87
müharibəyə əl atdığını görürdü. Buna görə də Şamda sakin olan
yəmənlilərin arasında uca səslə dedi:–"Vay olsun sizə, ey Yəmən əhli! Siz
fani olmaq istəyirsiniz! Bu iki nəfəri (Əli və Müaviyəni) boşlayın, qoyun
bir-biri ilə vuruşsunlar. Hansı
qalib gəlsə, biz ona tabe olaq."
Imam (ə) onun sözlərini eşidəndə buyurdu:–Çox gözəl söz dedin! Mən
Şama daxil olduğum gündən belə gözəl bir söz eşitməmişdim.
Bu xəbərin yayılması Müaviyəni bərk qorxuya saldı, özünü qoşunun lap
axır tərəfinə yetirib ətrafındakılara dedi:–Əbrəhə ağlını itirmişdir!
Amma yəmənlilər bir ağızdan deyirdilər ki, Əbrəhə dindarlıq, şücaət və
əql cəhətindən onların ən yaxşısıdır. Belə bir şəraitdə Ürvə Dəməşqi Şam
qoşununun abır-heysiyyətini və ruhiyyəsini qoruyub saxlamaq üçün
meydana atılıb dedi:–"Əgər Müaviyə Əli ilə mübarizə etməkdən boyun
qaçırdısa, ey Əli, mənimlə mübarizəyə hazır ol!"
Onun qarşısını almaq istədilər, lakin Imam (ə) qəbul etmədi və dedi:–
"Mənim nəzərimdə Müaviyə ilə Ürvənin heç bir fərqi yoxdur."
Imam (ə) bunu deyib hücum etdi, bir zərbə ilə onu iki yerə böldü: yarısı
bir tərəfə, yarısı isə o biri tərəfə düşdü. Hər iki qoşunda olanlar Əli (ə)-ın bu
zərbəsindən heyrətə gəldilər. Imam (ə) onun iki yerə bölünmüş
cəsədinə belə
xitab etdi: "Peyğəmbəri nübüvvətə seçən Allaha and olsun, indi cəhənnəm
odunu görüb peşman olmusan!"
Bu vaxt Ürvənin əmioğlusu onun intiqamını almaq üçün Əli (ə)-la
döyüşmək istədi, o da Imam (ə)-ın bir qılınc zərbəsi ilə Ürvəyə qovuşdu.
1
TARIX TƏKRAR OLUNUR
Imam (ə)-ın döyüş meydanındakı misilsiz şücaətləri şamlıların ürəyinə
dəhşətli bir qorxu salmışdı. Uca bir təpənin üstündən vəziyyəti müşahidə
edən Müaviyə ixtiyarsız olaraq şamlıları danlayıb dedi:–Ölüm olsun sizə!
Içinizdə bir kişi yoxdurmu ki, Əbəl-Həsənə (Əliyə) sui-qəsd etsin, yaxud
döyüş vaxtı, yaxud da iki qoşun bir-birinə qarışıb toz-torpaq qalxdıqda onu
öldürsün?!
Vəlid ibni Ütbə Müaviyənin yanında durmuşdu, ona dedi:–Bu iş üçün
sən hamıdan irəlidəsən.
Müaviyə dedi:–Əli məni bir dəfə mübarizəyə dəvət etdi, lakin mən heç
vaxt onun qarşısına çıxmaram. Çünki ordu öz rəhbərini qorumaq üçündür.
Axırda Busr ibni Ərtatı Imam (ə) ilə mübarizəyə təşviq edib dedi:–Toz-
torpaq qalxan vaxt onunla vuruş.
Busrun Hicazdan yenicə Şama gəlmiş əmioğlusu onun bu işinə mane
olmaq istədi, lakin Busr Müaviyəyə söz verdiyinə görə meydana getdi. O,
başdan-ayağa zirehli paltar geymiş halda Əli (ə)-ı mübarizəyə dəvət etdi.
Imam (ə)-ın nizə zərbəsi onu yerə sərdikdə o da Əmr As kimi öz övrətini
açdı, Imam daha onu təqib etmədi.
2
1
"Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 8-ci cild, səh.94; "Vəqətu-Siffeyn",
səh.433
2
"Vəqətu-Siffeyn", səh.459
88
MÜAVIYƏNIN SÜLHƏ ISRARI
Siffeyn müharibəsinin həddindən artıq uzun sürdüyünə və şamlıların ağır
tələfat verdiyinə görə Müaviyə məcburiyyət qarşısında qalaraq hansı yolla
olursa olsun, Imam (ə)-ı sülhə, sazişə vadar etmək və müharibəni saxlatdırıb
qoşunları əvvəlki yerlərinə qaytarmaq fikrinə düşdü. Bu işə o, bir neçə yolla
başladı. Onların ümdəsi aşağıdakılar idi:
1-Əşəs
ibni Qeyslə müzakirə;
2-Qeys
ibni Sədlə müzakirə;
3-Imam (ə)-a məktub yazmaq.
Amma Imam (ə)-ın qoşununda olan yüksək ruhiyyə nəticəsində bu
tədbirlərin hamısı heçə çıxırdı. Nəhayət "Leylətül-Hərir" hadisəsi baş verdi,
bu zaman Müaviyənin hərbi təşkilatının bütünlüklə dağılmasına az qalırdı.
Amma Müaviyənin məkrli hiylələri, iraqlıların sadəlövhlükləri, Müaviyənin
casuslarının Imam (ə)-ın qoşunu içərisində geniş fəaliyyət göstərməsi və s.
kimi işlər hadisələrin gedişini şamlıların xeyrinə olaraq dəyişdi. Indi isə bu
müzakirələri ətraflı şəkildə qeyd edirik:
1-Müaviyə öz qardaşı və söz ustası olan Ütbə ibni Əbi Süfyanı çağırıb
ona dedi ki, Imam (ə)-ın ordusunda böyük nüfuza malik olan Əşəs ibni
Qeyslə görüşsün və ondan, hər iki qoşundan sağ qalanlara rəhm etməsini
xahiş etsin. Ütbə özünü ön cəbhəyə yetirdi və elə oradan özünü təqdim edib
Əşəsi çağırdı ki, Müaviyənin sözünü ona desin. Əşəs onu tanıyıb dedi:–
"Israfçı və əyyaş bir adamdır, onunla görüşmək lazımdır." Ütbənin
sözlərinin xülasəsi bu idi: "Müaviyə Əlidən başqa birisi ilə görüşməli
olsaydı, onda səninlə görüşərdi. Çünki, sən, iraqlıların rəisi, Yəmən əhlinin
böyüyü və Osmanın kürəkənisən. Səni Osman vəzifəyə qoymuşdur. Sən
Malikdən və Ədi ibni Hatəmdən tam ayrı bir adamsan. Malik Osmanı qətlə
yetirdi, Ədi də camaatı bu işə təhrik edirdi. Mən demirəm ki, Əlidən ayrıl və
Müaviyəyə kömək et; mən səni, sağ qalanların canını qoruyub saxlamağa
dəvət edirəm. Mənim və sənin xeyrin elə bundadır."
Əşəsin cavabda Əli (ə)-ı hörmət və əzəmətlə yad edərək "Iraqın və
Yəmənin böyüyü Əlidir" deməsinə baxmayaraq, axırda bir diplomat kimi
sülh təklifini qəbul etdi və dedi:–"Sağ qalanları hifz etməkdə sizin
ehtiyacınız bizimkindən çox deyildir." Ütbə Əşəsin sözlərini Müaviyəyə
deyəndə Müaviyə sevinib dedi:–"Sülhə meyl etmişdir."
2-Peyğəmbər (s)-in ənsar və mühacirdən ibarət olan səhabələri Imam (ə)-
ın ətrafına yığışmışdı, amma ənsardan yalnız Nöman ibni Bəşir və Məsləmə
ibni Müxəlləd Müaviyəyə qoşulmuşdu. Müaviyə Nömana dedi ki, Imam (ə)-
ın şücaətli sərkərdəsi olan Qeys ibni Səd ilə görüşsün, onun razılığını cəlb
etməklə sülhün müqəddiməsini hazırlasın. O, Qeys ilə görüşəndə hər iki
qoşuna dəyən zərərləri irəli çəkərək dedi:–"Müharibə bizə də, sizə də
gördüyünüz tələfatları və xəsarətləri vurmuşdur. Belə isə, sağ qalanlar
barəsində Allahdan qorxun və bir çıxış yolu fikirləşin!"
1
Qeys Nömana cavab verəndə Müaviyənin və Əli (ə)-ın ətrafındakıların
1
"Əl-imamətu vəs-siyasət", 1-ci cild, səh.102; "Şərhi-Nəhcül-bəlağə" (Ibni Əbil-
Hədid), 8-ci cild, səh.61; "Vəqətu-Siffeyn", səh.408; "Əyanuş-şiə", 1-ci cild, səh.804