Onore De Balzak qorio ata



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə70/77
tarix01.07.2018
ölçüsü1,77 Mb.
#52642
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

Tereza mənzilinizdə hər şeyi sizin üçün hazırlamışdır. Karet   hazırdır, gedib tez qayıdarsınız. Atam 
barəsində yolda danışarıq. Bir az tez yola düşmək lazımdır, yoxsa bala saat on birdən tez çata bilmərik. 
– Baronessa... 
– Yox, yox, bir kəlmə də olmaz, tez gedin... 
Delfina bu sözləri söylər-söyləməz, boyunbağısını taxmaq üçün buduara qaçdı. 
Tereza isə kübar ata qatilinin hərəkətlərinə mat qalan Ejeni otaqdan çıxara-çıxara: 
– Cənab Ejen, – dedi, – tez olun, baronessanı hirsləndirərsiniz. 
Rastinyak kədər-qüssə içində geyinmək üçün yola düşdü. Onun nəzərində kübarlar cəmiyyəti çirkab 
dəryasına bənzəyirdi: ayağının ucunu bu çirkaba basar-basmaz, adam boğaza qədər ora qərq olur. Ejen 
öz-özünə deyirdi: “Bu cəmiyyətin bütün cinayətləri xırdadır. Votren daha əzəmətli görünür”. 
Artıq Rastinyak cəmiyyətin üç əsas           bələd idi: İtaət, Mübarizə və Qiyam –  ilə,  übar cəmiyyət və 
Votren. Ejen hansının yaxşı olduğunu təyin edə bilmirdi. İtaətkarlıq ürək darıxdıran bir şey,  iyam qeyri-
mümkün,  übarizənin nəticəsi isə şübhəli idi. O, yenə öz ailəsini yada saldı: bu sakit həyatın saf qayğıları 
yadına düşdü, ondan heç bir şey əsirgəməyən ata-anası, bacıları ilə keçirdiyi günlər gözləri    qarşısında 
canlandı. Onun üçün əziz olan bu adamlar ailə ocağının təbii qanunlarına tabe olur, kamil, əbədi, mənəvi 
iztirablardan uzaq səadətlərini ancaq buna bağlayırdılar. Bütün bu xoş niyyətlərinə baxmayaraq, təmiz 
qəlblərin etiqadını Delfina qarşısında etiraf etməyə, məhəbbət naminə onu düz yola çağırmağa Ejenin 
cəsarəti çatmırdı. O, özünü yenidən tərbiyə edir və bu tərbiyənin səmərəsi artıq görünürdü: artıq onun 
məhəbbəti də xudpəsənd idi. O, Delfinanın təbiətini artıq anlayır, atasının cənazəsi üzərindən belə 
adlayaraq bala gedə biləcəyini hiss edirdi. Lakin onun əxlaq dərsi vermək üçün qüdrəti, savaşmaq üçün 
cəsarəti, Delfinadan ayrılmaq üçün qəhrəmanlığı çatışmırdı. Öz-özünə deyirdi ki: “Bu dəfə onun dediyi 
deyil, mənim dediyim keçərsə, o heç vaxt məni bağışlamaz”. Bu fikirlərdən sonra o, həkimlərin rəylərini 
bir-bir yada salmağa başladı: O, Qorio atanın xəstəliyi zənn etdiyi qədər də təhlükəli deyil deyə 
düşünmək istəyir, bir sözlə, Delfinaya bəraət qazandırmaq üçün xain bəhanələr axtarırdı. Delfina, 
əlbəttə, atasının nə vəziyyətdə olduğundan xəbərsizdi. Əgər Delfina bu saat atasının yanına getsəydi, 
qoca mütləq onu yenə bala göndərərdi. Öz rəsmi hökmlərində amansız olan ictimai qanun bəzən cinayəti 
bu cinayətin açıq-aydın olduğu yerdə görür, halbuki ailə şəraitində xarakterlərin uyuşmaması, vəziyyət və 
mənafelərin fərqli olması zəmanəsində yaranan saysız-hesabsız yüngülləşdirici şərtlər bu cinayəti 
yumşalda bilər. Ejen özünü aldatmaq istəyirdi, öz vicdanını məşuqəsi üçün qurban verməyə hazır idi. Son 
iki gün ərzində onun həyatında hər şey dəyişmişdi. Qadın onun həyatını pozmuş, ailəsini belə onun 
gözündən salmış, onun butun varlığına sahib olmuşdu. Rastinyakla Delfinanın ləkəli, yaxud ləkəsiz 
olmasından asılı olmayaraq, Ejen ona pərəstiş edirdi: o, Delfinaya hissi nəşələr gətirmiş, Delfina da bunun 
müqabilində ona nəşələr vermişdi. Buna görə də Ejen ona minnətdar idi. Delfina Ejeni aclığını rəf edən və 
qurumuş boğazının atəşini söndürən bir mələyi Tantal sevə bilən kimi sevmişdi. 
Ejen bal kostyumunda qayıtdıqdan sonra madam de Nusingen dedi: 
– İndi atamın səhhətindən danışa bilərsiniz. 


Ejen cavab verdi: 
– Onun vəziyyəti çox pisdir. Siz məni sevdiyinizi təsdiq etmək istəyirsinizsə, atanıza baş çəkək. 
– Çox yaxşı, ancaq baldan sonra. Mənim mehriban Ejenim, lütfkar ol, mənə nəsihət oxuma, gedək. 
Onlar yola düşdülər. Ejen yolun yarısını sükut içində gedirdi. Delfina soruşdu: 
– Sizə nə olmuşdur? 
Ejen təəssüflə: 
– Mən can verən atanızın xırıltısını eşidirəm. 
O, coşqun gənclik bəlağəti ilə qrafinya de Restonun şöhrətpərəstlik düşkünlüyündən doğan rəhmsiz 
hərəkətindən, ata sədaqətinin son fədakarlığı nəticəsində xəstədə əmələ gələn öldürücü dönüşdən, 
Anastazinin qızıl tikməli libasının nəyin bahasına başa gəldiyindən danışmağa başladı. Delfina ağlayırdı: 
Delfinanın beynindən belə bir fikir keçdi: “Mən axmaqlayıram”. 
Göz yaşları dərhal qurudu. 
– Mən atama qulluq edəcəyəm, – dedi, – onun yatağından bir an belə ayrılmayacağam. 
Rastinyak fərəhlə məşuqəsinə cavab verdi: 
– Elə mən də səni ancaq belə görmək istərdim. 
De Boseanın mülkü qarşısında dayanan beş yüz karet   f n r     küçəni işıqlandırırdı. Çilçıraqla bəzənmiş 
darvazanın hər iki tərəfində atlı jandarmlar dayanmışdı. Bütün kübarlar, sanki, vikontessanın süqutunu 
görmək üçün axın-axın gəlirdilər. Madam de Nusingenlə Rastinyak gəldikləri zaman aşağı mərtəbədəki 
bütün otaqlar qonaqlarla dolmuşdu. XIV Lüdovik öz əmiqızısı hersoginya de Monpasyeni öz məşuqundan 
məhrum etdiyi və bütün kübar cəmiyyətinin saraya axışdığı zamandan bəri heç bir eşq fəlakəti madam 
de Boseanın fəlakəti kimi böyük gurultuya səbəb olmamışdı. Bu faciədə hələ öz hakimiyyətini itirməyən 
Burqundiya hersoqları nəslinin son nümayəndəsi öz iztirablarından daha qüdrətli olduğunu isbat etmişdi. 
O ancaq məhəbbətinin qalibiyyətinə kömək etdiklərinə görə                       dözdüyü kübarlar üzərində son 
dəqiqəyə qədər hökm sürmüşdü. Parisin ən qəşəng xanımları öz təbəssümləri və bəzəkləri ilə 
vikontessanın salonlarını canlandırırdı. Yüksək saray əhli, səfirlər, nazirlər, döşləri ordenli, ulduzlu, 
müxtəlif lentli məşhur adamlar madam de Boseanın ətrafına toplaşmışdılar. Öz kraliç       gözündə 
səhraya dönmüş bu sarayın qızıllanmış çatıları altında orkestr melodiyası gurlayırdı. Birinci salonun 
qapısında dayanmış madam de Bosean özlərini dost kimi qələmə verən bu qonaqları qəbul edirdi. 
Başdan-ayağa ağ geyinmiş, hörükləində heç bir bəzəyi olmayan bu qadın zahirən tamamilə sakit 
görünürdü. Onun üzündə nə vüqar, nə ələm, nə də süni şadlıq əlaməti sezilirdi. Heç kəs onun qəlbini 
oxumaq iqtidarında deyildi. Bir sözlə, o, mərmər Niobeyaya bənzəyirdi. Ən yaxın dostlarına bəxş etdiyi 
təbəssümlərində bəzən istehza sezilirdi, lakin yenə də o, hamının qarşısında xoşbəxt günlərində 
göründüyü kimi görünürdü. Ən həssas adamlar belə onun iradə qüvvəsinə heyrət edirdilər. Bir zamanlar 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə