109
olmağa səbəb olur.
1
MÜAVIYƏ VƏZIYYƏTDƏN NIGARANDIR
Səhabələrdən və onların övladlarından bir qrupu Əli (ə)-a qoşulmadıqları
halda, Müaviyə ilə də həmkarlıq etmədilər, müharibə dayandıqdan sonra da
Müaviyənin dəvəti ilə Şama gəldilər. Onlardan Əbdüllah ibni Xübeyri,
Əbdüllah ibni Öməri və Müğeyrə ibni Şöbəni göstərmək olar. Müaviyə
Müğeyrəyə dedi:–Bu işdə mənə kömək et, həkəmlərin fikrini mənə xəbər
ver.
Müğeyrə bu işi qəbul edərək Dumətül-cəndələ yola düşdü, qazilərin
fikirlərini öyrənmək üçün onların hər biri ilə ayrılıqda görüşdü. Əvvəlcə
Əbu Musaya dedi:–Bu çəkişmələrdən və qan axıdılmasından uzaq olan bir
adam barəsində fikrin nədir?
Əbu Musa dedi:–Onlar ən yaxşı adamlardır! Onların çiyinləri qan
yükündən azad, qarınları haram maldan təmizdir.
Sonra Əmr Asla görüşdü və ondan da həmin sualı soruşdu. Əmr As belə
cavab verdi:–Bu işdən kənara çəkilənlər ən pis adamlardır; onlar nə haqqı
tanımış, nə də batili inkar etmişlər.
Müğeyrə Şama qayıdıb Müaviyəyə dedi:–Mən hər ikisini eyni bir sözlə
imtahan etdim. Əbu Musa Əlini xilafətdən çıxaracaq, bu hadisədə iştirak
etməyən Əbdüllah ibni Öməri xilafətə seçəcək. Amma Əmr As sənin qədim
dostundur. Camaat deyir ki, o, xilafəti özü üçün istəyir və səni özündən çox
da ləyaqətli hesab etmir.
2
HƏKƏMIYYƏT HIYLƏSININ SONU
Nümayəndələrin hərtərəfli şəkildə araşdıraraq hökmünü kitab və
sünnədən çıxaracaqları, sonra nəticəni Imam (ə)-ın və Müaviyənin
tərəfdarlarına xəbər verməli olduqları məsələlər aşağıdakılar idi:
1-Osmanın qətlə yetirilməsi səbəblərinin araşdırılması;
2-Imam (ə)-ın hökumətinin qanuni olması;
3-Müaviyənin Imam (ə)-ın qanuni hökuməti ilə müxalifət etməsinin
səbəbi və onun haqlı olub-olmaması;
4-Hazırkı şəraitdə sülhə zəmanət verə biləcək səbəblər.
Amma təəssüflər olsun ki, onların araşdırmadıqları məsələ elə qeyd
olunan bu dörd məsələ idi. Çünki, onların hər biri xas bir təcrübə ilə
həkəmiyyət meydanına girişərək öz şəxsi rəylərini həyata keçirmək
istəyirdilər.
Sanki, qeyd edilən bu dörd məsələ ümumiyyətlə onlara həvalə
edilməmişdi. Qazilərin və nəzarətçi qrupların Dumətül-cəndəldə uzun
müddət qalmaları islam cəmiyyətinə qorxu və təşvişin hakim olması ilə
nəticələndi. Tələsənlər və səthi düşünənlər bir cür, dərinfikirlilər və
1
"Vəqətu-Siffeyn", səh.539
2
"Kamil" (Ibni Əsir), 2-ci cild, səh.167; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid),
2-ci cild, səh.251; "Vəqətu-Siffeyn", səh.539