Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə62/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   58   59   60   61   62   63   64   65   ...   77

– Sizə nə gətirdiyimi tapa bilərsinizmi? 
Madam de Nusingen dəvətnaməni oxuyub fərəhləndi. O, yaşarmış gözləri ilə Ejenə baxdı, qollarını 
boynuna dolayıb, şöhrət sərməstliyi ilə qucaqladı. 
– Bu səadətimlə mən sizə... sənə borcluyam, – deyə Ejenin qulağına pıçıldadı. – Tereza tualet 
otağındadır, ehtiyatlı olmalıyıq. Bəli, mən cəsarətlə buna xoşbəxtlik deyirəm. Bu xoşbəxtliyi mənə siz 
gətirmisiniz; odur ki bu yalnız mənim şöhrətpərəstliyimin qələbəsi deyil. Məni heç kəs kübar məclisinə 
daxil etmək istəmirdi. Bəlkə, siz məni bu dəqiqə xırdaçı, boş və yelbeyin bir Paris qadını zənn edəcəksiniz, 
lakin dostum, unutmayın ki, mən hər şeyi sizin üçün fəda etməyə hazıram və böyük bir ehtirasla Sen-
Jermen məhəlləsinə daxil olmaq istəməyimə səbəb də yalnız sizin orada olmağınızdır. 
Ejen soruşdu: 
– Zənnimcə, madam de Bosean balda baron de Nusingeni görmək arzusunda olmadığına işarə edir. Siz 
nə fikirdəsiniz? 
Delfina: 
– Bəli, əlbəttə, elədir, – dedi və məktubu Ejenə qaytardı. – Madam de Bosean kimi qadınlar böyük           
nəzakətsiz olmağı bacarırlar. Bununla belə, mən yenə də bala gedəcəyəm. Yəqin, bacım da orada 
olacaqdır: bacımın gözəl bir paltar tikdirdiyindən xəbərim var. – Sonra yavaş səslə: – Ejen, – dedi, – 
bacım dəhşətli şübhələri yayındırmaq məqsədi ilə bu bala gedir. Onun barəsində nə söhbətlər gəzdiyini 
bilirsinizmi? Bu səhər Nusingen yanıma gəlmişdi, klubda onun barəsində açıqdan-açığa gedən söhbətləri 
bir-bir mənə danışdı. Aman, yarəb! Bir qadının və bir ailənin namus və şərəfi nədən asılı imiş! Yazıq 
bacımın        mən özümü rəncidə və təhqir edilmiş duydum. Bəzilərinin dediyinə görə, cənab de Tray yüz 
min frank miqdarında veksellər imzalamışdır, veksellərin hamısının vaxtı keçmiş, məhkəməyə verilməsi 
təhlükəsi var. Onun bu çıxılmaz vəziyyətini görən bacım öz gözəl brilyantlarını sələmçiyə satmışdır. Siz bu 
brilyantları onun boynunda görmüş olarsınız: qraf de Restonun anasından qalmışdır. Xülasə, iki gündür 
söhbət ancaq bu barədədir. Anastazinin özünə nə üçün parıltılı paltar sifariş etdiyini mən indi başa 
düşürəm: o, madam de Boseanın balına həmin brilyantları taxmaq, parıltılı bir paltarla gəlib hamının 
nəzər-diqqətini özünə cəlb etmək niyyətindədir. Lakin mən ondan geri qalmaq istəmirəm. O, hər vaxt 
mənə qələbə çalmağa çalışır, ehtiyac içində olanda mən həmişə ona pul verməyimə və çox yaxşılıqlar 
etməyimə baxmayaraq, o heç zaman mənimlə yaxşı rəftar etməmişdir. Ancaq bu barədə söhbət 
etdiyimiz kifayətdir, mən bu gün bütün varlığımla xoşbəxt olmaq istəyirəm. 
Gecə saat bir idi, ancaq Rastinyak hələ madam de Nusingendən ayrılmamışdı. Delfina Ejenlə vidalaşarkən 
onu gələcəkdə təzə vədlər verən öpüşlərinə qərq edərək, həzin səslə dedi: 
– Mən çox qorxağam, mövhumata inanıram, nə deyirsiniz-deyin, ancaq ürəyim qorxu içində çırpınır: 
xoşbəxtliyimin dəhşətli fəlakət bahasına başa gələcəyindən qorxuram. 
Ejen: 
– Uşaqsınız! – dedi. 


Delfina gulərək: 
– Demək, belə! Bu gün uşaq                mənəm? 
Ejen sabah tezdən köçmək qərarı ilə madam Vokenin pansionuna qayıtdı. O, yolda hələ öz dodaqlarında 
səadət ləzzətini duyan gənclər kimi, şirin xəyallara dalmışdı: 
Ejen Qorio atanın otağının yanından keçərkən: 
– Hə, necə oldu? – deyə qoca soruşdu. 
Rastinyak dedi: 
– Sabah hamısını sizə danışaram. 
Qoca sevinclə: 
– Hamısını? Doğrudanmı? – deyə səsləndi. – Gedin yatın. Sabah bizim xoşbəxt günlərimiz başlayacaq. 
Səhər Rastinyakla Qorio pansionu təkr etmək üçün hazırlaşırdılar. Yükdaşıyanın yolunu gözləyirdilər. 
Birdən, saat on ikiyə yaxın Nev-Sent-Jenevyev küçəsində ekipaj səsi gəldi. Ekipaj “Voke    evi”nin 
qarşısında dayandı. Madam de Nusingen xüsusi karet      çıxaraq, atasının burada olub-olmadığını 
soruşdu. O, Silviyanın müsbət cavabından sonra cəld pilləkənlərlə yuxarı qalxdı. Ejen öz otağında idi. 
Qorio isə bunu bilmirdi. Səhər nahar zamanı Ejen Qoriodan onun da şeylərini götürməyi xahiş etmiş və 
saat dörddə d’Artua küçəsində görüşəcəklərini vədləşmişdi. Lakin qoca hələ yükdaşıyan axtardığı zaman 
Ejen yoxlamada özünü qeyd etdirmək üçün hüquqşünaslıq məktəbinə getmiş və madam Voke ilə haqq-
hesabı çəkmək məqsədi ilə tez geri qayıtmışdı. Ejen Qorio atanın fanatik məhəbbət hissi ilə kirayə pulunu 
özü verə biləcəyindən ehtiyat edirdi. İçəri girəndə onu heç kəs görmədi. Madam Voke evdə yox idi. Ejen 
“bəlkə, bir şey yaddan çıxmışdır”, deyə yuxarı qalxdı. Stolun qutusunda vaxtilə Votrenə vermiş olduğu 
müddətsiz vekseli görüb çox sevindi. Votrenin borcunu verdiyi zaman vekseli ehtiyatsızlıqla bura atmışdı. 
Sobanı qalamamışdılar. Ejen elə yenicə vekseli cırıb atmaq istəyirdi ki, Delfinanın səsini eşitdi. Delfinanın 
ondan heç bir sirri ola bilməyəcəyini güman edib qulaq asmağa başladı. Ata ilə qız arasındakı söhbət elə 
ilk sözdən o qədər maraqlı göründü ki, Rastinyak diqqətlə qulaq asmağa qərar verdi. 
Delfina atasına deyirdi: 
– Ah,    ,                ,                              -                                      . Burada açıq danışmaq olarmı? 
Qorio ata kədərli səslə: 
– Bəli, qızım, – dedi, – evdə heç kəs yoxdur. 
Madam de Nusingen təşvişlə: 
– Ata, sizə nə oldu? 
Qoca cavab verdi: 


– Başıma, elə bil, dəyənək çırpdın. Allah sənin günahını bağışlasın, qızım! Səni nə qədər sevdiyimi 
bilmirsən. Əgər bunu bilsəydin, birdən-birə mənə belə sözlər deməzdin, xüsusilə də vəziyyət ümidsiz 
olmayanda. Sən bura nə üçün gəlmisən, biz ki bir neçə dəqiqədən sonra d’Artua küçəsinə köçməliyik? 
– Ah, atacan, fəlakət baş verdiyi zaman səbir etmək mümkündürmü? Mən başımı itirmişəm. Vəkil işin 
iflasla qurtaracağını bildirmişdir. Belə bir dəqiqədə sizin zəngin ticarət təcrübənizə böyük ehtiyac var. 
Suda boğulan saman çöpündən yapışdığı kimi, mən də sizin yanınıza gəlmişəm. Dervil Nusingenin 
cürbəcür bəhanələrlə maneələr törətdiyini görəndə onu məhkəmə ilə qorxutmuş və məhkəmə sədrinin 
qərarını tezliklə alacağını bildirmişdir. Bu səhər Nusingen mənim yanıma gəldi və mənə belə bir sual 
verdi: siz hər ikimizin, sizin də, mənim də iflas etməyimizi istəyirsiniz? Mən cavab verdim ki, bu işdən 
başım çıxmır, mənim məqsədim ancaq öz sərvətimi qaytarmaqdır, bütün bu qarışıq məsələləri həll 
etmək vəkilimin vəzifəsidir; mənə gəlincə, bu barədə mən heç bir şey bilmirəm. Siz mənə bu cür cavab 
verməyi məsləhət görməmişdinizmi? 
Qorio ata cavab verdi: 
– Bəli, qızım, düz deyirsən. 
– Bu sözlərdən sonra o, işin nə yerdə olduğunu mənə izah etdi. Belə məlum olur ki, o həm öz 
sərmayəsini, həm də mənim sərmayəmi yenicə başlanmış bir işə qoymuşdur və bu məqsədlə xarici 
ölkələrə böyük məbləğlər göndərmişdir. Əgər mən öz cehizimi ondan geri tələb etsəm, o, özünü müflis 
elan etməyə məcbur olacaq, lakin mən bir il gözləməyə razı olsam, o, öz namusuna and içir ki, mənim 
pullarımı torpaq əməliyyatına qoymaqla sərvətimi iki, yaxud üçqat artıq həcmdə özümə qaytaracaq, mən 
də bundan sonra öz mülkümə sahib olacağam. Mehriban ata, o, səmimi danışırdı, mənim ürəyimə qorxu 
saldı. Nusingen hərəkətləri üçün məndən üzr istədi, mənə azadlıq verdi, işləri mənim adımdan idarə 
etmək haqqını ona tapşırmaq şərti ilə, ürəyim nə istərsə etməyə mənə icazə verdi. Nə qədər səmimi 
olduğuna məni inandırmaq üçün mənə vəd etdi ki, nə vaxt istəsəm, Dervili yanına çağırtdıra bilər və 
sərvətimi özümə qaytarmaq sənədlərini yoxlatdıra bilərəm. Xülasə, o, əl-qolu bağlı mənə təslim oldu. O 
xahiş edir ki, mən iki il daha evi idarə edim, bir də yalvarır ki, ev üçün ayırdığı puldan artıq xərcləməyim. 
O, zahiri asayişi gözləməkdən başqa çarəsi qalmadığını mənə isbat etdi; artıq rəqqasəsindən belə 
ayrılmışdır; başladığı əməliyyatı, öz kreditini pozmadan başa çatdırmaq məqsədi ilə hər şeydə qənaət   
əcəyini anlatdı. Mən hər şeyi öyrənmək məqsədi ilə onunla sərt rəftar elədim, heç nəyə inanmadığımı 
söylədim. O, bütün dəftərlərini mənə göstərdi, axırda isə gözləri yaşardı, ağladı. Mən ömrümdə kişini 
belə vəziyyətdə görməmişdim. O, intihar fikrində olduğunu deyirdi, lap başını itirmişdi. Yazığım gəldi. 
Qorio ata dedi: 
– Sən də onun bu nağıllarına inandın! O, oyunbazdır! Mən ticarət aləmində çox almanlara rast gəlmişəm: 
demək olar, onların əksəriyyəti açıqürəkli, sədaqətli adamlar idi, lakin səmimiyyət və xoşdillik pərdəsi 
altında hiyləgərliyə və fırıldaqçılığa başlayanda hamını ötərlər. Ərin səni ələ salır. Onu divara     mişlər, 
odur ki özünü ölülüyə vurur, məqsədi sənin adınla sənin sərvətinə daha sərbəst ağalıq etməkdir. İşləri 
düz gətirməsə, bu vəziyyətdən mütləq istifadə edəcək. O həm hiyləgərdir, həm də xain adamdır, 
tülküdür. Yox, yox, mən qızlarımı dilənçi qoyub, Per-Laşez qəbiristanına getmək niyyətində deyiləm. Hələ 
mən ticarət işlərindən baş aça bilirəm. Bəli, demək, o, bütün sərmayəsini ticarətə qoymuşdur. Nə eybi 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə