On iKİNCİ FƏSİl siffeyn müharibəsinin səBƏBLƏri imam (Ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə13/81
tarix30.10.2018
ölçüsü1,37 Mb.
#76401
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

 
25 
əhli  olanlar  Şam  əhalisini  idarə  edirdi.  Lakin  Imam  (ə)-ın  şəxsiyyəti  elə 
böyük və əzəmətli idi ki, hətta düşmən də onu inkar edə bilmirdi. 
Imam (ə)-ın ədalətindən qaçan Übeydullah Müaviyəyə dedi:–Əlini söyüb 
ona nalayiq söz deməyə mənim qüdrətim çatmaz. O, Əsəd ibni Haşimin qızı 
olan Fatimənin oğludur. Onun əsil-nəsəbi barəsində nə deyirsən?! Onun ruhi 
və cismi qüdrətini göstərməkdə bunu demək kifayətdir ki, o, islam yolunda 
sarsılmaz bir igiddir. Mən yalnız Osmanın qətlini onun boynuna ata bilərəm. 
Əmr  As  yerindən  qalxıb  dedi:–Allaha  and  olsun!  Əgər  sən  bunu 
minbərdə  desən,  camaat  öz  qəlblərində  gizlətdikləri  kin-küdurəti  aşkar 
edəcəklər! 
Übeydullah minbərə tərəf getdikdən sonra Müaviyə Əmr Asa dedi:–Əgər 
o Hürmüzanı öldürməsəydi, Əlinin qisas alacağından qorxmaz və bizə tərəf 
gəlməzdi. Əlini necə təriflədiyini görmədinmi?! 
Nəhayət Übeydullah söhbətə başladı. Söz Əli (ə)-a çatanda sözünü kəsdi 
və onun barəsində bir söz belə demədi. Sonra minbərdən endi. Müaviyə ona 
dedi:–Qardaşoğlu,  sənin  Əli  barəsində  sükut  etməyinin  iki  səbəbi  ola  bilər: 
ya bacarıqsızlıq, ya da xəyanət. 
Übeydullah  dedi:–Osmanın  qətlində  əli  olmayan  bir  şəxs  haqqında  belə 
bir  söz  demərəm,  halbuki,  əgər  bir  söz  desəydim,  şübhəsiz  camaat  qəbul 
edəcəkdi. 
Müaviyə onun sözündən narahat olub onu özündən uzaqlaşdırdı, heç bir 
vəzifəyə qoymamağı qərara aldı. Nəhayət Übeydullah öz sözlərini bir təhər 
dəyişdirib dedi:–Hərçənd Əli Osmanın qətlində bir rol ifa etməmişdi, lakin 
qatillər onun ətrafına yığışmışlar. Əli də onların işlərini pis yox, yaxşı hesab 
edir.  Şahidlik  edirəm  ki,  Osman  öz  əməllərindən  tövbə  etdiyi  bir  halda 
öldürüldü.
1
 
 Übeydullahın  əvvəlki  sözündən  dönməsi  Müaviyə  üçün  kifayət  idi. 
Buna görə də onu öz sirdaşlarından biri kimi qəbul etdi. 
OSMANIN  QATILLƏRININ  TƏHVIL  VERILMƏSI 
IDDIASI 
Müaviyənin Əli (ə)-la müxalifət edərək müharibə üçün qoşun yığmaqda 
ən  böyük  bəhanəsi  Imam  (ə)-ın  Osmanın  qatillərini  himayə  etməsi  iddiası 
idi.  Əvvəldə  Osmanın  qətlinin  səbəbləri  haqqında  ətraflı  şəkildə  söhbət 
olundu.  Burada  araşdırılası  məsələ  budur  ki,  Osmanın  evinə  hücum 
edənlərin  cəmiyyətdə  malik  olduqları  mövqeyinə  görə  hətta  Əli  (ə)  belə 
onları  təhvil  verməyə  qadir  deyildi.  Düzdür  ki,  bir  dəstə  adam  onun  evini 
mühasirəyə  aldı  və  başqa  bir  dəstə  isə  onu  qətlə  yetirdi,  lakin  xəlifənin 
əməvi valilərinin xalqa etdikləri zülmlər müqabilində sükut etməsi xalqı bu 
zülmlərdən  xilas  etmək  məqsədilə  xəlifəni  öldürən  bu  dəstənin  hörmətinin 
xalq  içində  daha  da  artmasına  səbəb  oldu.  Buna  görə  də  belə  şəxslərin 
tutulub kiməsə təhvil verilməsi çox böyük çətinliklər yaradardı. 
Çünki  Əli  (ə)-la  döyüşmək  çox  da  asan  bir  iş  deyildi.  Hətta  Şamda 
                                              
1
 "Vəqətu-Siffeyn", səh. 82-84 


 
26 
yaşayan  yəmənli  zahid  Əbu  Müslüm  Xovlani  Müaviyənin  Əli  (ə)-la 
vuruşmaq  üçün  hazırlaşmasından  agah  olduqda  Quran  qarilərindən  bir 
neçəsi  ilə  birlikdə  onun  yanına  gedib  soruşdu:–Nə  üçün  Əli  ilə  müharibə 
etmək  istəyirsən,  halbuki  sən  heç  bir  cəhətdən  ona  tay  ola  bilməzsən?! 
Səndə nə onun Peyğəmbər (s)-lə olan dostluğu var, nə onun islam yolunda 
göstərdiyi  fədakarlıqlar  və  xidmətlər,  nə  onun  hicrətdəki  rolu,  nə  də  onun 
Peyğəmbər (s)-lə olan qohumluğu yoxdur. 
Müaviyə dedi:–Mən heç vaxt özümdə Əlinin fəzilətləri kimi bir fəzilətin 
olduğunu iddia etməmişəm, lakin sizdən soruşuram: Osmanın məzlumcasına 
öldürülməsini bilirsinizmi? 
Dedilər:–Bəli. 
Müaviyə  dedi:–Əli  gərək  onların  qatillərini  bizə  təhvil  versin,  biz  də 
onlardan qisas alaq. Yalnız bu halda biz onunla müharibə etmərik. 
Əbu  Müslüm  və  onun  həmfikirləri  Müaviyədən  Əli  (ə)-a  bir  məktub 
yazmasını  istədilər.  Müaviyə  bir  məktub  yazdı  və  Əbu  Müslümə  verdi  ki, 
onu Imam (ə)-a çatdırsın. (Bu məktubun məzmununu və onun cavabını qeyd 
edəcəyik.)  Əbu  Müslüm  Kufəyə  gəldi  və  məktubu  Əli  (ə)-a  verdi,  sonra 
dedi:–Allaha  and  olsun!  Sən  elə  bir  işi  öhdənə  almısan  ki,  bu  işin  səndən 
başqasının  əlində  olmasını  heç  vaxt  istəmərəm.  Lakin  Osman  möhtərəm 
(toxunulmaz)  bir  müsəlman  olduğu  halda  məzlumcasına  öldürüldü.  Gərək 
onun  qatillərini  bizə  təhvil  verəsən.  Sən  isə  bizim  əmir  və  rəhbərimizsən. 
Əgər  bir  kəs  səninlə  müxalifət  etsə,  onda  əllərimiz  sənə  kömək,  dillərimiz 
sənə şahiddir. Bu təqdirdə üzürlü olacaqsan. 
Imam  (ə)  bir  şey  demədi,  yalnız  bu  sözləri  buyurdu:–Sabah  gəl  və 
məktubun cavabını al. 
Sabahı  gün  Əbu  Müslüm  məktubun  cavabını  almaq  üçün  Imam  (ə)-ın 
hüzuruna getdikdə gördü ki, başdan-ayağa silahlanmış böyük bir dəstə Kufə 
məscidinə  yığışıb.  Onların  hamısı  birlikdə  belə  şüar  verirdilər:  "Biz 
Osmanın qatilləriyik!" 
Əbu Müslüm bu mənzərəni gördü, məktubun cavabını almaq üçün Imam 
(ə)-ın hüzuruna gedib dedi:–Bir dəstə silahlı adam gördüm. Onlar kimdirlər? 
Imam (ə) buyurdu:–Nə gördün? 
Dedi:–Bizə xəbər çatmışdı ki, sən Osmanın qatillərini bizə təhvil vermək 
istəyirsən. Halbuki bu gün bir dəstə silahlı adam bir yerə yığışıb şüar verərək 
deyirlər ki, "bizim hamımızın Osmanın qətlində əlimiz olub." 
Əli  (ə)  buyurdu:  "Allaha  and  olsun,  bir  an  belə,  onları  təhvil  vermək 
barədə  qərara  gəlməmişəm.  Mən  bu  işi  diqqətlə  araşdırdıqda  gördüm  ki, 
onları sənə, yaxud səndən başqasına təhvil vermək əsla düzgün iş deyildir.
1
 
Bu hadisə göstərirdi ki, Osmanın qatilləri o vaxt cəmiyyətdə yüksək bir 
məqama malik idilər və onların kiməsə təhlil verilməsi böyük qırğına səbəb 
olacaqdı. 
Bu bir təbii iş idi və heç vaxt Imam (ə)-ın əmri ilə olmamışdı. Əks halda 
Imam  (ə)  Əbu  Müslümə  verdiyi  cavabda  bu  işdən  xəbərsiz  olduğunu 
                                              
1
  "Nəhcül-bəlağə"nin  şərhi  (Ibni  Əbil-Hədid),  15-ci  cild,  səh.74-75;  "Vəqətu-
Siffeyn", səh.85-86 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə