilmərəm. 
Əmirəl-möminin  Əli  (ə)  onun  ixlas  və  sədaqətini  gördükdə  onun 
barəsində  belə  dua  etdi:  "Ilahi,  onun  qəlbini  nurla  doldur,  onu  düz  yola 
hidayət et; kaş mənim qoşunumda sənin kimi yüz nəfər olaydı."
2
 
IMAM (Ə)-IN SON QƏRARI 
Imam  (ə)  müxalif  və  müvafiq  sözləri  eşidəndən  sonra  "və  iza  əzəmtə 
fətəvəkkəl  ələllah"  (qəti  qərara  gəldikdə  Allaha  təvəkkül  et)  ayəsinin 
hökmünə görə şəxsən qərar çıxarmağı qərara aldı. Hər şeydən əvvəl əmr etdi 
ki,  hakimlərin  yanında  olan  əlavə  ehtiyatları  və  sərvəti  yığsınlar,  ordunun 
təşkil  olunub,  Şama  tərəf  hərəkət  etməsi  üçün  lazım  olan  şeyləri  tədarük 
görsünlər. 
ILAHI CIHADDA ÜÇ ƏSAS ÜSUL 
Müharibədə  və  ya  Quranın  ifadəsi  ilə  desək,  "cihad"  və  "qital"da 
müəyyən müqəddimə işlərinin görülməsi lazımdır. Onlar əsas etibarı ilə üç 
şeydən ibarətdir: 
1- Hərbi (canlı) qüvvə, bacarıqlı və şücaətli əsgərlər; 
2- Layiqli sərkərdələr
3- Kifayət qədər büdcə. 
Camaatın  vaxtaşırı  dəvət  olunması  və  Iraqda  məskunlaşan  qəbilələrin 
çoxunun müsbət cavab verməsi cihadın üç əslindən birincisini təmin etdi. Bu 
baxımdan Imam (ə)-ın heç bir nigarançılığı yox idi. Mövcud olan ruhiyyəni 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  197-ci  xütbə;  "Vəqətu-Siffeyn", 
səh.103; "Əxbaruttival", səh.115; "Təzkirətul-xəvass" (Ibni Cövzi), səh.154. 
2
 "Vəqətu-Siffeyn", səh.103-104 


 
34 
və  döyüş  hazırlığını  qoruyub  saxlamaq  üçün  tanınmış  şəxsiyyətlər,  o 
cümlədən  Həsən  Müctəba  (ə),  Hüseyn  (ə)  və  Imam  (ə)-ın  vəfalı 
səhabələrindən olan Əmmar Yasir müxtəlif vaxtlarda çıxış edirdilər. 
Ikinci  məsələni  təmin  etmək  üçün  layiqli  adamlara  məktub  yazıldı  və 
onlar müharibəyə çağırıldı. Bu cür şəxsiyyətlərin orduda olması Imam (ə)-ın 
ordusuna  xas  bir  mənəviyyət  və  cazibədarlıq  bəxş  edərək  cihadın  mənəvi 
dəyər  və  etibarını  yüksəltməkdən  əlavə,  ordunun  döyüş  qabiliyyətini  də 
artırırdı.  Bu  məsələ  ilə  əlaqədar  Imam  (ə)-ın  Isfahanın  valisi  Müxnəf  ibni 
Səlimə yazdığı məktubun tərcüməsini qeyd etməklə kifayətlənirik: 
"Salam. Tək, yeganə olan Allaha həmd olsun! Haqdan çıxan, batini-
mənəvi korluğa və azğınlığa düçar olanlarla cihad etmək ariflər üçün bir 
fərizədir  (vacib  əməldir).  Allah,  Onu  razı  edənlərdən  razı,  Onunla 
müxalifətçilik  edənlərə  isə  qəzəblidir.  Biz  qərara  almışıq  ki,  Allah 
bəndələrinə qarşı Onun əmr etmədiyi şəkildə rəftar edən, müsəlmanların 
betül-malını  öz  şəxsi  mülkünə  qatıb  haqqı  öldürən,  fəsadı  aşkar  edən  və 
Allahın  itaətindən  çıxanları  özlərinə  sirdaş  seçənlərə  sarı  hərəkət  edək. 
Əgər  Allah  dostlarından  biri  onların  işlərini  bidət  hesab  edərsə,  onu 
düşmən sayıb ev-eşiyindən didərgin salır, beytül-maldan məhrum edirlər; 
və əgər bir zülmkar onların etdiyi sitəmlərə kömək etsə, onunla dost olar, 
özlərinə  tərəf  çəkər  və  ona  kömək  edərlər.  Onlar  zülm  etməkdə  israr 
edərək  (şəriətlə)  müxalifət  etməyi  qərara  alıblar.  Onlar  çoxdan  bəri 
camaatı  haqq  yoldan  saxlayır,  günah  və  zülmün  yayılmasına  kömək 
edirlər.  Mənim  məktubum  sənə  çatan  kimi  öz  işlərini  ən  etimadlı  bir 
adama tapşır və bizə tərəf tələs, bəlkə bu hiyləgər düşmənlərlə qarşılaşıb 
onları  yaxşılıqlara  əmr  edə  və  pisliklərdən  çəkindirəsən.  Bizim  cihad 
mükafatına nail olmaq üçün sənə ehtiycımız var."
1
 
Imam  (ə)-ın  məktubu  öz  katibi  Əbdüllah  ibni  Əbu-Rafenin  xətti  ilə 
yazıldı.  Məktub  Isfahanın  valisinə  çatdıqda,  o  dərhal  bu  əyalətin  işlərini 
Harisə,  Həmdanın  işlərini  isə  (o  vaxt  Həmdan  siyasi-coğrafi  cəhətdən 
Isfahana  tabe  idi)  özünün  yaxın  adamlarından  olan  Səid  ibni  Vəhəbə 
tapşırdı.  Sonra  isə  Imam  (ə)-a  sarı  yola  düşdü.  Imam  (ə)-ın  "Bizim  cihad 
mükafatına  nail  olmaq  üçün  sənə  ehtiycımız  var"  -  deyə  buyurduğu  kimi 
Müxnəf ibni Səlim həmin müharibədə şəhadət feyzinə nail oldu. 
Imam (ə) 37-ci ilin Zil-qədə ayında Ibni Abbasa da bir məktub yazdı və 
beytül-malın  qalanını  ondan  tələb  etdi,  sonra  xatırlatdı  ki,  əvvəlcə  onun  öz 
ətrafında  olanları  (maddi  cəhətdən)  təmin  etsin,  qalanını  isə  Kufəyə 
göndərsin. 
QOŞUNUN RUHIYYƏSININ GÜCLƏNDIRILMƏSI 
Imam (ə)-ın hərbi qüvvə cəhətindən nigarançılığı yox idi. Çünki, islami 
məntəqələrin  böyük  bir  hissəsi  onun  ixtiyarında  idi.  Amma  bununla  eyni 
zamanda  casuslar  və  sadəlövh  adamlar  məyusluq,  nigarançılıq  yaratmaqla 
əsgərlərin ruhiyyəsini sarsıtmaq istəyirdilər. Buna görə də əvvəlcə Imam (ə), 
                                              
1
  "Şərhi  Nəhcül-bəlağə  (Ibni  Əbil-Hədid),  3-cü  cild,  səh.182-183;  "Vəqətu-
Siffeyn", səh.102-104 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə