Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə54/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   50   51   52   53   54   55   56   57   ...   77

– Zavallı gənc! İldə otuz min mədaxili olan bir şəxs də heç savaşarmı? Gənclər qətiyyən özlərini idarə edə 
bilmirlər. 
Ejen ona tərəf qışqırdı: 
– Cənab! 
– Nə olub, ay yekə uşaq! Məgər Parisdə hər gün duel olmurmu? 
Votren qətiyyən        pozmadan, qəhvəsini içə-içə bu sualı verdi. Mişono isə elə gərgin diqqətlə onun 
qəhvə içməyinə baxırdı ki, hamını sarsıdan bu hadisə ona heç təsir    etmədi. 
Madam Kutür: 
– Viktorina, mən də sizinlə gedəcəyəm, – dedi. 
Onlar şlyapasız, şalsız götürüldülər. Viktorina otaqdan çıxmazdan əvvəl gözü yaşlı, Ejenə baxdı. Sanki o: 
“Səadətimizi göz yaşlarım bahasına qazanacağımı güman etməzdim!” demək istəyirdi. 
Madam Voke dedi: 
– İşə bax! Cənab Votren, görünür, siz peyğəmbərsiniz. 
Jak Ko len cavab verdi: 
– Mən hər şeyəm. 
Madam Voke bu hadisə haqqında söylədiyi mənasız sözləri bir-birinin      ına düzərək, davam edirdi: 
– Qəribə şeydir! Ölüm, bizim arzumuzu soruşmadan yaxamızdan yapışır. Çox vaxt gənclər qocalardan 
əvvəl ölürlər. Dueldə vuruşmamaq biz qadınların xoşbəxtliyidir. Ancaq bizim də özümüzə məxsus 
əzablarımız var, kişilər bundan azaddır. Biz uşaq doğuruq, analıq iztirabları isə çox uzun sürür! Amma 
Viktorinanın bəxti nə gətirdi! İndi atası onu tanımağa məcbur olacaq. 
Votren Ejenə baxaraq: 
– Bə-ə-li! – dedi. – İnsan taleyi belədir. Dünən onun bir qəpiyi yox idi, bu gün isə bir neçə milyonu var. 
Madam Voke isə çığırdı: 
– Görürsünüzmü, cənab Rastinyak, əliniz yüngüldür!! 
Bu sözləri eşidən Qorio ata tələbənin üzünə baxdı və əlində bükülmüş məktubu görüb Rastinyakdan 
soruşdu: 
– Siz məktubu oxuyub qurtarmadınız! Bu nə deməkdir? Məgər siz də başqaları kimisiniz? 
Ejen hamını heyrətdə buraxan bir nifrət və dəhşətlə: 


– Madam Voke, – dedi, – mən heç vaxt madmazel Viktorina ilə evlənməyəcəyəm. 
Qorio ata tələbənin əlini tutub sıxdı. O, Ejenin əlini öpməyə hazırdı. 
Votren dedi: 
– Oho! İtalyanların gözəl bir sözü var: Col tempo1. 
Madam de Nusingenin qasidi: 
– Mən məktubun cavabını gözləyirəm, – dedi. 
– Deyin ki, gəlirəm. 
Qasid getdi. Ejen dərin həyəcan içində idi. Ehtiyatı belə unudaraq, ucadan öz-özü ilə danışa-danışa: 
– Nə etməli? Heç bir sübut yoxdur! – dedi. 
Votren gülümsədi. Bu      dərman mədəyə yayılaraq, təsir etməyə başladı. Lakin katorqa məhbusu o 
qədər qüvvətli və möhkəm idi ki, ayağa durdu və Rastinyaka baxaraq, boğuq səslə: 
– Cavan oğlan, – dedi, – səadət bəzən biz yuxuda olduğumuz zaman gəlir. 
Votren bu sözləri söylər-söyləməz, ölü kimi yerə yıxıldı. 
Ejen bağırdı: 
– Allahın ədalətinə inandım! 
– Bizim sevimli, yazıq cənab Votrenimizə nə oldu? 
Madmazel Mişono çığırdı: 
– Qan beyninə vurmuşdur. 
Madam Voke tapşırdı: 
– Silviya, qadan alım, tez həkim çağır. Cənab Rastinyak, siz də yüyürün Byanşonu çağırın, Silviya bizim 
həkim cənab Qr  preli tapmaya da bilər. 
Rastinyak bu cinayət ocağından qaçmaq üçün bəhanə tapdığına sevinərək götürüldü. 
– Kristof, tez aptekə qaç, dərmandan-zaddan bir şey istə. 
Kristof da çıxdı. 
– Qorio ata, kömək edin, onu yuxarı mərtəbəyə qaldıraq. 
Votreni götürdülər, bir      pilləkəndən qaldırıb, çarpayısına uzatdılar. 


Qorio dedi: 
– Məndən sizə bir fayda olmaz. Gedim qızımı görüm. 
Voke çığırdı: 
– Qoca xudbin! Get, rədd ol! Səni görüm boynun sınsın! 
Madmazel Mişono Votrenin üst paltarını Puarenin köməyi ilə çıxarıb: 
– Gedin görün sizdə efir tapılarmı, – deyə madam Vokedən xahiş etdi. 
Madam Voke tez aşağı cumdu. Mişono döyüş meydanında tək qaldı. Puareyə əmr etdi. 
– Tez, tez olun, tez onun köynəyini çıxarın, arxasını çevirin! Heç olmasa, mənə bir xeyriniz dəysin, çılpaq 
kişi görməkdən məni xilas edin! Kötük kimi nə dayanmısınız? 
Votreni üzü üstə çevirdilər. Madmazel Mişono xəstənin çiyninə bərk bir şapalaq vurdu. Qızaran yerdə iki 
məşum hərf ağarırdı. 
Madmazel Mişono Votrenin köynəyini geyindirərkən ona kömək edən Puare: 
– Amma, – dedi, – üç min frankı nə asan qazandınız! 
Puare Votreni yenə yerinə uzatdı. 
– Uf, – dedi. – Nə yaman da ağırmış! 
Mişono, divarları yarıb keçmək istəyirmiş kimi, həris nəzərlərlə otaqdakı şeylərə göz gəzdirərək, qırıq 
səslə: 
– Bir bəhanə ilə bu sekreteri aça bilsəydik, bəd olmazdı. 
Puare cavab verdi: 
– Məncə, bu, o qədər də yaxşı olmaz. 
– Niyə? Bu, oğurluq puldur, hamının pulu idi, indi isə sahibi yoxdur. Heyif, macal tapmadıq, Voke gəlir. 
Voke dedi: 
– Budur efir, bu gün, doğrudan da, hadisələr günüdür. Aman Allah! Bu adam heç xəsətəyə oxşamır, o, 
cücə kimi ağappaqdır. 
– Cücə kimi? – deyə Puare təkrar etdi. 
Voke əlini Votrenin ürəyinin üstünə qoyaraq: 
– Ürəyi düz vurur, – dedi. 


– Düz vurur? – deyə Puare təəccüb etdi. 
– O          sağlamdır. 
Puare soruşdu: 
– Siz elə zənn edirsiniz? 
– Doğrusu, o, yatan adama oxşayır. Silviya həkimin       nca getmişdir. Bir baxın, madmazel Mişono, o, 
efiri nəfəsinə çəkir. Görünür, ancaq bihuş olmuşdur. Nəbzi yaxşıdır. Möhkəm kişidir. Döşünün tükünü 
görürsünüzmü? Belələri yüz il yaşar. Pariki heç yerindən tərpənmir. Başına yapışdırılmışdır. Saçları 
qondarmadır, kürənliyini gizlətmək istəyir. Deyirlər ki, kürən adamlar ya lap yaxşı olar, ya lap pis. Amma 
deyəsən, bu, yaxşı adamdır! 
Puare: 
– Asılmaq üçün yaxşı olar, – dedi. 
Madmazel Mişono tez Puarenin sözünü kəsdi: 
– Siz, yəqin, qəşəng bir qadının boynundan asılmağı demək istəyirsiniz, – dedi. – Çıxın gedin, cənab 
Puare. Siz kişilər xəstələnəndə sizə baxmaq biz arvadların borcudur. Gedin bir az gəzinin, burada bir işiniz 
yoxdur. Biz madam Voke ilə bizim sevimli cənab Votrenimizə yaxşı qulluq edərik. 
Puare ağasının təpiyini yemiş köpək kimi yavaşca və itaətlə otaqdan çıxdı. 
 
Rastinyak gəzinmək və təzə hava almaq üçün evdən çıxıb getmişdi. O, havasızlıqdan boğulurdu. Bir gün 
əvvəl o, bu cinayətə mane olmaq istəmişdi, lakin cinayət təyin edildiyi vaxtda      olundu. Bu hadisənin 
mənası nədir? İndi o nə etməlidir? Cinayətə şərik olduğunu düşündükcə, bədənini üşütmə tuturdu. 
Votrenin soyuqqanlılığı onu yenə də dəhşətə gətirirdi 
Rastinyak öz-özünə “Bəlkə, birdən Votren heç bir söz demədən öldü?” – dedi. 
O, sanki onu hürə-hürə bir sürü tazı qovurmuş kimi, Lüksemburq parkının xiyabanlarını yüyürə-yüyürə 
dolaşırdı. 
Birdən Byanşonun çığırtısını eşitdi: 
– “Sükançı” qəzetini oxudunmu? 
“Sükançı” Tissonun nəşr etdiyi radikal qəzet idi. O, səhər qəzetləri çıxdıqdan sonra, əyalətə başqa 
qəzetlərdən bir gün qabaq          , təzə xəbərləri verərdi. 
Koşen xəstəxanasının praktikantı: 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə